
BAŞLICASI, SƏMİMİ OLMAQDIR
"Eurovision-2011"in Azərbaycan təmsilçilərindən biri Nigar Camalla müsahibə
Müəllif: Reyhan ƏLİYEVA Bakı
-Biz Eldarla hər gün öz üzərimizdə işləyirdik. Bu mənim həyatımın ən mürəkkəb, həm də ən xoşbəxt günlərindən biri idi. Biz çox sayda dost-lar tapdıq, təcrübə qazandıq, yaradıcılıq baxımından yüksəldik. Düsseldorf bizi çox qonaqpərvər qarşıladı və qələbə ilə qayıtdıq.
O vaxt nə hiss etdiyimi sözlərlə ifadə etmək çətindir - heyranlıq, inanılmaz duyğu axını, fantastik nəsə var idi! Aparıcılar bizim qələbəmizi elan edən zaman inanılmaz xoşbəxt idim. Nəhayət, çoxdankı diləyim çin oldu!
- Azərbaycan bu il də yarışı uda bilərmi?
- Niyə də udmasın, "Avroviziya" tarixində bir neçə dəfə belə hal olub; məsələn, 1972-ci ildə müsabiqədə qələbəni Lüksemburq təmsilçisi Viki Leandros qazanmışdı, növbəti 1973-cü ildə Lüksemburq yenidən öz uğurunu təkrarladı. Düşünürəm, bizim ölkənin yaradıcılıq potensialı başqalarından heç də geri qalmır. Çox istəyirəm ki, indiki "Avroviziya"nı bütün dünyada xatırlasınlar və bizim şou müsabiqə tarixinə ən nəhəng və unikal kimi daxil olsun!
- Necə düşünürsünüz, Səbinə Babayevanın qələbə şansları necədir?
- Ona, əlbəttə ki, qələbə arzulayıram! Mənim məsləhətim var: ilk öncə, tamaşaçıları sevmək lazımdır, onda mütləq onlar da səni sevəcəklər. Hətta bütün zalda və ya televizor qarşısında bircə adam olsa belə, onun üçün oxumaq lazımdır. Onun harada olmasından asılı olmayaraq. Əlbəttə, sən belə böyük zalda oxuyan zaman, tamaşaçıların gözlərini görmürsən, amma onların enerjisini mütləq hiss edirsən. Ən başlıcası, səmimi olmaqdır. Bu mənim uğur düsturumdur.
MƏSLƏHƏT GÖR: