Müəllif: Zərifə BABAYEVA Bakı
Amerika Onkologiya Cəmiyyəti 1977-ci ildə Siqaretlə mübarizə günü təsis edib. Həmin gündən o, beynəlxalq sayılır və hər noyabrın üçncü cümə axşamı qeyd edilir. Hər il ona müxtəlif ölkələr qoşulur və bunların sırasında Azərbaycan da var.
2012-ci ildə Siqaretlə mübarizə günü noyabrın 15-də keçirilib. Həmin gün siqaret çəkənləri bu pis vərdişi atmağa dəvət ediblər, asıllıqdan qurtarmaq üzrə plan da tərtib olunub. Əgər belə bir niyyət yoxdursa, onda siqaret çəkən insan istəyərsə, heç olmasa, bir sutkanı siqaretsiz keçirə bilər. Bu addım xərçənglə xəstələnmək riskini dəfələrlə aşağı salan yeni bir həyatın başlanğıcı olacaq.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ağ ciyər xərçəngindən ölüm hallarının 90%-i, xroniki bronxitdən 75% və ürəyin işemik xəstəliyindən olan ölümlərin 25%-i siqaret çəkməklə bağlıdır. Planetdə hər saniyədə bir siqaret hərisi dünyasını dəyişir. 2020-ci ilə kimi bu səviyyə saniyədə üç nəfərə qədər qalxa bilər. Siqaretin səbəb olduğu xəstəliklər üzündən ildə 5,5 milyon nəfər ölür. Əgər təcili tədbirlər görülməzsə, 2030-cu ilə kimi bü rəqəm 8 milyonu keçə bilər.
Hamımız siqaret çəkirik?
Azərbaycan ÜST-ün siqaretlə mübarizə üzrə çərçivə konvensiyasına 2005-ci ildə qoşulub. Çərçivə sazişin VIII bəndinə əsasən tərəflər etiraf edirlər ki, siqaret tüstüsünün təsiri ölümə, xəstəliklərə və əlilliklərə səbəb olur. Amma bizim ölkədə bu konvensiyaya bütünlüklə əməl edilirmi? Yox. Təmsilçiləri ölkədə, xüsusilə də ictimai yerlərdə siqaret çəkilməsinə qarşı mübarizəni sərtləşdirməyi vacib sayan Səhiyyə Nazirliyi bu fikirdə olan tək qurum deyil. ÜST-ün ekspertləri də bu fikri dəstəkləyirlər. ÜST-ün Avropa regional komitəsinin qeyri-infeksion xəstəliklər və sağlamlığın möhkəmləndirilməsi şöbəsinin direktoru Qauden Qalea Azərbaycana ötən səfərlərindən birində bildirmişdi ki, MDB-nin heç bir ölkəsində, o cümlədən Azərbaycanda da ÜST-ün tütünə qarşı konvensiyasi bütünlüklə tətbiq edilmir. Bunu qrafiki xəbərdarlıqların olmaması, siqareti atmaq istəyənlərə yetərincə yardımın göstərilməməsi, həmçinin ictimai yerlərdə siqaret çəkilməsinə qadağananın olmaması göstərir.
Yerli ekspertlər də yuxarıda sadalanan problemlərin olmasını vurğulayırlar, amma onlar bildirirlər ki, nə qədər ki, Azərbaycanda siqaretlə mübrizə möhkəm qanunvericilik bazasına əsaslanmayacaq, bu kimi problemlər həmişə olacaq. Siqaretlə mübarizə üzrə milli strtegiya layihəsinin əlaqələndiricisi Nurlan Əliyev "R+"la söhbətində bildirib ki, siqaretin kəskin problemə çevrilməməsi üçün ölkədə hər şey edilir, amma bütün bu addımlar iri miqyaslı xarakter daşımır. "İctimai yerlərdə siqaret çəkilməsini qanunvericilik səviyyəsində qadağan etmək, şəksiz ki, mümkündür, amma bunun üçün dövlət və cəmiyyətin vəhdəti lazımdır. Bundan sonra isə sual yaranır: bu normannı hansı strukturlar nəzarətdə saxlayacaq? Bu yalnız direktiv xarakter daşımayacaq ki? Bu qadağanın Azərbaycanda gerçəkləşdirilməsi mexanizmi hələ ki, işlənməyib", - deyə Əliyev bildirir.
N. Əliyev sanır ki, siqaretlə mübarizə peşəkarların, alimlərin və sosioloqların geniş işinə əsaslanmalıdır. Məqsəd auditoriyasının demoqrafik tərkibi, onun məşğuliyyəti, problemləri, dəyərləri barədə gerçək tədqiqat göstəriciləri əsasında işlənmiş savadlı sosial reklamlar da gərəkdir. Bu isə o deməkdir ki, siqaret məhsullarının yayılmasının məhdudlaşdırımasına bütün kommunikasiya vasitələrini - KİV-i, internetdə sosial şəbəkələri, könüllüləri, maarifçilik işi aparanları, siqaretdən iyrəndirən broşürlərin yayılmasını cəlb etmək lazımdır. Şəksiz ki, bütün bunlar böyük kapital yatırımları tələb edir. Ona görə də bütün bu işləri müvafiq dövlət qurumlarının önəmli səviyyədə iştirakı ilə gerçəkləşdirmək lazımdır.
N.Əliyev həmçinin bildirib ki, Azərbaycanda yeniyetmələrin siqaretdən istifadə etmələrində yetərincə fəlakətli durum müşahidə olunur. Onun fikrincə, gənclərin və yeniyetmələrin böyük əksəriyyəti gün ərzində bir ədəd siqaretə yaxın çəkirlər. Özü də bu həvəs dəcəllikdən çox uzağa gedib. Bunun çox dəqiq olduğunu anlamaq üçün ölkənin orta məktəblərində araşdırma aparmaq yetərlidir. Əliyev sanır ki, yeniyetmə mühitində və risk qrupunda tütün istifadəsi barədə məlumatların toplanması gənclər və yeniyetmələr arasında siqaertə qarşı mübarizədə yarım edə bilər. Ekspert Azərbaycanda siqaretin qiymətinin qalxmasının tərəfdarıdır. "Düşünürəm ki, tütün məhsullarının qiymətinin hətta kiçik ölçüdə qalxması bizim ölkədə siqaret çəkənlərin sayının azalmasına təsir göstərəcək". Onun sözlərinə görə, Avropa ölkələrində və ABŞ-da siqaretə qarşı mübarizədə bu cür yetərincə təsirli üsuldan istifadə edilir. Orada siqaret qutusunun qiyməti 5-dən 7 dollaradək dəyişir.
Təklikdə siqaret çəkək
ÜST-ün tütün əleyinə mübarizə konvensiyasının üzvü olan ölkələrin əsas tələbi bütün ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun verilməsi və tətbiqidir. Bu gün Avropa narahatdır ki, siqaret çəkmək, o cümlədən passiv siqaret çəkmək ildə 650 min avropalının həyatına son qoyur. Buna görə də siqaretə qarşı ən kəskin qadağalar fəaliyyət göstərir. Almaniyada siqaretə qarşı mübarizəni hələ Adolf Hitler başlayıb, amma bu fakt barədə susmağa üstünlük verirlər. Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının rəhbərliyi tərəfindən siqaret kəskin qınanılırdı. Onların siqaretə qarşı mübarizə proqramına avtobuslarda, tramvaylarda və elektrik qatarlarında qadağanlar daxil idi, kafe və restoranlarda siqaret çəkmək məhdudlaşmışdı, alman ordusunun əsgər paylarında siqaret sayı azaldılmışdı.
Tütün məmulatlarına olan vergiyə də yetərincə artım tətbiq edilmişdi. Bütün bu məhdudlaşdırmalar bu gün də keçərlidir. Hazırda Almaniyada təyyardə siqaret çəkmək qadağandır, hətta daxili reyslərdə, aeroport binalarında, dəmir yolu vağzallarında, qatarlarda və taksilərdə belə qadağalar var. Qadağan şəhərlərarası, şəhərdaxili və şəhərətrafı ictimai nəqliyyatı, iş yerlərini, restoran və pabları da əhatə edir. İstisna təkcə vahid qonaqlar qrupu tərəfindən icarəyə götürülmüş salonlara şamil edilir. Pozuntuya görə cərimə yetərincə tutarlıdır, özü də cəza həm siqaret çəkənə, həm məkanın sahibnə və oranı işlədənə də şamil edilir.
