24 Noyabr 2024

Bazar, 23:51

MƏHƏLLƏ FORMATI

Azərbaycan hökuməti üç növ sinifdə mövcud olan istehsal şirkətlərini lokallaşdırmaq niyyətindədir

Müəllif:

06.05.2014

Azərbaycan, dünyanın bir çox inkişaf etməkdə olan dövlətləri kimi, diqqəti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına cəmləyərək, təkmilləşdirilmiş bazar reallaşdırmağa çalışır. Hökumətin sənaye strategiyasının alətlərindən  biri də müxtəlif profilli texnoparklar və biznes-inkubatorların yaradılması seçilib. Bu ildən isə İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) təşəbbüsü ilə Bakı və başqa şəhərlərdə sənaye məhəllələri yaradılacaq.

 

10 il bundan əvvəl  

Ötən on ildə sosial-iqtisadi inkişafın yüksək templərinə nail olan Azərbaycan, keçid dövrünü nisbətən sürətlə ötə və orta inkişaf etmiş ölkələr kateqoriyasına daxil ola bilib. Bir sıra dövlət proqramlarının reallaşdırılması sayəsində, xüsusilə regionların inkişafı üzrə yeni sənayeləşmə prosesləri, demək olar ki, respublikanın bütün regionlarını əhatə  etmişdi.  

Nisbətən qısa müddət ərzində ölkədə sənaye  gücləri özəlləşdirilib və köklü şəkildə təkmilləşdirilib, 20 mindən artıq yeni müəssisə istismara verilib. Təkcə, son dörd ildə qeyri-neft sektorunun 20 ən iri müəssisəsinə 4 mlrd. manatdan artıq sərmayə  yatırılıb. Bu, trendin dayanıqlığından, təkcə, cari ilin ilk rübündə regionlarda, təxminən, yüzlərlə iri və orta sənaye, aqrar, emal və xidmət obyektlərinin istismara verilməsi faktından  xəbər verir. Ümumilikdə isə ölkə boyu, təxminən, daha 500 müəssisənin tikintisi davam edir.

2014-cü ili "Sənaye ili" elan edərək, Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının inkişafının strateji məqsədlərini yaratdı. Yaxın on ildə Azərbaycanın ümumi ixracında sənaye məhsullarının payının əhəmiyyətli dərəcədə artması ilə, ölkə ÜDM-in 80%-ni təmin edən konkret, yüksək texnologiyalı istehsal yaradılmalıdır. 

Hökumətin yaxın gələcəkdə sənaye siyasətinin mexanizmləri və taktikası necə görünür? Bu strategiya dünyada dominantlıq edən tendensiyalara hansı ölçüdə yatır? Azərbaycan da postsovet ölkələrinin bir çox respublikaları  kimi, XX əsrin 90-cı illərində irimiqyaslı desənayeləşmə yaşayıb.

Texniki geriləməyə görə SSRİ-nin ağır sənayesinin böyük hissəsinə dünya bazarında tələbat yaranmadığı və bir çox hallarda təkmilləşdirilməyə münasib olmadığı məlum  oldu. Hərçənd, digər tərəfdən bu mənfi amil səmərəsiz və köhnəlmiş sahələrin və müəssisələrin dəstəklənməsi ilə bağlı olan xərclərdən xilas etdi.

Kapital yatırımlarının ən çox hissəsi ötən yarım on ildə istehsalın müasir vasitələrinin yaradılmasına yönəldilib, onların Azərbaycanın ümumi sənaye potensialında payı bu gün üçdə bir və daha artıq yer tutur.

Azərbaycanın sənaye potensialının köklü təkmilləşdirilmə siyasəti son beş ildə daha əyani surətdə nəzərə çarpır. Hökumət prinsip etibarilə istehsal güclərinin cəmləşməsinin yeni mexanizmlərini tətbiq edir: ölkədə bir neçə müxtəlif profilli sənaye parkları və biznes inkubatorları yaradılıb. Belə ki, bu strukturlar fərqli tapşırıqların həllinə yönəldilib. Məsələn, texnoparklar, ilk növbədə, nisbətən iri zavod və fabriklərin lokallaşdırılması üçün nəzərdə tutulub, məhsulun xarici bazara da tədarükünə hesablanmış kütləvi istehsalın yaradılmasına yönəldilib. Biznes-inkubatorların vəzifələri bir qədər fərqlidir. Burada İKT-sektor istiqamətlərinin, kiçikseriyalı elmtutumlu istehsalatın inkişafı və ya innovasiya xidməti, elmi araşdırmalar sahəsindəki təşəbbüslərin inkişafı və s. nəzərdə tutulmuş layihələrin sınaqdan keçirilməsi planlaşdırılır.

 

Üçüncü element 

Nəhayət, bu ildən İSN-in təşəbbüsü ilə sənaye triadasının növbəti komponenti fəaliyyətə cəlb edilib - sənaye məhəllələrinin formalaşdırılmasına başlanılacaq. Texnoparklar və biznes-inkubatorlardan fərqli olaraq, sənaye məhəllələrində kiçik və orta sahibkarlıq subyektlərində istehsal və xidmət strukturlarının lokallaşdırılması planlaşdırılır. Əsas bu, təmir, tikinti və ya servis xidmətləri ilə məşğul olan şirkətlər, tikinti materiallarının istehsalına cəlb edilmiş kiçik sexlər, mühəndis şirkətləri, qida istehsalı, xırdaseriyalı tikiş, ayaqqabı istehsalı və sairdir. Bir qayda olaraq, bu cür müəssisələrin fəaliyyəti  daxili bazarın tələbatının ödənilməsinə yönəldilib və istehsal həcmlərinin cüzi olmasına görə onlar, icarə qiyməti, kommunal infrastruktur xərcləri, kredit əlçatarlılığı və s. kimi amillərə qarşı son dərəcə həssasdırlar. 

