25 Noyabr 2024

Bazar ertəsi, 00:59

MODERNLƏŞMƏ SIÇRAYIŞI

Beynəlxalq maliyyə təşkilatları Azərbaycanın gələcək iqtisadi artımını qeyri-neft sektorunun inkişafı ilə bağlayırlar

Müəllif:

22.07.2014

Bu gün bir çox inkişafda olan ölkələr təkmilləşmə sıçrayışını milli spesifikliyini nəzərə alaraq həyata keçirməyə çalışırlar. Bu cür layihələr karbohidrogen xammalının ixracından əldə olunan gəlirin infrastrukturun inkişafına və qeyri-neft iqtisadiyyatının diversifikasiyasına düşünülmüş şəkildə yönəlməsinə nail olan Azərbaycanda da uğurla həyata keçirilir. Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) ekspertləri hesab edirlər  ki, Azərbaycanın inkişaf səviyyəsi artıq bu gün orta inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşıb.

 

Təsdiq olunmuş model

Hələ bir neçə il öncə, qlobal iqtisadi böhranın postsovet ölkələri bazarlarının inkişafına təsiri araşdırıldığı zaman, bir sıra nüfuzlu beynəlxalq maliyyə təşkilatlarının (BMT) analitikləri belə nəticəyə gəlmişdilər ki, Azərbaycanın balanslaşdırılmış və mərhələli şəkildə diversifikasiya olunan iqtisadiyyatı, enerjidaşıyıcı hasilatının azalması şəraitində belə müsbət artımını qoruya bilir. Neftin dünya  qiymətinin azalması ilə bağlı karbohidrogen xammalın ixracının azalmasını,  ölkə, əsasən, özəl qeyri-xammal müəssisələrində istehsalat, habelə daxili istehlakın artımı ilə əvəz etdi. Digər tərəfdən, xarici sərmayələrin bir qədər azalan həcmlərini, Azərbaycan artıqlanması ilə büdcə vəsaitlərinin və ehtiyat fondların yığımlarının ilk növbədə infrastruktur tikintisinə artırılması ilə əvəzini çıxardı. Bundan əlavə, nəzərəçarpacaq dərəcədə möhkəmlənən və kapitallaşmanı gücləndirən Azərbaycanın korporativ sektoru  bu gün həm dövlət strukturlarını və eyni zamanda, iri beynəlxalq korporasiyaları uğurla əvəz edir. İri portfel sərmayəçi qismində müstəqil şəkildə çıxış etmək qabiliyyətindədir. Bu cür model artıq birinci il deyil öz dayanıqlılığını və kifayət qədər yüksək effektivliyini nümayiş etdirir. Bunu əvvəllər Azərbaycanı qeyri-qənaətbəxş templərə və bazar islahatlarının dərinliyinə, eləcə də həmçinin dövlətin iqtisadiyyatda həddindən artıq iştirakına görə tez-tez tənqid etmiş bir çox BMT nümayəndələri də təsdiqləyirlər.

Sosial-iqtisadi inkişafın  yüksək templərinə nail olaraq və kifayət qədər tez zamanda keçid dövrünü aşan Azərbaycan, orta inkişaf etmiş dövlətlərin qrupuna çox sıx yaxınlaşıb.  Bir sıra BMT-lərin qiymətləndirilməsinə əsasən, ölkə iqtisadiyyatının artım templəri sürətlə inkişaf edən dünya regionlarının göstəriciləri ilə eyni olub. Belə ki, dünya ÜDM-in artım templəri  ötən il 0,5 - 1,5% həddində olub, Azərbaycan isə 2013-cü ili  5,8%-lik artımla tamamlayıb. 10 faizlik artım göstəricisini nümayiş etdirən qeyri-neft sektorunun inkişaf templərinə görə isə Azərbaycan ümumiyyətlə, dünya miqyasında misal çəkilə  bilər. 

"Son illərin müsbət inkişafının əsasında davamlı iqtisadi artım imkanı və qeyri-neft sektoru sahələrinin mərhələli diversifikasiyasını təmin edən enerjidaşıyıcıların idarə edilməsinin Azərbaycan modeli durur",  - deyə Yaxın Şərq və Mərkəzi Asiya üzrə BVF Departamentinin rəhbəri Hüseyn Samiei Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Bakıda keçirilən seçki qrupunun iclası zamanı deyib. 

Öz növbəsində, ölkədəki  Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov hesab edir ki, ortagəlirli ölkələr siyahısına tamamilə qoşulması məqsədilə, Azərbaycana modernləşmə trendlərinin təsbit edilməsi və gələcək inkişafı üçün, təxminən, üç-dörd il lazımdır. Onun fikrincə, ölkədə yoxsulluğun səviyyəsi 1990-cı illərin əvvəlində 60 faizdən 5,3 faizədək düşüb, bu da dünya üzrə göstəricidən 3 dəfə aşağıdır. Son on il ərzində əhalinin real gəlirləri ildən-ilə, orta hesabla, 8,3 faiz artıb və "Gini index"inə əsasən, (cəmiyyətin təbəqələşmə dərəcəsinin statistik göstəricisi) Azərbaycan dünyanın 25 aparıcı ölkəsi sırasına daxildir. Nəhayət, iqtisadiyyatın inkişafının  ümumi səviyyəsi ölkənin orta inkişaf etmiş ölkələr siyahısına daxil olmasına şərait yaradır. Ümumilikdə, 1995-ci ildən başlayaraq, Azərbaycanın adambaşına düşən nominal ÜDM-i hər beş il iki dəfə artırdı. 

Nəticədə, əgər 1995-ci ildə Azərbaycan iqtisadi inkişafına görə 125-ci yeri tuturdusa, bu gün 65-ci yerdədir.

 

Yenə də artım

Sual ancaq ondan ibarətdir ki, Azərbaycan gələcək illərdə də dayanıqlı inkişaf dinamikasını qoruyub-saxlaya biləcəkmi? BVF və DB ekspertlərinin qiymətləndirmələrinə baxdıqda, özəl sektorun ilbəil artan sərmayə fəallığı, ilk növbədə,  infrastruktur layihələrinə olan dövlət sektorunda irimiqyaslı sərmayələr, növbəti beş ildə də Azərbaycanda iqtisadi artımın əsas qüvvələri  rolunu oynayacaq. Xüsusilə BVF ekspertlərinin hesablamalarına əsasən, cari ildə ölkənin qeyri-neft ÜDM-i 49,1 milyard dollar təşkil edəcək və gələn il 55,7 milyard dollara, 2019-cu ildə isə 79,4 milyard dollara çatacaq. Bununla da demək olar ki, ümumi ÜDM-in cari səviyyəsi ilə bərabər olacaq. Bununla yanaşı, ölkənin ümumi ÜDM-nin həcmi 2019-cu ildə 122,1 milyard dollar təşkil edəcək və 2017-ci ildə artıq 100 milyard dollar səviyyəsini aşacaq. 

DB araşdırmaları təsdiq edir ki, ümumdünya artımını üstələyən iqtisadi inkişafın yüksək templərini gələcək bir neçə il ərzində də qoruyub-saxlamaq olacaq. Bu ismarış  DB-nin "Global Economic Prospects" (GEP-2014) adlı yenilənmiş icmalında əks olunub. "GEP-2014-nə əsasən, cari ildə Azərbaycan ÜDM 5,7%-lik, 2015-ci ildə 5,5%-lik, 2016-cı ildə 4,7%-lik artım potensialına malikdir. Öz növbəsində, dünya iqtisadiyyatının cari ildə artım potensialı cəmi 2,8% təşkil edəcək və 2015-ci ildə 3,4%-ə, 2016-cı ildə isə 3,5%-dək artacaq", - deyə DB-nin icmalında deyilir. Müqayisə üçün Avropa və Mərkəzi Asiya regionunda 2014-cü ildə iqtisadi artımın potensialı, ümumiyyətlə, 2,4% səviyyəsində qiymətləndirilir, yəni Azərbaycandan fərqli olaraq iki dəfədən bir qədər çox.

DB analitikləri hesab edirlər ki, təbii ehtiyatları  zəngin olan ölkələrdə - Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistanda artım hələ də yüksək olan neft və qaz üzrə dünya qiymətləri, etibarlı dövlət sərmayələri və səxavətli sosial transfertlər sayəsində region üzrə orta göstəricidən yenə də yüksək  olacaq. Burada qeyd etmək lazımdır ki, makroiqtisadi göstəricilərin və dövlət  büdcəsi parametrlərinin sabitləşdirilməsi məqsədilə, hökumət artıq özəl sərmayədarların lehinə olaraq dövlətin sərmayə layihələrində iştirak payının azalması üçün tədbirlər kompleksi hazırlayıb və eyni zamanda, dövlət fondlarının ehtiyat yığımlarına qənaət rejimi nəzərdə tutulub. 

Həmçinin, 2015-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə vəsaitlərin köçürülmə səviyyəsinin azalması ilə bağlı planlar da elan olunub: əgər ötən il bu həcm 11,3 mlrd. dollar və ya büdcə gəlirlərinin 58,2%-ni təşkil edirdisə, cari ildə bu həcm 9,3 mlrd.  dollardan bir qədər çox olacaq. BVF-in bu yaxınlarda yaydığı hesabatında qeyd edilir ki, hökumətin ilkin proqnozlarına əsasən, 2017-ci ildə ARDNF-dən dövlət büdcəsinə vəsaitlərin köçürülməsi, ümumiyyətlə, 6,6 mlrd. manatadək azalacaq. 

 

Hədəf -  sənayeləşdirmədir

Hər halda, hökumətin əsas səyləri rezerv vəsaitlərin qənaətinə və büdcə transfertlərində payının azalmasına deyil, diversifikasiyasına və ölkənin sənayeləşdirdirilməsinə yönəlib. Bu, ilk növbədə, qeyri-neft sektorunun potensialının artırılması sayəsində edilib. Enerji sektorunun hələ də əsas roluna baxmayaraq, 2020-ci ilə qədər iqtisadiyyatın inkişafının strateji məqsədlərinə əsasən, ölkədə ÜDM-in 80%-ni təşkil edəcək rəqabətli, yüksəktexnoloji  istehsalatın yaradılması planlaşdırılır. Eyni zamanda, ümumi ixracatda qeyri-xammal sənaye məshullarının payının nəzərəçarpacaq dərəcədə artırılması nəzərdə tutulur. 

Azərbaycanın gələcək iqtisadi inkişafının lokomotivi kimi təqdim olunan qeyri-neft sektorunun xüsusi rolu, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Asiya İnkişaf Bankının (AİB) hesabatlarında və eyni zamanda, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) regional əməkdaşlıq konsepsiyasında qeyd olunub.

Xüsusilə AYİB-in Azərbaycanla 2014-2017-ci illər üzrə əməkdaşlıq strategiyasına əsasən, diqqət iri enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsində özəl sektorun inkişafının dəstəkləməsinə yönəlib. "Azərbaycan iqtisadiyyatın inkişafının yeni mərhələsinə yaxınlaşıb: proqnozlara əsasən, 2017-2018-ci illərdə neft hasilatının həcmləri azalmağa doğru gedəcək və təbii ki, iqtisadiyyatın toplanmış karbohidrogen gəlirlərdən asılılığı artacaq. Azərbaycan iqtisadiyyatın modernləşdirilməsində nəzərəçarpacaq tərəqqiyə nail olub, lakin onun gələcək diversifikasiya məsələsi hələ də aktualdır. Ölkənin müasir və inkişaf etmiş özəl sektoru ilə inkişafın neftdənsonrakı dövrə qədəm qoyması üçün çoxlu səy göstərmək  lazımdır", - deyə AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Neyl Makkayn bildirib. Bu ismarış AYİB-in yeni strategiyasının əsas istiqamətlərini göstərir: ortamüddətli dövr üçün iqtisadiyyatın diversifikasiyaya, kiçik və orta sahibkarlığı dəstəkləməyə və kənd  regionlarının dinamik inkişafını stimullaşdıra biləcək dayanıqlı maliyyə sektorunun inkişafına təkan verən layihələr seçilib.

Eyni  məsləhətlər Asiya İnkişaf Bankının hesabatında da verilib: "Azərbaycanda hələ neft gəlirlərinin digər fəaliyyət növlərinə təkan verə biləcək və hələ də işlənilməmiş sahələr mövcuddur. Onların sırasına iqtisadiyyatın diversifikasiyası məqsədilə dövlət sərmayələri üçün yeni imkanlarını əks etdirən Bakı və ətraf qəsəbələrin, regionların inkişafı ilə bağlı bu yaxınlarda təsdiq olunmuş dövlət proqramları daxildir". 

AİB ekspertləri hesab edirlər ki, hökumət kənd təsərrüfatına dəstək verməyə davam edəcək, fermerlərin güzəştli kreditləşməsini və subsidiya təcrübəsini uzadacaq və eyni zamanda, kənd təsərrüfatı üçün istifadə olunmamış torpaqların istifadəsi ilə bağlı tədbirlər görəcək. 

Öz növbəsində, Qara Dəniz Ticarət və İnkişaf Bankının növbəti kredit portfeli Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafına tam olaraq yönəlib. 

QDTİB-ın 2015-2018-ci illər üçün  yaradılan yeni ölkələr üzrə strategiyasına əsasən, qeyri-xammal istehsalı, xidmət və ticarət şirkətləri və əlbəttə ki, makromaliyyələşdirmə bank proqramlarının dəstəkləməsi gələcəkdə də bankın diqqət mərkəzində olacaq.

Bununla da bir çox BMT ekspertləri belə bir qənaətə gəlirlər ki, dünya bazarlarında münasib neft qiymətləri ilə birgə,  sabit makroiqtisadi göstəricilər hökumətə xüsusilə idarəetmə sisteminin və biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft özəl sektorunun diversifikasiyasi istiqamətində qətiyyətli addımlar atmağa imkan yaradıb. Sonuncunun çiyinlərinə yaxın gələcəkdə ölkənin dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı məsuliyyət düşür.



MƏSLƏHƏT GÖR:

597