Müəllif: Tamerlan ŞALBAROV Bakı
Qadının missiyası. Bir az intriqalı səslənir, elə deyilmi? Demək olar ki, hər bir zərif cins təmsilçisində nə zamanasa belə bir sual yaranır: nəyə görə yaşayıram? Doğmaq və uşaqları böyütmək, ərimi sevmək üçün? Bu, bir növ, təbii prosesdir. Bəs onda qadının missiyası nədir?
Kainatı təsəvvür edin. Nəhəng və sirli, saysız ulduzlarla və onların ətrafında fırlanan planetlərlə dolu kainatı. Bu cür kosmik fəzada daim üzmək necə mümkündür? Onları nə saxlayır? İndi isə uzaq keçmişə qayıdırıq. Altı-yeddi min il əvvələ. Çağdaş Polşanın, Çexiyanın, Bolqarıstanın, Rusiyanın və ya Çinin ərazisində böyük şəhər. Möhtəşəm məbədlər, saraylar, parklar və bağlar çiçəklərlə bəzədilib, yollara isə ətirli səndəl və qızılgül suları səpilib. Şəhərin bütün sakinləri onun divarları arasına, orada yerləşən stadiona oxşar tikiliyə yığılıb. Sevincdən həyəcanlanmış insanlar səbirsizliklə nə baş verəcəyini gözləyirlər. Nə baş verir ki? Hökmdarın qızı özünə ər seçir.
O, taxtlarda oturmuş hökmdarların və şahzadələrin arasında dolaşacaq, kim xoşuna gəldisə, ona da ərə gedəcək. Düzdür, gözəl şahzadə yalnız bir adam seçəcək və ya heç kimi bəyənməyəcək, amma bununla belə, çox sayda böyük və ya elə də böyük olmayan hökmdarlar dünyanın hər yerindən bu seçimə qatılıblar. Hər biri ümid edir ki, bu unikal uğur talismanı ona nəsib olacaq? Görəsən, Kainatın quruluşu ilə qadının özünə ər seçməsinin nə əlaqəsi var?
Sən demə, milyard illərdir ki, ulduz sistemləri yolundan sapmadan və düşmədən qadın təbiətinin enerjisinə görə fırlanır. Kainatda həyatı məhz qadın dəstəkləyir. Ətrafda bizi əhatə edən hər şey: evlər, ağaclar, tarlalar, çaylar, okeanlar, insanların və heyvanların bədənləri məhz ondan təşkil edilib. İstənilən qadın bu böyük enerjinin bir hissəsidir. Buna görə də onun taleyinə öz mistik gücü ilə ailəsini, nəslini, ölkəsini dəstəkləmək və müdafiə etmək yazılıb.
Axı ölkənin həyatı qadınların öz ərlərini, oğullarını, qardaşlarını müxtəlif mənfi energetik təsirlərdən hansı uğurla müdafiə edəcəyindən çox asılıdır. Onların necə uşaqlar doğub, tərbiyə etmələindən asılıdır. Şahzadə qız isə unikal uğur talismanı sayılırdı, yəni elə bir gücə malik idi ki, güclü hökmdarı daha möhtəşəm, zəifi güclü edə bilərdi. Sivilizasiyalı dünyada qadınları həmişə qoruyurlar, sevirlər və onlara hörmət edirlər. Qadınların, sadəcə, seks maşını kimi istifadə olunduğu, təhqir edildiyi və zorakılığa məhkum qaldığı cəmiyyətlərdə isə onlar bir şəxsiyyət kimi açıla bilmirlər, dünyanın müdafiəçisi və qoruyucusu kimi öz kosmik təbiətlərini tam nümayiş etdirə bilmirlər.
Qul qadınların uşaqlarının isə tam keyfiyyətli insan olmaq imkanları çox aşağıdır. Yeri gəlmişkən, qadınlarla kişilərin bərabərhüquqlu olması məsələsinə toxunaq. Çağdaş cəmiyyətdə bərabərhüquqlu dedikdə nə başa düşülür? Kişilərin etdiyi hər şeyin qadınlar tərəfindən də edilməsi. Qadınla kişi arasında fərqlərin aradan qaldırılması. Amma kişilərdə heç də qadınlarda olduğu kimi kosmos birbaşa başlarının üzərindən başlamayacaq. Kişilər nə qədər çalışsalar da, qadının təbii məğzi heç zaman onlara məxsus olmayacaq. Qadın nə qədər çalışsa da, fiziki səviyyədə heç zaman ailəsini kişinin qoruduğu səviyyədə qorumağa qadir olmaycaq.
Kainat qanunlarına görə, qadın və kişilər bərabərdir, amma onların vəzifələri fərqlidir. Və yalnız bu vəzifələri yerinə yetirərək, onlar xoşbəxtlik tapa bilirlər. Kişi ailənin maddi cəhətdən təmininə və müdafiə etməyə borcludur. Çünki onun daha güclü fiziki bədəni var, məntiqi daha güclüdür və liderliyə daha çox can atır. Sadiq rəfiqəsi isə öz sevgilisini dəstəkləyir və ruhlandırır. Dünya tarixindən örnəkləri xatırlayın. Alicənablar Eloiza və Abelyar, müqəddəslər Fevroniya və Petr. Demək olar ki, müasirlərimiz olan Yelena və Nikolay Rerixlər, Alla və Daniil Andreyevlər. Böyük kişilərin həyat yoldaşları həmişə böyük qadınlar olublar, axı kim eyni zamanda həm arvad, həm ana, həm bacı, həm məsləhətçi, həm silahdaş, həm psixoterapevt, dayə, aşpaz və s. ola bilər? Çətindir? Amma məhz buna görə təbiət qadına kişidən altı dəfə güclü olan igidlik, daha yüksək özünüqoruma instinkti, istənilən mühitdə yaşamaq bacarığı, heyrətamiz intuisiya verib. Və ona böyük mistik qüvvə bəxş edib, amma qadınların çoxu bunu hətta düşünmürlər də belə. İndi görün, bu xüsusiyyətlər olmasa, gələcək nəsli necə doğmaq, böyütmək və tərbiyə etmək olar!
Sizin cazibəniz nədər asıldır? Məsələn, gözəllikdən. Birincisi, çirkin qadın sadəcə yoxdur. İkincisi, kitab mağazaları və köşklər Göyçək Fatmanı şahzadəyə çevirməyə yardım edən vəsaitlərlə doludur. Həm də bizim ölkədə studiya və gözəllik salonlarının, sadəcə, sayı-bərabəri yoxdur. Kulinar incəsənətin də rolu var. Nə deyirlər-desinlər, amma kişinin ürəyinə yol həm də mədəsindən keçir. Fantastik şəkildə dadı olan yeməklər hazırlamağı öyrənin, hətta sizin evdə on aşpaz işləsə və siz mətbəxin harada olduğunu unutsanız belə. Kişilər həmişə hazırlanan yeməyi sevgi və zəriflik enerjisi ilə zənginləşdirən qadınlara daha çox can atırlar. Öz yarınızı daha nə ilə öz əsirinizə çevirə bilərsiniz?
Birdəfəlik və həmişəlik. Gəlsin, görsün və qələbə çalsın. Şəksiz, şəxsi ləyaqət hissini qorumaqla. Əgər siz özünüzə hörmət etmirsinizsə, onda başqaları sizə niyə hörmət etməlidirlər? Qadın detektivlərini bir kənara qoyun və hansısa bir ekzotik yeməyi bişirməyi öyrənin, yoqa ilə məşğul olun, insan münasibətləri psixologiyasını öyrənin.
Elə edin ki, İngiltərə kraliçası sizinlə görüşən zaman (əgər onunla görüşsəniz), öz etiket vərdişlərinin natamam olmasından utansın. Hansısa Qabbanedə isə sizdən paltar dizaynı öyrənmək hissi yaransın. Başqa necə ola bilər ki? Çox şey bacaran adama həmişə hörmət edirlər. Bu yolla özünə hörmət etməyi də öyrənmək mümkündür. Həm də kişi mənliyi barədə də unutmayın. Kişi təbiətcə "boss"dur, ona görə də onun xoşuna gəlməyən işlər görməyin, ona söz qaytarmayın (necə olursa-olsun, sonda hər şey sizin istədiyiniz kimi olacaq!), onun üzərində hökmünüzü sübut etməyə çalışmayın. Çətin ki, o özündən güclü olanı müdafiə etmək istəsin. Yumşaq və ehtiramlı dəstək və heyranlıq sözləri, səmimi və sədaqətli baxışlar, hətta poladxasiyyətli sevgilinizi dəyişəcək və o sizi əlləri üstündə gəzdirəcək, istənilən arzunuzu yerinə yetirəcək, həm də düşünəcək ki, siz dinməz-söyləməz ona tabesiniz. Kişi ilə qadının ideal münasibətlərində qadın bir supermenecer kimi kişinin bütün dediklərinə tabe olur. Amma o, kişiyə elə təsir göstərir ki, qadının istədiyi şeyləri qadından özü xahiş edir. Kişiyə öz istədiyiniz şeyləri onun istəkləri kimi təlqin etməyi öyrənin (bu zaman öz ləyaqətinzə də xələl gətirməyin). Onda qadın sizi xoşbəxt eləməyə çalışacaq, sizin üçün göydən Ayı belə endirməyə, hətta sizin yolunuzda həyatından keçməyə hazır olacaq. Məsumluq, müdafiəsizlik və sadəlövhlük isə qadının cazibəsini və hörmətini artırır. Qadının bu xüsusiyyətləri kişilərin ona hörmətini, ona qayğı göstərmək arzusunu gücləndirir. Kişidə komplekslərdən yaxa qurtarmaq və həmişə qadına sadiq qalmaq istəyi yaradır. Xeyirxah qadın təsiri istənilən kişini müsbətə doğru dəyişə bilər. Amma buna ümid bağlamayın! Həyat yoldaşınızı olduğu kimi qəbul edin ki, sonra xəyallarınız puç olmasın!
Beləliklə, qadının missiyası nədən ibarətdir? Hər şeydən öncə, özünü təkmilləşdirməkdə! Çünki fiziki və mənəvi cəhətdən inkişaf etmiş qadın cəmiyyətin xoşbəxt gələcəyinin əsl bünövrəsidir. Belə qadınlar çox olduqca dövlət də güclənir. Bir sirr açım, qədim insanlar bilirdilər ki, dövlətin çiçəklənməsi qadının alicənablıq keyfiyyətlərindən, xüsusilə də onların müdrikliyindən birbaşa asılıdır. Buna görə də qadını himayə edir və qoruyurdular, bəzək və geyim bağışlayırdılar, arzularını yerinə yetirirdilər. Bir sözlə, elə edirdilər ki, onlar həyatlarından razı olsunlar. Qadınlar isə öz təbii xoşbəxt durumlarında olmaqla, kişilərə həyat çətinliklərinin öhdəsindən asanlıqla gəlməkdə kömək edirdilər. Bir çoxları deyirlər: "İndi elə kişilər peyda olub ki, qadın olmaq çətindir". Amma qadınların özündən də çox şey asılıdır. Onda gəlin, yaxşı tərəfə dəyişək.
MƏSLƏHƏT GÖR: