
BAKIYA BİR DƏFƏ GƏLƏN, YENƏ də GƏLMƏK İSTƏR
Müəllif: Redaksiya
Biz işıq sürətinə meydan oxuyan müasirlik, yüksək tezlikli kommunikasiyalar və texnologiyalar dövründə yaşayırıq. Bu gün mobil telefondan istifadə etməklə, istənilən veb-sayta daxil olmaq, hər hansı informasiyanı əldə etmək və dünyanın ən ucqar bir nöqtəsində olan istənilən insanla əlaqə yaratmaq mümkündür. Amma bütün bunlar bizim ünsiyyətimizin effektivliyini artırırmı? Dövrümüzdə meydana gələn tənhalıq hissindən necə qaçmaq olar? Dünya ayrıca götürülmüş vəziyyətdə bütövlük və məmnunluq kimi daxili hisslərsiz yaşaya bilməz. Ona görə də bizlər anlayışlı şəkildə öz intellektual və mental enerjimizi ən zəruri və ruhi dəyərlərin əldə olunmasına yönəltməliyik. Biz pul, nüfuz qazanmağa, mülkiyyət əldə etməyə çalışır, onların vasitəsilə çatışmayan bəndi - mədəniyyəti əvəzləməyə cəhd göstəririk. Amma bizə özümüzü daha yaxşı formada göstərməyə məhz o kömək edir. İnsanlığın mahiyyətini, müasir fani dünyada ayaqda qalmaq üçün vacib olanı - mənəvi balansı məhz onunla tapırıq. Hazırda mütəmadi olaraq bütün dünyada insanları öz kökündən, mədəniyyətindən sapdırmağa müxtəlif formalarda çoxlu cəhdlər edilir. Yeni ideologiya fikirləşməyə ehtiyac yoxdur. O, bütünlükdə uzun əsrlik sivilizasiya yolunu özündə birləşdirmiş mədəni dəyərlərdə çoxdan mövcuddur.
Azərbaycan hər zaman istedadları ilə tanınıb və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı öz milli kaloritinə malikdir. O, bir çox mədəniyyət və ənənələrə malik nümayəndələrinin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. Hazırda Azərbaycan ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsindədir. Müsabiqə başlayır. Bütün xidmətlər gərgin və məsuliyyətli işə hazırdır. Əsas məqsəd bu mahnı bayramının iştirakçıların, qonaqların yaddaşında, ürəyində ən parlaq, unudulmaz təəssüratlarla qalmasına nail olmaqdır. Gəlin gözəl şəhərimizi gəzək, ölkənin şüarı - Odlar Diyarının hər bir sakininə yaxın və əziz "Öz alovunu yandır!" olan "Eurovision-2012"nin təşkilinə necə hazırlaşdığına nəzər salaq. Yalnız Bakıdan yox, həm də ölkənin bir çox şəhərlərindən olan mədəniyyət işçiləri, fəhlələr, mühəndislər, alimlər müsabiqənin uğurla təşkil edilməsi üçün bütün lazımi şəraitin yaradılması məqsədilə az zəhmət çəkməyib. Burada əhəmiyyətsiz heç nə yoxdur və ola da bilməz: çünki foyenin tərtibatından tutmuş, texniki təchizatadək hər şey müsabiqənin nə dərəcədə qaydada, yaxşı, mütəşəkkil və bayram coşqusu ilə keçməsinə təsir göstərir.
Nə etmək olar, bayramlar gəlir və gedir. Amma həyat burulğanında çox vacib olan müsbət emosiyalar qalır.
Bakılılar müsabiqə iştirakçıları və qonaqlarını ənənəvi mehribanlıqla qarşılayacaq, onları Azərbaycan paytaxtının həyatı, görməli yerləri ilə tanış edəcək, "Eurovision-2012"nin qonaqlarının Azərbaycan ürəyinin genişliyini duyması üçün var gücləri ilə çalışacaqlar.
Bakını çox tez-tez dünyanın digər möhtəşəm şəhərləri ilə müqa-yisə edirlər; bəziləri onu "Şərqin Parisi", digərləri Neapol, bir başqaları isə Xəzər sahillərində Genuya adlandırır. Turistlərin dediyi kimi, Azərbaycan paytaxtı hər kəsi gözəlliyi və nəfisliyi ilə heyran edir. Bakı təzadlar şəhəridir: burada Şərqlə Qərb qonşudur. Paytaxtdakı keçmişə aid abidələr - Qobustan qayaları üzərindəki rəsmlər, İçərişəhərin qala divarları, Qız Qalası, məscidlərin minarələri və digər Şərq memarlıq nümunələri müasir göydələnlər, dəbdəbəli fəvvarələri olan meydanlar və parklarla uğurlu təzad təşkil edir.
Azərbaycanın qədim tarixi və müasir inkişafını heç nə bundan yaxşı ifadə edə bilməz.
Amma yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Əbəs yerə deyilməyib ki, Bakıya bir dəfə gələn, yenə də gəlmək istər.
MƏSLƏHƏT GÖR: