
"ƏĞƏB BAHAĞI": BİĞ İL SONĞA
Yaxln şərq və şimalı Afrika ölkələrindəki inqilabı proseslər hansi nəticələrİ verdi?
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Düz, 1 il əvvəl Yaxın Şərqin və Şimali Afrikanın bir sıra ölkələrində dərhal "ərəb baharı" adı almış hadisələr başladı. Həmin hadisələr 4 köhnə rejimin devrilməsi ilə nəticələndi. Bunlar Tunis, Misir, Yəmən və Liviya rejimləri idi.
Qərbin aparıcı fövqəldövlətləri və ekspertləri adıçəkilən dövlətlərdə yaşananları demokratik dəyişikliklər istəyində olan xalqın inqilab hərəkatı kimi qiymətləndirir. Amma bunun əksini düşünənlər də az deyil. Onlar hesab edir ki, "ərəb baharı" Qərbin məharətlə hazırladığı və reallaşdırdığı plandır, onun reallaşmasında əsas rolu xalq yox, xaricdən maddi-siyasi, silahlı, sosial və mənəvi dəstək almış şəxslər oynayıb.
Hər iki iddiada məntiq var və həqiqət həmişə olduğu kimi, mərkəzdə yerləşir. Adıçəkilən dövlətlərdəki inqilabi proseslərin hansı nəticələrə gətirib-çıxardığı sualının bu gün aktual olması da bununla bağlıdır. Xalq kütləsinin öz istəyinə çatdığını (və ya çatmağa yaxın olduğunu) söyləmək olarmı? İnqilabın baş verdiyi ölkələrdəki vəziyyətə əsasən, bu suala cavab tapmağa çalışaq.
İlk qaranquş
2011-ci il yanvarın ortalarında etirazçı kütlənin təzyiqi ilə Tunisin 74 yaşlı prezidenti, 20 ildən artıq müddətdə ölkəyə başçılıq edən Zin əl-Abdin Ben Əli Səudiyyə Ərəbistanına qaçdı və səlahiyyətlərini parlamentin spikerinə verdi.
Milli Müəssislər Məclisinin (MMM) təşkilatçılığı ilə ötən ilin oktyabrında keçirilmiş növbədənkənar parlament seçkisində bunadək fəaliyyəti qadağan olunmuş mülayim islamçılardan ibarət "An-Nahda" ("İntibah") partiyası qələbə qazandı. Parlamentdəki 217 mandatdan 90-ını məhz bu partiyanın namizədləri əldə etdi. ATƏT PA-nın müşahidəçiləri bunu Tunisdə ilk azad, ədalətli və demokratik seçki elan etdi. ABŞ Prezidenti Barak Obama da Tunisdəki seçkini eyni cür qiymətləndirdi və tunislilərə demokratik və azad cəmiyyətin qurulmasında bütün dəstəyin veriləcəyini vəd etdi.
Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Ketrin Eşton və qurumun genişlənmə və mehriban qonşuluq siyasəti üzr ali komissarı Ş.Fule də "An-Nahda" partiyasını seçkidə qazanılmış qələbə münasibətilə təbrik etdi.
Bununla yanaşı, seçkinin nəticələrinə etiraz olaraq, "ərəb baharı"nın beşiyində (Sidi-Buzid şəhəri) etiraz aksiyalarının keçirilməsi Vaşinqton və Brüsselin nikbinliyini heç də hamının bölüşmədiyini nümayiş etdirdi.
"An-Nahda" partiyasının lideri Rəşid Qannuşi iğtişaşlara qatılanları sakitliyə çağırdı və baş verənlərə görə bütün məsuliyyəti devrilmiş prezident tərəfdarlarının üzərinə qoydu.
Qeyd edək ki, seçkinin nəticələri ilə razılaşmayan Sidi-Buzid şəhər sakinləri, əsasən, "Xalq siyahısı" partiyasını dəstəkləyir. Buna rəğ-mən MMM artıq yeni və müvəqqəti dövlət başçısını seçib, keçid hökuməti formalaşdırılıb. Tunisin yeni prezidenti M.Marzuki X.Cebeylini baş nazir təyin edib. Qeyd edək ki, MMM-in 153 deputatının dəstəyini almış M. Marzuki Zin əl-Abidin Ben Əlinin hakimiyyəti dönəmində müxalifətin ən məşhur liderlərindən biri olub.
Onu da qeyd edək ki, ölkədə prezident seçkisi alternativsiz keçirilib. Çünki yeni parlamentin böyük fraksiyaları əvvəlcədən Marzukinin namizədliyini dəstəkləmək haqda razılığa gəlmişdilər. MMM-də adi çoxluğa belə nail ola bilməyən islamçılar isə vacib qərarların qəbulunda iştirak üçün dünyəvi partiyalarla koalisiyaya getməlidirlər.