İtaliyada ictimai yerlərdə, həmçinin siqaretin yasaq olduğu məkanlarda siqaret çəkmək tam qadağandır. Hamilə qadınların və uşaqların yanında siqaret çəkmək də qadağandır. Qadağanın pozulması 500 avroya qədər çəkən cərimə ilə cəzalandırılır. Əgər müəssisə və qurum siqaretin qadağan edildiyi müəssisələr sırasına düşürsə və orada müvafiq elan asılmayıbsa, onda məkanın sahibi və ya icarəçisi tutarlı cərimə - 2000 avro ödəməyə məcbur edilir. Əsas nəzarət və cəza funksiyası İtaliya polisinin karbinerlərinə həvalə edilib. Onlar pozuculardan cərimə tutulması üzrə müəyyən plana malikdirlər və bu pulların bir qismi ölkə büdcəsinə daxil olmalıdır.
Avropanın şimal ölkələrində siqaret çəkənlərə qarşı çox mənfi münasibət var, orada əhalinin 33-40%-i siqaret çəkir və ağ ciyər xərçəngindən ölüm göstəricisi orada çox yüksəkdir. Müvafiq qanunların qəbul edilməsi siqaretin qiymətini $7-12-a qədər qaldırmağa imkan verib, onları yalnız satıcıdan soruşaraq almaq olar, çünki tütün məhsulları piştaxtanın üzərinə qoyulmur. Belə qanunlar İsveç, Finlandiya, İslandiya və Norveçdə qəbul edilib.
İsveçdə və Finlandiyada bütün dövlət, çox vaxt özəl qurum və təşkilatların siqareti atan və buna qayıtmayan əməkdaşlarına mükafat verilir. Bu gün həmin ölkələr siqaret çəkmək üzrə mübarizədə liderdir. Bu ölkələrin hökumətləri tərəfindən siqaretə qarşı strateji plan hazırlanıb, orada göstərilib ki, XXI əsrin ortalarında siqaretdən tam imtinanı başa çatırmaq lazımdı. Həmçinin milli proqramlar hazırlanıb və bunun üçün dövlətlər tərəfindən maliyyələşmə və hər cür dəstək göstərilir. Bunun nəticəsində hazırda İsveçdə əhalinin 18%-dən, Finlandiyada isə 20%-dən azı siqaret çəkir. İrlandiyada siqaret çəkənlərə qarşı Avropa üzrə ən yüksək cərimə nəzərdə tutulub - icazə verilməyən yerdə siqaret çəkməyə görə cərimə 3000 avrodur.
Tütün məhsullarını əlçatmaz etmək üçün onlara qarşı vergi dərəcələrinin artırılması siqaretə qarşı mübarizədə çox effektiv mübarizə üsuludur. ÜST-in məlumatına görə, gəlir səviyyəsi yüksək olan ölklərdə qiymətin 10% bahalaşması tütün istehlakını 4% aşağı sala bilər, gəlir səviyyəsi aşağı və ya orta olan ölkələrdə isə bu azalma 8% təşkil edir. Həmçinin praktika göstərir ki, bu zaman istehlakın azalmasına baxmayaraq, vergi daxilolmaları artır. İrlandiyada və Birləşmiş Krallıqda siqaretə qarşı Avropa üzrə ən sərt siyasət yürüdülməsinə baxmayaraq, bu xətt üzrə büdcəyə daxilolmalar ən yüksək olurlar.
Bu gün Azərbaycanda real olaraq yalnız tütün məhsullarının reklamına qadağan tətbiq edilir ki, bu da konvensiya tərəfindən icrası tövsiyə edilən ən keçərli tədbir deyil. Uyğun olaraq, bu sahədə də avtonəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etməyə və ya təhlükəsizlik kəmərindən istifadə etməməyə qoyulan qadağan səviyyəsində daha sərt siyasətin gerçələşdirilməsi üzrə fəal qanunvericilik fəaliyyətinin başlanılmasının vaxtı çatıb. Hazırda bizim ölkədə yeni "Siqaretə qarşı mübarizə haqqında" qanun layihəsi hazırlanır. Maraqlıdır ki, bu sənədə görə, Azərbaycanda siqaretlə mübarizə tədbirləri çərçivəsində həm də müxtəlif marka siqaretlər tamamilə eyni qutularda satılacaq. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, bu qanunun qəbul edilməsindən sonra Azərbaycanda bütün tütün məhsulları eyni cür qutularda satılacaq. Bu zaman istehsalçı firmanın brendinin adı nəzərə çarpmayan şriftlərlə yazılacaq. Yeri gəlmişkən, Avstraliyada da hakimiyyət siqaretlə bu cür mübarizə aparır.
Deputatın sözlərinə görə, siqaret qutusunun üzərində yeganə "bəzək" nikotin həvəskarlarına siqaret çəkməyin nəticələri barədə ehtiyat xəbərdarlığı - xəstəliyin naturalist təsvirləri olacaq. Musa Quliyev həmçinin bildirib ki, qanunvericiliyə uyğun olaraq, həddi-büluğa çatmamışlara siqaret satılması üzrə cərimə təyin ediləcək. Hazırda "Siqaretə qarşı mübarizə haqqında" qanun layihəsi işlənmə mərhələsindədir. Onun Azərbaycan parlamentində müzakirəyə nə zaman çıxacağı hələ ki, məlum deyil.
Daha bir dəlil
Tütün yeganə leqal əlçatar istehlak məhsuludur ki, istisna şəkildə öz təyinatı üzrə istifadə edən zaman insanları öldürür. Siqaret çəkmək, o cümlədən passiv siqaret çəkmək xərçəng və ürək-damar xəstəliklərinin yaranmasının önəmli səbəblərindən biridir. Traxeya və ağ ciyərlərin xərçəngi isə baş vermə halına görə dünyada birinci, Azərbaycanda isə ikinci yeri tutur. Restoran və kafelərdə siqaret çəkilməsinə icazə verilən zalların havasında zərərli hissəciklərin miqdarı normadan 22 dəfə yüksək olur. Ventilyasiya sistemlərinin yaxşı işləməsi barədə geniş yayılmış fikirlərə baxmayaraq, siqaret çəkməyənlər üçün nəzərdə tutulmuş salonda siqaret tüstüsü hissəciklərinin miqdarı yolverilən normanı 14 dəfə üstələyir. Sağlamlıq üçün təhlükəsiz hava yalnız siqaretin bütünlüklə ləğv edildiyi məkanlarda mövcuddur.
Siqareti atmaq heç zaman gec deyil. Əgər bu vərdiş 30-35 yaşa qədər tərgidilərsə, onda həyatın illərini saxlamaq mümkün olar, bu, artıq Oksford Universiteti tərəfindən aparılmış tədqiqatlarla təsdiq edilib. Təqdqiqata rəhbərlik etmiş Riçard Peto bildirib: "İstər kişi olsun, istər qadın, orta yaşa çatana qədər siqareti atmış insanların ömrü orta hesabla 10 il uzanır".
Bu sözlər keçən əsrin siqaret çəkməyin dəbdə olduğu 50-60-cı illərində siqaretə başlamış bir milyondan çox britaniyalı üzərində 15 ildən artıq aparılan araşdırmaya yekun vurub. Bu, zərərli vərdişlə 30 yaşına qədər vidalaşmağı bacaran iştirakçılar öz həyatlarından ən çoxu bir neçə ay itiriblər. Qalanları isə öz həyatlarını ən azı 10 il qısaldıblar. Bu daha bir dəlildir ki, siqaretdən imtina məsələsini çox uzatmağa dəyməz.
MƏSLƏHƏT GÖR: