14 Mart 2025

Cümə, 10:59

DUZ YÜKÜ… YODLAŞDIRILMIŞ!

İşlədiyi iki il müddətində "Azərduz" azərbaycan istehlakçısının etibarını qazanıb və qonşu ölkələrdə marketinq müharibəsini də uda bilib

Müəllif:

15.09.2012

Dünyanın çox ölkələri, o cümlədən hətta qabaqcıl dövlətlər belə artıq  neçə ildir ki, ərzaq təhlükəsizliyi ilə bağlı çətiniklər yaşadığı bir zamanda Azərbaycan Prezidenti İlham Əliyev müvafiq qurumların qarşısında ərzaq məhsulları ilə maksimum özünütəminata nail olmaqla yanaşı, onların keyfiyyətini də mümkün qədər artırmaq məsələsini qoydu. 

Azərbaycanın iri holdinqlərindən biri "Azərsun" ölkənin yeyinti sənayesinin bayraqdarı, bu sahədə bir çox layihələrin təşəbbüskarı və pioneri olaraq həmin tapşırığın öhdəsindən uğurla gəlir. Holdinqin brendləri Azərbaycan istehlakçılarının layiqli etibarını qazanaraq, artıq çoxdan ölkənin  yeyinti sənayesini xaricdə layiqincə təmsil edir. Onun məhsullarının  çoxu beynəlxalq müsabiqə və sərgilərdə nüfuzlu mükafatlara layiq görülüb. 

Buna görə də təəccüblü deyil ki, Azərbaycanda əhalinin yodlu duzla təmin edilməsi məsələsi xüsusi önəm kəsb edəndə məhz buna ilk reaksiya verən "Azərsun" şirkəti və onun prezidenti Abdolbari Göozal olub. Beləliklə, holdinqin daha bir qlobal sosial təşəbbüsünün gerçəkləşdirilməsinə - Abşeron rayonundakı  məşhur duzlu Masazır gölünün sahilində  yodlaşdırılmış və rafinə edilmiş ərzaq duzunun istehsalı üzrə zavodun  - "Azərduz" İstehsalat Birliyi QSC-nin yaradılmasına  başlandı. 

UNICEF-in donor dəstəyinin yardımı ilə gerçəkləşdirilən "Yod çatışmazlığı problemi və universal duzun yodlaşdırılması" layihəsinin nəticələri yod çatışmazlığı üzrə məsələnin həllinin aktuallığını göstərdi. Azərbaycan təbiətinin zənginliyinə baxmayaraq, torpaqda, suda və bir sıra qida məhsullarında insanın sağlam inkişafı üçün zəruri olan yod çatışmır. Bunun nəticəsidir ki, ölkə əhalisinin 75%-i yod çatışmazlığı ilə bağlı yaranan xəstəliklərdən əziyyət çəkirlər. 

- Bu problemin həlli üçün müxtəlif tədbirlər görülüb, ancaq lazımi nəticələr əldə etmək mümkün olmayıb. Qlobal təşəbbüsə ehtiyac var idi və gündəlik qidada işlənən yodlaşdırımış duzun istehsalı layihəsi buradan yarandı. Buna görə də əminliklə demək olar ki, "Azərduz" Azərbaycan İnvestisiya Şirkətinin 25 faizlik iştirakı ilə gerçəkləşdirilmiş sosial layihədir, - deyə "Azersun Holding"in ictimaiyyətlə əlaqələr departamentinin başçısı Afiq Səfərov vurğulayır.  

2010-cu il iyulun 21-də Masazırda zavod işə salınıb və ilk dəfə olaraq "Azərduz" markalı duz bazara təqdim edilib. Yeri gəlmişkən, "Yod çatışmazlığı ilə bağlı xəstəliklərin kütləvi profilaktikası məqsədi ilə duzun yoldlaşdırılması haqqında" qanuna görə yodlaşdırılmamış duzun idxalı və heyvandarlıqda istifadəsi qadağandır. 

- Qeyd edim ki, zavodun tikintisi üçün yerin seçilməsi də alimlər və ekspertlər tərəfindən Azərbaycan ərazisində bir sıra duz mənbələrinin araşdırılmasından sonra verilmiş rəyin əsasında gerçəkləşdirilib. Onlar bu qərara gəliblər ki, məhz Masazır duz gölünün xammalının emalı ən yaxşı nəticə verə bilər. Göldən  yığılmış duz ən çağdaş avadanlıqlı İsveçrənin "Evaterm" texnologiyası əsasında sanitariya və gigiyena emalından keçir, - deyə A.Səfərov bildirir. 

Qeyd edək ki, Masazır gölündən duz zavodun tikintisinə qədər də yığılırdı, amma bu, kustar üsulla edilirdi. Duz oradan yığılaraq kisələrə doldurulurdu və lazımi emal keçirilmədən  bazara yola salınırdı. Zavodun tikilməsi ilə kustar üsulla duz yığılmasının qarşısının alınması üçün gölün ətrafı çəpərləndi. Ancaq bu, o demək deyil ki, illərlə bu işlə məşğul olmuş insanlar qazancsız qaldılar.  

- Biz bu insanları da öz layihəmizə cəlb etdik, onlar duz yığmaqda davam edirlər, yalnız indi onu "Azərduz"un zavoduna təhvil verirlər ki, bu da layihənin sosial yönümlü olmasından xəbər verir. Onu da deyim ki, layihənin gerçəkləşdirilməsi həm də Abşeron rayonunun ictimaiyyəti tərəfindən də müsbət qarşılandı. Birincisi, hazırda zavodda işləyənlərin böyük bölümü yaxın kəndlərin və qəsəbələrin sakinləridir. Bundan başqa, müəssisənin işə salınması bu ərazinin infrastrukturunun xeyli yaxşılaşmasına da imkan yaratdı, - deyə "Azərsun Holding"in departament rəhbəri bildirir.

Yeni olmasına baxmayaraq, "Azərduz" artıq istahlakçıların etibarını qazanıb. Axı bu marka artıq tərkibinə və istehsalat şərtlərinə görə, Avropadan olan istənilən "həmkarı" ilə rəqabət aparmaq qibiliyyətindədir. O, uğurla Gürcüstana və başqa qonşu ölkələrə də ixrac edilir. 

- Yeri gəlmişkən, bu baxımdan, demək olar ki, "Azərduz" başqa məsələləri də uğurla həll edib. Məsələ burasındadır ki, bu yaxınlara qədər Gürcüstan bazarında əsasən Ermənistanda istehsal edilən duz satılırdı. Bizim məhsulun ora ixracı başlayandan sonra həmin məhsul tamamilə sıxışdırılıb. Başda Prezident İlham Əliyev olmaqla bütünlükdə bizim ölkənin iqtisadi siyasəti hesabına bu sahədə marketinq savaşını udduq, - deyə A.Səfərov fikrini yekunlaşdırıb.  

 

 

BİZİM MƏLUMAT 

 

"Azərduz" İstehsalat Birliyi QSC-nin zavodu 7 ha ərazidə yerləşir və istehsal gücü gündə 300 tondur. 

"Azərduz" - 100 faizlik təbii, yüksək keyfiyyətli, yodlaşdırılmış ekstra duzdur. Onun tərkibində 40 mq yod var, bu, Səhiyyə Nazirliyi tərəfindən tövsiyə edilən dozadır. 



MƏSLƏHƏT GÖR:

617