25 Noyabr 2024

Bazar ertəsi, 15:39

ÇƏNLƏRİ METANOLLA DOLDURAQ?

Ənənəvi yanacağa əlverişli və təhlükəsiz alternativ yeni perspektivlər açır

Müəllif:

01.06.2012

Sirr deyil ki, çıxarılan ənənəvi yanacaq növləri tükənmək adətinə mübtəladır və buna görə də hazırda onların hasilatı, əsasən, kvota ilə və ya qeyri-rəsmi limitlərlə reqlamentləşdirilir. Həmçinin, sirr deyil ki, bu gün Yer üzündə münaqişələrin və müharibələrin çoxu "yanacaq" mənşəlidir - ölkələr arasında planetin dərinliklərindəki yanacaq qalığı uğrunda qızğın mübarizə gedir. Paradoks ondadır ki, insanların çoxu bilir ki, bu enerji mənbələrini istifadə etməklə planetin ekologiyasına sağalmaz yaralar vurulur ki, bu da son hesabda onun bütün sakinlərinin səhhətində özünü göstərəcək. 

Bütün bu amillər bəşəriyyətin əlavə  enerji mənbələrinə artan əlavə tələbatı ilə birlikdə artıq on illərdir ki, hakimiyyətdə olanları, ailmləri, iqtisadçıları və ekoloqları işlətmək üçün yeni imkanlar axtarmağ məcbur edir. Əgər bu yaxınlara kimi əsas belə "əvəzedici" kimi elə də təhlükəsiz olmayan və yeni irimiqyaslı münaqişələrə səbəbkar  hidrogen sayılırdısa, indi insanlar daha çox sakit, ekoloji təmiz və heyrətamiz dərəcədə effektiv olan metanola meyl edirlər. 

Bu maddənin çoxtərəfli və ekoloji təmiz olması, həmçinin, perspektivli gələcəyi Azərbaycanda da metanol istehsalı üzrə zavodun yaradılması ideyasının əsasında durur. 

 

Dünyada tanınır 

Ağac spirti kimi tanınan metanol etil spirtini xatırladan iyə malik, amma daha zəifqoxulu rəngsiz mayedir. Əslində, metanol  həll olunan, bioloji parçalanan, təbiətdə təbii şəkildə rast gəlinən maddədir. Metanolun ən maraqlı cəhəti onun çoxtərəfli olmasıdır. Çünki o həm klassik daxiliyanma mühərriklərində, həm də elektrik almaq üçün xüsusi yanacaq elementlərində işlədilə bilər. Beləliklə, enerjinin ekoloji istifadəsinə mülayim keçid təmin edilə bilər. Bununla yanaşı, metanol boyalar, yapışqanlar, aerozollar, laklar, CD  və DVD disklər kimi çox sayda məhsulların istehsalında istifadə edilir. 

Bundan başqa, metanol başqa enerji mənbələrinə baxanda daha təmiz yanır, buna görə, nəqliyyat sektorunda alternativ enerji kimi getdikcə daha geniş istifadə edilməyə başlayır. Məsələn, Çində və ABŞ-da artıq bir hissəsini metanol təşkil edən yanacaq növləri peyda olub. Belə yanacaq ətraf mühitə az zərər vurur, adi benzin və dizelə müqayisədə daha ekoloji sayılır. Dünyanın bir çox alimləri metanola gələcəyin energetikasının vacib hissəsi və benzinin potensial  əvəzedicisi kimi baxırlar. Məşhur "Green Building Elements" saytının direktoru və "Green Streets Media Train"in qurucusu  Qlenn Meyers öz məqaləsində əmin edir edir ki, qarşıdan gələn  "İndianapolis-500" rallisində yarış avtmobillərini hərəkətə gətirəcək metanolu  alternativ yanacaqlar siyahısında yuxarı sıraya yerləşdirmək lazımdır. "Əsas spirt kimi effektiv yanması, parçalanmasının yüngül-lüyü və bütün dünyada geniş əlçatarlığı hesabına metanol nəqliyyat yanacağı kimi əlverişli seçimdir. Metanol nəqliyyat sahəsində aşağıdakılar kimi istifadə edilir: birbaşa yanacaq kimi və ya benzinlə qarışdırılaraq; dimetil efirə (DME) çevrildikdən sonra dizel yanacağı əvəzinə işlədilə bilər və biodizel yanacağı istehsalı prosesinin bir hissəsidir", - deyə o bildirir. 

Burada əlavə etmək lazımdır ki, ABŞ-ın 1992-ci ildə energetika siyasəti haqqında qəbul etdiyi qanun çərçivəsində metanol alternativ yanacaq sayılır. 1965-ci ildən sonra isə o, bir sıra nəqliyyat vasitələrində (yarış avtomobilləri üçün yanacaq (M100 və M85 kimi) istifadə olunur. Çoxyanacaqlı mühərriklərlə (FFV) işləyən avtomobillər, yəni həm ənənəvi benzinlə, həm də M85 ilə və ya bu iki yanacağın qarışığı ilə işləyə bilən avtomobillər hələ 1978-ci ildə "Ford Motor" tərəfindən yaradılıb. 

Məhz ABŞ-da bu maddənin tətbiq sahəsinin genişləndirilməsi üzrə müxtəlif profilli tədqiqatlar gerçəkləşdirən metanol instiutu yaradılıb və uğurula fəaliyyət göstərir.  Bununla yanaşı, dünyanın sürətlə inkişaf edən başqa bir ölkəsi Çin də metanol yanacaqlı avtomobillərin sınağına başlayıb və bu istiqamətdə yetərincə böyük vəsaitlər ayırıb. 

Metanol yanacaq elementləri texnologiyasında bir hidrogen daşıyıcısı kimi qeyri-stansionar və avtonom enerji istehsalı bazarında böyük rol oynayır. Metanol yanacağı ilə işləyən turbinlər həm də şəbəkə enerjisi istehsal edirlər ki, onlar da bizim fəaliyyətimizin bir sıra sahələrində istifadə olunur. 

Hazırda dünyanın "Casio", "Panasonic", "Toshiba" və "Sony" kimi aparıcı texnologiyalı şirkətləri metanolla işləyən mobil telefon, noutbuk akkumlyatorları və yanacaq elementlərinin istehsalına başlayıblar. 

 

İqtisadi baxımdan yararlıdır 

Metanol üçün xammal bazasına gəldikdə isə, qeyd edək ki, bu məqsəd üçün müxtəlif cür xammal işə yarasa da, bu günkü iqtisadiyyat hələ ki, onu təbii qazdan almağa üstünlük verir.  Beləliklə, metanol təbii qazın buxarla riforminq yolu ilə əldə edilən sintez-qazdan istehsal edilir, o, katalizatorun iştirakı ilə reaktora verilir. Proses nəticəsində metanol və su buxarı alınır. 

Metanolun iqtisadi yararlılığı göz qabağındadır: təbii qazın indiki aşağı və neftin yuxarı qiymətləri fonunda metanol istehlakçıların yanacaq doldurma stansiyalarındakı xərclərini xeyli azalda bilər. Dünya bazarında təbii qazdan alınan metanolun bir qallonunun spot qiyməti heç bir subsidiya olmadan $1,13 təşkil edir. Bir qallon metanol, təxminən, 0,5 qallon benzinin verdiyi enerjini təmin edir. Buna görə də eyni məsafəyə iki dəfə artıq metanol sərf etmək lazım gəlir. Amma buna baxmayaraq yenə də benzindən ucuz düşür. Çünki metanol institutunun hesablamalarına görə, 1 qallon (3,78541178 litr) benzini əldə etmək üçün təxminən $3 lazım gəlir. Bura vergilər, topdan və pərakəndə satış əlavələri gəldikdə qiymət xeyli qalxır. Göründüyü kimi, metanolun qiyməti benzinə sərf edilən vəsaitdən xeyli aşağıdır. Təbii qaz iqtisadiyyatında dəyişikliklər baş verdikdə belə, çoxyanacaqlı mühərrik quraşdırılmış avtomobillər yenə də əvvəlki kimi kömürdən, biokütlədən, yaxud da karbon qazının resilkuryasiyasından alınmış metanola işləyə bilər.

 

Ekoloji təmizdir 

Sadalanan keyfiyyətlərlə yanaşı, metanolun şəksiz üstünlüyü onun ekoloji təhlükəsizliyidir. Bununla bağlı, ətraf mühitin mühafizəsi sahəsində məsləhətçi şirkət olan "Malcolm Pirnie"nin "Metanolun ətraf mühitə təsiri və nüfuz etməsinin qiymətləndirilməsi" adlı hesabatı var. Tədqiqatda müxtəlif ssenarilər üzrə ətraf mühitə metanol atılmasının təsirləri öyrənilir. Yekun rəyə görə,  "metanol torpağa, qrunta və səth sularına töküldüyü zaman həm aerob, həm də anaerob şəraitlərdə bioloji cəhətdən sürətlə parçalanacaq ".

Bu araşdırma əsasında elmi-mühəndislik məsləhət şirkəti "Exponent" tərəfindən təbii qazın bərpası prosesində alınmış metanolun hidroparçalanma mayelərində spesifik tətbiqi öyrənilib. Aparılan işlər göstərib ki, metanol belə hallarda bioloji cəhətdən sürətlə parçalanır, onun atılması nəticəsində insanların sağlamlığına və ətraf mühitə mənfi təsir göstərmir. Dünya üzrə metanolun istehsal edilməsi və yayılması nəticəsində istixana qazlarının atılmasının azaldılması məqsədi ilə innovasiya yanaşmaları da mövcuddur. Son onilliklərdə aparılmış effektiv modernləşdirmə nəticəsində metanol istehsalı zavodları ətraf mühitə karbon qazı atılmasını 40%-ə qələr azaltmağı bacarıblar. 

Nəhayət, yuxarıda deyildiyi kimi, metanol suda tamamilə həll olur və bir sıra bakteriyalar üçün qida mənbəyidir. Buna görə də o, tez-tez sənayenin müxtəlif sahələrində istifadə edilir, məsələn, su-təmizləmə qurğularında azotun axıntıdan çıxarılmasına yardım edir, yaxud neft və qaz mədənlərində antifriz və korroziya inqibitoru kimi işlədilir. 

 

Azərbaycana gərəkdir 

Metanolun bütün bu yararlı və önəmli xüsusiyyətləri Azərbaycanda da bu maddənin istehsalı zavodunun yaradılması ideyasına əsas verir. Özü də onun istehsalı üçün xammal kimi təbii qaz çıxış edir ki, bunun da respublika üzrə hasilatı  ildən-ilə artır. Əslində, Azərbaycanın "AzMeCo" şirkətinin metanol istehsalı üzrə  zavodu qazı xammal kimi istehsal edən ilk zavod olacaq. Ümumiyyətlə, layihənin unikallığı yalnız bununla bitməyəcək - Bakının Qaradağ rayonunda tikilən zavod üçqat təhlükəsizlik sisteminə malik olacaq və  9 bal zəlzələyə davamlılıq ilə layihələndirilib. Özü də hər hansı bir təhlükə barədə siqnal daxil olan zaman işlər avtomatik dayandırılacaq. 

Şirkətin Direktorlar Şurasının sədri Nizami Piriyevin sözlərinə görə, 2012-ci ilin sonlarına kimi zavod məhsul buraxılışına başlayacaq və 2013-cü ilin iyul-avqust aylarına illik 560 min ton layihə gücünə çıxarılacaq. Sonrakı illər isə zavodun istehsal gücü 720 min tona çatdırılacaq ki, bu da ilkin istehsal zamanı yaranan və atmosferə atılan karbon-oksidin təkrar emala qaytarılması hesabına baş tutacaq. Layihənin dəyəri $380 mln qiymətləndirilir. 

İlkin mərhələdə məhsulun 90%-nin xarici və 10%-nin daxili bazarda satılması planlaşdırılır. Ancaq metanolun xammal kimi işlədildiyi yeni istehsal sahələrinin buraxılışı ilə bu nisbət, əlbəttə ki, dəyişəcək. "Ümid edirik ki, Azərbaycanda metanol alternativ enerji mənbəyi  kimi geniş tətbiq olunacaq, həmçinin benzinə əlavə kimi onun xüsusiyyətlərindən istifadə ediləcək və s.", - deyə N.Piriyev bildirib.



MƏSLƏHƏT GÖR:

436