İstənilən halda, növbədənkənar parlament seçkisi Tunisdəki keçid siyasi prosesləri dövrünün ilk mərhələsi oldu. İndi MMM-in əsas vəzifəsi yeni konstitusiyanın, dövlətçilik sisteminin əsas prinsiplərinin hazırlanması, dövlətin gələcək quruluşunun müəyyənləşdirilməsidir. "An-Nahad" isə öz növbəsində, tunislilərə layiqli həyat tərzi və demokratiya, xarici tərəfdaşlara isə sabitlik vəd edir.
İndiyədək regionda çiçəklənən dövlət, sabitlik adası sayılan Tunisin yeni prezidenti bildirir ki, hazırda ölkə azadlıq yolunda irəliləməkdədir. Əhali isə yeni hakimiyyətdən yeni iş yerləri, insanların hüquqlarına hörmət tələb edir. Buna cavab olaraq, yeni hökumət işsizliyin səviyyəsini aşağı salmağa çalışır. Qeyd edək ki, Tunisin bəzi rayonlarında işsizliyin səviyyəsi 50%-ə çatır. Bundan başqa, əhali arasında korrupsiyanın səviyyəsindən narazılıq da böyüyür. Polisdə işçilərin çatışmaması küçələrdə cinayətlərin sayının artmasına səbəb olub. Ötən il ölkəyə turist axını, təxminən, 30% azalıb. Tunislilər bahalıqdan da şikayətlənirdər. Ölkənin siyasi həyatında da hər şey qaydasında deyil. Bəzi məlumatlara görə, Liviyadan Tunisə səhralar vasitəsilə silah daşınır. Hökumət izdihamlı etiraz aksiyalarının başlaya bilə-cəyindən narahatdır. Prezident M.Marzuki açıq şəkildə etiraf edib ki, ölkəni idarə etmək onun düşün-düyündən daha çətindir.
Amma problemlərə baxmayaraq, Tunis əhalisinin böyük hissəsi demokratik gələcəyin parlaq olacağına inanır. Misir və Liviya ilə müqayisədə Tunisdəki problemlər o qədər də ciddi təsir bağışlamır.
"Bahar" Misirə də gəldi
Misirdə Prezident Hüsnü Mübarəkin devrilməsindən sonra, hakimiyyət hərbi elitanın (Misir Silahlı Qüvvələri Ali Şurası) əlinə keçib. Ona rəhbərlik edən feldmarşal X.Tantavi İ.Şərəfi baş nazir təyin etmişdi. Lakin ötən il noyabrın sonlarına yaxın, parlament seçkisi ərəfəsində Qahirənin Təhrir meydanında keçirilən izdihamlı etiraz aksiyaları hərbi rəhbərliyi hakimiyyəti mülki, qanunla seçilmiş hökumətə təhvil verməyə məcbur etdi. Yeni hökumətin formalaşdırılması sabiq baş nazir Kamal əl-Qanzuriyə tapşırıldı. Bu, nümayişçilərdə sevincə səbəb oldu. Bundan sonra onlar bu ilin aprelindən gec olmayaraq, prezident seçkisinin keçirilməsi tələbini irəli sürdülər. Bu qarışıqlıqlar fonunda ötən ilin noyabrın ayının 28-dən bu il yanvarın 20-dək olan dövrdə Misir Parlamentinin aşağı palatasına (Xalq Assambleyası) 3 mərhələdə seçki keçirildi. Seçkidə bütün rəqiblərini üstələyən "Müsəlman qardaşlar" yerlərin 47%-ni ələ keçirdi. "Müsəlman qardaşlar" hərəkatını təmsil edən "Azadlıq və Ədalət Partiyası"nın baş katibi Məhəmməd əl-Katatni aşağı palatanın spikeri seçildi. İslam normalarına qeyd-şərtsiz əməl olunmasını tələb edən və fanatizmi ilə seçilən səlafi "İşıq partiyası" ("Ən-Nur") seçkidə 25% səs qazandı və 2-ci oldu.
Bütün bunlara rəğmən, Misirdə nümayişlər, iğtişaşlar, vandalizm aktları, hətta insanların girov götürülməsi halları davam edir. Hökumət nümayişçilərin tələbləri qarşılığında yanvarın 25-də ölkədə 30 ildən artıqdır davam edən fövqəladə vəziyyəti aradan qaldırıb. Bu il yanvarın sonlarında isə parlamentin yuxarı palatasına (Məşvərət Şurası - Şura) seçkilərə start verilib. O, 2 mərhələdə keçiriləcək və fevralın 22-də başa çatacaq.
