24 Noyabr 2024

Bazar, 20:49

ASAN BİZNES

Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında mövqeyini səkkiz pillə yaxşılaşdırıb

Müəllif:

06.11.2014

Azərbaycan 2013-2014-cü illərdə Dünya Bankının (DB) "Doing Business" hesabatında ən yaxşı nəticələrə nail olan 10 dövlətin sırasına daxil olub. Beynəlxalq Valyuta Fondunun (BVF) fikrincə isə özəl sektorun fəaliyyəti üçün biznes mühitinin yaxşılaşması Azərbaycan hökumətinə 2021-ci ilə kimi ÜDM-nin ikiqat artım vəzifəsini yerinə yetirməyə imkan verəcək. "Brettonvud bacıları"nın bu qiymətləri bir daha sübut edir ki, iqtisadi siyasətində əsasən qeyri-neft sektorunun inkişafına seçim edilib, bu prosesə sahibkarlıq fəaliyyətini fəal şəkildə cəlb edərək, hökumət gələcəkdə yanacağın qiymətinin tərəddüdü və ya siyasi böhranlardan narahat olmağa imkan verməyən kurs seçib. 

 

BVF: əgər...

Bununla bərabər, Azərbaycanın iqtisadi inkişafına xarici təsirlər hər zaman kifayət qədər olub. Bu gün birincilik, məlum olduğu kimi, neftin usanmayan qiymətlərinə və Ukrayna-Rusiya böhranına məxsusdur. Hərçənd, BVF əmindir ki, ikinci amil Azərbaycan iqtisadiyyatına pis heç nə vəd etmir. BVF-in Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin müşaviri, qurumun Azərbaycan üzrə missiyasının rəhbəri Raja Almarzoqinin səfərinin nəticələrinə dair keçirilən mətbuat konfransında dediyi kimi, Azərbaycan iqtisadiyyatı daha çox karbohidrogenlərin ixracına yönəlib. Ona görə də Ukraynadakı böhran onun inkişafına ancaq dolayı təsir edə bilər. "Böhran regionun inkişafını ləngidir. Amma neftin qiyməti nisbətən yüksək səviyyədə olduğu təqdirdə, Azərbaycan iqtisadiyyatı bu problemlərə tab gətirə biləcək", - deyə o, izah edib. Bundan başqa, BVF-in nümayəndəsi əmindir ki, Qərb və Rusiyanın qarşılıqlı sanksiyaları Azərbaycana müsbət təsir göstərə bilər. Belə ki, bu kənd təsərrüfatı məhsullarının ixracının artımına imkan verəcək. 

Neftin qiymətinə gəlincə isə BVF hesab edir ki, Azərbaycan hökuməti hökmən fiskal konsolidasiyanı davam etməlidir. "Dövlət büdcəsində neftin qiyməti ehtiyatlı proqnoza əsasən, bir barelə görə 90 dollar səviyyəsində götürülsə də, beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar xərc öhdəlikləri fiskal imkanları məhdudlaşdırır. Bununla yanaşı, büdcə təbii qazın ixrac coğrafiyasının gələcək diversifikasiyası xərclərini nəzərə almaq vəziyyətində olmalıdır", - deyə R. Almarzoqi bildirib.

Hökumətin ən qlobal və mühüm məqsədi hələ də özəl sektorun fəaliyyəti üçün biznes-mühitin yaxşılaşdırılması olaraq qalır ki, məhz bu, BVF-nin fikrincə, Azərbaycan hökumətinə 2021-ci ilə kimi ÜDM-in səviyyəsini ikiqat artırmağa imkan verəcək. Qeyd etmək lazımdır ki, BVF 2014-cü ildə Azərbaycanın ÜDM-in artımını 4% səviyyəsində gözləyir. Bu da hökumətin proqnozundan 0,4% yüksəkdir. Növbəti il isə fond iqtisadi artımın templərini 3,5% (hökumətin proqnozu - 4,4%) həddində gözləyir. Fond proqnozunu neft hasilatının davam edən azalması, habelə ehtiyatlı büdcə-vergi siyasəti və labüd makroprudensial sərtləşməyə görə qeyri-neft sektorunda inkişaf templərinin ləngiməsi ilə əlaqələndirir.

 

Doing Business-2015: baxır, necə baxırıq ...

Lakin qeyd edilən bir çox bəndlər üzrə hökumət artıq ciddi tərəqqiyə nail olub. Və bunun ən yaxşı sübutu Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) hazırladığı "Doing Business - 2015" hesabatında mövqenin 8 pillə yaxşılaşdırması faktıdır. Qeyd edək ki, bu DB-nin 189 ölkəni əhatə edən sayca artıq 12-ci hesabatıdır. Hesabatda fəaliyyətlərinin bütün mərhələsi ərzində biznesin inkişafına kömək və ya mane olan tənzimlənmə normaları tədqiq olunur. Buraya müəssisənin yaradılması, biznesin idarə olunması, xarici ticarət fəaliyyətinin həyata keçirilməsi, vergi ödənişi, habelə sərmayədarların hüquqlarının müdafiə olunma dərəcəsi da daxildir. Hesabat ölkələrin investisiya cəlbediciliyinə təsir göstərir. Odur ki, sənəd istər hökumət tərəfindən, istərsə də biznes-cəmiyyəti sarıdan maraqla qarşılanır. Bu il biznesin başlanması üçün daha əlaverili şərtlərin yaradılmasına dair dünya reytinqinə Sinqapur rəhbərlik edib. Bundan başqa, reytinqin onluq liderləri sırasına daxil olan dövlətlər bunlardır: Yeni Zelandiya, Honkkonq, Danimarka, Koreya Respublikası, Norveç, ABŞ, Böyük Britaniya, Finlandiya, Avstraliya. DB-nin hesabat müəllifləri ilə Bakıdakı nümayəndəliyində keçirilən videokonfrans zamanı məlum olduğu kimi, bu il reytinqin tərtibatı vaxtı "ən qabaqcıl təcrübədən nə dərəcədə uzaqlıqda yerləşmə prinsipi" adlanan yeni hesab üsulu tətbiq olunub. Ölkə üçün hər bir indikator 0-100 bal arasında qiymətləndirilir. Belə ki, 0 bal ən pis göstəricilərinə görə verilir. 100 bal ən mütərəqqi, qabaqcıl hədd sayılır. Məsələn, "biznesin açılmasının sadəliyi" altbaşlığı üzrə ən yaxşı göstərici Yeni Zelandiyada qeydə alınmış yarım gündür (yeni biznesin qeydiyyatdan keçirilmə müddəti). Və o, bu bənd üzrə 100 bal alıb. Bu il hesabatda əhatə olunan on indikatordan 3-nün əhatə dairəsi genişləndirilib: borcunu ödəyə bilməməklə bağlı problemlərin həlli, minoritar sərmayədarların hüquqlarının qorunması və kreditlərin alınması. 

Yeri gəlmişkən, dəyişikliklər bu il sonuncu deyil. DB-nin nümayəndəsinin sözlərinə görə, metodologiyanın yenilənmə prosesi iki ilə çəkəcək və növbəti il beş altbaşlıqda dəyişikliklər gözlənilir: tikintiyə icazə alınması, elektrik enerjisi təminatı sisteminə qoşulma, əmlakın qeydiyyatı, vergilərin ödənilməsi və müqavilələrin icrasının təmin edilməsi.

 

Üç uğurlu islahat

Bankın nümayəndəsinin sözlərinə görə, müqayisə aparmaq üçün əvvəlki illərin göstəriciləri yeni üsulla yenidən hesablanıb. "Məsələn, yeni hesablama üsuluna görə Azərbaycan ötən 88-ci yerdə dayanıb. Bu il isə ölkə 80-ci yerdə qərarlaşıb. Yeni üsula əsasən, Azərbaycanın uzaqlıq üzrə ötənilki göstəricisi 61,97 bal təşkil edib. Bu il həmin göstərici 64,08 bala bərabərdir", - deyə hesabatın müəllifləri qeyd ediblər. 

"Azərbaycan daşınmaz əmlaka dair yüklülük arayışlarının alınması üçün elektron sistemin tətbiqi vasitəsilə əmlakın mülkiyyətə çevrilməsini sadələşdirib. Bundan savayı, ölkə qeydiyyatdan elektron sistemlə keçmə və sosial sığorta haqlarının ödənilməsi yolu ilə şirkətlər üçün vergilərin ödənilməsini asanlaşdırıb", - deyə hesabatda bildirilib.

Həmçinin qeyd edilir ki, Azərbaycan biznesin açılmasının sadəliyinə görə ölkələrin TOP-20-nə daxil olub. Azərbaycan bu göstərici üzrə 189 ölkə arasında 12-ci yeri tutub. Ölkə buna vergi hesabatının onlayn - qeydiyyat üçün elektron imzanın əldə edilməsində qısaldılmış vaxt hesabına nail olub. "Azərbaycan biznesin startı üçün şərtləri uğurlu şəkildə yaxşılaşdırır. 2005-ci ildə biznesin qeydiyyatdan keçməsi üçün 113 gün tələb olunurdusa, indi buna 5 gün lazımdır", - deyə hesabatın müəllifləri iddia edirlər. Onlar hesab edirlər ki, hesabatda ölkənin irəliləməsi hökumət üçün sonrakı islahatlara yaxşı təkan verməlidir. Növbəti ildə isə real şəkildə daha böyük nəticələr əldə etmək olar.

Bu şəkildə, "Bretton-vud bacıları"nın Azərbaycanda iqtisadi inkişaf və islahatlar baxımından proqnoz və qiymətləri son dərəcə müsbətdir. Əsas odur ki, beynəlxalq maliyyə institutları hökumətin qeyri-neft sektorunun möhkəmlənməsi və ölkə işgüzar mühitin yaxşılaşdırılmasına dair səylərini təsdiq edirlər. Bu isə nəticədə, ölkənin investisiya nüfuzunu ancaq yaxşılaşdırır və islahatların davamına təkan verir.


MƏSLƏHƏT GÖR:

701