25 Noyabr 2024

Bazar ertəsi, 13:46

YÜKSƏLİŞ

Azərbaycan kosmİk dövlətlər klubunun azsayli üzvlərİndən bİrİnə çevrİlİr

Müəllif:

15.02.2013

Fransız Qvianasında "Kuru" kosmodromu. 8 fevral 2013-cü il. Azərbaycan  ilk telekommunikasiya peyki - "AzerSpace-1"in buraxılışını uğurla gerçəkləşdirib. Təxminən, martın birinci ongünlüyündə peyk rəsmən Azərbaycan mütəxəssislərinin idarəetməsinə veriləcək. Hazırda  "Azerkosmos" ASC-nin əsas Uçuş İradəetmə Mərkəzinin əməkdaşları onun kommersiya istismarına hazırlaşırlar. 

 

Tarixi gün 

Ötən il dekabrın əvvəlində "AzerSpace-1" peykinin yığımını gerçəkləşdirilən amerikan şirkəti "Orbital Sciences Corporation" avadanlığının sınaqdan çıxarılması üzrə bütün işləri başa çatdırıb və cari ilin yanvar ayında kosmik aparat "Kuru" kosmodromuna aparılıb. Orada son həftələrdə buraxılış öncəsi hazırlıq işləri görülüb. Və beləliklə, fevralın 8-də Bakı vaxtı ilə 01:35-də Azərbaycanın 3,2 ton ağırlığında olan ilk milli peyki Fransanın "Airanespace" şirkətinə məxsus güclü  "Ariane-5ECA" raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılıb. Azərbaycan peyki ilə yanaşı raketdaşıyıcısı orbitə  ispan operatoru "HispaSat"ın sifarişi ilə buraxılan "Amazonas-3" peykini də çıxardı. Startdan 34 dəqiqə sonra "AzerSpace-1" uğurla raketdaşıyıcıdan ayrılıb və müvəqqəti geostasionar orbitdə yerləşdirilib. 

"Bu gün bizim tarixin ən önəmli günüdür: 8 fevral 2013-cü il bizim xalqın yadında kosmik fəzanın fəthi tarixi kimi qalacaq. Bu fakt açıqca göstərir ki, müstəqil Azərbaycanın inkişafı intensiv və hərtərəflidir, biz artıq de-fakto beynəlxalq kosmik klubun üzvləriyik", - deyə Azərbaycan xalqını ilk telekommunkasiya peykinin orbitə buraxılması münasibətilə təbrik edən Prezident İlham Əliyev bildirib. 

Bakı Uçuşu İdarəetmə Mərkəzində (UİM) peykin buraxılışını müşahidə edən dövlət başçısı kosmik proqramın hazırlanmasında iştirak etmiş bütün milli qurumlara və xarici mütəxəssislərə təşəkkür edib. "Bu gün "Azerkosmos"un uçuşu idarəetmə zalında oturan gənc mütəxəssislər kosmik sahədə peşəkarlardır və biz çox şadıq ki, onların çoxu Azərbaycan vətəndaşıdır. Eyni zamanda, milli peykin orbitə çıxışı sıx beynəlxalq əməkdaşlığın, o cümlədən  Amerikanın "Orbital Sciences Corporation" və Fransanın "Arianespace" kimi dünyada tanınmış  şirkətlərinin dəstəyi ilə mümkün olub. Kosmik sahədə uğurlu kooperasiya bizim ölkənin beynəlxalq iqtisadi və texnoloji fəzaya effektiv inteqrasiyaının bariz təsdiqidir ki, bunun gözəl meyvələrini artıq biz indidən dadmağa başlayırıq", - deyə Prezident İlham Əliyev bildirib. 

Dövlət başçısının sözlərinə görə, bizim ölkə 2015-ci və 2016-cı illərdə iki yeni peyki orbitə çıxarmaq məqsədilə səylərini fəallaşdırıb. Azərbaycanda kosmik sənayenin formalaşdırılması, həmçinin informasiya-kommunikasiya texnologiyalarının (İKT) bütünlükdə inkişafı üçün gözəl imkanlar yaradılacaq.  Elmə, intellektə və innovasiyaya əsaslanan İKT sahəsi istənilən çağdaş ölkənin uğurlu, dayanıqlı inkişafının bünövrəsidir və 2013-cü ili İKT ili elan edilmiş Azərbaycan bu strateji vacib fəaliyyət sahəsini uğurla mənimsəyir. 

Beləliklə, milli kosmik proqramın gerçəkləşdirilməsi üzrə beş ilə yaxındır ki, davam edən irimiqyaslı hazırlıq işləri böyük triumfla başa çatıb. Azərbaycan Xəzəryanı bölgənin yeganə ölkəsidir ki, geostasionar orbitə rabitə peyki çıxarıb və həmçinin şaxələnmiş yerüstü VSAT rabitə infrastrukturu,  əsas və ehtiyat uçuş idarəetmə stansiyası yaradıb və kosmik sənayesinin əsasını qoyub. 

 

Düz istiqamət 

Bizim ölkədə gerçəkləşdirilən kosmik proqramın önəmli elementi  "AzerSpace-1" peykinin, həmçinin yaxın perspektivdə başqa kosmik aparatların idarə edilməsi və kommersiya istismarını təmin edən güclü yerüstü infrastrukturun yaradılmasıdır. Keçən ilin ikinci yarısında Bakıda və Naxçıvanda əsas və rezerv uçuş idarəetmə mərkəzlərinin tikintisi üzrə işlər başa çatdırılıb. 

Əsas UİM  kompleksi Bakıdan iyirmi kilometr cənub-qərbdə, Güzdək qəsəbəsinin yaxınlığında yerləşir. Təpəliklərlə əhatələnmiş ərazidə kompleksin hay-tek üslubunda yerinə yetirilmiş inzibati binasından peykin idarə edilməsi gerçəkləşdirilir. Bir az aralıda ayrıca texniki korpus yerləşir, orada xüsusi qəbuledici-ötürücü avadanlıq quraşdırılıb, onun yanında kosmik əlaqəni təmin edən dörd parobolik antenna qoyulub. UİM-in bütün obyektlərinə yüksək voltajlı güc xətləri çəkilib, mərkəz optik-lif kabeli vasitəsilə Xırdalan ATS-i ilə əlaqələndirilib. 

Kosmik aparatların idarəedilməsi üzrə bütün manipulyasiyalar geniş peyk əməliyyatları zalında gerçəkləşdirilir. Burada çoxsaylı monitorlara və mərkəzi divarda quraşdırılmış televiziya ekranına kosmik aparatın lazımi telemetrik parametrləri çıxarılır. O cümlədən, peykin orbitinin hesablanması aparılır, peykə komandalar verilir, Naxçıvan Muxtar Respublikasındakı ehtiyat UİM ilə rabitə gerçəkləşdirilir. 

"Telekommunikasiya peyki "AzerSpace-1" verilən  qrafik üzrə hərəkət edir. Təxminən, fevralın ortalarına kimi onun hərəkəti geostasionar orbitinə - Malayziya operatoru "MeaSat Satellite Systems"dən icarəyə götürülmüş şərq en dairəsi üzrə 46 dərəcə mövqeyinə korrektə olunacaq",- deyə "Azerkosmos" ASC-nin rəhbəri Rəşad Nəbiyev bildirib. "Azerkosmos" başçısının sözlərinə görə, daha sonra milli peykin orbiti öz mövqeyinə - şərq en dairəsi üzrə 43.2, 58.5 və 96 dərəcəyə  dəyişdiriləcək. 

Martın birinci ongünlüyündə test sınaqlarının başa çatmasından sonra, peykin idarəedilməsi üzərində tam nəzarət azərbaycanlı mütəxəssislərə keçəcək, onda peykin kommersiya istismarına hazırlıq başlayacaq. Təxminən, may ayına isə milli peykin sərbəst resurslarının icarəyə verilməsindən ilk maliyyə gəlirləri gözlənilir. 

İlk milli peyk rəqəmsal teleradioyayım üzrə xidmətlərin verilməsi, İnternet şəbəkəsinə giriş, məlumatların ötürülməsi, VSAT multiseriya şəbəkələrinin yaradılması, həmçinin qapalı hökumət rabitəsinin təmin edilməsi üçün nəzərdə tutulur.  Həmin funksiyaların yerinə yetirilməsi üçün "AzerSpace-1" son texnoloji  nailiyyətlər tətbiq edilməklə "Star-2 Bus" platformasında yığılıb. Bu baza əsasında bütün düynada 22 peyk yığılıb, onlar həddindən artıq etibarlıdır və uğurla istismar edilir. 

"Peykin kommutasiya imkanlarının istifadəsi Azərbaycanın ehtiyaclarının 20%-dən artıq deyil, kosmik aparatın qalan resursları beynəlxalq operatorlara kommersiya əsasında icarəyə veriləcək. Hələ ki, bu resursların əsas icarəçisi kimi Malayziya operatoru "MeaSat Satellite Systems"dir, o, peykin resurslarının, təxminən, 42%-ni alıb", - deyə R. Nəbiyev bildirir. Məxsusən bu səbəbə görə sayca üçüncü olan UİM Cənub-Şərqi Asiya regionunda, məhz Malayziyanın əsas innovasiya  və IT mərkəzi olan Saybercay şəhərində yaradılır. Bu obyekt peykin kommunikasiya resurslarının kommersiya istismarı üçün nəzərdə tutulur. 

 

Kommersiya baxımından rentabellidir

Azərbaycan peykinin çox uğurlu orbital mövqeyi İKT bazarı daha tutumlu və dinamik inkişaf edən ölkələrin rabitəsini əhatə etməyə imkan verir. Söhbət o cümlədən Cənubi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionundan gedir. Sözügedən regionların peyk əlaqəsi operatorları və başqa potensial müştəriləri ilə artıq icarə haqqında fəal danışıqlar aparılır. 

"AzerSpace-1"in kommersiya mövqeləri daxili bazarda da bu cür uğurlu görünür. 

"Bütünlükdə, istəyən müştərilərə IP-protokol üçün platforma və internet-trafik təqdim edilir. Ancaq milli peykin əsas təyinatı radioteleviziya və telekommunikasiya şirkətlərinə xidmət göstərmək olacaq. Bu, əsasən peyk rabitəsinin xüsusiyyətləri ilə bağlıdır, çünki bütün dünyanın kosmik operatorları bir qayda olaraq, internet trafik üçün yerüstü optik-lif xətləri ilə xidmət göstərən şirkətlərlə müqayisədə daha aşağı tariflər təqdim etmək imkanında olmurlar",- deyə "Azerkosmos" başçısı Rəşad Nəbiyev bildirir. Azərbaycanın yayım şirkətləri və rabitə operatorları ilə yanaşı,  "Azerkosmos" ölkədə fəaliyyət göstərən iri xarici qurumlardan, xüsusilə də "bp" və neft konsorsiumunun digər üzvləri kimi energetika şirkətlərindən də sifarişlər gözləyir. 

"AzerSpace-1"in imkanlarının istifadəsi bizim ölkəyə  yerüstü telekommunikasiya infrastrukturunun yaradılması üzrə xərcləri aşağı salmağa imkan verəcək, bununla da rabitə xidmətlərinin tarifləri aşağı düşəcək. Daha bir üstünlük isə rəqəmsal televiziyanın hər yerdə təmin edilməsinə, o cümlədən televiziya kontentinin HD-formatda ötürülməsinə imkan verəcək. Lazım olduqda peykin imkanları Fövqəladə Hallar Nazirliyinin və başqa güc strukturlarının ehtiyacları üçün də istifadə edilə bilər. 

Peykin həm ölkə daxilində, həm də ölkədən kənarda işlədilə bilməsi Azərbaycanın peyk layihəsinin kommersiya baxımından cəlb-edici olacağına ümid edən "Azerkosmos"da böyük inam yaradır. İlkin hesablamalara görə, peyk layihəsi yatırılan sərmayələri 5-7 il istismar edildikdən sonra çıxaracaq. "AzerSpace"in istismar prosesində əldə edilən gəlirlərin həcmi 495 mln manat, təmiz qazanc isə 176 mln manat səviyyəsində proqnozlaşdırılır.

Yaxın üç ildə Azərbaycan kosmosa ən azı daha iki peyk də göndərəcək. 2015-ci ildə Yerin səthinin zondlaşdırılması üçün aşağı orbitli peyk, 2016-cı ildə isə ikinci telekommunikasiya aparatı kosmosa göndəriləcək. Yaxın zamanlarda "Azerkosmos" aşağı orbitli optik peykin quraşdırılması, orbitə çıxarılması və sığortası üzrə podratçıların seçilməsi üzrə bu yaxınlarda keçirilmiş  tenderin qaliblərinin adlarını açıqlayacaq.  Bu məqsədlə biznes-plan işlənilir və gələcəkdə Yerin səthinin kosmosdan çəkilmiş optik və radar təsvirlərinin alıcıları olacaq perspektivli müştərilərlə danışıqlar aparılır. Aşağı orbitli peykin  buraxılması çərçivəsində Azərbaycanda optik peyk xidmətlərinin universal yerüstü stansiyasının yaradılması və apertur toru (SAR - Synthetic Aperture Radar) sintezləşdirilmiş radar sistemlərinin alınması nəzərdə tutulur. Bu radar kompleksi bizim regionun üzərindən keçən başqa peyklərdən təsvir qəbulu, həmçinin regional bazarlarda optik və radar təsvirlərinə olan ehtiyacın ödənilməsi üçün işlədiləcək. 



MƏSLƏHƏT GÖR:

511