Fevralın əvvəllərində Misirdə daha bir faciə yaşandı. Port-Səid şəhərində keçirilən futbol matçından sonra, stadionda düşən dava və basabas 74 nəfərin ölümünə, 1000-dək insanın yaralanmasına səbəb oldu. Deputatlar və Misir KİV baş verənlərdə hərbi hakimiyyəti və DİN-i ittiham edir. Baş verənlər yeni etiraz dalğasına, Qahirə, Giza, Süeş və Aleksandriyada polis məntəqələrinə hücumlara səbəb oldu. İndi nümayişçilər təcili olaraq prezident seçkisinin keçirilməsini, yalnız bundan sonra yeni Konstitusiyanın qəbulunu tələb edir.
Misirin ən nüfuzlu siyasi qüvvəsi olan "Müsəlman qardaşlar" hərəkatı keçid dövrü üçün koalisyon hökumət qurmağa hazır olduğunu bəyan edib. Maraqlıdır ki, ölkədəki son iğtişaşlarda Misir hökuməti "Amerika izi" də tapıb. Rəsmi Qahirənin bu yaxınlarda ABŞ Dövlət Departamentinə təqdim etdiyi 100-dən artıq səhifəlik sənəddə xaricdən qanunsuz şəkildə maliyyələşdirilən qeyri-hökmət təşkilatları əməkdaşlarının ünvanına tənqidlər səsləndirilib.Vaşinqton bu ittihamdan hiddətlənib və Misirə maddi yardımı (illik 1,3 milyard dollar) dayandıra biləcəyini bəyan edib. Bundan başqa, ABŞ Port-Səiddəki faciəyə görə məsuliyyəti Misirin hərbi hakimiyyətinin üzərinə qoyub.
Beləliklə, Misirdə vəziyyətin aydınlaşdığı haqda danışmaq hələ tezdir. Belə olan vəziyyətdə, inqilabın müsbət nəticələrindən bəhs etmək də mümkün deyil.
Növbədə Liviyadır
Liviyada Müəmaar Qəddafinin devrilməsi və fiziki məhvi ilə nəticələnmiş qanlı vətəndaş müharibəsindən sonrakı vəziyyət heç də az dramatik deyil. Artıq yeni hökumət nəinki qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələ bilməməkdə, hətta əhaliyə qarşı amansız davranmaqda, zorakılığa yol verməkdə günahlandırılır. BMT-nin Liviyadakı missiyası tərəfindən hazırlanmış məruzədə bildirilir ki, Qərbin bilavasitə hərbi dəstəyi ilə hakimiyyətə gəlmiş inqilabçı rejim 7 minədək disidenti həbsxanalarda saxlayır. Onların arasında əcnəbilər, qadınlar və hətta uşaqlar da var. Qiyamçılar Taverqa şəhərini, demək olar ki, tamamilə dağıdıb, oranın əhalisi isə (əksəriyyəti Cənubi Saxarada yerləşən Afrika ölkələrinin sakinləri idi) etnik təmizləməyə məruz qalıb. Sənəddə deyilir ki, çoxlu sayda məhbuslar zorakılığa məruz qalır, həbsxanalardakı qadınların durumu ciddi narahatlıq yaradır. Obrazlı şəkildə ifadə etsək, Liviyada NATO bombardmanlarını inqilabi zorakılıqlar əvəzləyib.
Bu yaxınlarda BMT-də postinqilab Liviyasına dair aparılan müzakirələr zamanı vurğulanıb ki, Milli Keçid Şurası (KMŞ) ölkədəki silahlı qruplara nəzarət etmək iqtidarında deyil və əhalinin əksəriyyəti onu dəstəkləmir. "Human Rights Watch" və "Amnesty Inter-national" hüquq müdafiəsi təşkilatları isə Liviyanın yeni hökumətini insanları əsassız həbs etməkdə, keçmiş prezidentin tərəfdarları sırasında döyüşlərdə iştirakda şübhəli bilindikləri üçün onlara qarşı zor tətbiqində günahlandırır. Bu hüquq müdafiəçilərinin məruzələrində də bildirilir ki, həbs olunmuş insanlara qarşı zorakılıq həm rəsmi təhlükəsizlik qüvvələri, həm də heç bir qanuna məhəl qoymayan çoxsaylı silahlı qiyamçılardan ibarət qruplar tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq, "Sərhədsiz həkimlər" beynəlxalq qeyri-hökumət təşkilatı Liviya həbsxanalarında fəaliyyətini da-yandırıb. Onlar M.Qəddafini devirmiş yeni hökumətin məhbuslara qarşı zorakılıq hallarını davam etdirdiyini bildirir. Məsələn, Sirt şəhərində yüzlərlə Qəddafi tərəfdarının cəsədi tapılıb. Elə həmin şəhərdə ekstremistlərdən ibarət qrup keçmiş Liviya liderinin qohumlarına məxsus 4 məzarı təhqir və məhv edib. Yeni hökumətin özü də artıq postinqilab dövrünün amansız reallıqları ilə üz-üzədir. Yanvarın 21-də yüzlərlə mitinqçi KMŞ-nin mənzil-qərargahına basqın edib. Onlar hesab edir ki, yeni hökumət seçki ilə bağlı bir sıra qanunları ictimai müzakirəyə vermədən qəbul edib. İnsident tez bir zamanda aradan qaldırılsa da, Benqazi meri istefa verməli olub.
Bani-Valid şəhərində M.Qəddafinin tərəfdarları ilə KMŞ qüvvələri arasında toqquşma olub. Tripolidə isə Liviyanın baş naziri Abdel Rahim əl-Kiba sui-qəsdə məruz qalıb.
Keçmiş qiyamçıların paytaxtda fasiləsiz şəkildə keçirdikləri mitinqlərdə əməkhaqlarının ödənməsi tələb olunur. Onların bəziləri, hətta yeni hökuməti devirməklə hədələyir.
Qeyd edək ki, KMŞ artıq bir neçə dəfə beynəlxalq qurumlara və Qərb dövlətlərinə müraciət edərək, Qəddafinin dondurulmuş hesablarının açılmasını istəyib. Onlar həmin hesablardan ölkənin iqtisadi durumunun yaxşılaşdırılması üçün istifadə edə biləcəklərini düşünür. Elə Qərb mənbələrinin özlərinin və qiyamçıların bildirdiyinə görə, bu hesablarda 150-200 milyard dollar var. Qərb isə hələ ki Liviya hökumətinin hesabların açılması istəyinə müsbət cavab vermir. Onlar bu mövqeyini hesabdakı vəsaitlərin məqsədyönlü və səmərəli xərclənəcəyinə inanmamaları ilə əsaslandırır.
Qərbin bu məsələdə özünü qəribə apardığına şübhə yoxdur. Axı Liviyada hakimiyyətə gəlmiş qüvvələr xalqın iradəsini ifadə edən və bacarıqlı qüvvələr hesab olunurdu. Belə olan təqdirdə, maliyyə vəsaitlərini onlara necə etibar etməmək olar? Bəlkə belə hesablar ümumiyyətlə yoxdur? Yoxsa bütün bu oyunlar həmin hesabların elə Qərbdə naməlum istiqamətlərə xərclənməsi üçün qurulmuşdu? Bu məqamlar çox şübhəli görünür.
Qərbi Liviyada islamçı meyillərin artması da narahat edir. Ölkədə ilk islam partiyası qeydiyyatdan keçib, qiyamçıların müəyyən hissəsi isə Liviyada şəriət qaydaları ilə işləyən hakimiyyətin qurulmasını tələb edir.
Beləliklə...
"Ərəb baharı" nəticəsində hakimiyyət dəyişikliyinin baş verdiyi ölkələrdə vəziyyət nikbinliyə əsas vermir. Bu proseslərin təşəbbüskarı və dəstəkçisi olmuş Qərbdə hesab edirlər ki, yeni hökumətlər sonda mütləq hansısa cəhəti ilə Qərb modelini xatırladacaq demokratik rejim qurmalıdır. Reallıq isə göstərir ki, hələ belə ümidlərə qapılmaq çox tezdir. Hələlik Qərbin əsas hədəflərindən yalnız biri həyata keçib: bu ölkələrdə hərbi elitanın mövqelərinə ciddi zərbə dəyib. Əvəzində mülayim islamçılar (xüsusilə "Müsəlman qardaşlar") mövqelərini xeyli gücləndirib. Güman ki, Qərb radikal islamçılarla mübarizədə məhz bu qüvvələrin dəstəyinə ümid edir. Belə oyunlarda xalq yada düşmür. İnqilabdan isə xalqa yalnız xaos, bitib-tükənməyən zorakılıq aktları, vandalizm və silahlı toqquşmalar qalır. Təəssüf ki, "ərəb baharı"nın ilk ilinin nəticələri bundan ibarətdir. Bizə isə bu ölkələrin ictimaiyyətinin tezliklə tarixlərinin faciə səhifəsini çevirmək üçün özlərində güc və siyasi iradə tapacağına ümid etmək qalır.
MƏSLƏHƏT GÖR: