Müəllif: Zeynal ƏLİ Bakı
Kulinariya və məişətdə qoz qabığa (bərk və ya yumşaq) və ləpəyə malik istənilən yeməli bəhərə deyilir. Qozdan mürəbbə bişirmək, şirniyyatlar - tort, pirojna, halva hazırlamaq, inqrediyent kimi əlavələr etmək mümkündür. Və payızda, onların əsl mövsümündə, Azərbaycanın təbii rəngarəngliyini parlaq şəkildə səciyyələndirən yunan qozlarının, barının "saysız-hesabsız" faydalı xüsusiyyətləri haqda söhbət açmaq vaxtıdır.
"Ağıllı" qoz
Qoz ləpəsi beyni xatırladır; bu da Babilistanda onların istifadəsinin qadağan olunmasına səbəb idi. Herodota əsasən, kahinlər hesab edirdilər ki, bu cür qozları yeyən kəs qəfil ağıllı ola bilər. Əflatun "Atlantida haqqında dialoqlar"ında deyirdi ki, qoz onları yığanlardan gizlənib-keçərək düşünür. İsveç səyahətçisi Sven Gedin isə hesab edirdi ki, yetişməmiş dərilən qozlar ciyildəyir və ağlayır.
Yunan qozu - böyük çətirə və açıq-boz qabığa malik ağacın barlarıdır. Onu Şəki-Zaqatala zonasında, Ordubad, Quba, Gəncə və Azərbaycanın bir sıra digər rayonlarda yetişdirirlər. Bu bəhər yağlarla zəngindir: sutkalıq tələbatı ödəmək üçün insanın cəmi 20 qoz yeməsi kifayətdir. Azərbaycanda onun meyvələri qoz halvası şəklində qanazlığı və bəzi xəstəliklərdən sonra ümumbərkidici vasitə kimi istifadə olunur. Şəkərbura və badambura kimi milli qənnadı məhsulları orqanizmi möhkəmlədən vasitələr kimi göstərilib.
Orta əsr Azərbaycan təbibi Məhəmməd Mümin qeyd edirdi: "Qırx qram qoz, eyni miqdarda sürtkəcdən keçirilmiş əncirlə işlətmə vasitə kimi istifadə olunur. Qoz qabığı ilə qızardılmış əncir soyuqdəymə, öskürək zamanı faydalıdır. Acqarına qozun köhnəlmiş ləpələrini çeynəmək və onlardan hazırlanmış məlhəm qıcolma, əzələlərin dartılması, uşaqlarda səpmə zamanı, habelə keçəlləşmə, qadın döşündə əmələ gəlmiş şişlərə qarşı xeyirlidir. Qoz bağırsaq qurduna qarşı vasitə kimi də istifadə olunur. Qoz ləpəsi, əncir və sədəfotundan müalicəvi vasitə hazırlayırlar. O, zəhəri içməzdən əvvəl qəbul olunarsa, bu, zəhərin təsirini azaldar. Sonra qəbul olunarsa, zəhəri tamamilə zərərsizləşdirər. Yunan qozu pis həzm olunur.
Onun daha yaxşı həzmi üçün sonra nar suyu içirlər. Kiflənmiş qoz zəhərdir. Qozun sürtkəcdən keçirilmiş çiçəklərindən podaqra və iflic zamanı istifadə olunan məlhəm hazırlayırlar. Qozun yarpaqları xına ilə qarışdırılmış həlimini zökəm və xroniki başağrıları zamanı çəkilər. Qozun içindəki pərdənin külünü qanaxmalar zamanı dəmləyib içirlər. Qatran isə ağız xorası və diş ağrıları zamanı istifadə olunur".
İbn Sina qeyd edir ki, "istənilən qoz qabığı keyləşdirir və qanaxmanı dayandırır... Çeynənilmiş qoz ləpələrini xora şişlərin üstünə qoyurlar və bu, fayda verir... Qoz mürəbbəsi böyrək xəstəlikləri zamanı da faydalıdır...".
Azərbaycan xalq təbabətində ləpə arasındakı bərkimiş pərdəni və qozun bərk qabığını istifadə edirlər. Onları hipetoniya və ateroskleroz zamanı sulu həlim şəklində içirlər. Qozun təzə bərkimiş pərdəsi konyak və balla bir həftə ərzində cövhərləyir və zobun müalicəsi üçün gündə üç dəfə 1 xörəkqaşığı qəbul edirlər. Qozun yarpağı və qabığından hazırlanan həlimlə angina zamanı boğazı yaxalayırlar.
Enerjinin bərpa edilməsi üçün
Qozu qışda yemək xüsusilə faydalıdır. Çünki ilin bu fəslində insan daha çox enerji sərf edir. Qozun tərkibinə çoxlu əvəzolunmaz aminoturşu, xüsusilə lizin daxildir. Öz tərkibinə görə, onlar ətin zülalına yaxındır. Qoz aterosklerozun inkişafının qarşısını alan çox zəngin olmayan yağ turşuları ilə zəngindir. Qozun yaşıl bəhərləri çoxlu C vitaminə sahibdir və buna görə də sinqa xəstəliyi zamanı istifadə olunur. Yetişmiş barlarda B-qrup vitaminləri və çoxlu sayda A vitamini, eyni zamanda vacib mineral maddələr və mikroelementlər, xüsusilə yod və sink var. Qoz yağı dəri xəstəliklərinin müalicəsi üçün istifadə olunur.
Müxtəlif şüalanmanın təsirindən qorunmaq üçün hər gün 4-5 qoz yemək olar. Onlar avitaminoz və orqanizmdə kobalt və dəmir duzlarının çatışmazlığı zamanı faydalıdır. Qozun tərkibinə qanazlığı zamanı faydalı olan kalium və maqnium da daxildir. Onun tərkibinə daxil olan A və E vitaminləri qan damarlarının işini yaxşılaşdırır.
Çoxdan bəllidir ki, gündə on iki ədəd qoz kişinin cinsi funksiyasını bərpa edir. Keçi südü ilə birgə bu, prostatit və adenoma profilaktikası üçün əla vasitədir. Qoz diabet zamanı xeyirlidir. Həmçinin məlumdur ki, insan güclü fiziki iş görərsə, qoz tez bir zamanda orqanizmi bərpa etməyə kömək edir. Həmçinin qoz yarpaqları faydalıdır, onların həlimi raxit və xənazir uşaq vannalarında istifadə olunur. Bundan başqa, qozda olan F vitamini dəri qatının işini yaxşılaşdırır.
Lakin bütün hallarda bilmək lazımdır ki, birincisi, qoz heç vaxt dərmanı əvəz edə bilməz. İkincisi, onları öz-özünə təyin etmək olmaz, həkimlə məsləhətləşmək lazımdır. Təbiətdə hər şey olduğu kimi, qoz da bəzi xəstəliklər zamanı əks-təsirə malikdir.
Qozu xroniki kolit və enterokolit zamanı yemək olmaz. Onlar kəskin bağırsaq xəstəlikləri və qanın yüksək laxtalanması zamanı zərərlidir. Zülalın yüksək tərkibi allergik reaksiyalara, hətta stomatitə və diatezə səbəb ola bilər. Onlar həmçinin neyrodermit, psoriaz, ekzema və dərinin digər xəstəliklərindən əziyyət çəkənlər üçün də zərərlidir. Ümumiyyətlə, kök olmağa meyilli insanların çoxlu qoz yeməsi məsləhətli deyil, çünki o, çox kalorilidir.
Bağban Lətifə Zeynalova deyir ki, qoz, əsasən, oktyabrın əvvəlində, bəzən isə daha tez yetişir. Bu, çox uzunömürlü bitkidir və təqribən, 300 il yaşayır. Bu müddət ərzində yaxşı bar gətirir. Bir qayda olaraq, ağac 10-300 kiloqram qoz verir, bu da bir çox amillərdən - ilk növbədə, qozun növündən, həmçinin iqlim və ağaca göstərilən qulluq səviyyəsindən asılıdır.
Bağbanın dediyinə görə, Abşeronda qoz pis yetişir. Bu da ağacın sevmədiyi qrunt suları ilə bağlıdır. Ağacı superfosfat, kül ilə gübrələyirlər. Ağac əkilərkən az miqdarda peyin tökürlər. Ağacı apreldən sentyabradək sulayırlar. Ağac tez-tez sulanarsa, o zaman yeni cavan budaqlar peyda olacaq, onlar isə əsas ağaca mane olacaq. İş orasındadır ki, qoz ağacı genişliyi xoşlayır. Onun odunu dünyada ən bahalı və dəyərli sayılır.
QOZDAN HAZIRLANMIŞ ŞİRƏ
Məhəmməd Müminə əsasən, qozdan hazırlanmış şirə ürəkbulanması zamanı faydalıdır. Onunla ağzı yaxalamaq ağız ağrıları zamanı kömək edir".
Hazırlanma qaydası: yetişməmiş qozların yaşıl qabığını onun 3/4 hissəsinin suyu çəkilənə qədər qaynadırlar. Qalan kütləyə isə həmin miqdarda bal əlavə edir və yenidən zəif odun üstündə qatışığın 3/4 hissəsini buxarlana və şirə qatılaşanadək qaynadırlar.
FİSİNCAN-PLOV: ƏT və QOZLA PLOV
Lazımlı məhsullar:
Qoyun əti (bel hissəsi, döşü) və ya quş əti - 200 q
Basıq-girdə soğan - 1 başlıq
Əridilmiş yağ - 50 q
Qoz ləpəsi - 100 q
Nar şirəsi və ya narşərab (qatı nar sousu) - 25 q
Darçın - 0,2 q
Düyü yarması - 100 q
Zəfəran - 5-6 erkəkcik
Fisincan üçün (qarnitur) qoyun ətini hər pors üçün 3-4 tikəyə bölürlər, üzərinə duz, qara bibər əlavə edib qızardırlar.
Ondan sonra yağda qızardılmış soğanı, əzilmiş qozu, turş-şirin nar şirəsini və ya narşərabı, darçın, bir az bulyon əlavə edir və hazır olana qədər pörtürlər.
Köhnə zamanlarda evdar qadınlar daha dolğun tünd rəngi almaq üçün tavaya köhnə və təmizlənmiş nalı qoyurdular. Ayrı olaraq düyüdən plov hazırlayırlar.
Qaba boşaldarkən isti plovu təpə şəklində astaca tökürlər, onun bir hissəsinə zəfəranın həlimi hərlənir və kənarında fisincanla təqdim edirlər. İstəyə görə onu ayrı da yemək olar.
QOZ MÜRƏBBƏSİ
Saray həkimi Məhəmməd Mümin (1697) yazırdı ki, "qoz mürəbbəsi orqanizmi möhkəmlədir, cinsi qabiliyyəti gücləndirir". Onu həmçinin şirin dünyanın "kral"ı adlandırırlar. Orijinal dadından başqa, o, orqanizm üçün əvəzolunmaz fayda verir. Möcüzəvi şirniyyat bakterisid, antisklerotik, iltihaba qarşı xüsusiyyətlərə malikdir. O, linol və olein turşusu, C, PP, B qrupu vitamini, yod, maqnium, sink, mis və fitonsidlərlə zəngindir.
Fındıqların düzgün seçimi - uğurun yarısıdır, ona görə prosesə bütün məsuliyyətlə yanaşmaq lazımdır. Hazırlanması üçün ideal formada olan qara nöqtələrsiz və digər qüsurları olmayan iri qozları seçmək lazımdır. Meyvələr yaşıl, zərif, daxildən südlü-mum qabığa malik olmalıdır. Onların "yararlı"lığını aşağıdakı üsulla yoxlamaq olar: qozda kürdanla dəlik açın. O, maneəsiz keçibsə, deməli bu, möhtəşəm iyunun xammalıdır.
Tələb olunan məhsullar:
100 ədəd yaşıl qoz üçün 400 ml su;
1 kq şəkər;
10 qərənfil qönçəsi;
10 qr darçın;
2 lumu
Şirəni sudan və şəkərdən hazırlamaq və soyutmaq lazımdır. İçinə qozu əlavə etmək, iki lumu şirəsi əlavə etmək lazımdır. Qaynatmaq və iki sutka saxlamaq lazımdır. Üç dəfə təkrarlamaq və sonra tam hazır olana, qozlar yumşalana qədər bişirmək lazımdır. Şirniyyatı steril olunmuş bankalara boşaltmaq, qalan şirəni üzərinə tökmək və bağlamaq lazımdır.
MƏSLƏHƏT GÖR: