19 Dekabr 2024

Cümə axşamı, 20:49

MÜHARİBƏ EHTİMALI BÖYÜKDÜR

"R+"un suallarını Bundesverin Aparıcı Kadrlar Akademiyası (Hamburq) yanında Beynəlxalq Təhlükəsizlik üzrə Elmi Forumun və Vətənin Müdafiəsi Akademiyasının (Vyana) üzvü İohann Rau cavablandırır

Müəllif:

23.09.2014

- Qa­ra­bağ müna­qi­şə­si zo­na­sın­da av­qu­s­tun əv­və­lin­də sil­si­lə si­lah­lı in­si­den­t­lər ya­şan­dı. Atəş­kəs dövrünün ən cid­di in­si­den­t­lə­ri olan bu ha­di­sə­lər za­ma­nı hər iki tə­rəf tə­lə­fat ver­di. Fi­k­ri­nizcə, da­nı­şıq­lar pro­se­sin­də heç bir irə­li­ləy­i­şin müşa­hi­də olun­ma­dığı bu şə­ra­it­də və­ziyyət nə qə­dər cid­di­dir?

- Azər­bayca­nın Er­mə­ni­s­tan tə­rə­fin­dən işğ­al edil­miş əra­zi­lə­ri ət­ra­fın­da və­ziyyət çox cid­di­dir. Er­mə­ni­s­tan qur­ban­lar ve­rə­rək işğ­al et­diyi əra­zi­lə­rin bir qa­rı­şı­nı da könüllü şə­kil­də ge­ri qay­tar­may­acaq. Tor­paq­la­rın qay­ta­rıl­ma­sı üçün apa­rı­lan da­nı­şıq­lar pro­se­sin­də də irə­li­ləy­iş əl­də olun­may­acaq. Er­mə­ni­s­tan sülh da­nı­şıq­la­rın­dan sta­tus-kvo­nun möh­kəm­lən­di­ril­mə­si və onun mümkün qə­dər çox, mümkündürsə, əbə­di qo­ru­nub sax­lan­ma­sı üçün is­ti­fa­də edir. Bəs, Av­ro­pa İt­ti­fa­qı? O, Azər­bay­can tor­paq­la­rı­nın azad olun­ma­sın­da dey­il, neft və qa­zın it­ti­faq öl­kə­lə­ri­nə ma­ne­ə­siz ge­dib çıx­ma­sın­da, ener­ji təhlükə­siz­liy­i­nin tə­mi­nin­də ma­raq­lı­dır. 

- Lokal toqquşmaların yeni tammiqyas­lı müha­ri­bəyə çe­v­ril­mə­si eh­ti­ma­lı nə qə­dər­dir?

- Müha­ri­bə (o, tam­miqyas­lı ol­maya da bi­lər - il­kin mər­hə­lə­də iş­ğ­al al­tın­da­kı ray­on­lar­dan bi­ri­nin ani ola­raq ge­ri qay­ta­rıl­ma­sı ki­fay­ət­dir) eh­ti­ma­lı böyükdür və bu eh­ti­mal get­dikcə ar­tır: fi­k­rimcə, Azər­bay­can rəh­bər­liyi ar­tıq sülh da­nı­şıq­la­rı­nın tor­paq­la­rın ge­ri qay­ta­rıl­ma­sı­na kö­mək et­məy­əcəy­i­nə əmin olub. Ha­zır­kı bey­nəl­xalq və­ziyyət (Uk­ray­na­da, Ya­xın Şər­q­də, Şi­ma­li İra­q­­da, Şi­ma­li Af­ri­ka­da və di­g­ər re­g­i­on­lar­da baş ve­rən­lər) doğma ray­on­lar­dan bi­ri­nin güc yo­lu ilə, əzmlə və qı­sa vaxt ər­zin­də ge­ri qay­ta­rıl­ma­sı üçün əl­ve­riş­li­dir.

- Doğru­dan­mı, Qər­bin Uk­ray­na­da ya­şa­nan­la­ra ol­duğu ki­mi, Qa­ra­bağ müna­qi­şə­si­nə də diq­qət ayır­ma­sı üçün ora­da ye­ni müha­ri­bə baş­la­ma­lı­dır?

- Uk­ray­na­da­kı prob­lem Dağlıq Qa­ra­bağ və Azər­bayca­nın Er­mə­ni­s­tan tə­rə­fin­dən işğ­al edil­miş bütün əra­zi­lə­ri ət­ra­fın­da­kı müna­qi­şə ilə müqay­i­səyə gəl­məz­dir. Uk­ray­na­nın Ru­siy­a­dan uzaq­laş­ma­sın­da, on­la­rın bir-bi­ri­nə qar­şı qoy­ul­ma­sın­da dün­ya­nın güc mər­kəz­lə­ri - NATO və ABŞ ma­raq­lı­dır­lar. Av­ro­pa İt­ti­fa­qın­dan isə da­nış­mı­ram: o, ta­ma­mi­lə ABŞ-ın sözü ilə ot­urub-du­rur. Bu, hət­ta Aİ-nin bir çox öl­kə­lə­rin­də yer­li əha­li­nin ma­raq­la­rı­na zidd ola­raq edi­lir!

- Dey­ə­sən, Ru­siya müna­qi­şə­nin ni­zam­lan­ma­sı pro­se­sin­də əsas ro­lu öz üzə­ri­nə götürüb, Qər­bdən olan va­si­tə­çi­lər (ABŞ və Fran­sa) isə adə­ti üzrə, kə­nar­da day­a­nır­lar. Ba­kı­nın va­si­tə­çi­lə­rin for­ma­tın­da dəy­i­şik­lik edil­mə­si mə­sə­lə­si­ni qal­dır­ma­sı­na eh­tiy­ac var­mı, yox­­sa Ru­siya, hə­qi­qə­tən, Cə­nu­bi Qaf­qaz­da öz ma­raq­la­rı olan ye­g­a­nə kə­nar oy­un­çu­dur?

- Va­si­tə­çi­lə­rə ümid yox­dur: on­lar öz ma­raq­la­rı­nı güdürlər. Ye­ni va­si­tə­çi­lər dey­il, eti­bar­lı, güclü və cə­sa­rət­li, iş gör­məyə ha­zır olan müttə­fiq­lər ax­tar­maq  la­zım­dır. Cə­nu­bi Qaf­qaz­da həy­a­ti ma­raq­la­rı olan yal­nız Ru­siya dey­il. Bu­raya qüdrə­ti­ni, da­xi­li hə­m­rəy­liy­i­ni, cə­sa­rə­ti­ni get­dikcə ar­tı­ran Türkiy­ə­ni, hə­m­çi­nin bey­nəl­xalq po­ten­si­a­lı­nı hə­lə də tam aç­ma­mış İra­nı da əla­və et­mək olar. O ki qal­dı Av­ro­pa İt­ti­fa­qı­na, Azər­baycan Aİ üçün nə qə­dər sər­fə­li öl­kə olur­sa ol­sun, Türkiyə bu it­ti­fa­qa qo­şul­ma­dan Aİ heç za­man Azər­bayca­na eti­bar­lı tə­rəf­daş ol­may­acaq.

- Azər­baycan yal­nız hər­bi po­ten­si­a­lı­nı yox, işğ­al olun­muş tor­paq­la­rın ge­ri qay­ta­rıl­ma­sı üçün dip­lo­ma­tik səy­lə­ri də dur­ma­dan ar­tı­rır. Fi­k­ri­nizcə, mə­sə­lə­nin həl­lin­də re­al irə­li­ləy­iş­lə­rə na­il olun­ma­sı üçün han­sı ad­dım­lar atıl­ma­lı­dır?

- İs­tə­ni­lən hal­da, zə­ru­ri dip­lo­ma­tik səy­lə­ri, o cümlə­dən hər­bi po­ten­si­a­lı son­suz­luğa­dək ar­tır­maq olar. Am­ma bu, Azər­baycan tor­paq­la­rı­nın işğ­al­dan azad olun­ma­sı­nı tə­min et­məy­əcək. Bu, həy­a­ti əhə­miyyət da­şıyır­sa, tor­paq­la­rın güc yo­lu ilə ge­ri qay­ta­rıl­ma­sı­na qə­rar ve­ril­mə­li­dir. Bu hal­da Av­ro­pa da hə­rə­kə­tə gə­ləcək.

- Azər­baycan-Türkiyə-Gürcüs­tan for­ma­tın­da əmək­daş­lığın is­ti­qa­mət­lə­rin­dən bi­ri­nə əsa­sən, Ba­kı-Ti­f­lis-Cey­han neft kə­mə­ri­nin, Ba­kı-Ti­f­lis-Ər­zu­rum qaz bo­ru­su­nun və Ba­kı-Ti­f­lis-Qars də­mir yo­lu­nun fə­a­liyyə­ti­nə təhlükə ya­ra­dacaq is­tə­ni­lən ad­dım Azər­bay­can, Türkiyə və Gürcüstan or­du­su tə­rə­fin­dən dər­hal ade­k­vat ca­vab alacaq. Bu, xa­rici təhlükə­lə­rin, hə­qi­qə­tən, re­al ol­duğu an­la­mı­na gə­­lir­mi? Bu təhlükə­lə­rin ara­dan qal­dı­rıl­ma­sın­da üçtə­rə­f­li əmək­daş­­lıq nə qə­dər ef­fek­tiv ola bi­lər?

- Be­lə təhlükə­lər ta­ma­mi­lə re­al­dır və hər­bi müna­qi­şə­nin ya­şa­na­cağı tə­q­dir­də, er­mə­ni ya­raq­lı­la­rı tə­rə­fin­dən bu ki­mi ad­dım­lar atı­la bi­lər. Azər­bayca­nı öz tor­paq­la­rı­nı güc yo­lu ilə azad et­mək­dən çə­kin­di­rən əsas amil də bu və Gümrüdə yer­lə­şən Ru­siya hər­bi ba­za­sı­dır. Bu sə­bir və təm­kin onun­la bağlı­dır ki, bo­ru kə­mər­lə­rin­dən gə­lən gə­lir­lə­rin sa­bit sax­la­nıl­ma­sı­na olan ma­raq, işğ­al olun­­muş Azər­baycan əra­zi­lə­ri­nin azad edil­mə­si­nə olan ma­raq­la mü­qay­i­səyə be­lə gəl­məz.

On­da be­lə çı­xır ki, Ru­siya, ABŞ, İng­il­tə­rə, Fran­sa yad tor­paq­lar­da mü­ha­ri­bə apa­ra bi­lər, Azər­baycan isə bu­nu öz tor­pağın­da edə bil­məz? Mə­ni bir çox­la­rı ki­mi, siz də "mü­ha­ri­bə qı­zış­dı­ran" ad­lan­dı­ra bi­lər­si­niz, am­ma bə­zi hal­lar­da on­suz ötüş­mək ol­mur.


MƏSLƏHƏT GÖR:

523