
QARABAĞ «ZƏİF OD”da
Amanda Pol: «Aİ-nin Qarabağ probleminə passiv yanaşması yanlış və təhlükəlidir»
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Qarabağ probleminin həllində irəliləyiş müşahidə olunmur. Bu fikir Avropa Komissiyasının illik məruzəsində də yer alıb. Sənədəəsasən, təmas xəttində baş verən insidentlərin tədqiqi mexanizminin yaradılması məsələsində də heç bir irəliləyiş yoxdur. Bununla yanaşı, analitiklər hesab edir ki, vəziyyətin belə həddəçatmasında Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində kifayət qədər fəallıq nümayiş etdirməməsinin də rolu var. Brüsseldə yerləşən Avropa Siyasəti Mərkəzinin eksperti Amanda POL da bu fikirdədir.
- Azərbaycanın Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakını canlandırmaq məqsədilə ATƏT-in Minsk qrupuna nümayəndəsini təyin etməli olması haqda fikrini necəşərh edərdiniz?
- Mənə elə gəlir ki, ATƏT-in Minsk qrupuna Aİ nümayəndəsinin daxil edilməsini nəzərdə tutan format dəyişikliyinin baş verməşansı azdır. Azərbaycan Minsk qrupunun xarakterində dəyişiklik görmək istədiyini ifadə etsə də, bu fikri hazırkışəraitindən razı olan digər qüvvələr dəstəkləmir. Bundan başqa, Aİ-yə həmsədr səlahiyyətinin verilməsi dərdə dərman deyil. Aİ həlledici rol oynamaq üçün çox böyük və son dərəcə ziddiyyətli strukturdur. Doğrudur, Avropa İttifaqı 2003-cü il təhlükəsizlik strategiyası da daxil olmaqla, bir çox hallarda münaqişələrin həllindəüzərinə daha çox rol götürməyə hazır olduğunu bəyan edib. Çünki bu münaqişə Aİ-yə qonşu olan ölkələr, eyni zamanda Avropa üçün vacib rola malik Xəzər regionundakı enerji layihələri üçün birbaşa təhlükədir. Lakin reallıqda bu baş vermir və başvermə ehtimalı o qədər də yüksək görünmür. Bununla yanaşı, Aİ Cənubi Qafqazda mövcudluğunu yavaş-yavaş artırsa da, Dağlıq Qarabağ münaqişəsinin həllində ikinci dərəcəli oyunçu olaraq qalır. Təəssüf ki, enerjisinin çox hissəsini həllinə yönəltdiyi siyasi və iqtisadi problemlərin ağırlığı altında əziyyət çəkən Aİ, bu məsələdəəvvəlkitək yavaştərpənəndir.
- Belə olan təqdirdə, Bakının təşəbbüsünə Brüsseldən hansı reaksiyanı gözləmək olar?
- Brüssel israrla hazırkı vəziyyətlə razı olduğunu bildirir, Minsk qrupunun səylərini dəstəklədiyini deyir. Minsk qrupunun fransalı həmsədri Avropa İttifaqı, Avropa Şurası səfirlərini, Avropanın digər rəsmi şəxslərini Qarabağ münaqişəsinə dair baş verənlərlə (əslində, heç bir dəyişikliyin olmaması) bağlı müntəzəm olaraq məlumatlandırır. Bu, bəzən hazırkı status-kvonun Aİ-ni qane etdiyi görüntüsünü yaradır. Amma mən bunun belə olduğuna inanmıram. Belə passiv yanaşma yanlış və təhlükəlidir. Təəssüf ki, Dağlıq Qarabağ heç kim üçün prioritet deyil və "zəif od"a qoyulub. Bundan başqa, Aİ həqiqətən də etibarlı siyasi tərəfdaşa çevrilmək üçün öz regionunda təhlükəsizliyin təmini məsələsindəüzərinə daha böyük rol götürməlidir. Amma hələ ki, bu, baş vermir.
- Bakının münaqişənin həllinə ayrıca bir Avropa ölkəsinin yox, məhz Aİ-nin ciddi şəkildə cəlbi təşəbbüsü Fransanın vasitəçiliyindən narazılıq kimi qiymətləndirilə bilərmi?
- Düşünürəm ki, cənab Həsənov bilavasitə Fransa haqda yox, daha geniş anlamda danışıb. Prosesin dalana dirəndiyi hazırkı vəziyyətlə bağlı məyusluq var və sanki Minsk qrupunda bir silkələnməyə ehtiyac yaranıb. Həqiqətən də hazırda Minsk qrupunun həmsədrlərini restoranda heç kimin olmadığışəraitdə mətbəxdə yemək bişirən aşpazlara bənzətmək olar. Vasitəçilərin Dağlıq Qarabağ münaqişəsini həll edəcəklərini heç kim gözləməsə də, onların rolu sadəcə atəşkəs rejiminin davam etməsini dəstəkləmək olmamalıdır. Baza prinsiplər əsasında irəliləmək üçün ideyaların stimullaşdırılmas
MƏSLƏHƏT GÖR: