Müəllif: Sara EMİLQIZI Bakı
Bu gün praktik olaraq bütün dünyada əhalinin ərzaqla təmin edilməsi kimi qlobal problemin həllinə böyük vəsaitlər və səylər yönəldilir, kimyəvi gübrələrin yardımı ilə yetişdirilmiş meyvə və tərəvəzlər, geni dəyişdirilmiş məhsullar dünyanın çox ölkələrində insanlar üçün gündəlik normaya çevrilib. Sirr deyil ki, bu cür qidaların insan orqanizminə mənfi təsiri hələ sonuna qədər öyrənilməyib; həmçinin, onların dadsız və yararsız olmasına əmin olmaq üçün, hətta mütəxəssislərin rəyi belə lazım gəlmir.
Buna görə də hazırkı dünyada "ekoloji təmiz məhsul" anlayışı, demək olar ki, delikates kimi qəbul edilir, hətta supermarketlərdə bu cür məhsulların satıldığı ixtisaslaşmış mağazalar və ya şöbələr də yaradılır. Bu gün onlar dəfələrlə baha olsa da, onlara tələb "süni" qidaya olan tələbdən xeyli yüksəkdir.
Bu fonda bildirmək olar ki, Azərbaycanın bəxti çox gətirib - hələ ki bizdə məhz ekoloji baxımdan təmiz məhsulların istehsalı üçün bütün şərait var - yaxşı iqlimə, münbit torpağa və bioloji gübrələrə malikik. Dövlətin iradəsi də var və bu iradə 25 avqust 2008-ci il tarixdə ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə Dövlət Proqramı"nda öz əksini tapıb.
Ölkədə elə şirkətlər var ki, onlar yalnız indiyə kimi mövcud imkanlardan istifadə etməklə yanaşı, həm də ölkənin böyük kənd təsərrüfatı potensialının inkişafı naminə yeni texnologiyalar tətbiq edirlər.
Bu baxımdan hazırda ölkə bazarında çox məşhur olan pomidor və xiyar sortları ilə yanaşı, həm də hələ bizim region üçün yeni olan biotexnologiya məhsulları - bioqumus və biomaks istehsal edən "AQRIBIOEKOTEX" müəssisəsi əlverişli investisiya mühiti və dövlət qurumlarının dəstəyi şəraitində uğurlu inkişaf üçün parlaq perspektiv vəd edir.
Möcüzəli bioqumus
Maddələrin təbii bioloji dövriyyəsi hər zaman insana yardım edib. İnsanın nədənsə su istehsal etmək, torpağı gübrələmək yolları barədə düşünməyə ehtiyacı olmayıb - bütün bu məsələlər onun əvəzinə ən yaxşı şəkildə həll edilib. Texnoloji proqres bütün sahələrdə, o cümlədən, ərzaq sahəsində də bu harmoniyaya müdaxilə edərək, insan üçün tamamilə mənfi nəticələrə gətirib.
Kimyəvi gübrələr ilk baxışdan əkinçilərə yaxşı məhsul əldə etməkdə çox yardım edir, nəticədə isə bu məhsullar istehlakçıların sağlamlığı baxımından problemlər yarada bilər.
Beləliklə, uzun sınaq və səhvlər yolu keçərək, bəşəriyyət anlayıb ki, təbii maddələrdən gözəl heç nə ola bilməz - bioloji təmiz maddələrlə gübrələnmiş torpaqda yetişdirilmiş ekoloji təmiz məhsullara üstünlük verilməsi də bununla bağlıdır.
Onların arasında dünya üzrə xüsusi populyarlığı ilə seçilən bioqumusdur - qumuslu üzvi gübrədir, bu, peyinin və kompostun texnoloji yağış soxulcanları vasitəsilə emalından alınan əsas məhsuldur. Torpağa qarışdırılmış bioqumus ona daha dənəvər quruluş verir ki, bu da həll olan (hərəkət edə bilən) qida maddələrini birbaşa bitkinin kök sisteminin yaxınlığında saxlamağa imkan verir.
Torpağın bu cür strukturu yerin aşağı laylarında qida maddələrini yuyulmaqdan qoruyur. Bunun nəticəsində bioqumusdakı qida maddələrinin böyük bölümü təyinatı üzrə işlədilir və vahid sahə üçün peyinə, ya çürüntüyə baxanda bioqumus yetərincə az gərəkli olur.
Önəmlidir ki, bioqumusun istifadəsi məhsuldarlığı artırmağa imkan verir, külək və su erroziyasına qarşı dözümlülüyü artırır. Bioqumusun istifadəsi tərəvəzlərdə nitratları 7-10 dəfə azaldır, məhsuldarlığı artırır, bitkilərin xəstəliklərə və zərərvericilərə qarşı dayanıqlılığını gücləndirir (immuniteti möhkəmləndirir), meyvə və tərəvəzin dad göstəricilərini yetərincə yaxşılaşdırır, onların saxlanma müddətini artırır.
Bundan başqa, bioqumusdan istifadə edən zaman başqa kimyəvi gübrələrin aktivliyi 10 dəfəyə qədər azalır. Başqa sözlə, torpağı birbaşa gübrələməklə yanaşı, o həm də torpağı təmizləmək xüsusiyyətinə malikdir. Azərbaycanın illərboyu kimyəvi gübrələrlə, pestisidlərlə çirklənmiş torpaqlarına hazırda məhz bu lazımdır; çirklənmə üzündən bəzi torpaqlar, hətta "ölü torpaq" adı alıb.
Buna görə də Azərbaycanda bioqumusun peyda olması təkcə Abşeronda deyil, çox yerdə əkinçiliyin xilası olardı. Azərbaycanda bioqumus istehsalını ilk dəfə təşkil etmiş "AQRIBIOEKOTEX" müəssisəsinin prezidenti Əlibala Əlizadənin sözlərinə görə, bioqumusun ecazkar xüsusiyyəti ölkənin bir çox bölgələrində nümayiş etdirilib. Nəticələr heyrətamiz olub. "Mən on beş ildir ki, kənd təsərrüfatı ilə məşğul oluram, amma gördüklərimdən sonra etiraf edirəm ki, belə bir şeylə indiyə kimi rastlaşmamışam", - deyə fermerlərdən biri bildirib.
"Bakfem", "Azersun Holdinq" və "Hacı Camalxan" kimi şirkətlər də bizim şirkətlə fəal əməkdaşlıq edirlər. Azərbaycanın bu qabaqcıl kənd təsərrüfatı müəssisələri perspektiv üçün işləyirlər. Bu firmaların rəhbərlikləri bizim eksperimental bazamıza baş çəkiblər, buraxılan məhsulla tanış olublar və Biləsuvar, Kürdəmir, İmişli, Calyan və Xaçmaz rayonlarındakı torpaqların məhsuldarlığını artırmaq üçün istehsal etdiyimiz 4000 min ton gübrə alıblar.
Hazırda "Azersun Holdinq" və "Hacı Camalxan" şirkətləri həm də üzvi gübrələrin istehsalına böyük maraq göstərir. Bununla bağlı olaraq, "Azersun Holdinq"lə birlikdə çağdaş avadanlıqdan istifadə etməklə kənd təsərrüfatı tullantılarının emalı zavodu artıq layihələndirilib.
Bununla yanaşı qeyd etmək lazımdır ki, bu müəssisələr gələcəkdə üzvi xammal, yəni iribuynuzlu mal-qaranın peynini qırmızı Kaliforniya soxulcanlarının yardımı (vermikultivasiya texnologiyası) ilə deyil, xüsusi mikrob preparatlarının yardımı ilə sürətli fermentasiya yolu ilə emal edəcəklər. Bizim şirkətə gəldikdə isə, müəssisədə sürətli fermentasiya yolu ilə emal edilmiş üzvi xammal sonra qırmızı Kaliforniya soxulcanları ilə emaldan keçirilir ki, bu da mikrobioloji gübrələrin səmərəsini 8-10 dəfə artırır.
Bioloq alimlərin sözlərinə görə, bioqumusu tarla və bostanlardan tutmuş, otaq bitkil?rinə qədər hər yerdə istifadə etmək mümkündür. Əgər hər bir şitilə 200-250 qr bioqumus qoyularsa, onda çoxillik məhsula nail olmaq mümkündür. Bioqumusun qeyri-adi xassələri pomidoru çılpaq qayalarda əkmiş alimlərin daha bir təcrübəsində sübut olunub. "Qaya süxurları əkin üçün tam yararsız olduğu halda biz sübut edə bildik ki, nəticə mümkündür", - deyə Ə.Əlizadə bildirib və əlavə edib ki, şoranlıq və su çatışmazlığı üzündən bioqumus xüsusilə Abşeron torpaqlarında yararlıdır.
Yalnız başlanğıcdır
Bildirmək gərəkdir ki, "AQRIBIOEKOTEX" Azərbaycanda biotexnoloji istehsalı sənaye səviyyəsində gerçəkləşdirən ilk müəssisədir. Qapalı qruntda (istixanalarda) sənaye həcmləri ilə tərəvəz yetişdirilməsi zamanı ilk dəfə olaraq, Azərbaycanda heç zaman istifadə edilməmiş təmiz məhsuldar torpaq və damla suvarması tətbiq edilib.
Bununla yanaşı, müəssisə fermerlər və kəndlilərə bioqumusa əldə edilmiş başqa preparatlar - biomaks, antibakterial-bio, antinematod-bio təklif edir. Onlar da bitkinin boyuna müsbət təsir göstərir; məsələn, biomaks soxulcanların və torpaq mikroorqanizmlərinin həyat fəaliyyəti məhsullarının ekstraktıdır, toxumların cücərməsinin yüksəlməsinə, saplaqların sürətlə kök atmasına, bitkinin böyüməsinə və sürətli inkişafına, bitkilərin müxtəlif xəstəliklərə qarşı immunitetinin artmasına, nitratların miqdarının azalmasına səbəb olur, həm kök, həm də kökdənkənar gübrə kimi istifadə edilir.
Nəticədə, biomaks kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını torpağın münbitliyindən asılı olaraq 30% və daha artıq yüksəldir, məhsulun keyfiyyətini xeyli yaxşılaşdırır. Bu zaman mineral gübrələr 40-60%, həmçinin, pestisidlər 35-45% az vurulur. Bu preparatın tətbiqi məhsul artımına və məhsulun keyfiyyətinin yaxşılaşmasına səbəb olur, həmçinin onun maya dəyərini də aşağı salır ki, bu da bazar iqtisadiyyatı şəraitində çox vacibdir.
Şəksiz ki, "AQRIBIOEKOTEX" müəssisəsində istehsal edilən yeyinti sənayesi məhsulunun səmərəliliyi və yararlı olması geniş ticarət potensialı üçün əsasdır, fermer təsərrüfatlarının bu gübrə barədə məlumatları artdıqca, potensialı daha da güclənəcək. "AQRIBIOEKOTEX"in prezidenti Əlibala Əlizadə bu barədə "Region plus"a müsahibəsində toxunub.
- Müəssisənin ixrac imkanları necədir, lazımi beynəlxalq key-fiyyət sertifikatları varmı?
- Şirkətin ixrac imkanları yetərincə genişdir, axı bizim istehsal etdiyimiz məhsul dünyada yetərincə tanınır. Bundan başqa, müəssisə ixracatı tam keyfiyyətli gerçəkləşdirmək üçün Avropa standartldarına uyğunluq sertifikatı, yəni IMO (instituteformarketecology) alıb. Biz Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən verilmiş patentlərə də malikik. Dünya üzrə potensial alıcıların bizim müəssisə və onun məhsulları ilə tanış olması istiqamətində işləyirik. Belə ki, 2006-cı ildən bizim müəssisə Dubay, Əbu-Dabi, Nürenberq və İtaliyada keçirilmiş bir sıra beynəlxalq biosərgilərin iştirakçısıdır. Hazırda isə Türkiyə və Səudiyyə Ərəbistanında keçiriləcək sərgilərə hazırlaşırıq.
- Bioqumus barədə maarifçilik işinin aparılması vacibdirmi, əkinçilər bu preparatın səmə-rəliliyi barədə nə səviyyədə məlumatlıdırlar?
- Şəksiz, hər şey axı məlumatdan başlayır. Bizim şirkət Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Gəncə Kənd Təsərrüfatı Akademiyası ilə sıx əməkdaşlıq edir. Bundan başqa, mən Ağcabədidə yerləşən Aqroinformasiya Mərkəzinin dəvəti ilə artıq üçüncü ildir, fermerlərə biogübrələrin tətbiqi üzrə məruzələr oxuyuram.
Əminəm ki, bu işi məktəb illərindən başlamaq lazımdır, yəni "Biologiya" dərsi çərçivəsində bu mövzunun öyrənilməsi üzrə müəyyən kurs əlavə etmək lazımdır. Kadrları öncədən hazırlamaq, onlara lazımi bilik və təcrübə vermək lazımdır. Qeyd etmək istəyirəm ki, bu baxımdan İ.Əfəndiyev adına elitar gimnaziyada işlər çox uğurlu təşkil edilib, orada şagirdlərlə görüşdə bioloji gübrələrin faydası barədə söhbət eləmişəm və sonra müəssisəyə səyahət təşkil edilib. Qeyd edim ki, şagirdlər burada gördüklərindən heyranlıq içində idilər; deməli, ola bilər ki, onlardan bəziləri gələcəkdə ekoloji təmiz bitkilərin becərilməsi ilə məşğul olacaq.
Öz tərəfimizdən qeyd edək ki, bu günlərdə Əlibala Əlizadə məşhur bir türk firmasının dəvəti ilə Türkiyədə səfərdə olub. Səfərin məqsədi üzvi kənd təsərrüfatı tullantılarının emalı və üzvi gübrələr alınması üzrə istehsal gücü ildə 40 min ton olan müəssisənin təşkilinə yardımçı olmaqdır. Türkiyə şirkəti "AQRIBIOEKOTEX"dən üzvi tullantıları fermentləşirmək üçün yararlı bakteriyalar almağı düşünür. Türkiyə mütəxəssisləri fermentasiya məsələsi ilə 25 ildir məşğul olurlar, amma onlar üçün məhz Azərbaycan şirkətinin işlədiyi texnologiya daha maraqlıdır. Beləliklə, müəssisə, bu gün öz məhsulunu ixrac etməklə yanaşı, texnoloji biliklərini də bölüşmək imkanındadır.
Başqa sözlə, "AQRIBIOEKOTEX" bioloji aktiv preparatlar və bioməhsulların bütün spektrinin istehsalı üzrə güclü çoxprofilli biotexnoloji korporasiyanın yaradılması istiqamətində ilk addımdır. Ekoloji təmiz məhsullara böyük tələbatın olduğu nəzərə alınarsa, layihənin mütləq uğurlu və səmərəli olacağına şübhə yeri qalmır. Yaxın günlərdə etdiyi çıxışlarında bu məsələyə dəfələrlə diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyev bu cür məhsulun həcmini artırmağa çağırıb. Ümid etmək olar ki, ""AQRIBIOEKOTEX" tərəfindən başlanılmış iş maraqlı tərəflərdən əlavə dəstək əldə edəcək və öz imkanlarını daha da genişləndirəcək.
MƏSLƏHƏT GÖR: