13 Mart 2025

Cümə axşamı, 15:40

UŞAQ İLƏ TEATRA

Uşaqlarla müasir tamaşalara getməyin mənfi, yoxsa müsbət tərəfləri çoxdur?

Müəllif:

27.05.2014

Teatr pərdəsinin ulduzlu səması hərdənbir titrəyir, taxta səhnə üzərində sürünür. Uşaq səslərinin təmkinli uğultusu bayram və möcüzə intizarından xəbər verir. Xidmətçi-qızlar həyəcanlı, gecikmiş uşaqları qayğı ilə öz yerlərinə yerləşdirirlər. Və budur, nəhayət, sonuncu, 3-cü zəngin səsi yayılır, hər şey sükuta qərq olur. Bir anlıq gecə hökm sürür, sonra isə... hər şey itir. Və ancaq sehrli ay işığında nağıl qalır. 

Teatra getməzdən öncə insanı bürüyən o həyəcanı xatırlamayan varmı? Mütləq uşaq varlığının kövrək və poetik adi nəsrində bilinməyən möcüzlər dünyası... İndi teatrlarda səhər tamaşalarında boş yerlər az qalır. Bu gün teatrların uşaqlardan ötrü rolu necədir?

 

Teatr, yoxsa pis zövq?

19 yaşlı tələbə Lalə Quliyeva danışır: "Mən teatrı, baleti, incəsənətlə bağlı olan hər şeyi çox sevirdim.  Belə ki, bu həmişə "ictimaiyyət arasına çıxmaq", bayram, hadisə, xüsusi mühit, çoxlu maraqlı məqam gizlədən iri pərdələr  olub. Hərçənd, yaşa dolduqca səhnədə baş verənlərə münasibət tənqidi olur, amma uşaqlıqda bu, sehrli görünürdü". Aynur Aydınlı da bu sözləri təsdiq  edir: "Tez-tez bacım uşaqlarını Kukla, GTT, Rus dram teatrlarına aparıram. Uşaqların çox xoşuna gəlir, onlar böyüklərin gözündən qaçmayan detalları sezmirlər. Məsələn, düzgün seçilməyən kostyumlar, aktyor oyununun heç də həmişə keyfiyyətli olmaması - tamaşadan həmişə razı qalırlar".  Kifayət Haqverdiyeva oğlunu Pantomim teatrına aparır: "Bu teatr böyüklər üçün nəzərdə tutulsa da, onun tamaşalarını özüm çox sevirəm. Başqa uşaq teatrlarına onu aparmıram, çünki orada tamaşaların və oyunların səviyyəsi çox da yaxşı deyil". 

Aliyə Ələkbərova da eyni fikirdədir: "Əvvəllər qızımı teatra aparardım, amma indi artıq böyüyüb, oyun və tamaşanın keyfiyyətini  anlayır. Ona görə qızıma pis zövq aşılamaq istəmirəm". 

Gördüyümüz kimi, valideynlər aktyorların mötəbər olmayan oyunlarına, kostyum və dekorasiyaların keyfiyyətinə tənqidi yanaşsalar da, uşaqlar üçün bu amillər nəinki ikincidərəcəli, məhz anlaşılmaz keçir. Uşaqların teatra getməsində müsbət, yoxsa mənfi məqamlar daha çoxdur?  

Uşaq tamaşaları, əsasən, Bakının üç teatrında - Abdulla Şaiq adına Kukla Teatrı, Gənc Tamaşaçılar  Teatrı (GTT) və bir neçə tamaşa Səməd Vurğun adına Rus Dram Teatrında gedir. 

GTT-nin mətbuat xidməti Hüsniyyə Mursaquliyevanın dediyi kimi, teatrın rolu, xüsusilə onların teatrı uşaqlar və kiçik nəsildə mədəni zövqünün tərbiyə olunması məsələsində olduqca mühümdür. "Uşaqlar tamaşa karyerasına Kukla Teatrından başlayırlarsa, bizə gələndə onlara artıq mükəmməl şəkildə zövq və teatra istiqamət  aşılamağa çalışırıq. Eyni zamanda, digər dramatik teatrlarda daha yaşlı auditoriya üçün nəzərdə tutulmuş ciddi və ağır tamaşalar hazırlamağa səy göstəririk". Eyni zamanda, Hüsniyyə xanım qeyd edir ki, teatr "məhdud" adına baxmayaraq, təkcə kiçikyaşlı tamaşaçıları deyil, həm də daha yaşlıları nəzərə alır. Misal üçün, yuxarı sinif şagirdlərini də, tələbələri də və hətta böyük nəsli də. 

Mətbuat  katibinin sözlərinə görə, tamaşaların özləri, eləcə də onların seçilməsi əsaslı surətdə baş verir: mütləq balans qorunur - tamaşaların yarısı yerli dramaturqların, yarısı isə əcnəbilərin olur. Həm də istər klassik əsərlər, istərsə də yeni müəlliflərin tamaşaları qoyulur. "Bizim sonuncu uşaq tamaşalarımız - Abdulla Şaiqin "Danışan kukla" (rejissor Nicat Kərimov), Əli Əmirlinin "Hasarın o üzü", İlyas Əfəndiyevin əsəri əsasında "Sarıköynək və Valehin nağılı"dır. Habelə bir neçə xarici tamaşa da var", - deyə Hüsniyyə xanım qeyd edir. 

Teatr  innovasiyalar üçün də qapalı deyil. 2013-cü ilin dekabr ayında Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində 3 tamaşa nümayiş etdirilib - onlardan biri xarici rejissor, biri Təbrizdən olan rejissor, üçüncüsü isə azərbaycanlı rejissora məxsusdur. Gənc və perspektivli xadimlərdən istedadlı rejissor Gülnar Hacıyevanı qeyd etmək lazımdır. O, Rövşən Ağayevin "Bir gecənin nağılı" adlı əsəri əsasında pyes qoyub. Bu tamaşa təkcə ölkə daxilində deyil, eləcə də ölkə hüdudlarından kənarda, qastrollarda çoxsaylı nikbin rəy qazanıb", - deyə mətbuat xidməti bildirib.  

Teatr tamaşaçı ilə də əlaqəyə girməyə laqeyd qalmır: "Bizim rəy və təkliflər kitabımız var", - Hüsniyyə xanım qeyd edir. - "Hər dəfə yeni tamaşadan sonra o, yeni sətirlər və səhifələrlə dolur. Tamaşaçılar, məktəblilər, valideynlər, tələbələr, müəllimlər bu kitabda öz arzu və tələblərini qeyd edirlər. Məsələn, kimsə tamaşanın çox hay-küylü olmasından, aktyorların oyunundan və ya kostyumlarından narazı qala bilər. Tez-tez bu və ya digər pyesin qoyulması təklifini irəli sürürlər. Daha sonra bu şikayət və təkliflər bizim şuramızda nəzərdən keçirilir və yekdil rəy əsasında bu və ya digər pyesin qoyulmasına qərar veririk". 

Klassik və aparıcı əsərlərə gəldikdə isə, onlar dəyişdirilir: "Təbii ki, biz tamaşaçıda maraq oyatmaq arzusundayıq, tamaşaların daha aydın və tanınan olması üçün onları öz reallıqlarımıza, dövrümüzə uyğunlaşdırırıq". Bu prosesin həmişəmi düzgün və yerində  olub-olmadığını demək üçün, düşünmək lazımdır. 

 

3 yaşdan 9 yaşa qədər və daha böyük  

Amma uşaqlar üçün tamaşaları təkcə uşaq teatrlarında nümayiş etdirmirlər. Lap balaca tamaşaçılar üçün nəzərdə tutulmuş tamaşalar Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında qoyulur. "Teatr hər halda, böyük tamaşaçılara hesablandığından, uşaq tamaşaları burada repertuarın əsas hissəsini təşkil etmir", - deyə teatrın ədəbi-dramatik hissəsinin müdiri Valentina Reznikova aydınlaşdırır. - "Ona görə də uşaqlar üçün tamaşalar çox deyil". Bundan başqa, o, qeyd edir ki, geniş yaş diapazonu olan digər uşaq teatrlarından fərqli olaraq burada tamaşalar əsas kiçik auditoriya üçün - 3 yaşdan 9 yaşa qədər nəzərdə tutulub. 

Uşaqlar üçün sonuncu tamaşalardan biri - Puşkinin "Çar Sultan haqqında nağıl"ıdır. "Əvvəlcə Puşkinin sətirlərinin nitq tərzləri balaca uşaqlar üçün çətin olacağından  ehtiyat edirdik", - deyə ədəbi hissə müdiri bölüşür. - "Lakin əndişəmiz əbəs imiş: uşaqlar tamaşanı şövqlə qarşıladı. Şadıq ki, bu gün balaca tamaşaçılar teatra səhnədə baş verənləri düzgün anlamaq üçün yaxşı hazırlanmış vəziyyətdə gəlirlər". 

Əlbəttə, sual yarana bilər ki, uşaqları dramatik planda daha çətin əsərlərlə yükləməyə dəyərmi? Lakin burada da yanaşma düşünülmüş olmalıdır. Bu halda teatr balaca tamaşaçıların auditoriyalarının maraqlarını öyrənərək, bu və ya digər tamaşanın dəqiq kimə ünvanladığını bilməlidir? Hansı yaşda olan auditoriyaya? Üç  və doqquz yaşda olan uşaqla nağıl hərəkətlərinin eyni dilində danışmaq olarmı? 

"Tamaşaçımızın inkişaf səviyyəsini öyrənərək, biz dəqiq anlayırıq ki, "Nağılı tap" tamaşası, məsələn, müxtəlif yaşda olan uşaqlara maraqlıdır. Çünki interaktiv fəaliyyətə hər şey daxildir: balacalar da, böyüklər də", - deyə Reznikova bildirir. - "İndi teatrın uşaq auditoriyası ilə bağlı yeni tapşırıqları var".

Direktor hesab edir ki, teatra 12 yaşdan və daha böyük  uşaqların gəlməsi üçün uşaq repertuarına hansı pyeslərin daxil edilməsi haqqında düşünmək lazımdır", - deyə Valentina xanım qeyd edir. 

Erkən yaşlarında incəsənət zövqünü və meyilliliyini yaradan, uşaqlarda gözəllik hissini inkişaf etdirən teatrın mədəni rolu barədə danışsaq, o zaman "Melpomena məbədinin" digər vacib rolunu - tərbiyəvi əhəmiyyətini qeyd etməmək olmaz.  Psixoloqların ən yeni tədqiqatlarını nümayiş etdirdiyi kimi, uşaqlar ən yaxşı oyun prosesində əldə etdiyi bilikləri mənimsəyirlər. Eyni zamanda, söhbət təkcə akademik biliklərə yox, həm də mənəvi-etik məsələlərə aiddir. Teatr oyun deyilsə, nədir bəs? Səhnədə personajlarla birgə həyəcan keçirərək, uşaqlar rolları onlarla birgə yaşayır və həyati vəziyyətlər onların şüurunda həkk olunur.  Təhsil sahəsində ekspert şərh edir: "Teatr - uşaqda həyati proqram formalaşdıran son dərəcə mühüm məfhumdur. Uşaq oynamır - o, bu vəziyyəti hiss edir, yaşayır. Uşaqları teatra aparmaq, onlarla birgə getmək, baxılan tamaşaları mütləq müzakirə etmək çox vacibdir. Axı uşaqlar gördüklərinə tənqidi yanaşa bilmirlər. Eyni zamanda, böyüklər səhnədə baş verənlərə qiymət verərkən, olduqca ehtiyatlı və təmkinli olmalıdırlar. Çünki uşaq böyüyün mövqeyini qavraya və ehtiyatsız olaraq deyilən söz uşağın səhnədə sehrli aləm haqqında münasibətini tənqidi, arsızlıq səviyyəsinə çatdıra bilər". 

Teatrlara gəldikdə isə Rüfət müəllim deyir ki, onlar gənc tamaşaçının fikrini nəzərə almalı, onun psixologiyasından xəbərdar olmalı, qılığına girmədən onu sevməli və onun dilində danışmalıdırlar.  



MƏSLƏHƏT GÖR:

513