24 Noyabr 2024

Bazar, 13:55

POÇTA HÜCUM

Elektron ünvana gələn spamdan necə qurtulmalı? mütəxəssislərin tövsiyələri

Müəllif:

01.04.2012

Elektron-poçtla saysız-hesabsız əlverişli alış-veriş etmək, şəbəkədə kiminləsə tanış olmaq və ya böyük məbləğdə pul qazanmaq təklifləri almaq spam göndərənlərin  hücumundan başqa bir şey deyil. Düşünmək olar ki, elektron  spamın bizi, demək olar ki, hər bir elektron resursda - "icq"da, müxtəlif forumlarda, çatlarda yaxalamasında pis heç nə yoxdur. Amma durmadan daxil olan elektron məktublar üzündən bizim qutumuz sadəcə müdafiəsiz hala düşür. Onun təmizlənməsi üçün daha çox vaxt getdiyindən və trafik pulsuz olmadığından isə danışmağa dəyməz. 

Spam ona heç bir dəxli olmayan istifadəçinin e-mail ünvanından gəldikdə isə daha xoşagəlməz olur. Nəticədə, sadə internet istifadəçisi bu cür təkliflərin qaynağına çevrilir: "Forex: ABŞ dolları dəbə minir", "Nahara nə bişirməli", "Yaxşı potensiyanın sirləri", "Tanışlıq saytında yeni təkliflər", "Ən yaxşı pəhriz həbləri" və s. Adi internet istifadəçisi özü də bilmədən çox zəhlətökən birisinə çevrilir və özü haqqında elə də xoş təsəvvür yaratmır.

Bununla bağlı mütəxəssislər nə deyir? Sən demə, əgər istifadəçinin ünvanı necəsə spam göndəricisi siyahısına düşübsə, deməli, o, nə vaxtsa, uzun müddət olmasa da, hansısa bir çat və ya forumda olub. Başqa tərəfdən, əgər istifadəçinin elektron-poçtu spam göndərənlərin çox xoşuna gəlibsə, bu o deməkdir ki, poçt qutusu spamçıları öz ünvan bazasına buraxan hansısa  sayt yiyəsinin resursunda qeydə alınıb. 

 

Bir neçə poçt qutusu 

Professional proqramçılar istifadəçilərə birdən çox e-poçt qutusuna malik olmağı məsləhət verirlər, şəxsi və işgüzar yazışmalar üçün isə öz informasiyalarını kənar şəxslərdən daha zəmanətli qoruyan ödənişli hostinqdə poçt sahibi olmağı tövsiyə edirlər.

Ödənişli qutunun üstünlüyü ondadır ki, xidmətin nümayəndəsi onun maneəsiz fəaliyyətini, texniki dəstəyi təmin edir və spam göndərənləri poçt ünvanlarına buraxmır (amma istifadəçinin özü də ehtiyatlı olmalıdır). Amma istisna deyil ki, poçt göndərişlərinə yazılmış qutu sahibi onları almalıdır, bunun üçün də ona ayrıca qutu lazımdır. Belə qutunu pulsuz hostinqdə də yaratmaq olar, amma orada təhlükəsizlik tələbləri elə də sərt deyil.

Digər bir qutu isə müxtəlif forumlarda, saytlarda və çatlarda qeydiyyat üçün vacibdir. Bu ünvan istənilən kəsə verilə bilər və onu istənilən yerdə yazmaq olar. Əsası, onun üçün düzgün ad seçilsin ki, həddində ibtidai və seçim üçün asan olmasın; məsələn, elman03cola @ ... ünvanı elman@...- dan daha yaxşıdır. Xüsusi poçt proqramından istifadə etməklə bir neçə belə poçtun işinə nəzarət etmək mümkündür. 

 

Əgər qutu spamla dolubsa 

Əgər istifadəçinin poçt qutusu spamla dolubsa və əvvəlki məsləhətlər artıq gecdirsə, onda nə olsun? Birincisi, daxil olan məktub axınını, o cümlədən, şəxsi yazışma və məktubları da digər qutular arasında paylamaq lazımdır. Bunun üçünsə  kompüterə poçt proqramı və paralel olan spam əleyhinə süzgəc yükləməlisiniz.

Bir müddət sonra o, poçt qutusu sahibinin tələblərinə uyğun olaraq "düzələcək" və onun qeydləri əsasında məktubları süzgəcdən keçirəcək - məlumatların spam olub-olmadığını müəyyənləşdirəcək. Amma bu halda trafik problem həll olunmamış qalır, çünki  spamlar fəal yüklənəcək və istifadəçi bunu görə bilməyəcək. 

Uyğun olaraq, poçt serverində məktubları başlıqları üzrə seçmək üsulu var. Bu süzgəc üsulu provayderin poçt serverində "mövzu"ya baxmaq və istifadəçi süzgəcinin kökünə uyğun gəlməyən məktubları silmək imkanına malikdir. 

Spam  əleyhinə süzgəc yük-ləyərək, istifadəçi təhlükəsizlik və rahat iş üçün zəruri olan şəraiti seçib əlavə edə bilər. Amma təsadüfən mühüm bir e-poçtu əldən buraxmamaq üçün ən yaxşısı süzgəci bir qədər zəif etmək yaxşıdır.

 

Spama yox deyək!

İstifadəçi "ağ" və "qara" siyahılar tuta bilər. Spamgöndərənlər daim ünvanlarını dəyişirlər və digər "qara siyahı"ların effektivliyinə şübhə yaranarsa, onda "ağ" siyahılar təsadüfi vacib məktubların ləğv olunmamasında yardımçı ola bilər. Spam məsələsi həddindən vacib problemdir! O, getdickə artır. Bir sıra ölkələrdə qanunvericilik aşkar edilmiş spam-göndərənlərə qarşı cinayət işi də qaldırmağa imkan verir. 

Eyni zamanda, istifadəçinin özü də onlara zərər vura bilər, bunun üçün ən azından, onların yaydığı istinadları açmamaq və onların məktublarına cavab verməmək lazımdır. Onların yaydığı ünvanlara daxil olmaqla onlara gəlir gətirməyin, özü də onlar bunu gecə-gündüz arzulayırlar. Əks halda, poçt qutusu dərhal spam üçün effektiv olacaq və onda hər cür virus doğrudan da rahat yaşamağa imkan verməyəcəklər. 

Əgər istifadəçiyə mütəmadi olaraq hansısa məhsulu və ya layihəni reklam edən spam gəlirsə, onda istifadəçi bu layihənin direksiyasına şikayət edə bilər və spamgöndərənin IP ünvanını müəyyən edərək, ondan internet-provayderə şikayət edə bilər. Bir sözlə, əgər istifadəçinin durumla razılaşmaq  fikri yoxdursa, onda spama sərt müharibə elan etməlidir.


MƏSLƏHƏT GÖR:

612