Müəllif: İlahə MƏMMƏDLİ Bakı
İkiillik fasilədən sonra-iyulun əvvəlində "Azərbaycan sığorta bazarının inkişaf perspektivləri" II Azərbaycan beynəlxalq sığorta forumu keçirilib. Adına baxmayaraq, Bakı forumu Mərkəzi və Şərqi Avropa, MDB ölkələrinin sığorta bazarındakı işlərin vəziyyəti ətrafında və ilk növbədə, postsovet məkanının sığora bazarlarının qarşılıqlı münasibət problemləri üzrə müzakirələr üçün bir meydan olub.
Azərbaycan sığorta bazarı möv-cud potensialını sonuna qədər istifadə etməsə də, böyük inkişaf perspektivlərinə malikdir - bu, forumun həm yerli, həm də xarici iştirakçılarının mövqeyinin qısa nəticəsidir. "Mən Azərbaycanda sığorta işinin fantastik gələcəyinə inanıram və biz Azərbaycana sərmayə yatırmaq imkanlarını öyrənməyə hazırıq. Ölkənin zənginliyi və sığorta bazarının inkişaf etmədiyi barədə məlumatları eşidəndə məni xoş heyrət bürüdü - bu biz sərmayəçilər üçün böyük imkanlar yaradır". Bu sözləri dünyanın iri maliyyə korporasiyası olan "ING"in Türkiyə təmsilçiliyinin ("ING Emeklilik") baş direktoru Yets Frederik de Vrie bildirib.
Bu gün daxili sığorta bazarındakı durğunluqdan danışmaq düzgün olmazdı. Dünya maliyyə böhranının mənfi təsirlərinə baxmayaraq, Azərbaycanın sığorta şirkətlərinin kapitallaşması son illərdə yetərincə artaraq, 2010-cu ildə 150 mln manata bərabər olub, halbuki 2003-cü ildə bu göstərici 18,4 mln manat səviyyəsində idi. Ancaq bu da gerçəkdir ki, 2010-cu ildə ölkə üzrə sığorta yığımlarının ümumi daxili məhsulda (ÜDM) payı 0,37% təşkil edib, 2009-cu ildə isə bu göstərici 0,5% olub. Halbuki Azərbaycan iqtisadiyyatının 2011-2025-ci illər üzrə uzunmüddətli inkişaf strategiyasına görə, yığım həcmini 2009-cu ildəki $215 mln.-dən $3,108 mlrd.-a qaldırmaqla bu göstəricini 2025-ci ildə, ən azı, ÜDM-in 3%-nə qədər artırmaq düşünülür.
Aşağı göstəricilər əsasən onunla bağlıdır ki, bu gün ölkədə bank bölməsinə etibar sığorta bölməsinə olandan yüksəkdir. Bununla belə, sığorta şirkətlərinin maliyyə dayanıqlıl?ğının qiymətləndirilməsi beynəlxalq təcrübəyə, sığorta bazarları inkişaf etmiş ölkələrdə tətbiq edilən sistemə əsaslanır.
Bu gün həm də sığorta etdirənlərin hüquqları daha yaxşı müdafiə olunur. Belə ki, həm "Sığorta fəaliyyəti haqqında" qanunun, həm də Mülki Məcəllənin bəndləri sığorta sazişləri, tərəflərin hüquq və öhdəlikləri ilə bağlı çox sualları daha aydın və dəqiq əks etdirir.
Bu baxımdan, bank xidmətləri ilə məşğul olan müştərilərə sığorta məhsulları da təklif etmək yerinə düşərdi ki, bu da bütövlükdə bölmənin paralel inkişafına, həm bank, həm də sığorta xidmətlərindən paralel istifadə edilməsinə imkan yaradardı.
Burada qeyd etmək olar ki, bütün dünyada bank sığortası həyatın sığortası hissəsi ilə fəal işləyir. Bir sıra ölkələrdə "life-kompaniya" sığorta yığımlarının yarıdan çoxu məhz bu satış kanalı ilə daxil olur. Bizdə isə bir tərəfdən hesab edilir ki, Azərbaycanın bank sektorunun indiki inkişaf səviyyəsi sığorta bazarının inkişafını stimullaşdırır, digər tərəfdən, daha doğru olardı ki, sığorta şirkətləri satış kanallarını maksimum şaxələndirsin.
Satış kanallarının kommersiya bankarından asılılığı bank sistemində sistem risklərinin yaranması zamanı mənfi nəticələrə gətirə bilər. Bu baxımdan, bank sığortasına pararlel olaraq digər satış kanallarının inkişafı sığorta bazarının artımı üçün ciddi stimul ola bilər.
Həmçinin, sığorta bazarını stimullaşdıra biləcək qərarlardan biri sığorta şikrətlərinin risklərinin şaxələndirilməsidir. Beynəlxalq sığorta forumunun iştirakçıları qeyd ediblər ki, şaxələndirmənin əsas üstünlüyü şirkətlərin biznesin coğrafi cəhətdən bir regionda cəmlənməsindən doğan risklərə meyilliyinin ümumi səviyyəsinin azalmasıdır. Digər üstünlük isə ayrı-ayrı bazarlarda dövri fazanın təsiri ilə bağlı mənfi bazar konyukturasından asılılığın azalmasıdır ki, bu da milli bazar çərçivəsindən kənara çıxmaq üçün əsaslar yaradır.
Risklərin nomenklaturasının genişlənməsi hesabına çantanın yalnız kəmiyyətcə deyil, həm də keyfiyyətcə yaxşılaşmasına nail olmaq mümkündür. Eyni zamanda bu, sığorta mükafatlarının əlavə mənbəyidir. Ümumi sığorta mükafatları həcmində iri daxilolmaların nisbi payının azalması şirkətlərin kontragentlərdən asılılığının azaldılmasına və böyük sabitliyə gətirə bilər. Bu da öz növbəsində, postsovet məkanının təkrar sığortaçılarının maliyyə-texniki imkanlarının gücləndirilməsinə imkan yaradar.
İstənilən halda əhalinin sığorta bazarına daha çox cəlb edilməsi üçün Maliyyə Nazirliyi sığorta sahəsində maarifçiliyi artırır. Əsas məqsəd odur ki, sığorta şirkətlərinin təklif etdiyi xidmətlərə əhalinin tələbatı yaransın. Nazir artıq bu il Azərbaycanın sığorta bazarının 10-12% artacağı barədə proqnoz verib.
Yeri gəlmişkən, forumda Azərbaycanın sığorta bazarının inkişafı üzrə planlar barədə çox sayda maraqlı məlumatlar da səsləndirilib. Belə ki, sığorta üzərində nəzarətin beynəlxalq standartlara uyğun səviyyəyə gətirilməsi, onun keyfiyyətinin artırılması, hesabatların təqdimatı və baxılması zamanı şəffaflığın təmin edilməsi məqsədi ilə 2011-ci ildən Azərbaycanın Dövlət Sığorta Nəzarəti sığorat şirkətlərindən və brokerlərdən maliyyə hesabatını və başqa hesabatları yeni "Sığorta Nəzarəti Sistemi" İB-nin vasitəsilə götürür.
Bəlli olub ki, Maliyyə Nazirliyi bununla kifayətlənmək fikrində deyil - Samir Şərifovun sözlərinə görə, növbəti addım sığorta sazişlərinin bağlanmasının avtomatlaşdırılması olacaq. Nazir qeyd edib ki, Azərbaycanda sığorta sazişlərinin bağlanması zamanı elektron imzadan istifadə edilməsi planlaşdırılır. Hazırda sığorat şirkətlərinə elektron xidmət göstərməyə imkan verən müvafiq qanunvericilik bazası hazırlanır və mümkündür ki, 2011-ci ildə bu məsələ həll ediləcək.
Beləliklə, əgər Azərbaycanın sığorta bölməsinin yolu üstündə duran bütün problemlər həll edilərsə, onda xarici ekspertlərin öncəgördüyü "fantastik gələcək" daha tez yetişəcək.
MƏSLƏHƏT GÖR: