AQROHƏRƏKAT
Azərbaycan özünü kənd təsərrüfatı texnikası ilə təmin etməyi hədəfə alıb
Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanda artıq altıncı ildir ki, aqrosənaye sektorunda, xüsusilə ərzaq məhsullarının idxalından asılılığın minimuma endirilməsini nəzərdə tutan kompleks islahatlar həyata keçirilir. Aqrosənayenin vacib elementi kimi, kənd təsərrüfatı texnikasının birbaşa Azərbaycanda istehsalı qeyd edilib. Bu istiqamətdə növbəti addım kimi, Amerikanın dünya şöhrətli "AGCO" şirkətinin Gəncə Avtomobil Zavodunun gücündən istifadə etməklə traktorların quraşdırılmasının lokallaşdırılması ola bilər.
Müstəqilliyin əldə edilməsindən bəri Azərbaycanda kənd təsərrüfatı texnikası və avadanlığının yerli istehsalının yaradılması ilə bağlı bir neçə cəhd edilib. Belə ki, hələ 1998-ci ildə Bakıda yaradılan "Azərtraktor" müəssisəsində Türkiyənin kənd təsərrüfatı texnikasının istehsalçının tədarük etdiyi hissələrdən yığılmasına başlanılıb. Lakin iyirmiyə yaxın maşın istehsal etdikdən sonra, bu müəssisə istehsalatını dayandırdı. Bakıda yığılan traktorların kifayət qədər yüksək qiyməti yaranmışdı - təxminən, 17 min dollar. 1990-cı illərdə ölkədə fermerlərin bank kreditləşmə proqramları sadəcə mövcud deyildi, bundan əlavə, fermerlər likvid girovu təmin edə bilmirdilər. O zaman kəndlərin texniki təchizatı üçün əsas maliyyə vasitəsi olan aqrar lizinq şirkətləri də yox idi. Bundan əlavə, 80 at gücünə malik və Türkiyədə yığılan traktorlar yalnız malalamaq üçün yararlı olub və yüksək möhkəmliyə malik Azərbaycanın bir çox şumlanan ərazilərində şumlama işləri üçün yararsız idilər.
Səmərəli aqrar kreditləşmə sisteminin və tutumlu ödəmə qabiliyyətli tələbat olmadığından, Türkiyənin "İbrahimOrs" şirkəti ilə birgə traktor layihəsi də kağız üzərində qaldı. Layihənin həyata kezirilməsi Türkiyənin aqrar qurumu tərəfindən 2002-ci ildə aktiv şəkildə təbliğ olunurdu. Layihə çərçivəsində Bakının "Elevatormaş" ASC-nin bazasında quraşdırma sexinin yaradılması nəzərdə tutulmuşdu. Həmçinin Kirov zavodunun (Rusiya) Sabirabad təmir-mexaniki müəssisə bazasında təkərli ekskavator və traktorların birgə yığılması cəhdi də uğursuz olub. Təxminən, beş il bundan əvvəl talvarlı avadanlığın istehsalı Azərbaycanın daha bir müəssisəsində - Şəmkir rayonunda yerləşən “ZeyemKendMash” zavodunda planlaşdırılırdı.
Kənd istehsalçılarının texniki təchizatında əsl irəliləyiş, təxminən, doqquz il bundan əvvəl baş verib. O zaman dövlət "Aqrolizinq" SC-nin yeni xidmət strukturunun yaradılması ilə bağlı təşəbbüs irəli sürüb, bununla da texnikanın və avadanlığın alınmasının maliyyələşdirilməsi üçün möhkəm əsaslar yaradıb. Belə ki, 2005-ci ildən bəri "Aqrolizinq" 10 mindən çox müxtəlif kənd təsərrüfatı texnikası alıb. Buraya Rusiyanın "Rosselmaş", "Niva" və Finlandiyanın "Sampo" şirkətlərinin taxılyığan kombaynları, müxtəlif şirkətlərin şumlama və emaledici traktorlar daxildir. Yüzlərlə yük maşını, habelə 7 min qoşqu və asma avadanlıqları alınıb. Maşınlardan və mexanizmlərdən ibarət bu böyük park, lizinq sxemləri üzrə alınma imkanları ilə icarəyə verilir. Bu, kənd təsərrüfatında illik 6-7%-lik artımı təmin etməklə, kiçik fermer təsərrüfatlarının əsas kütləsinin texniki dəstəyinin mühüm amilinə çevrilib.
Bu istiqamətdə dövlət siyasətinin məntiqi davamı kimi, birbaşa Azərbaycanda traktorların və asma avadanlıqların yığılmasını təmin edə biləcək yerli sənaye müəssisələrinin hərtərəfli dəstəyi olub.
İlk uğurlu layihə 2008-ci ilin martında Gəncə Avtomobil Zavodu - "GəncAZ" istehsal xətləri bazasında Azərbaycan-Belarus birgə müəssisəsinin (BM) yaradılması ilə start götürüb. Burada "Belarus" traktorlarının və həmçinin "MAZ" yük maşınlarının və özüboşaldanların yığımı təmin olunub. Onların çoxunu "Aqrolizinq" ASC alır. Son illər ərzində Gəncə Avtomobil Zavodu ildə 800 traktor yığırdı və qonşu ölkələrə kənd təsərrüfatı texnikasının ixracı ilə bağlı planları nəzərə almaqla, bu, heç də son hədd deyil. "GəncAZ" BM-də yaradılan istehsalat gücləri nəinki Azərbaycanın tələbatını, həmçinin qonşu ölkələr - Gürcüstan, Türkmənistan və sonra İran və Türkiyənin tələbatını da nəzərdə tutur. BM-nin tam istehsalat gücü ilə çalışmasından sonra, ildə 2-3 min traktor istehsal olunacaq. Bu, perspektiv planlardır, hələlik isə 2013-cü ildə 246 yük maşını və 739 traktor istehsal olunub ki, bu da 2012-ci il göstəricilərindən müvafiq olaraq 52,8% və 19,6% çoxdur.
"GəncAZ"ın istehsal xətlərində Belarusun "Dorelektromaş" müəssisəsinin dəstəyi ilə "Belarus" traktorlarının bazasında, həmçinin kommunal-tikinti və aqrar məqsədlər üçün asma avadanlıqların 15 modifikasiyasının yığımı təmin olunub. Bundan əlavə, qovşaqların və detalların bir çox hissələrinin istehsalının Gəncədə lokallaşdırılması sayəsində onların qiyməti 3 dəfə aşağıdır. Yaxın gələcəkdə tərəflər yığılan kənd təsərrüfatı texnikasının sırasını genişləndirməyi və Azərbaycanda Belarus avtobuslarının istehsalını da təşkil etməyi planlaşdırır. Ötən ilin noyabrında Azərbaycan-Belarus hökumətlərarası komissiyası çərçivəsində Azərbaycan M. Əzizbəyov adına təcrübə sınaq zavodu ərazisində "Belarus" traktorları üçün ehtiyat və komplektasiya hissələrinin istehsalına dair əlavə istehsal sahəsinin yaradılması təklifini irəli sürüb. Hazırda bu təklif layihə iştirakçıları tərəfindən nəzərdən keçirilir. Bundan əlavə, Sumqayıt texnoparkının bazasında "MAZ" yük maşınlarının yığılması üçün komplektasiya hissələrinin istehsalının təşkil edilməsi ilə bağlı layihə də perspektivli görünür.
Maraqlısı odur ki, bir neçə il bundan əvvəl Gəncədə yığılan "MAZ" yük maşınlarının bazasında "Haller" şirkətinin avadanlığı və texnologiyalarından istifadə etməklə, kommunal və xüsusi texnikanın istehsalı da yaradılıb. Bu istehsalçı Almaniyanın "Kirchh off GROUP" holdinqin tərkibinə daxildir və cari ilin əvvəlində holdinqlə saziş imzalanıb. Sazişə əsasən, "GəncAZ" yenidən təchiz olunan "MAZ" yük maşınlarının Xəzəryanı regionda yerləşən ölkələrə tədarük edəcək.
Kənd təsərrüfatı texnikasının istehsalı sahəsində keyfiyyətli irəliləyişə ölkə daha bir miqyaslı layihənin icra edəcəyi halda nail ola bilər. Bu layihə Amerikanın dünya şöhrətli "AGCO" şirkətinin dünyanın 140 ölkəsində satılan traktorlarının Gəncədə yığılmasını nəzərdə tutur. Hazırda "GəncAZ"ın rəhbərliyi və amerikalı tərəfdaşlar "Challenger", "Fendt", "Massey Ferguson" və "Valtra" modellərinin birgə istehsalı məsələsi ilə bağlı danışıqlar aparırlar.
Bu layihə uğurla nəticələnəcəyi təqdirdə, Azərbaycan şumlama texnikasına olan daxili tələbatını da özü ödəyə biləcək. Bundan əlavə, yerindəcə komplektasiya hissələrinin istehsalını yaratmaqla, bir müddət sonra Amerika traktorlarının istehsalını nəzərəçarpacaq dərəcədə ucuzlaşdırmaq mümkün olacaq.
MƏSLƏHƏT GÖR:

598