Əslində, bu səbəbdən, özəl müəssisələri sənaye məhəllələrinə cəlb etməklə, dövlət büdcə vəsaitləri hesabına elektrik enerjisi daxil olmaqla, qaz, su, kanalizasiya və s. zəruri infrastrukturun yaradılmasına çəkilən xərcləri ödəməyi planlaşdırır. Bundan başqa, məhəllələrin sakinlərinə güzəştli kreditlər təqdim olunacaq, o cümlədən onların potensialının artırılması üzrə bir sıra digər tədbirlər də reallaşdırılıb. Məsələn, pulsuz məsləhət xidmətləri göstərilib, treninq və seminarlar təşkil edilib. Layihədən asılı olaraq sənaye məhəllələri çərçivəsində sakinlərə sənaye avadanlığının quraşdırılması üçün məntəqələr (sahələr) təqdim oluna bilər.  

Sahibkarlar üçün xüsusi icazələrin alınması sadələşdiriləcək, onların müvəqqəti və nəqliyyat xərcləri azaldılacaq. Belə ki, sənaye məhəllələri iri nəqliyyat qovşaqlarının bilavasitə yaxınlığında yaradılacaq. 

İlkin məlumatlara görə, İSN ilk sənaye məhəllələrini Bakının Sabunçu rayonunda, Sumqayıt, Gəncə və Mingəçevirdə, o cümlədən ölkənin Şirvan və Siyəzən rayonlarında yaradılmasını planlaşdırır. 

Nəticədə, bu təcrübə Azərbaycanın digər yaşayış məntəqələrində də həyata keçiriləcək. Bununla belə, istisna deyil ki, zamanla məhəllələrin bəziləri istehsal potensialını son dərəcə yüksək səviyyəyə çatdıra bilər ki, bu da onların  mükəmməl texnoparklara çevrilməsinə yardım edəcək. 

Fəaliyyətinin sənaye məhəllələrində lokallaşmasında maraqlı olan sahibkarlar cari ilin 1 iyun tarixinə qədər biznes-planlarını İSN-ə təqdim etməlidirlər. Bu məlumatlar gələcək sənaye məhəllələrinin layihələndirilməsi, infrastrukturda ehtiyac işarələri üçün istifadə ediləcək. Nəhayət,  potensial rezidentləri istehsal fəaliyyətinə uyğun olaraq qruplaşdırmağa yardım edəcək. 

Diqqətə layiqdir ki, Azərbaycanın texnoparkların, biznes-inkubatorların, indi isə sənaye məhəllələrinin inkişafına seçim etməsi, tamamilə müasir qlobal tendensiyaya uyğunlaşır.  Sıx məskunlaşmış meqapolislərin uzun müddət desənayeləşməsinə baxmayaraq, bu gün Avropa və ABŞ-ın bir sıra iri şəhərlərində sənayenin dirçəlmə tendensiyası izlənilir. Amma bu, keyfiyyət baxımından başqa şəkildə baş verir. "Locating American Manufacturing" Bruklinq institutunun araşdırmalarına əsasən, təxminən, ABŞ-da istehsal sahəsində iş yerlərinin, təxminən, 80%-i hələ də yüz iri meqapolisdə yerləşir.  Ən yüksək texnologiyalar istehsalı üçün isə bu göstərici 95%-ə çatır. 

Lakin yeni sənaye inqilabı qərb şəhərlərinə iri "tüstü" zavodlarının və kimya kombinatlarının qayıtmasını nəzərdə tutmur. İrimiqyaslı ənənəvi istehsal daha yoxsul inkişaf etməkdə olan ölkələrdə əvvəlkitək məşğuliyyət olaraq qalır. 

Avropa və Amerika şəhərlərinə istehsalın yeni sahəsi gəlir - buraya iri yığma müəssisələr üçün ehtiyat hissələrini istehsal edən yüksək texnologiyalı mini-fabriklər, mebel sənayesi üçün aksessuarlar, tikinti materialları və istənilən başqa əsas məhsullar daxildir. Bu cür strukturlar hər yerdə, hətta 200 kv. metr sahədə də 50 nəfərdən artıq olmayan ştatla yerləşdirilə bilər.  İngilis və almandilli iqtisadi KİV artıq var gücü ilə yeni terminlər - "mikroistehsal", "şəhər istehsalı", "yüngül istehsal" və s. istifadə edirlər. 

Bruklinq institutunun mütəxəssisləri "innovasiya rayonları" (innovation district) kimi sənaye məhəllələrini qeyd edirlər. Bu, istər fiziki, istərsə də sosial infrastrukturu təmin edən sıx qruplardır. Ənənəvi texnoparklar və ya ofis mərkəzlərindən fərqli olaraq, sənaye məhəllələri tədris strukturları, biznes, laboratoriyalarının  mərkəzinə  çevrilir. Burada, əlbəttə ki, ictimai məkan üçün də yer saxlanılır - ümumi qidalanma obyektləri, rahat piyada zonalar. Bu cür sahələr Barselona, Boston, Filadelfiya, Hamburq və digər şəhərlərdə fəal şəkildə yaradılır. 

Bizim ölkədə də sənaye məhəllələrinin yaradılması üçün nümunə  qismində, məhz, bu cür mühitin seçiləcəyinə ümid etmək qalır.



MƏSLƏHƏT GÖR:

456