24 Noyabr 2024

Bazar, 20:38

REYTİNQLƏRİN ZİRVƏSİNDƏ

Dünya İqtisadi Forumu növbəti dəfə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətlilik indeksini yüksəldib

Müəllif:

09.09.2014

Son illər nüfuzlu beynəlxalq təşkilat - Dünya İqtisadi Forumu (WEF) - iqtisadiyyatın səmərəliliyi, insan kapitalının inkişafı, yoxsulluqla mübarizə, eləcə də turizm və informasiya-kommunikasiya sektorunun artan dinamikası üzrə dəyişməz olaraq Azərbaycana yüksək reytinq qiymətləri verir. WEF-in yeni hesabatında Azərbaycan yenə MDB-də birinciliyini qoruyaraq, iqtisadiyyatın dünya rəqabətqabiliyyətlilik reytinqində yenə də mövqelərini yaxşılaşdırıb.

 

İnkişaf  göstəriciləri 

Dinamik inkişaf edən Azərbaycan pay nisbətində bu gün Cənubi Qafqaz dövlətlərinin iqtisadiyyatının ümumi potensialının dörddə üçündən artıq hissəsini təmin edir və  Ümumi Daxili Məhsulun həcminə görə MDB-də dördüncü yerə sahibdir. Təməl makroiqtisadi göstəricilərin sabitliyi, yüksək sərmayə cəlbediciliyi, ən əsası isə - qeyri-neft sektorunun dinamik inkişafı qlobal dərəcədə gözlənilməz dəyişikliklərdən asılı olmayaraq, sabit sosial-iqtisadi artıma şərait yaradır.  

Belə ki, BMT-nin məlumatlarına əsasən, 1995-ci ildə Azərbaycan dünyada iqtisadi inkişafa görə 125-ci mövqedə idisə, bu gün ölkə 65-ci yerə yüksəlib. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, artıq yaxın bir neçə ildə Azərbaycanın ÜDM-in həcmi nəzərəçarpacaq göstəriciyə 100 mlrd. dollara çatacaq. Həm də burada artımın əsas drayveri qeyri-neft sektoruna ayrılır. Qeyri-neft və aqrar sənayenin təkmilləşdirilməsi üzrə ilk addımlar artıq 1990-cı illərin ikinci yarısından başlayıb. Dövlətin özəl sektora maliyyə, texniki və qanunvericilik sahəsində yardımı, habelə irimiqyaslı özəlləşdirilməsi sayəsində Azərbaycan postsovet məkanında köklü bazar islahatları həyata keçirən birincilərdən olub. Və bu fakt dəfələrlə reytinqli şirkətlərin və beynəlxalq maliyyə təşkilatlarının (BMT) hesabatlarında da öz təsdiqini tapıb. 

Lakin hökumət qeyri-xammal iqtisadiyyatının inkişafına, ölkənin yeni sənayeləşmə strategiyasının reallaşdırılmasına keçməklə, böhrandan sonrakı dövrdə xüsusi diqqət ayırmağa başladı. Bu siyasətin səmərəliliyi qeyri-neft sektorunun dinamikliyi ilə öz təsdiqini tapır: qeyri-xammal sahələrinin artım templəri ÜDM-in  artım göstəricilərini iki-üç dəfə ötməklə, orta hesabla, 9-10%-ə çatır. ÜDM-in həcminin, təxminən, 57%-i və vergi, gömrük gəlirlərinin, təqribən, üçdə ikisini bu gün qeyri-neft sektorunun müxtəlif istiqamətləri təmin edir. Sadalanan nailiyyətlərin önəmini yenidən qiymətləndirmək çətindir. Belə ki, makroiqtisadi göstəricilərin sabitliyi və işgüzar mühitin əlverişliyi ilə yanaşı, məhz, qeyri-neft sektorunun inkişaf templəri BMT tərəfindən qlobal iqtisadi reytinqlərin tərtibi zamanı bu və ya digər ölkələrin statusunu müəyyən edən əsas göstərici kimi götürülür. Dünya İqtisadi Forumunun münasib statistik məlumatların kombinasiyasına və şirkət rəhbərlərinin sorğusunun nəticələrinə əsaslanan tədqiqatı misal kimi də göstərmək olar. WEF-in mütəxəssisləri 12 göstəriciyə əsaslanaraq ölkələrin rəqabətqabiliyyətliliyini qiymətləndirirlər. Bu meyarlar arasında iqtisadi-hüquqi mühit, infrastruktur, makroiqtisadi sabitlik, səhiyyə və ibtidai təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə bazarının məhsuldarlığı, əmək bazarının məhsuldarlığı, maliyyə sektorunun inkişafı, texnologiyanın inkişafı, daxili bazarın həcmi, qeyri-neft sektoru şirkətlərinin rəqabətqabiliyyətliliyi və innovasiya potensialı yer alır. 

 

İldən - ilə daha yaxşı 

WEF-in mütəxəssisləri son bir neçə ildə Azərbaycanın iqtisadi inkişaf dinamikasını necə qiymətləndirirlər? Bir sıra Avropa və MDB ölkələrindən fərqli olaraq, böhrandan sonrakı dövrdə, forumun hər il yenilənən hesabatlarında daim Azərbaycanın iqtisadi inkişafının müsbət dəyişiklikləri qeyd edilir. Maraqlıdır ki, WEF-in mütəxəssisləri üçün milli rəqabətqabiliyyətliliyin əsas meyarı, ölkənin və onun institutlarının ortamüddətli perspektivdə davamlılığı qoruyub saxlamaqla, iqtisadi artımın sabit templərini təmin etmək qabiliyyəti hesab olunur. Və bu parametrlərə görə inflyasiyanın artımının qarşısını alan və məzənnə kursunun kəskin dəyişikliyini dəf etməyi bacarmış, o cümlədən ilbəil investisiya layihələri və ilk növbədə, rayonlarda yoxsulluğun səviyyəsini azaldan sosial proqramları genişləndirən Azərbaycan, reytinqlərin sonrakı yüksəlişi üçün optimal namizədlərdən biridir.   

Belə ki, nisbətən bu yaxınlarda "Global Information Technology Report - 2014" hesabatında WEF-in mütəxəssisləri şəbəkə hazırlığına görə Azərbaycanı 49-cu (7 bəndlik artım) mövqedə qərarlaşdırıb. Davos Forumunun - "Dünya ticarətinə cəlb edilmə-2014" adlı digər bir hesabatında da ölkə dörd pillə irəliləyərək, 77-ci mövqedə dayanıb. "Human Capital Report - 2013"un hesabatına əsasən, cədvəldə 64-cü yeri tutan Azərbaycan növbəti dəfə postsovet məkanında liderlər sırasına daxil edilib. Ölkə WEF-in turizm sektorunun inkişaf dərəcəsinə görə də pis yerdə deyil. Lakin bu və ya digər dövlətin dünya dərəcə cədvəlində yerini müəyyənləşdirən Dünya İqtisadi Forumunun ən mühüm reytinq tədqiqatı ənənəvi olaraq, iqtisadiyyatların qlobal rəqabətqabiliyyətlilik tədqiqatı hesab olunur. Sözgəlişi deyək ki, Azərbaycanın bu məsələdə mövqeyi çox yaxşıdır. Müqayisə üçün, təxminən, üç ildən bir qədər az müddət bundan əvvəl "2010-2011-ci illərdə qlobal rəqabətqabiliyyətlilik" hesabatında Azərbaycan dünyada 57-ci və keçmiş SSRİ-də isə 3-cü yeri tutub. Bu göstəriciyə görə biz artıq həmin müddətdə region üzrə qonşularımızı qətiyyətlə geridə qoyaraq, ancaq Baltikyanı ölkələrdən geri qalırdıq. 2011-ci ildə nəzərəçarpacaq dərəcədə olmasa da, Azərbaycan yenə də  WEF-in dərəcə cədvəllərində öz mövqelərini yaxşılaşdırdı. Ölkə iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinə görə 4,31 bal toplayaraq, dünyanın 142 ölkəsi arasında 55-ci yeri tutdu. Həmin vaxt Azərbaycan rəqabətqabiliyyətliliyin ümumi göstəricisinə görə isə MDB-də birinci oldu. 

WEF-in 2012-ci il sentyabr tarixli dərc olunmuş hesabatında ölkə birdəfəyə 9 pillə yüksələrək, 140 dünya ölkəsi arasında 46-cı yeri tutub. Növbəti 7 pilləli sıçrayışı ölkə ötən il həyata keçirdi. Bu, Davos Forumunun reytinq cədvəlində 49-cu mövqedə yerləşməklə baş verdi.  

 

Yeni  sıçrayış 

Və budur WEF-in mütəxəssisləri növbəti dəfə Azərbaycanın iqtisadi göstəricilərinin nəzərəçarpan artımını qeyd edirlər. Bu günlərdə dərc edilən "The Global Competitiveness Report - 2014-2015" adlı hesabata görə, Azərbaycan 144 dünya iqtisadiyyatının rəqabətqabiliyyətlilik reytinqində 38-ci mövqedə qərarlaşıb. Təqdirəlayiqdir ki,  bəzi yerli göstəricilərə görə beynəlxalq mütəxəssislərin daha yüksək qiymətləri əldə olunub. Reytinq cədvəlinin tərtibatı zamanı ölkələrə hər bir seqmentdə orta bal verilir. "Global Competitiveness Index"in təməl indeksinə əsasən, ölkə yeddi mümkün baldan 4,53 bal əldə edib. Eyni zamanda makroiqtisadi sabitlik parametrlərinə görə Azərbaycan, ümumiyyətlə, doqquzuncu yeri tutaraq, dünya ölkələrinin ilk onluğuna daxil olub. Və ən çox fərəh verən məqam ondan ibarətdir ki, Azərbaycan inflyasiyanın müqayisə edilən bilən aşağı göstəricisinə görə postsovet məkanında birinci olub. Əmək bazarının səmərəlilik göstəricisinə görə biz 33-cü, sərmayədarların müdafiəsinə görə - 22-ci, biznesin qeydiyyatdan keçirilmə vaxtına görə isə 36-cı yerdə qərarlaşmışıq.  

