Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycanda bazar münasibətlərinə keçid dövrü başa çatıb. Bu fakt hələ 2009-cu ildə ölkə rəhbərliyi tərəfindən elan edilib və beynəlxalq institutlar da onu təsdiqləyib. Həmçinin təsdiq edilib ki, indiki ölkə iqtisadiyyatı bazar iqtisadiyyatının ümumi qəbul edilmiş normaları ilə qurulmaqla yanaşı, həm də Azərbaycanın öz inkişaf modeli təklif edilib ki, bu da müstəqillik illərində özünü uğurla doğruldub. Dünya İqtisadi Forumu tərəfindən çap edilmiş qlobal rəqabət qabiliyyəti üzrə hesabatda 144 ölkə arasında 46-cı yeri tutan Azərbaycan MDB məkanında ən rəqabətə davamlı ölkə olmasını sübut edib. BMT-nin İnkişaf Proqramının insan inkişafı hesabatında Azərbaycan 2010-cu ildə "orta insan inkişafı olan" ölkələr qrupunu tərk edərək, "yüksək insan inkişafı" olan ölkələr qrupuna daxil olub.
Bununla yanaşı, bir qlobal məqsədə çatdıqdan sonra yenisini müəyyən etmək lazımdır. Bu isə Prezident İlham Əliyev tərəfindən ölkə hökuməti qarşısında 2020-ci ilə kimi adambaşına ümumi daxili məhsul (ÜDM) göstəricisini iki dəfə artıraraq, $13 minə çatdırmaq öhdəliyinin qoyulması olub. Bundan başqa, qarşıdan gələn 7 il ölkə üçün tamamilə yeni inkişaf mərhələsi olmalıdır: keçən ilin son aylarında dövlət başçısı "Azərbaycan - 2020: gələcəyə baxış" inkişaf konsepsiyasını təsdiq edib. Konsepsiya çərçivəsində qoyulmuş sosial-iqtisadi məqsədlərə nail olunması yüksək effektivliklə fəaliyyət göstərən, dünya miqyasında yüksək rəqabət qabiliyyətinə malik iqtisadi sistemin formalaşmasını tələb edir.
Əsas diqqət neftdənkənar bölməyə
Beləliklə, müəyyən mənada ölkənin bütün həyat sahələri üzrə gələcək inkişafının qlobal planı, bəyannaməsi sayıla biləcək konsepsiyaya görə, qarşıdan gələn illərdə Azərbaycanın önündə duran əsas məsələ dünya ölkələrinin inkişafından geri qalmamaqdır. Bu isə ilk növbədə iqtisadiyyatda mövcud olan karbohidrogen resurslarından asılılıq məsələsini aradan qaldırmağı, uzunmüddətli və ortamüddətli perspektivdə ölkənin dünya iqtisadiyyatının xammal əlavəsinə və texnoloji "autsayder"ə çevrilməsi təhlükəsinin qarşısının alınması kimi vacib məsələni diqqətdə saxlamağı tələb edir.
"Son onilliklərdə karbohidrogen ixracatı amili iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olub, amma indiki mərhələdə qarşıda duran əsas məsələ neftdənkənar bölmənin qabaqlayıcı inkişafına nail olmaq, iqtisadiyyatın effektivliyini və rəqabət qabiliyyətini artırmaq, innovasiyalar əsasında onun tərəqqisinə nail olmaqdır", - deyə sənəd müəllifləri bildirirlər.
Ümumiyyətlə, keçən il neft bölməsində yaranmış vəziyyət, yəni konkret olaraq neft hasilatı sahəsində müşahidə olunan azalma açıqca göstərdi: neftdənkənar bölməni yüksək templərlə inkişaf etdirmək və maksimum əvəzetmə səviyyəsinə qaldırmaq lazımdır: konsepsiyanın əhatə etdiyi dövrdə neftdənkənar bölmə üzrə orta illik artım templəri 7%-dən yüksək olacaq.
Buna görə də sənəddə əsas kimi ixrac yönümlü iqtisadi model götürülüb və nəzərdə tutulub ki, rəqabət qabiliyyətinin artırılması və iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi neftdənkənar ixracatın artımına imkan yaradacaq.
Bununla bağlı, yenə də əsas diqqət ölkənin regionlarının inkişafına, oralarda yerli xammal əsasında çağdaş keyfiyyət səviyyəsində məhsul istehsal edəcək sənaye müəssisələrinin qurulmasına, yeni müəssisələrin yaradılmasına yönəlik tədbirlərin gerçəkləşdirilməsinə yönəldiləcək. Nəzərdə tutulur ki, konsepsiyanın gerçəkləşdirilməsi dövründə ölkədə polad istehsalı üzrə komplekslər, neft-qaz emalı və neft-kimya kompleksləri, gübrə istehsalı zavodları, gəmiqayırma və sement zavodları tikiləcək. Alüminium sənayesi inkişaf etdiriləcək, xam alüminium istehsalı artırılacaq, özəl bölmənin iştirakı ilə son məhsul istehsalının da daxil olduğu texnoloji zəncir yaradılacaq, bu sahədə ixrac potensialı genişləndiriləcək.
Bundan başqa, neftdənkənar emal sənayesinin inkişafında dövlətin investisiya siyasətinin əsas istiqaməti iqtisadi rayonlar üzrə sənaye şəhərciklərinin yaradılması olacaq. Belə ki, artıq Sumqayıtda neft-kimya məhsullarının emalı üzrə sənaye şəhərciklərinin yaradılması, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal (alüminium) məmulatları istehsalı və s. üzrə konkret təkliflər var.
Həmçinin neftdənkənar sənayenin ənənəvi sahələrinin yaradılması və onların ixrac imkanlarının genişləndirilməsi ilə yanaşı, yeni rəqabət qabiliyyətli istehsal sahələrinin yaradılması dəstəklənəcək, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac imkanlarının qaldırılması məqsədi ilə stimullaşdırıcı tədbirlər görüləcək, sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə dövlət tərəfindən təminat səviyyəsi yüksəldiləcək.
Eyni zamanda gömrük və miqrasiya prosedurlarının təkmilləşdirilməsi, həmçinin sərmayəçilərin yerli bazarlara daxil olmasını əngəlləyən amillərin aradan qaldırılması üçün səylər səfərbər ediləcək. Ümumünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün beynəlxalq ticarət sisteminə uyğun islahatların gerçəkləşdirilməsi, qanunların beynəlxalq ticarət sistemi praktikasına uyğun şəkilə gətirilməsi son nəticədə yerli şirkətlərin və ümumiilkdə iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açacaq. Bununla yanaşı, vergi dərəcələrinin optimallaşması və icbari dövlət sosial sığortası üzrə rüsumların (o cümlədən işə götürənlər və sığortaçılar tərəfindən ödənilən rüsumların) stukturunun optimallaşması üzrə tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılmasına imkan verəcək.
Ödəniş qabiliyyətinin yaxşılaşdırılması
Əsas vəzifəsi demoqrafik artım fonunda ölkənin ərzaq təhlükəsizliyini təmin etmək olan aqrar bölmədə durumun yaxşılaşdırılmasına və önəmli səviyyədə məhsulların artmasına böyük ümidlər bağlanır. Axı gözlənilir ki, konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisi ildə orta hesabla 1,1% artacaq və 2020-ci ildə, təxminən, 10,2 mln adam olacaq. Bu, şəksiz ki, ölkənin həyat fəaliyyətinin bütün sahələrinə təsir edəcək və problemlərdən yalnız iqtisadiyyatın paralel inkişafı nəticəsində yayınmaq mümkün olacaq. Bu, yalnız yemək və geyim kimi minimum vəzifələri təmin etmək deyil, həm də keyfiyyətli infrastruktura xidmətlərini, əlverişli qiymətlərlə mənzil təminatını, maliyyə fəaliyyətinin, sosial sahələrin - təhsilin, səhiyyənin, pensiya təminatının inkişafını vacib edir (aparılan pensiya islahatlarının daha da dərinləşdirilməsi üçün 2016-2020-ci illər üzrə yeni Dövlət Proqramı hazırlanacaq və s.). Bu zaman hökumətin qarşısında minimum əmək haqqının ölçüsünü mərhələli şəkildə Avropa ölkələrində müəyyən edilmiş normativə - orat aylıq maaşın 60%-i göstəricisinə qədər qaldırmaq öhdəliyi qoyulur.
Bundan başqa, rifahın artma dərəcəsi vətəndaşların komfortlu gündəlik məişət şəraitində də öz əksini tapacaq, hətta ən ucqar rayonlarda və kəndlərdə belə bütün rabitə kommunikasiyaları (rabitə, İnternet, bank xidmətləri, kommunal xidmətlər, yollar və s.), səhiyyə və təhsil xidmətləri yaradılacaq. Kompyuter, telefon və mobil rabitə, internetə çıxış və geniş zolaqlı rabitə istifadəçilərinin sayı, şagirdlənin sayının onlar üçün ayırılmış kompyuterlərin miqdarına nisbəti kimi bütün lazımi göstəricilər yaxşılaşdırılacaq, telefon rabitəsi və internet xidmətlərinin tarifləri optimallaşdırılacaq.
Son nəticədə bütün bu tədbirlər böyük maliyyə resurslarının yatırılmasını tələb edəcək. Yeni ildə son yeddi ildə ölkənin neft-qaz bölməsinin tikinti, hasilat sistemlərinin yenidən qurulması və modernləşdirilməsi, neft və qazın nəqli və emalı, düyna qaz bazarlarına tammiqyaslı çıxış, enerji ixracatından gözlənilən gəlirlər üzrə yetərincə optismist proqnozlar olmasına baxmayaraq, əsas diqqət alternativ gəlir mənbələrinə yönəldiləcək. Bununla əlaqəli olaraq, neft və qaz gəlirlərinin istifadə edilməsi mexanizminin təkmilləşdirilməsi və karbohidrogenlərin satışından əldə edilən gəlirlərin mərhələli şəkildə bu vəsaitlərin yerləşdirilməsindən əldə edilən gəlirləri əvəz edilməsinin gerçəkləşdirilməsi planlaşdırılır.
Ölkənin ödəniş qabiliyyətinin yaxşılaşması və iqtisadiyyatın ixaracata yönəldilməsinin ayrıca vacib tələbi kimi daha çevik məzənnə siyasəti gerçəkləşdiriləcək, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisit qorunacaq.
Əsas bənd
Beləliklə, qarşıdan gələn 7 ilin əsas məqsədləri aydındır. Daha müfəssəli, ölkənin 2013-cü ildə və qarşıdan gələn üç ildə inkişafının cari ilin büdcə paketinə daxil olan makroiqtisadi proqnozlarına həsr edilmiş məqalədə onlar daha müfəssəl təsvir edilib. Beləliklə, artımın dinamikası aydındır (cədvələ bax).
Bu zaman qeyd edək ki, göstəricilər dünya iqtisadiyyatındakı qlobal dəyişikliklər üzrə proqnozlar nəzərə alınmaqla işlənilib. Axı bəllidir ki, böhrandan sonrakı dönəmdə yüksək gəlirli ölkələrin iqtisadi artımı inkişaf etməkdə ölkələrə baxanda, təxminən, iki dəfə aşağı olacaq. Sonucda inkişaf etməkdə olan ölkələr iqtisadi artımın əsas lokomotivi olacaq.
Və önəmlisi də odur ki, hökumət respublikanı məhz dünya iqtisadiyyatının bu cür "hərəkətverici qüvvələri"nin sırasında görür. İqtisadi artım baxımından Azərbaycanın statusunun regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətli iştirakçıya qədər qalxmasına nail olunacaq. Bu məqsədlə əlverişli coğrafi yerləşməsi və geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, neftdənkənar bölmə üzrə adambaşına ixracat göstəricisini $1 minə çatdırmaq planlaşdırlır.
Bu müddət ərzində Azərbaycan Dünya Bankının "Adambaşına ümumi milli gəlir" təsnifatı üzrə "yüksək orta gəlirlikli" ölkələr sırasına tam hüquqla daxil olmalı, həmçinin BMT İnkişaf Proqramının insan inkişafı təsnifatı üzrə "yüksək insan inkişaflı ölkələr" qrupunda yuxarı pillələrə qalxmalıdır.
Konsepsiynın əsas bəndində deyilir: 2020-ci ilə kimi Azərbaycan iqtisadi və siyasi baxımdan inkişaflı, rəqabət qabiliyyətli ölkə olacaq. Nə demək, halal niyyət yatırılan vəsaitlərə dəyər, özü də bu vəsaitlər halal olanda.
MƏSLƏHƏT GÖR: