24 Noyabr 2024

Bazar, 23:39

BANKDAN DA SƏRFƏLİ

Həyatın yaşam sığortası üzrə vergi güzəştləri bu sahənin sürətli inkişafına yardım edəcək

Müəllif:

06.05.2014

Azərbaycanda iqtisadi artım hər bir vətəndaşın gəlirlərində və büdcəsində əhəmiyyətli dərəcədə öz əksini tapıb. Belə ki, bu ilin 3 ayı ərzində inflyasiya  2% olduğu halda, əhalinin pul gəlirləri 4,5% artıb. Eyni zamanda, birinci rübdə orta aylıq əməkhaqqı, təxminən, 7% yüksəlib və 430 manat, yəni 550 dollar səviyyəsindədir. Bu da vətənşların yığımlarının artımına gətirib çıxarıb - əhalinin banklardakı əmanətləri 20%-dən çox artıb. 

Bu şərtlərdə investisiya və gəlirlərin artırılması üçün yeni alətlərə zərurət yaranır. Və cəlbedici fürsətlərdən biri də həyatın yaşam sığortası ola bilər.

Əslində,  həyatın yaşam sığortası - bir insan üçün əvəzedilməz və digəri üçün tamamilə zidd ola biləcək heç də sadə alət deyil. Sığortanın bu növü özündə həyat sığortası və yığımını ehtiva edir. Başqa sözlə, həyatın yaşam sığortası üzrə polis (sığorta vəsiqəsi) əldə edərək, insan gələcək məqsədləri üçün polisdə vəsaitlərin yığılması imkanını və yaxşı maliyyə müdafiəsini təmin edən alət qazanır.  

Həyatın yaşam sığortasının istifadə olunmasında əsas ideya müştərinin öz həyatını sığortalama imkanına malik olmasından ibarətdir.  Bu mənada müştəri hər ay (olar ki, hər rübdə və ya hər il) polisə əvvəlcədən razılaşdırılmış müəyyən məbləğ yatırır. Bu məbləğə sığorta şirkəti hər il vəsaitlərin yığılması üçün investisiya gəliri əlavə edir və müqavilənin müddəti bitərkən, müştəri şərtləşdirilmiş məbləği əlinə alır. Sığrota halı (bu, adətən, istənilən səbəbə görə müştərinin ölümü deməkdir, lakin başqa seçimlər də ola bilər) baş verərsə, sığorta şirkəti müqavilədə razılaşadırılmış sığorta məbləğini sığortaolunan şəxsin varislərinə ödəyir. Bu, ailə, uşaqlar və ya yaxın qohumlar qarşısında üzərinə götürülən maddi öhdəlikləri zəmanətli şəkildə yerinə yetirməyə imkan verir: müştəriyə heç nə olmursa, o, lazımi məbləği sərbəst şəkildə yığa bilər. Lakin sığortalı dünyasını dəyişərsə, sığorta şirkəti sığortalının itkisini qismən kompensasiya edəcək məbləği ödəyir. 

Həyatın yaşam sığortasının bank depozitindən əsas fərqi, məhz, sığorta müdafiəsindən ibarətdir. Lakin Azərbaycanda sığortanın bu növünə xüsusi önəmi vergi güzəştləri verir. 

Hərçənd həyat sığortası bazarının inkişafına yönəlmiş və həyatın yaşam sığortası zamanı vergi güzəştlərinin tətbiqini nəzərdə tutan qanuna dəyişikliklər bir neçə il bundan qabaq edilib. Ötən ilə qədər sığortanın bu növü xüsusi populyarlığa malik deyildi. Lakin 2013-cü il həyat sığortası,  ilk növbədə, həyatın yaşam sığortası üzrə sıçrayış oldu. 2013-cü ildə sığortaçılar sığortanın bu növü üzrə 37,7 mln. manat sığorta pulu toplayıblar. Bu, 2012-ci illə müqayisədə 3,1 dəfə artıb. 

Tendensiya 2014-cü ilin birinci rübündə də davam edib. Həyatın yaşam sığortası üzrə əldə edilən sığorta haqları 17,6 mln. manat və ya sığortaçıların bütün sığorta haqlarının 15%-ni təşkil edib. Eyni zamanda, 2013-cü ilin yanvar-mart aylarında 57,8% artıb. 

Qeyd etmək lazımdır ki, 2014-cü ilin birinci rübündə həyatın yaşam sığortası olduqca yüksək artım templəri nümayiş etdirib. Belə ki, hesabat dövründə sığortaçıların ümumi sığorta haqları 15,3% artıb. 

Odur ki, həyat sığortası, xüsusilə yaşam sığortası hesabına sığortaçıların daha çox qazandıqlarını söyləmək olar. 

Adi vətəndaşa həyatın yaşam sığortası nə verir? Hər şeyi konkret misalla nəzərdən keçirək. Müştəri əməkhaqqından hər ay 100 manat kənara qoymaq qərarına gəlir. Təsəvvür edək ki, sığorta müqaviləmiz  yoxdur. Bu halda həmin 100 manatdan 14% gəlir vergisi və 3% icbari dövlət sosial sığorta haqqı qismində Dövlət Sosial Müdafiə Fonduna gedir. Yəni reallıqda 100 manatdan 17 manat vergilərə və digər icbari ödənişlərə sərf olunur, yığıma isə 83 manat qalır. 

Həyatın yaşam sığortasına dair müqavilə olduğu təqdirdə, bu 100 manatdan vergilər və icbari dövlət sosial sığorta haqqı tutulmur. Bu məbləğ də təmiz şəkildə yaşam sığortası çərçivəsində müştərinin hesabına "oturur". Bundan başqa, işverən-şirkət də əməkhaqqı fonundan 22% həcmində icbari dövlət sosial sığorta haqqı ödəyir. Yəni şirkət işçiyə verdiyi 100 manata görə DSMF-ə 22 manat ödəməlidir. Lakin yenə də vergi güzəştləri sayəsində, şirkət bu məbləği DSMF əvəzinə müştərinin həyatın yaşam sığortası hesabına keçirə bilər. Belə çıxır ki, həyat yığımı sığortası üçün verilən 100 manat əvəzinə, müştəri reallıqda 122 manat (100 manat maaş+22 manat DSMF-ə edilən ödəniş) əldə edir.

 

Azərbaycanda həyat sığortası üzrə müqavilələr ən azı 3 il müddətinə bağlanır. Bununla da, müştərinin 36 ayda həyatın yaşam sığortası üçün verdiyi pullar (ayda 100 və ya 3 ilə 3 600 manat), minimum 4 400 manat gətirir. Hər il yığım məbləğinə investisiya gəliri əlavə olunur - bu, bizdə ildə 5-7% arasında tərəddüd edir. Bu da təbii ki, müştərinin sığorta müqaviləsinin bitmə tarixində əldə edəcəyi məbləğin artımına gətirib çıxarır. 

Həyatın yaşam sığortası əksər hallarda bankdakı əmanətdən daha sərfəli olur. Bu, bir neçə amillə bağlıdır. Birincisi, həyatın yaşam sığortası üzrə müqaviləni cibində pul olmadan da bağlamaq olar. Belə ki, həmin şərti 100 manat hər ay əməkhaqqından ödəniləcək. Bankda depozitə gəldikdə isə bu mümkün deyil. Bankdan faiz almaq üçün, banka əmanət şəklində, həm də yaxşı olardı ki, daha çox nəsə gətirmək lazımdır. İkincisi, həyat sığortası üzrə gəlirlilik, sığortaya köçürülən vergilər və icbari ödənişlər hesabına daha yüksəkdir.  Üçüncüsü, bu, müştərinin və onun varislərinin əlavə maliyyə müdafiəsidir. Çünki sığorta hadisəsi baş verəcəyi halda onun qohumları sığorta məbləğini tam həcmdə ala biləcəklər. 

Eyni zamanda həyat sığortası üzrə daha bir amil vardır ki, sığorta məbləğinə təsir edir. Bu, yaşdır. Digər bərabər şərtlər zamanı sığorta şirkətinin gənc müştərisi yaşlı insandan daha çox üstünlüyə malik olur. Çünki sonuncunun sığorta halının baş verməsi daha yüksəkdir. 

Bu vəziyyətdə mənfəət əyani surətdə növbəti şəkildə baş verir. Tutaq ki, həyat sığortası müştərisinin 35-40 yaşı var və o, hər ay yaşam sığortasına 150 manat ödəyir. Bu halda o, 3 ildən sonra sığorta şirkətindən 8,2-8,6 min manat həcmində pul alacaq. İndi isə təsəvvür edək ki, sizin 5 000 manat pulunuz var və onu illik 10%-la banka qoymaq qərarına gəlirsiniz. Nəticədə 3 ildən sonra əmanətinizin məbləği   6650 manat olacaq. 

"Bütün dünyada yaşam sığortası özünəməxsus lokomotiv hesab olunur. Belə ki, yaxşı vergi güzəştləri, investisiya üçün müəyyən əlaverişli şərtlər vardır. Bu, pulu banka depozit qismində qoymadan daha sərfəlidir. Bundan başqa, banka pul qoyarkən, bankın üzərinə heç risk götürmədiyini də nəzərə almaq lazımdır. Halbuki həyatın yaşam sığortasında sığorta şirkəti müştərinin həyatı ilə bağlı müəyyən riskləri gözə alır", - deyə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib. 

Onun sözlərinə görə, 2014-cü ildə assosiasiya həyatın yaşam sığortası üzrə sığortaçıların ödənişlərinin artımını gözləyir və ASA-nın bu istiqamətin inkişafı üçün müəyyən planları var. Misal üçün, assosiasiya Azərbaycan sığorta şirkətləri ilə həyatın yaşam sığortası üzrə məhsulların satış modellərini bölüşmək üçün Rumıniyadan mütəxəssis dəvət etmək  niyyətindədir.  

"Nəzərə almaq lazımdır ki, burada əsas məsələ təkcə yığılmış sığorta ödənişləri aspekti deyil, həm də onların düzgün investisiya edilməsidir. Məhsulların satışı zamanı sığortaçılar müştərinin xüsusi məsləhətçisi kimi çıxış edir və onun vəsaitlərini düzgün şəkildə investisiya etməsinə yardım edirlər. Azərbaycanda həyat sığortasını ləngidən əsas amil, qiymətli kağızlar bazarının kifayət qədər inkişaf etməməsi və sığorta şirkətləri tərəfindən vəsaitlərin investisiyası üçün məhdudlaşdırılmış imkanlarıdır. Sığorta şirkətləri əhalidən yığılan vəsaitləri harasa yatırmalıdırlar. Bu gün Azərbaycanda investisiya üçün yeganə real alət - bankda depozitdir. Dünyada isə vəsaitlərin böyük hissəsi birjaya yönəldilir. Bəlkə də həyat sığortasının inkişafı Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına təkan verəcək", - deyə O. Bayramov vurğulayıb. 

O, qeyd edib ki, ASA həyat sığortası bazarında vəziyyəti komitələrdən birinin iclasında müzakirə etməyi planlaşdırır. "Digər ölkələrin təcrübəsinə baxmaq lazımdır. Bəlkə, Azərbaycanda bu vəsaitləri investisiya şəklində daşınmaz əmlaka yatırmaq mümkündür. Azərbaycan üçün daşınmaz əmlak - investisiya üçün real bazardır. Bu məsələni müzakirə etmək lazımdır. Ələlxüsus da, daşınmaz əmlak riski, banklardakı investisiyalardan daha risklidir", - deyə assosiasiyanın rəhbəri qeyd edib. 

Həyatın yaşam sığortasına dair daha bir müsbət nəticəni xatırlamaq lazımdır. Onun tətbiqi əməkdaşın maaşının leqallaşdırılmasına gətirib çıxarır. Belə ki, sığortanın bu növü üzrə ödənişi ancaq qanuni əməkhaqqından həyata keçirmək mümkündür. Razılaşın ki, əmək müqaviləsində maaşı 150 manat göstərilən insanın həyatın yaşam sığortasına 150 manat ödəməsi qəribə olar. 

Azərbaycanda həyatın sığorta bazarı indi-indi populyarlıq qazanmağa başlayır. Dünyada həyat sığortası üzrə yığımların səviyyəsi ÜDM-in 4%-nə, Şərqi Avropa ölkələrində - təxminən, 2%, Rusiyada - 0,06% uyğundursa, Azərbaycanda ÜDM-in 0,07%-ə (2013-cü ilin nəticələrinə görə) bərabərdir. Dünyada həyat sığortası üzrə ödənişlər adambaşına 360 dollara, Rusiyada 8 dollara bərabərdirsə, Azərbaycanda bu rəqəm 6 dollar təşkil edir.

Məbləğ, təbii ki, hələlik böyük deyil. Lakin istənilən yolun başlanğıc nöqtəsi heç də həmişə çox ümidverici olmur.


MƏSLƏHƏT GÖR:

634