Azərbaycan artıq ikinci il ardıcıl olaraq postsovet məkanı ölkələrini geridə qoyaraq, iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinə görə birinci yeri tutur. Ölkə ancaq MDB-yə daxil olmayan və 29-cu yerdə dayanan Estoniyadan sonra gəlir. Keçmiş sovet respublikaları arasında Azərbaycandan bir qədər geri qalanlar  Litva və Latviyadır. Bu ölkələr müvafiq olaraq 41 və 42-ci yerləri aralarında bölüşüblər. Ən dinamik inkişaf etməkdə olan dövlətlərdən biri - Qazaxıstan artıq ikinci il ardıcıl olaraq WEF-in reytinqinin 50-ci sırasından düşə bilmir. Amma sənayenin nazim çarxını qətiyyətlə dəf edən Rusiya isə birdəfəyə 11 pillə yüksələrək, 64-cü yerdən 53-ə enib. Ötənilki göstəricilərini bir qədər yaxşılaşdıraraq, islahatçı Gürcüstan 69-cu sıranı tutub. Ancaq daimi böhranda olan Ermənistan isə keçənilki 79-cu sırasından 85-ə yuvarlanıb. 

WEF-in mütəxəssisləri ən rəqabətqabiliyyətli dövlətin artıq 6 il dalbadal İsveçrə olduğunu müəyyən ediblər. Daha sonra isə Sinqapur, ABŞ, Finlandiya və Almaniya bu siyahıya rəhbərlik edib.  

WEF-in dünya ölkələrinin iqtisadi inkişafı və reytinq mövqelərinin təqdim etdiyi parametrləri əyani surətdə bəyan edir ki, Azərbaycan obyektiv şəkildə təkcə postsovet məkanında deyil, həm də daha inkişaf etmiş dövlətlərin fonunda tamamilə qətiyyətli görünür. "Azərbaycan 38-ci yeri tutmaqla, bir sıra Avropa Birliyi (AB) ölkələrini, G7 klubu -  "böyük yeddilik"in üzvləri də daxil olmaqla, geridə qoyub. Belə ki, G7-yə daxil olan İtaliya ancaq 49-cu yerdə yerləşdirilib. Bununla belə, AB-nin digər bir sıra üzvləri - 43 və 59-cu yerlərdə dayanan Polşa və Rumıniyanı da o cümlədən. Maraqlıdır ki, ölkə uyğun olaraq 45 və 83-cü mövqelərdə dayanan regional ağırçəkili ölkələri - Türkiyə və İranı da əminliklə geridə qoyub", - deyə "The Global Competitiveness Report-2014-2015" hesabatının tərtib olunma prosesində "WEF" mütəxəsisslərinin rəyinə şərik olan Azərbaycan Marketinq Cəmiyyətinin məlumatında deyilir. 

Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini  Sevinc Həsənovanın fikrincə, Azərbaycanın Dünya İqtisadi Forumunun (WEF) rəqabətqabiliyyətlilik reytinqində mövqeyinin yaxşılaşması biznes-mühiti və sərmayədarların biznes-gözləntilərinə müsbət  təsir göstərəcək. "Azərbaycanda siyasi sabitlik təmin edilib. Ümumilikdə ölkənin inkişafı, eləcə də makroiqtisadi sabitlik  bununla izah edilir və biznesin  inkişafı üçün şərait yaradılıb. Bu baxımdan Azərbaycanın reytinqdə mövqeyi iqtisadi strukutlara, işgüzar dairələrə və ümumlikdə dünya ictimaiyyətinə müsbət işarə verir", - deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkədə həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin gücləndirilməsi üzrə prioritetlərin biri qismində müəyyən edilib. Gələcəkdə makroiqtisadi sabitliyin təmin edilməsi və infrastrukturun inkişafı üzrə tədbirlər davam etdiriləcək. "Azərbaycanda, həmçinin biznes mühitin yaxşılaşdırılması üzrə tədbirlər görülür, yüksək texnoloji avadanlıqların və ən qabaqcıl texnologiyaların ölkəyə cəlb edilməsinə yönəlmiş innovativ siyasət yürüdülür. Azərbaycanın dünya kosmik sənayesinə daxil olması da ölkənin beynəlxalq hesabatlarda mövqeyinin gələcəkdə yaxşılaşacağına xidmət edir", - deyə nazir müavini vurğulayıb.

Bir sözlə, "WEF"in reytinqində növbəti irəliləmə iqtisadi inkişafın seçilmiş milli modelinin səmərəliliyini yenidən sübut etdi. Bütün bu reytinq nailiyyətlərinin bilavasitə faydasına gəlincə isə, onların ölkənin investisiya cəlbediciliyinin və  ticarət nüfuzunun artmasına olan samballı təsirini qeyd etmək kifayətdir.  



MƏSLƏHƏT GÖR:

599