25 Noyabr 2024

Bazar ertəsi, 19:30

DÜNYAYA KÖRPÜLƏRLƏ

"Azərkörpü" və "Texnomost" şirkətlərinə Azərbaycanda da, ondan kənarda da önəmli layihələr etibar edirlər

Müəllif:

15.10.2011

İnfrastruktur obyektlərinin tikilməsi üzrə irimiqyaslı layihələr bütöv məsələlər kompleksini əhatə edir ki, bəzən onları qısa müddətdə həll etmək lazım gəlir. Layihələrin gerçəkləşdirilməsi üçün sifarişçiyə işi keyfiyyətli və operativ yerinə yetirən etibarlı tərəfdaşlar gərək olur. Tikinti bölməsinin belə aparcı oyunçuları sırasında "Azərkörpü" Açıq Tipli Səhmdar Cəmiyyətini  (SC) və  "Texnomost" Layihə İstehsalat Şirkətini göstərmək olar. Bu gün onları MDB-nin bir çox ölkələrində iri layihələrin gerçəkləşdirilməsinə cəlb edirlər. 

"Azərkörpü" SC öz fəaliyyəti dövründə iqtisadiyyatın müxtəlif sahələrində iri tikinti layihələrinin gerçəkləşdirilməsi üzrə şəksiz liderə çevrilib. Şirkət qarşısına qoyduğu məsələləri həll etmək üçün fəal şəkildə yeni texnologiyalar tətbiq edir, keyfiyyətin idarə edilməsi sisteminə ISO 9001:2000, ISO 9001:2008 standartlarının tələbinə uyğun olaraq,  ekoloji menecment sisteminə ISO 14001:2004 standartına, əmək təhlükəsizliyi və sağlamlığın qorunmasına isə OHSAS 18001:2007 standartına uyğun olaraq nəzarət edir və təhlillər aparır. 

"Azərkörpü"nün subpodratçıları arasında özəl layihə şirkəti "Texnomost" xüsusilə seçilir. Şirkət öz mövcudluğu dövründə sifarişçilər yanında nüfuz və hörmət qazanıb, çağdaş səviyyədə effektiv layihələrin gerçəkləşdirilməsi üçün güclü proqram bazasına yiyələnib. Şirkət məşhur İsveçrə firması "SGS" firmasında "ISO 9001:2008" standartının tələbinə uyğun şəkildə sertifikatlaşmadan keçib. 

"Azərkörpü" və "Texnomost" şirkətlərinin sifarişçiləri sırasına həm yerli, həm  də  xarici nüma-yəndəliklər daxildir. Onların sırasında "Azəryolservis" SC-ni, "Meliorasiya və Su Təsərrüfatı " ASC-ni, Azərbaycan Dəmir Yollarını, Azərbaycan Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentliyi, VTS (Bakı - Tbilisi - Ceyhan) neft kəmərini, "Tecfen", "Petrofac", Technip, "Washington International Ink", "Keppel (Kazakhstan LLP)", "Ukravtodor" şirkətlərini, Qazaxıstan Beynəlxalq Dəniz Limanını, Rusiya Federasiyasının Kazan şəhərinin İcraiyyə Komitəsinin "Əsaslı tikinti və yenidənqurma idarəsini", Avtomobil Yolları Komitəsinin "Qızıl Orda" Departamentini, Avtomobil Yolları Komitəsinin Cənubi Qazaxıstan Vilayət Departamentini göstərmək olar.  Şirkətlərin layihələr baqajında yüksək səviyyədə gerçəkləşdirilən dövlət sifarişləri çərçivəsində yetərincə çox sayda iri işləri də var. 

Misal kimi, "Azərkörpü"nün Mil-Muğan kollektorunda körpülərin, Samur-Abşeron kanalında çökdürmə hovuzunun, Yevlax rayonunda "PSA2" nasos stansiyasının, Kürdəmir rayonunda "IRA 1"  aralıq təmizləmə stansiyasının, Xanarx kanalının, Ələt-Qazıməmməd avtomobil yolunun, metronun "20 Yanvar" və "Əzizbəyov" stansiyaları, eləcə də  Z.Bünyadov və H.Əliyev prospektlərinin kəsişməsində iri nəqliyyat qovşaqlarının tikintisi, Şəmkir-Qazax yolundakı  sahəsinin yenidənqurulması və bərpası üzrə işlərin yüksək keyfiyyətlə  yerinə yetirildiyini göstərmək kifayətdir. 

Hazırda "Azərkörpü" Taxtakörpü bəndinin, uzunluğu 110 km olan Taxtakörpü - Ceyranbatan kanalı və uzunluğu 30 km olan Vəlvələçay - Taxtakörpü kanalı kimi iri obyektlərin, Bəhramtəpədə Araz çayının yeni qolunun, Ələt - Astara yolunun 55-c kilometrində Kür çayı üzərində körpünün tikintisini aparır. 

"Texnomost"a gəldikdə isə onun da fəxr ediləsi işləri var. Hazırda öz işini ISO 9001-2008 standartının tələbinə uyğun qurmuş şirkət Buta qəsəbəsində böyük liman tikintisi, Gəncə şəhərində Türkiyə şirkəti ilə birgə sutəchizatı və kanalizasiya sisteminin yenidənqurulması, Göy göl və Goranboy rayonlarında su təchizatı və kanalizasiya layihələri üzərində işləyir. Şirkət, həmçinin, Araz çayının yeni qolunun, Salyan və Şirvan şəhərlərində Kür çayı üzərində orijinal fərdi konstruksiyalı körpülərin layihəsini də hazırlayır. 

Şirkətin son layihələri sırasında Qax rayonunda Qurmux çayı üzərində və Samux rayonunda Kür çayı üzərinə iri  körpülərin, Poyluda Kür çayının üzərində iki dəmir yolu körpüsünün layihələri yer alır. Bəhramtəpə baş qurğusunun yenidənqurulması layihəsi, "Taxtakörpü" su anbarının, uzunluğu 30 km olan Vəlvələçay - Taxtakörpü kanalının və uzunluğu 110 km olan Taxtakörpü - Ceyranbatan kanalı tikintisi üzrə yardımçı qurğuların layihələri də bu sıraya daxildir. "Texnomost"un son layihələri sırasında, həmçinin, Bakı limanının bərə terminalının yenidənqurulması  layihəsi, Astarada və Türkan qəsəbəsində sərhəd xidməti üçün limanların, ABŞ-ın "Washington International Inc." şirkətinin sifarişi ilə Siyəzən radar stansiyasına giriş yolunun layihələri, Şamaxı -Muğanlı avtomobil yolunun üzərində körpülərin və yeraltı keçidlərin layihələri, Bakı - Samur yolunda 11 körpünün və yolötürücüsü layihəsi, Tovuz dolama yolunda hündürlüyü respublika üzrə ən yüksək - 34 metr və uzunluğu 278 metr olan orijinal konstruksiyalı körpünün layihəsi də yer alır. 

Bundan başqa, Bakının nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illərin tədbirlər planına uyğun olaraq, "Texnomost" şirkəti tərəfindən 10 nəqliyyat-yol qovşağının tikintisi layihəsi hazırlanıb və öz tətbiqini tapıb. Maraqlıdır ki, bu cür böyük həcmli işlər planla müəyyən edilmiş qısa müddət ərzində ən yüksək keyfiyyətlə yerinə yetirilib. Bu amillər "Az?rkörpü" və "Texnomost"un beynəlxalq bazara çıxmasında əvəzsiz rol oynadı  və şəksiz, bütün bunlar çox sevindiricidir -  Azərbaycan şirkətləri xarici tərəfdaşların getdikcə daha böyük etibarını qazanır ki, bu da son nəticədə ölkənin işgüzar imicinə öz müsbət təsirini göstərir. "Azərkörpü" ASC Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), İslam İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq maliyyə instituları, Avropa Komissiyası və TACIS proqramı tərəfindən layihələrin gerçəkləşdirilməsində iştirak edir. 

"Azərkörpü" ASC-nin təsisçisi Əfəndi İsmiyevin sözlərinə görə, "Şirkət ən iddialı çağdaş layihələrdə iştiraka, geniş və sıx əməkdaşlığa hazırdır". "Azərkörpü" tərəfindən nəzarət edilən zavodların, xüsusi texnikanın, laboratoriyaların siyahısına nəzər yetirməklə, buna əmin olmaq çətin deyil. Məsələn, metal emalı üzrə Almaniya, İtaliya və İsveç istehsalı olan kompüterləşmiş çağdaş avadanlıqla təchiz edilmiş metal konstruksiyalar və məmulatlar zavodunda körpülərin atma qurğularını, sənaye və mülki tikililərinin, hirotexniki qurğuların metallik konstruksiyalarını hazırlamaq mümkündür və s. 

Qeyd etmək lazımdır ki, "Azərkörpü" və "Texnomost" Qazaxıstanda Aktau limanının bərə terminalının yenidənqurulmasında, o cümlədən, Aktau Dəniz Ticarət Limanının 4 və 5 saylı körpülərinin, dəniz körpüsünün  yenidənqurulmasında, Aktau gəmiqayırma zavodunun dəniz qurğularının layihələşdirilməsində,  Aktau Beynəlxalq Dəniz Ticarət Limanının şimal istiqamətində genişləndirilməsində, Aktau limanının bərə ötürücüsünün yenidənqurulmasında fəal iştirak edib. 

Bundan başqa, "Texnomost" şirkəti Tatarıstan paytaxtı Kazan şəhərində 6 yol qovşağının layihəsinin də müəllifidir. "Azərkörpü" isə Ukraynada Kiyev - Çop avtomobil yolunun  322-348-ci kilometrlər arası sahəsinin layihələşdirilməsini və tikintisini uğurla başa çatdırıb, Qazaxıstanda ümumi uzunluğu 65 kilometr olan iki magistral avtomobil yolunun tikintisinə başlayıb. 

Bu işlərin sifarişçilərə yüksək səviyyədə təhvil veriləcəyinə şübhə ola bilməz. Uyğun olaraq,  fəxrlə gözləmək olar ki, "Azərkörpü" və "Texnomost" beynəlxalq səviyyədə biznesdə yeni zirvələrə qalxmaqda davam edəcəklər. Qeyd etmək lazımdır ki, "Azərkörpü" şirkətinin Rusiya, Qazaxıstan, Ukrayna və Türkiyədə də  filialları fəaliyyət göstərir.


MƏSLƏHƏT GÖR:

551