12 Mart 2025

Çərşənbə, 22:11

"HENNESSY"ni HİSS EDƏRƏK

Əfsanəvi konyak evinin səfiri Mark Boassonne ilə şam yeməyi

Müəllif:

01.01.2012

"Hennessy" konyakı... Bu içkinin sadəcə adı onun ləyaqətindən xəbər verir. Bu, nəsə iş münasibətlərini romantika ilə qarışdıran bir şeydir. Özü də çox vaxt bunu dərhal anlamırsan: burada nə çoxdur - iş, yoxsa romantika? Hətta bütün diplomatiya gücsüz olan zamanlarda da konyak ən qatı düşmənləri belə barışdırıb.  Sadəcə, bu içkinin ətrinə görə bəzən düşməni görmək belə istəməyənlər doğmalaşmağa, sülhə razı olublar. Qonaqlıqda "Hennessy" gerçək kraldır. 

Yemək zamanı məhz konyak qədəhi durumun romantik olduğunu göstərir. Bayram süfrəsində "Hennessy" dəniz məhsullarından olan yeməklərlə, ətlə, pendirlə, meyvə və tərəvəzlə, desertlər siqaretlə çox yaxşı uyğunlaşır. Və onda konyak şahmat taxtasındakı şah kimi öz gözəlliyi ilə bütün bunlara bayram təntənəsi gətirir. Şahmat taxtasından fərqli olaraq, onun müdafiəyə ehtiyacı yoxdur, onu göylərə qaldırırlar!  "R+" konyak istehsalının lideri olan  "Hennessy" evinin şəxsi səfiri cənab Mark Boassonne ilə söhbətləşmək imkanını məmnuniyyətlə  gerçəkləşdirib. 

- Siz ilk dəfədir Bakıdasınız. Azərbaycan paytaxtı barədə təəssüratlarınız necədir?

- Bu məndən ötrü böyük sürprizdir: gözəl və yenidir. Bakının bir çox küçələri mənə lacivərd sahilləri, İsveçrənin gözəl, görməli yerlərini xatırlatdı. İçərişəhərdə axşam səyahəti sadəcə heyranedici idi! Xüsusi atmosfer onun qədim mədəniyyətini və ruhunu qoruyub!

- Gəzinti  və şəhərimizin görməli yerləri ilə tanışlıqdan başqa, bizim milli mətbəx barədə  nə deyə bilərsiniz? 

- Məni Azərbaycan mətbəxi restoranına dəvət etdilər. Bütün atmosfer və dekorasiyalar milli üslubda idi. Spritli içkilərdən mən yalnız istisna olaraq konyak içirəm, "Hennessy Very Special" bizə verilən tərəvəz buketi ilə çox yaxşı uyğunlaşırdı və gecədən çox ləzzət aldım. 

- Azərbaycana səfərinizin məqsədi nədir?

- Sizinlə "Hennessy"yə olan ehtiraslı sevgini bölmək. Konyak Azərbaycan bazarında birinci il deyil ki, mövcuddur. Mən dəqiq deyə bilmərəm ki, hansı marka məhz favoritdir, amma ölkədə konyak sərraflarının olması, bax, bu, dəqiqdir. Azərbaycanda "Hennessy" kolleksiyasının klassik qamması təqdim edilir: "Hennessy V.S." sorğular üzrə dünya çempionudur, "Hennessy V.S.O.P.", "Hennessy X.O.", "Hennessy Bibliotheque", "Hennessy Paradis" və "Richard Hennessy". Azərbaycanda sayı yetərincə olan həvəskarların və sərrafların uzun gecələr boyunca konyakdan həzz alması üçün bunlar yetərlidir. 

- Krallar, şahlar, dünyanın tanınmış, güclü şəxsləri də konyaka üstünlük veriblər. "Hennessy" konyakları nə ilə seçilir?

- Siz yəqin bilirsiniz ki, evin öz başlanğıcını XVIII əsrdən götürən dərin kökləri var. Fransa ordusunda xidmət etmiş irlandiyalı Riçard Hennessi hərbi xidmətdən sonra Konyak şəhərinə yerləşib və Fransanın cənub-qərbində Şaranta çayının sahilində kiçik konyak evi yaradıb. "Hennessy" üçün tarixi olan bu hadisə 1765-ci ildə baş verib. Əvvəlcə ev öz məhsulunu Avropanın şimalında satmağa başlayıb. Sonra üç əsr boyunca ev öz coğrafiyasını genişləndirib: ABŞ, Hindistan, Çin, Yaponiya... Yeri gəlmişkən, Rusiya da  "Hennessy"nin üstünlük verdiyi ilk tərəfdaşlardan biri olub. Burada Rusiya çar ailəsinin Fransa ilə bağlı hər şeyə ehtiraslı sevgisinin olmasının da böyük rolu olub. Hennesi sülaləsi səkkiz nəsil boyunca ən yüksək keyfiyyətli konyak hazırlayır. Artıq 245 ildir ki, biz dünyanın bir nömrəli konyakı sayılırıq. Bu artıq özü ilə müəyyən uğur deməkdir. Konyakın dad keyfiyyətlərini dequstasiya zamanı görmək mümkündür. Təbii ki, müəyyən ixtiralar, texniki məqamlar və bir çox başqa amillər "Hennessy" üslubunun keyfiyyət səviyyəsini, xüsusiyyətlərini və mürəkkəbliyini izah edir. 

Bəli, bizim geniş çeşiddə hazır məhsullarımız var, amma onların hər biri xüsusi səylə hazırlanıb. Hər bir marka üzümün və şərabın ilkin ətrini ortaya çıxarır və ailədə belə qəbul edildiyi kimi, onların müxtəlif yaşı və xüsusiyyəti var. 

- Assamblyajlardan ən qədimi hansıdır?

- "Richard Hennessy" - 1996-cı ildə yaradılıb və konyak evinin şərəfinə adlandırılıb, "Hennessy" konyaklarının kralıdır. Konyakın assamblyajına yüzdən çox nadir "o-de-vi" (konyak spirti) daxildir və onların yaşı iki yüz ilə qədərdir. Bəzi spirtlər 1800-cü ildən 1838-ci ilə kimi yığılmış Fol Blanş üzümündən düzəldilib. "Richard Hennessy" konyakı təntənəli ətrə və ifadəli, çoxtərəfli dada malikdir. 

- Yeni konyak tez-tezmi yaradılır və bunun vaxtı çatdığını nə zaman  anlayırsınız? Hər hansı bir yaddaqalan hadisə ilə bağlayırsınızmı?

-  Tez-tez olmur, amma məsələn, 1965-ci ildə şirkətimizin 200 illiyi ilə bağlı bu baş verib. Yeri gəlmişkən, biz belə önəmli hadisəni bayram etməyi bacarmış ilk evik. Biz öz kolleksiyamızı canlandırmaq üçün də konyaklar yaradırıq. Onların bəziləri uzunmüddətli saxlamaq üçün nəzərdə tutulub və yeni kimi qəbul edilir; məsələn, Bakıda bir neçə aydan sonra təqdim ediləcək "Hennessy Paradis Imperial" 1819-cu ildə Rusiya çar sarayı tərəfindən  sifariş edilib. "Hennessy" evini bu işə sövq edən oğlu I Aleksandra hədiyyə üçün sifariş vermiş Mariya Fyedorovna olub. Biz də xüsusi hədiyyə ruhu yaratmağa çalışdıq. Daha sonra - 2010-cu ildə Fransa və Rusiya arasında iqtisadi və mədəni əlaqələrin bayram edilməsinə həsr edilmiş kreativ konyak yaradıldı. Aradan, demək olar ki, iki yüz il keçdikdən sonra, ev ilk sifarişə layiqli diqqət göstərməyi qərara aldı. Siz yəqin bilirsiniz ki, "Hennessy" unikal konyak spirti anbarına malikdir. Bəzi konyak spirtlərinin yaşı iki yüz ilə çatır və 2010-cu il hadisələrinin devizi altında 1819-cu ilin "o-de-vi" assamblyajını brpa etmək qərarına gəldik. Konyak şəhərində evin arxivlərində aparılmış gərgin araşdırmalardın sonra bizə həmin konyakın assemblyajını  interpretasiya etmək nəsib oldu. Bununla da biz yeni qrafin və konyak hazırladıq və onu "Hennessy Paradis Imperial" adlandırdıq. Xüsusi qeyd edək ki, bizim ev çağdaş innovasiya və yenilikləri alqışlayır. "Hennessy" həmişə öz kreativliyi ilə seçilib. Biz öz etiketini, emblemini, şüarını hazırlayan, ticarət markasını qeydiyyatdan keçirən ilk ev olmuşuq və s. 

- Fiqurlu butılka-qrafin "Hen-nessy"dən danışın, onu incəsənət əsərləri sırasına daxil etmək olar.

- "Hennessy" evi öz məhsulunu ənənəvi çəlləklərdə deyil, şüşə qablarda satan ilk ev olub. 1947-ci ildə "Hennessy" evinin üzvlərindən biri qrafini layihələndirdi. 1948-ci ildə üzüm tənəkli və krujevalı üzüm yarpaqları ilə bəzədilmiş qrafinşəkilli butılka "Hennessy" konyakının ayrılmaz hissəsinə çevrildi. Əgər butılkanı boğazından tutub tərsinə çevirsək, görərik ki, onun forması şərabın, daha sonra konyakın düzəldildiyi üzüm sortunun salxımının konturlarını əks etdirir. Üzərinə üzüm salxımı həkk olunmuş bu butılkanın layihələndirilməsi bazarlarda böyük səs-küy doğurur. İnsan fantaziyasından və kreativliyindən asılı olaraq, butılkaya baxaraq, müxtəlif obrazlar - üzüm, lira, qadın silueti və s. görmək olar ki, bu da "Hennessy" assamblyajının zənginliyini və mürəkkəbliyini vurğulayır. Bildirmək gərəkdir ki, 1947-ci ildə butılka çağın tələbinə uyğun olaraq bir qədər öz dizaynını dəyişib, amma müəllifin əsas fikri olan butılka-qrafin, əlbəttə ki, bu günə kimi qorunub. 2000-ci ildə yeniformalı büllur qrafin buraxılıb və onun layihəçisi fransız dizayner olub.

- Əgər biz müasirləşmə mövzusuna da toxunduqsa, o zaman deyin görək, istehsal xəttinin modernləşdirilməsi  aparılıbmı, ənənəvi istehsal  forması saxlanılırmı?

- Əlbəttə, artıq at qüvvəsindən istifadə edilən dövrlər arxada qalıb, amma əsas şərab istehsalı, konyak əldə edilməsi texnologiyası dəyişməz qalır. Konyakın distlyasiyası evin bütün mövcudluğu ərzində ənənəvi olaraq qalır. Yeganə dəyişiklik isə qızdırmaq üçün kömürün yerinə qazdan istifadə edilməsidir. Biz çağdaş gerçəkliklərə inteqrasiya edirik, amma görürsünüz ki, klassik istehsal saxlanılır.  Ənənəvi istehsalın ayrılmaz hissəsi olan qayda və qanunlar var. Onlara dəqiq riayət edilməsinə nəzarət edən  qurumlar var. Bu qurumların funksiyalarına "konyak" sözünün müdafiəsi də daxildir. Axı içkinin adı Konyak şəhəri və onun ətrafı ilə bağlıdır. Müəyyən iqlimə, istehsal texnologiyasına və başqa cəhətlərə malik yerin coğrafi sərhədləri yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir. 

Yuxarıda sadalanan məhsulların istehsalı üzərində nəzarət üçün ixtisaslaşmış təşkilatlar var. Hətta konyak istehsalında böyük rol oynayan, o cümlədən, "o-de-vi"nin saxlanması üçün nəzərdə tutulan çəlləklər qəbul edilmiş standartlara uyğun gəlməlidir: xüsusi iqlim şəraitində becərilmiş palıddan olmalıdır və s.  Yəni bütün meyarlar reqlamentləşdirilməklə yanaşı, həm də ciddi nəzarətə götürülür. Əgər bütün qaydalara riayət edilərsə, siz həmin içkini konyak adlandıra bilərsiniz. Bu cür istehsal edilmiş, amma Konyak ərazisinə və ətrafına məxsus olmayan içkilər belə hüquqa malik deyil. 

- "Hennessy" evinin missiyası nə ilə bağlıdır?

- Bütün səfirləri kimi mənim də missiyama "Hennessy" evinin ticarət markasını bütün dünyada "Moet-Hennessy" şirkətinin adından təmsil etmək daxildir. Mənim vəzifələrim sırasına Fransanın ən qədim konyak evlərindən birinin brendinin tərəfdaşlarını və VIP müştərilərini öyrətmək daxildir. Mən həm də bizim mütəxəssislərin təhsili ilə məşğul olan akademiyada işləyirəm. Buna görə də çox vacibdir ki,  istehlakçımız  bizim məhsulu yalnız dadmaqla qalmasın, həm də onun barəsində eşitsin. Yəni biz öz mütəxəssislərimizin təhsili üçün bütöv bir sistemə malikik. 

- "Hennessy" evinin məhsulu hansı istehlakçı üçün nəzərdə tutulub?

- Ümumiyyətlə, hamı üçün, xüsusilə də özəl, zərif nəyəsə çatmaq istəyənlər üçündür. Belə zərif hiss həvəskarları üçün biz "Hennessy Paradis" və "Richard Hennessy" təqdim edirik. Əlbəttə, məhsulun önəmini müəyyən edən qiymət fərqi də var. Çünki "o-de-vi"si XVIII əsrə aid konyakları əntiq əsərlər sırasına aid etmək mümkündür. Daha gəncləri də var. 

Bizim istehlakçı hər şeydən öncə, təbiətin və insanın bu yaradıcılığı ilə təmasdan həzz almağı anlayan və paylaşan insanlardır. Adın özü, məsələn, "Paradis" (cənnət) artıq göstərir ki, sən bunu təklikdə içə bilməzsən. Bu cür inci ilə sən təkbaşına ola bilməzsən. Yəni siz əgər "Hennessy" içən insan kontingenti haqqında soruşursunuzsa, onlar bu konyakların assamblyajından ilham alan, onu qiymətləndirən insanlardır. 

- Yekunda Azərbaycan qadınları üçün Yeni il axşamı nə arzulayardınız? 

- Hər şeyin ən incəsini, ən həssasını, həm də elə də sərt olmayan, amma ən təsirli  bir şey  təklif edərdim - bu, "Hennessy Pa-radis"dir. Mən Azərbaycan xanımlarına elə şahzadələr arzulayıram ki, onlar bu cənnət içkisinin təntənəsini bütün Yeni il gecəsi onunla birlikdə hiss edə bilsinlər.

Hesab edirəm ki, "Hennessy X.O." daha sərtdir, onun buketi siqara ilə birlikdə gözəldir. "Richard Hennessy" konyakına gəldikdə isə o, konsentrasiya edilmişdir. Onu parfümeriya ilə müqayisə etmək daha doğru olardı, çünki öz tündlüyünə görə ekstraktlara daha çox bənzəyir. Buna görə "Paradis" konyakı qadınlar üçündür - açıqdır, yumşaqdır, onu müxtəlif əlavələrlə - buzla, meyvə ilə, şokoladla birgə təqdim etmək mümkündür/.



MƏSLƏHƏT GÖR:

623