Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycan postsovet məkanının ən müasir vergi qanunvericiliyi, yüksək kadr potensialı, o cümlədən vergi inzibatçılığı sferasına İT-texnologiyasının tətbiq səviyyəsi ilə öyünə biləcək bir neçə dövlətdən biridir. Bu günlərdə Bakıda keçirilən Avropadaxili Vergi Administrasiyaları Təşkilatı İcraiyyə Şurasının növbəti iclası məhz İnzibati mexanizmlərin təkmilləşdirilməsi aspektlərinə həsr olunmuşdu.
Təxminən, səkkiz il bundan əvvəl avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) və vergi xidmətində sənəd dövriyyəsinin və iş istehsalının bütün prosesləri vergi orqanları və vergi ödəyiciləri arasında elektron formata çevrilməsi sayəsində, Vergilər Nazirliyi vergi inzibatçılığına sərf olunan maliyyə xərcləri və iş vaxtını mühüm şəkildə azalda bilib. Bu gün Azərbaycanda 90%-dən çox vergi bəyannaməsi elektron formada təqdim edilir. Vergi ödəyicilərinə təqdim edilən elektron xidmətlərin ümumi sayı isə altmışa qədər çatdırılıb. Elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsi, xüsusən fiziki və hüquqi şəxslərin onlayn qeydiyyatdan keçməsi hesabına məmurlarla vergi ödəyiciləri arasında təmas minimuma endirilib. Bu isə korrupsiya ilə mübarizədə mühüm rol oynayır.
Nəhayət, bütün proseslərin avtomatlaşdırılması vergi inzibatçılığına sərf olunan vəsaitlərin ümumi vergi daxilolmalarından cəmi 0,35%-dək azaltmağa imkan verib. Bu göstəriciyə görə Azərbaycanın vergi xidməti Avropa məkanında aparıcı sistemlərdən biridir. Hazırda Azərbaycanın vergi ödəyiciləri il boyunca vergi bəyannamələrinin doldurulmasına və vergilərin ödənilməsinə 214 saat sərf edirlər ki, bu, 2007-ci ilin göstəricisinə baxanda 4,7 dəfə aşağıdır. "Doing-Business-2013" hesabatına görə, həmin müddət ərzində illik ödənişlərin sayı 2 dəfə azalaraq 18-ə düşüb. Sadalanan bütün göstəricilərə görə Azərbaycanın vergi sistemi Avropa məkanında ən aparıcı sistemlərdən biri kimi qəbul edilib.
Təəccüblü deyil ki, Azərbaycan Vergilər Nazirliyinin qanunvericilik və inzibatı islahatlar üzrə səyləri dəfələrlə Avropa Birliyi ölkələrinin vergi qurumlarının yüksək qiymətinə layiq görülüb.
Bundan başqa, Köhnə Qitənin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) kimi nüfuzlu strukturunun mütəxəssisləri Azərbaycanı Şərqi Avropa regionu üçün vergi sahəsində milli qanunvericiliyini uğurlu şəkildə optimallaşdıran dövlət kimi dəfələrlə nümunə gətiriblər.
Azərbaycan IOTA-da 2002-ci ilin sentyabr ayında tamhüquqlu üzvlüyə sahib olub və həmin vaxtdan fiskal qurumu milli vergi qanunvericiliyini Avropanınkı ilə vahid şəklə salınması üzrə bütün səylərini sərf edir. Azərbaycanın hesabında Avropa Birliyi ölkələrinin 20-si ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr var. IOTA və AB-nin digər milliüstü profil strukturlarının dəstəyi ilə respublikada Köhnə Qitənin aparıcı inzibati təcrübəsi fəal şəkildə tətbiq edilir, o cümlədən vergi sferasında pilot layihələr həyata keçirilir. Bu cür əməkdaşlığa uğurlu nümunə kimi AB-nin maliyyələşdirdiyi tvinninq layihəsi çərçivəsində elektron audit (e-audit) sisteminin yaradılması da xidmət edə bilər.
2011-ci ildən Niderland Vergi və Gömrük Administrasiyasının dəstəyi ilə reallaşdırılan e-audit layihəsi ölkədə vergi ödəyiciləri üzərində səmərəli kompyuterləşdirilmiş nəzarət sisteminin yaradılmasına şərait yaradıb. Bu layihə çərçivəsində bir sıra qanunvericilik aktları hazırlanıb, güclü kadr potensialı və metodoloji baza qurulub, mütəxəssislərin treninqləri keçirilib, eləcə də Azərbaycanda beynəlxalq standartlarla audit sisteminin inzibatçılıq mexanizmlərinin unifikasiyası üzrə bir sıra tədbirlər reallaşdırılıb.
Bu layihənin müvəffəqiyyətli şəkildə reallaşdırılması yeni imkanlar açıb - ötən ildən insan resurslarının davamlı inkişafı üzrə "Fiskal Bluprint" direktivinin prinsipləri əsasında dəstək verilməsini nəzərdə tutan Tvinniq layihəsinin hazırlanmasına start verilib.
Avropaya inteqrasiyanın səmərəliliyini 2013-cü ilin iyul ayında Azərbaycan Vergilər Nazirliyinin MDB-də bu cür dövlət qurumları arasında növbəti birillik müddəti üçün IOTA-nın İcraiyyə Şurasına üzv seçilməsi də sübut edir.
"Azərbaycan vergi inzibatçılığı sahəsində daha uğurlu beynəlxalq təcrübənin ardıcıl tətbiq edilməsində maraqlıdır. Biz çoxdan və müvəffəqiyyətlə bu istiqamətdə bir sıra beynəlxalq təşkilatlarla çalışırıq. Onların sırasında Avropa dövlətləri ilə təcrübə mübadiləsi üçün daha məhsuldar platforma olan IOTA yer alır", - deyə Azərbaycan vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən Avropadaxili Vergi İnzibatçılığı Təşkilatının (IOTA) İcraiyyə Şurasının iclasında bildirib. Onun sözlərinə görə, ötən 10 il ərzində Azərbaycanın ÜDM-i 3 dəfədən çox artıb və növbəti 10 ildə milli iqtisadiyyat ikiqat artırılmalıdır. Əlbəttə ki, belə iqtisadi artıma adekvat olan vergi inzibatçılığını təmin etmək üçün qabaqcıl xarici təcrübə də lazımdır.
Bu günlərdə isə Parisdə vergilər naziri Fazil Məmmədov və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) baş katibi Anhel Qurria "Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında" ölkənin Avropa Konvensiyasına edilmiş dəyişikliklərə qoşulması haqqında sənəd imzalayıblar. Sənədlərin imzalanma mərasimi Azərbaycan vergilər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Fransaya işgüzar səfəri zamanı baş tutub. Əslində isə sənədlərin imzalanma mərasimi Azərbaycan vergilər nazirinin rəhbərlik etdiyi nümayəndəliyin Fransaya işgüzar səfərinə həsr olunmuşdu. İƏİT-in baş katibi Anhel Qurrianın sözlərinə görə, Azərbaycanın bu protokola qoşulması mühüm hadisədir. Belə ki, bu, ölkənin vergi sisteminin şəffaflığını sübut edir.
Ölkə Avropa təcrübəsi və idarə prinsiplərini nəzərə almaqla, vergi qanunvericiliyini sistemli şəkildə təkmilləşdirir. Bu mənada ümid etmək olar ki, IOTA-nın Bakıda keçirilən forumu Azərbaycanda müasir və dünyanın ən yaxşı nümunələrinə uyğunlaşdırılan vergi inzibatçılığı sisteminin yaradılmasına töhfə verəcək.
ARAYIŞ
Beynəlxalq IOTA təşkilatı 1996-cı ildə Varşavada Mərkəzi və Şərqi Avropanın, o cümlədən Baltikyanı dövlətlərin vergi administrasiyalarının üçüncü konfransında yaradılıb. Bu gün təşkilatın üzvlüyündə Avropa və MDB-nin 46 vergi qurumu yer alır. IOTA-nın əsas məqsədləri üzv ölkələrin fiskal qurumları arasında əməkdaşlığın inkişafı, eləcə də Avropa standartları əsasında vergi inzibatçılığının milli sistemlərinin modernləşdirilməsində iştirak edən keçid iqtisadiyyatına malik dövlətlərə texniki və informasiya dəstəyinin verilməsindən ibarətdir.
MƏSLƏHƏT GÖR: