Müəllif: Ənvər MƏMMƏDOV Bakı
"Yeni Bakı" beynəlxalq dəniz ticarət limanının tezliklə istifadəyə verilməsi gözlənilən birinci mərhələyə daxil obyektlərin, Azərbaycana Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacaq. Artıq yaxın bir-iki ayda Ələt limanının infrastrukturu Xəzər hövzəsinin bərə keçidlərində fəaliyyətə başlayacaq. Yük axınının həcmləri multimodal konteyner daşınmaları üzrə yeni regional layihənin reallaşdırılmasının başlanması ilə daha da artacaq.
Gələn ilin, təxminən, ikinci yarısında Azərbaycan və onun İpək yolu (TRACECA) nəqliyyat dəhlizi üzrə tərəfdaşları - Türkiyə, Gürcüstan və Qazaxıstan "Iron Silk Way" yeni transregional marşrut buraxmağı planlaşdırırlar. Bu marşrut istismara veriləcək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti və "Yeni Bakı" beynəlxalq dəniz limanının potensialından istifadə olunmaqla qurulur. Bu nəqliyyat layihələrinin reallaşdırılması vaxt itkisini nəzərəçarpacaq dərəcədə azaltmağa imkan verəcək və səmərəli logistika hesabına, paralel olaraq bu prosesə Çinin iri bazarını da cəlb etməklə, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri arasında yük mübadiləsini artıracaq.
Maraqlıdır ki, regional ticarətin qeyri-xammal seqmentində layihə iştirakçıları, multimodal konteyner yüklərinin dəmir yolu-bərə ilə daşınmasını əsas götürüblər. "Iron Silk Way" marşrutuna yüklərin cəlb edilməsi üçün tarif siyasəti, güzəştlər və imtiyazların detalları, cari ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan "İpək yolunun inkişaf perspektivləri" beynəlxalq konfransının gedişində məlum olacaq. Bu beynəlxalq tədbirin Yaponiya və Çindən Böyük Britaniyaya qədər təxminən 40 dövlətin nümayəndlərini bir araya toplayacağı gözlənilir.
Lakin, hətta ilkin hesablamalara əsasən, "Iron Silk Way" yeni marşrutu Şərqlə - Qərb arasında ticarətin iki digər variantına - transokean yükdaşımaları və yüklərin Transsibir magistralına boşaldılmasına nisbətən, daha qısa və təhülkəsiz alternativ olacaq. O, ildə 15 mln. ton yükdən artıq potensiala malikdir.
İlk çağlarda "Iron Silk Way" marşrutunun əsas yükünü, sözsüz ki, postsovet ölkələri, xüsusən də dünya okenanına çıxışı olmayan Mərkəzi Asiya dövlətləri təmin edəcək. Belə ki, Türkmənistan və Özbəkistan pambıq və digər aqrar-xammal məhsullarını beynəlxalq bazarlara çıxarmaq imkanlarını Nəvai-Türkmənbaşı-Bakı-Tiflis-Qars dəhlizi vasitəsilə nəzərdən keçirir. Öz növbəsində Qazaxıstan dəhlizi buğda, mədən konsentratları, kömür və başqa quru yüklərin ixracı üçün istifadə etməyi təklif edir. Revers istiqamətdə isə dəhliz Köhnə Qitədən Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya və Əfqanıstan istiqamətində sənaye malları və istehlak məhsullarının böyük həcminin boşaldılması üçün son dərəcədə cəlbedicidir.
"Iron Silk Way" dəhlizi, həmçinin yüklərin Çindən də (əsasən konteynerlərin), gələcəkdə isə Cənub-Şərqi Asiyanın digər ölkələrindən Türkiyəyə və daha sonra Yaxın Şərq və Cənubi Avropa bazarlarına daşınması üçün də olduqca cəlbedicidir. İlkin hesablamalara əsasən, ticarət dövriyyəsinin artımı təkcə Çin ilə Türkiyə arasında hazırkı 24 mlrd. dollardan 100 mlrd. dollara qədər (2023-cü ilə kimi) arta bilər. Hələ ki bu regional nəqliyyat layihəsinin iştirakçıları qısa vaxt ərzində istismarda olan infrastrukturların, xüsusən də onun limanının komponentinin tikintisini və təkmilləşdirilməsini yekunlaşdırmağa çalışırlar. Söhbət Aktau və Türkmənbaşı, Olya limanlarının yenidən qurulması, bərə terminalları və konteyner komplekslərinin təkmilləşdirilməsi üzrə irimiqyaslı işlərdən gedir.
Deməli, yaxın vaxtlarda Qazaxıstanda Aktau limanının genişləndirmə işləri yekunlaşacaq: 2015-ci ildə 3 quru yük terminalı və XİZ "Horqos-Şərqi darvaza" ərazisində "quru liman" işə salınacaq. Cari ilin sonuna qədər Manqistau vilayətində Beyneu-Jezkazqan dəmir yolu xətinin salınması da yekunlaşacaq. Bu "polad magistral" yükdaşıyıcıların Aktau limanına girişini orta hesabla 600 km azaldaraq, Mərkəzi və Qərbi Qazaxıstanın birbaşa əlaqəsini təmin edəcək.
Dəniz infrastrukturu ilə bağlı heç də kiçik olmayan işlər Xəzərin qərb sahilində həyata keçirilir. Bir neçə il əvvəl Azərbaycanda mövcud limanın həddindən artıq nəqliyyat vasitələri ilə dolmuş paytaxtdan köçürülməsi və ölkənin sıfırdan yeni "dəniz darvazaları"nın tikilməsi haqda qərar qəbul edilib. Bu işlər 2010-cu ilin noyabr ayında start götürüb: Bakıdan 65 km cənubda yerləşən Ələt yaşayış məntəqəsində "Yeni Bakı" yeni beynəlxalq dəniz ticarət limanının təməli qoyulub.
Bu kapitaltutmlu layihə, təqribən, 870 mln. dollar həcmində qiymətləndirilir və əsasən dövlət vəsaitləri hesabına maliyyələşdirilir. Lakin sonuncu mərhələdə fərdi sərmayədarların cəlb edilməsi də planlaşdırılır. Ötən illər ərzində burada irimiqyaslı torpaq, dənizin dibini dərinlətmə işləri həyata keçirilib, dəmir və avtomobil yolları salınıb, o cümlədən liman avadanlıqlarının təmir olunduğu bir sıra yerüstü tikililər qurulub.
Sonuncu məlumatlara əsasən, bu gün layihənin ilk mərhələsinin obyektlərində işlər demək olar ki, yekunlaşıb - konteyner daşıyanlar və "ro-ro" tipli gəmilərin qəbulu üçün iki bərə körpüsü tikilib. Adi (universal) quru yükdaşıyanların qəbul edilməsi üçün üç yük körpüsünün tikintisi aparılır. Liman kompleksinin bu hissəsinə bitişik ərazinin abadlaşdırılması işləri artıq həyata keçirilir.
İlk vaxtlarda Ələtdəki yeni bərə kompleksi ildə 50 min konteyner qəbul etmək gücünə malik olacaq. Gələcəkdə isə trans Xəzər daşımaların artması ilə terminalın gücü nəzərəçarpacaq dərəcədə artacaq və yük axınını, təxminən, 1 mln. konteyner təmin edəcək. Yeni limanda bərədə yük boşaldılmasının ilk əməliyyatının artıq bu ilin iyul-avqust aylarında başlaya biləcəyi gözlənilir.
Yeni limanda yükdaşımaların artımının ən qızğın vaxtı sonrakı illərə düşəcək. Bu proses gələn ilin ikinci yarısında buraxılması gözlənilən Bakı-Tiflis-Qars dəmir yolu dəhlizi ilə uyğunlaşdırılacaq. İlkin mərhələdə bu xətlə illik 1 mln. sərnişin və 6.5 mln. tona qədər yük daşınması planlaşdırılır. Eyni zamanda, yüklərin boşaldılmasının 17 mln. tona qədər artması nəzərdə tutulub.
Maraqlıdır ki, TRACECA dəhlizi çərçivəsində yüklərin boşaldılma həcminin artmasından savayı, "Yeni Bakı" limanı üçün trafikin əlavə həcmi Həştərxanın yanında yerləşən Olya limanının bərə-konteyner keçidinin yaradılması hesabına təmin edilə bilər. Son vaxtlar Rusiya tərəfinin də bununla bağlı marağı görünür.
Azərbaycan "Iron Silk Way" uzunməsafəli marşrutun logistik zəncirinin özünəməxsus coğrafi mərkəzidir. Və bu şərait də Ələtdə liman layihələndirilərkən diqqətə alınıb. Limanın gücü əvvəldən təkcə ölkənin daxili tələbatına hesablanmayıb, həmçinin tranzit yükaxınının məlum artımı da nəzərdə tutulub. Belə ki, artıq yaxın vaxtlarda yekunlaşdırılması planlaşdırılan təkcə ilk mərhələdə, "Yeni Bakı" limanının yükboşaltma potensialı, təxminən, 11,6 mln. ton təşkil edəcək. Layihənin ikinci mərhələsi daha üç yük körpüsünün tikintisini nəzərdə tutub. Üçüncü mərhələdə isə əlavə olaraq iki yük körpüsü tikiləcək. Ələt limanında planlaşdırılan bütün obyektlərin tam işə düşməsindən sonra, 14 terminal - bərə, yük və konteyner fəaliyyətə başlayacaq. Gələcəkdə isə "Yeni Bakı" limanının tam işə düşməsi ilə, burada hər il, təxminən, 20 mln. ton yük və 1 mln. konteyner qəbul etmək mümkün olacaq. Yaxın gələcəkdə limanın ərazisində də iri logistik mərkəzin tikintisinə başlanılacaq. Bu mərkəz 100 standart konteynerə xidmət göstərmək və Xəzər limanları arasında multimodal daşınmaların inkişafına imkan yaratmaq qabiliyyətinə malikdir.
Liman və logistik infrastrukturun inkişafı ilə birgə, Azərbaycan xüsusi üzmə vasitələrinin alınması üçün də adekvat səylərini sərf edir. İlk 7 bərənin sifarişi hələ ötən əsrin 80-ci illərində Xorvatiyanın Pula şəhərində "Uljanik" tərsanəsinə verilib. Uzunmüddətli fasilədən sonra Xəzər Gəmiçilik Donanması Xorvatiya tərsanəsinin dörd yeni bərəsi ilə dolub. Və bu gün bu növ gəmilərin ümumi sayı 11-ə çatıb.
MƏSLƏHƏT GÖR: