14 Mart 2025

Cümə, 21:44

"ƏRƏB BAHARI"nın QIZMAR YAYI

Ərəb ölkələri hakimiyyətləri üçün inqilab dalğasının qarşısını almaq getdikcə çətinləşir

Müəllif:

15.06.2011

"Ərəb baharı" rəvan şəkildə qızmar yay mövsümünə adladı. Yaxın Şərqin bir sıra ölkələri böyük dəyişikliklər astanasındadır. İnqilab dalğasının bitməsindən sonra, orada bir anda sabitlik və firavanlığın yaranacağını gözləmək də lazım deyil. Üstəlik, ərəb ölkələrindəki dəyişikliklər böyük qan tökülməsi ilə müşayiət olunur ki, bu da xalqın ərəb reallığındakı forma dəyişikliyi naminə necə böyük qurbanlara hazır olduğunu göstərir.

Salehin yaralanması

Ərəb dünyasının yoxsul ölkələrindən olan Yəməndə hadisələr sona yaxınlaşmaqdadır. 30 ildən artıqdır hakimiyyətdə olan prezident Əli Abdullah Salehin istefası tələbi ilə keçirilən nümayişlər artıq 5-ci aydır davam edir. Hakimiyyət isə son anadək müxalifətin nümayişlərini güc yolu ilə dağıdır, Salehin zorakılıqla devrilməsi planının "Əl-Qaidə" terror şəbəkəsinə məxsusluğunu iddia edir.

Bu günlərdə Yəmən Hərbi Hava Qüvvələrinin hökumət əleyhinə çıxmış silahlıların məskunlaşdığı Zincibar şəhərini bombardman etməsi genişmiqyaslı döyüşə səbəb olub. Şahidlərin iddiasına görə, ordu yalnız yaraqlıların mövqelərini deyil, 20 min əhalisi olan şəhərin dinc sakinlər yaşayan məhəllələrinə  də  artilleriya zərbələri endirib.

Sanada Prezident iqamətgahının artilleriya atəşinə tutulmasından sonra isə Yəməndə vəziyyət köklü şəkildə dəyişməyə başlayıb. Bombardman zamanı Saleh digər yüksəkrütbəli məmurlarla  birlikdə məsciddə Cümə namazında imiş. Artilleriya zərbələri prezidentin 7 mühafizəçisinin həyatına son qoyub. Salehin özü isə başından yaralanıb. Lakin o, baş verənlərin "qanunsuz olduğunu" elan etməyə özündə güc tapıb. Prezident Haşet klanının rəhbəri Sadek əl-Axmarı dövlət çevrilişinə cəhddə ittiham edib. Daha sonra o, müalicə olunmaq üçün Səudiyyə Ərəbistanına yollanıb. Məhz bu məqamın "Yəmən inqilabı"nda dönüş nöqtəsi olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, hələ bir neçə ay əvvəl Fars körfəzi ölkələrinin rəhbərləri Yəmən prezidentini ölkəni tərk etməyə, hakimiyyəti vitse-prezident Əbdu Rabo Mənsur Hadiyə verməyə çağırmışdı. O zaman Saleh bu çağırışa məhəl qoymasa da, indi hakimiyyət məhz vitse-prezidentdədir - prezidentin yaralanması nəticəsində olsa belə.

Maraqlıdır ki, Saleh ölkəni səhhəti ilə əlaqədar tərk etsə də, müxalifət bunu, az qala, qələbəsi kimi bayram edib. Prezident əleyhdarları sevinc içində bildirirlər ki, dövlət başçısı daha hakimiyyətə qayıtmayacaq. İnqilabda iştirak edən gənclik isə Salehin postundan kənarlaşdırılması münasibətilə tərəfdarlarını təbrik edir, xalq qiyamının "əsas məqsədinə çatdığını" bildirir. 

Gənclər keçid dövrü ərzində ölkəyə rəhbərlik edilməsi üçün Prezident Şurasının yaradılmasını da təklif edir.

Salehin vəzifədən getməsində yalnız ölkənin narazı kütləsinin və Fars körfəzi ölkələrinin maraqlı olmadığı diqqət çəkir. Yəmən rejiminə qarşı ABŞ və Avropa İttifaqı son dərəcə sərt mövqe ortaya qoyub. Onlar artıq öz xalqının gözündə legitimliyini itirmiş Salehə beynəlxalq terrorçuluqla mübarizədə etibarlı müttəfiq kimi baxmadıqlarını göstərirlər. Qərbin Saleh hakimiyyətinə təzyiqi o qədər güclüdür ki, Yəmən prezidentinin mətbuat katibi dövlət başçısının iqamətgahının atəşə tutulmasından sonra bunun Birləşmiş Ştatlar tərəfindən təşkil olunduğunu  iddia edib.

Yəməndə baş verənlərə Rusiyanın mövqeyi də maraqlıdır. Ərəb inqilabının lap ilk dövrlərindən baş verənlərə öz baxışını ortaya qoymağa çalışan Rusiya xarici işlər naziri Sergey Lavrov Yəməndə nümayişçilərin ağır silahlardan istifadə etməklə hökumət binalarını ələ keçirmək cəhdlərini pisləyib. Amma o da artıq Salehin getməli olduğu qənaətindədir. Lavrov, hətta Salehin Fars körfəzinin ərəb dövlətlərində hakimiyyətin ötürülməsi təşəbbüsünü öz üzərinə götürməməsindən təəssüf etdiyini də söyləyib. "Yəmən xalqı və dövlətinin taleyi haqda düşünülürsə, mümkün qədər tez vaxtda qeyd etdiyim təşəbbüsə əsaslanaraq, sülh razılaşması əldə edilməlidir", - deyə Lavrov qeyd edib.

Amma Salehin ölkədən getməsinə baxmayaraq, prezidentin və onu dəstəkləyən qüvvələrin hakimiyyətdən belə tezliklə əl çəkəcəyini düşünmək də olmaz . Eyni zamanda, ölkədə getdikcə vətəndaş müharibəsi xarakteri alan qarşıdurma, ilk növbədə, hakimiyyətin özünə sərf etmir. Hakim rejimin beynəlxalq təcrid duruma salınması və əksəriyyəti yoxsul olan əhalinin əhvalının getdikcə daha sərt xarakter alması fonunda hakimiyyət məğlubiyyətə məhkumdur.

Əsəd yoldan çəkiləcəkmi?

Yəməndə inqilab prosesi sona yaxınlaşdığı bir vaxtda, Suriyada proses qızışmaqdadır. Güman etmək olar ki, "ərəb baharı"nın davam edib-etməyəcəyi məhz Suriyada yaşananların nəticəsindən asılı olacaq. Səbəb aydındır: Suriya nə yoxsul Yəmən, nə ziddiyyətli Misir, nə də bədəvi  Liviyasıdır. O, tarixi Mesopotamiyanın düz ürə-yində yerləşir və əsaslı olaraq özünü ərəb dünyasının ən təhsilli, öndəgedən ölkəsi sayır. Onun Yaxın Şərq siyasətində belə ciddi çəkiyə malik olması heç də təsadüfi deyil. Bu ölkədəki daxili təlatümlərin digər ərəb dövlətləri ilə müqayisədə daha ciddi fəsadlara, qan tökülməsinə aparıb-çıxarma risqi daha böyükdür.

Rəsmi Dəməşq nümayişləri yatırmaq üçün ən sərt tədbirlərə əl atır. Ərəblərin hüquq müdafiə təşkilatları bildirir ki, hökumət qüvvələri ilə nümayişçilər arasında toqquşmalarda ölənlərin sayı 1000-i ötüb. BMT-nin insan haqları üzrə ali komissarı Navanethem Pilley Dəməşqi "əhalini ən sərt yollarla hakimiyyətə tabe olmağa məcbur etməkdə" günahlandırır, bu işdə hökumətin "tanklardan, artilleriya və hərbçilərdən də istifadə etdiyini" bildirir.

Amma hökumət qüvvələri də cavabsız qalmır. Silahlı insanların Suriyanın şimal-qərbində yerləşən Cisr əş-Şuqur şəhərinə hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 120 əməkdaşı öldürülüb. Dəməşqin buna cavabı da özünü çox gözlətməyib: şəhər bir neçə gün davam edən mühasirədən sonra hərbi əməliyyat  yolu ilə silahlılardan azad edilib.

Bəşər Əsəd sərt tədbirlərlə yanaşı, ölkədəki gərginliyi aradan qaldırmağa hazır olduğunu göstərən addımlar da atır. O, siyasi məhbusları azad edib. Söhbət ölkənin bütün siyasi qüvvələrinə aid məhbuslardan gedir. Burada kommunistlərdən tutmuş, "Müsəlman qardaşları" hərəkatının fəallarınadək bir çox şəxslərə  rast  gəlinir.

Bundan başqa, Əsəd vitse-prezident Faruk Şaraanın rəhbərliyi ilə xüsusi komissiya da yaradıb. Komissiyanın məqsədi "ümumxalq dialoqunun prinsiplərinin, həmçinin, onun fəaliyyəti üçün müvəqqəti çərçivənin hazırlanmasıdır".

Amma hər şey o qədər də sadə deyil. Müxalifət nəinki Əsəd ailəsinin rəhbərlik etdiyi rejimin qeyd-şərtsiz dəyişməsini istəyir, üstəlik, Qərb də Suriyanın hazırkı hakimiyyəti ilə bağlı son mövqeyini ortaya qoyub və bu mövqe onun hakimiyyətdə qalmasına şans qoymur. ABŞ dövlət katibi Hillari Klinton Suriya prezidentinin ölkədə siyasi islahatlar aparmaq üçün heç bir ciddi addım atmadığını bəyan edib. Onun sözlərinə görə, Əsəd ya həqiqi demokratik yenidənqurmaya başlamalı, ya da "yoldan çəkilməlidir".

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İdarəçilər Şurasının qərarı da Dəməşqə beynəlxalq təzyiqlərin miqyasını göstərir. Qurum Suriyanın gizli nüvə reaktoru haqda informasiyaları açıqlamadığı üçün BMT Təhlükəsizlik Şurasında cavab verməsini tələb edib. Hələ bu il aprelin sonlarında MAQATE rəhbəri Yukiya Amano ilk dəfə açıq şəkildə bildirmişdi ki, Suriyada İsrail HHQ-nin 2007-ci ildə dağıtdığı gizli Dayr-əz-Zaur (Əl-Kibar) obyekti tikilməkdə olan nüvə reaktoru imiş. Qurumun İdarəçilər Şurasının hesabatında bildirilir ki, Dəməşq gizli obyektlərinin xarakteri haqda dünya ictimaiyyətini vaxtında məlumatlandırmalı  idi.

Növbəti siqnal Avropa İttifaqının Suriya şirkətlərinə qarşı yeni sanksiyalar paketi hazırlamasıdır. 

Nəhayət, ən vacibi - Qərb fövqəldövlətləri BMT TŞ-də rəsmi Dəməşqin nümayişləri dağıtmasını pisləyən qətnamənin qəbulunu tələb edir. Qətnamə müəlliflərindən biri olan Fransa hesab edir ki, prezident Bəşər Əsəd ölkəni idarə etməsi üçün verilmiş legitimliyini itirib.

Qərb Suriya rejiminin çökməsini arzuladığını gizlətmir. ABŞ və onun avropalı müttəfiqləri Suriyanın hazırkı hakimiyyətini qəbul etməməklə yanaşı, böyük geosiyasi məsələni də çözməyə çalışır. Söhbət Suriyadakı inqilab vasitəsilə İranı Bəşər Əsədin timsalında əsas müttəfiqindən məhrum etməkdən gedir.

Amma Qərbin Dəməşqi BMT TŞ-də qətnamə qəbulu ilə "divara dirəmək" istəyi, güman ki, baş tutmayacaq. Məsələ ondadır ki, Çinlə Rusiya belə sənədin qəbuluna qarşıdır. Moskva hesab edir ki, Suriya rejimi artıq islahatlara başlayıb və bu səbəbdən də ona qarşı sərt tədbirlərə ehtiyac yoxdur. Qərbdə belə mövqeni Kremlin rəhmliliyi yox, Rusiyanın öz məqsədinə çatmaq üçün atdığı praqmatik addımı kimi qiymətləndirirlər. Onlar hesab edir ki, Moskva bununla Suriya sahillərindəki hərbi-dəniz bazasını qoruyub-saxlamaq məqsədi güdür. Üstəlik, Dəməşq Rusiyanın ən etibarlı silah istehlakçısıdır.

Odur ki, "Suriya uğrunda döyüş"ün kulminasiyası hələ qarşıdadır: Bəşər Əsəd beynəlxalq aləm tərəfindən dəstəklənən inqilab dalğası qarşısında hakimiyyəti qoruyub-saxlamaq presedenti nümayiş etdirə biləcəkmi? Bu məsələdə Liviya lideri Müəmmar Qəddafini onun "rəqibi" saymaq olar - NATO-nun hərbi maşını Qəddafi rejimini nə qədər əzsə də, hələ ki heç bir nəticəyə nail ola bilməyib.

Yeni "qəzəb günləri"

Liviya müharibəsində Qərb Britaniyanın hərbi vertolyotlarından da istifadə etməyə başlayıb. Qərb ekspertləri hesab edir ki, Qəddafi ordusuna qarşı belə vertolyotlardan istifadəyə başlanılması koalisiyanın indiyədək gördüyü tədbirlərin effektiv olmadığını etiraf etməsi anlamına gəlir. Amma digər tərəfdən, Qərbin hərbi əməliyyatları gücləndirməsi, NATO-nun Liviyada hazırladığı yerüstü əməliyyata hazırlıq məqsədi də güdə bilər. Qəddafini hakimiyyətdən könüllü olaraq uzaqlaşdırmaq üçün göstərilən sülhməramlı təşəbbüslərin heç bir nəticə verməməsi fonunda bu, daha real görünür. Belə təşəbbüslərdən biri son günlərdə Türkiyə tərəfindən irəli sürülüb. Ankara Liviya liderinə ölkədən kənarda dinc və təhlükəsiz həyat vəd etsə də, Qəddafi bu təklifdən də boyun qaçırıb. Təşəbbüsə cavab olaraq, Qəddafi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinovla Tripolidə keçirdiyi görüşdə Liviyanı tərk etmək niyyətində olmadığını açıqlayıb: "Bu mənim doğma torpağımdır. Övladlarım və nəvələrim burada ölüb".

Liviya rejiminin sonadək mübarizə aparmaq niyyətində olduğunu Əz-Zaviyanın qiyamçılardan geri alınması da göstərib. Tripolinin 50 kilometrliyində yerləşən şəhər uğrunda döyüş fevralın sonlarından davam edirdi. Müxalifət tərəfdarları Əz-Zaviyəyə paytaxta hücumların hazırlanması üçün baza kimi baxırdı.  Qəddafi qüvvələrinin bu şəhəri ələ keçirməsi, şübhəsiz, Qərb koalisiyasının rejimə məxsus obyektləri bombalamasını intensivləşdirəcək, Liviyada yerüstü əməliyyatlara başlanılmasını daha da aktuallaşdıracaq. Zaman keçdikcə, bu məsələ Qərb üçün daha çox ritorik xarakter alır.

Ərəb inqilabının necə inkişaf edəcəyini proqnozlaşdırmaq hər kəs, həmçinin, avroatlantikanın siyasi dairələri üçün getdikcə daha çətin olur. Hazırda hamı onun ikinci mərhələsinin başlandığı haqda  danışır. Guya bu mərhələnin xüsusiyyəti uzun illərdir hakimiyyətdə olan diktatura rejimlərini devirmiş qüvvələrin öz daxilində parçalanmanın başlanmasındadır. Bu ölkələrin dünyəvi baxışlı dairələri, liberal və solçu qüvvələri inqilabi dəyişikliklərin davamını istəyirsə, mühafizəkar düşərgə və klerikal hərəkatlar Qərb nümunəsində demokratik dəyişikliklərin tərəfdarı olmamalıdır. Onlar prosesləri başqa istiqamətə yönəltməyə çalışır. Bu qüvvələrin əleyhdarları həmin istiqamətdə islam radikalizminin işartılarını görür.

Misirdə "Müsəlman qardaşları" hərəkatının Misir şəhərlərinin küçələrinə yenidən insan kütlələrinin axışmağa başladığı vaxt yeni "qəzəb günləri"nin  təşkilini pisləməsi təsadüfi deyil. Eyni vəziyyət Tunisdə də müşahidə olunur. Amma orada Ben Əli rejiminin devrilməsindən sonra ilk seçkiyə hazırlıq daha sakit tərzdə gedir.

İstənilən halda, "ərəb baharı"nın yaşandığı ölkələrin heç birində sabitlikdən, xüsusilə avtoritar rejimin devrilməsi, azadlıq və ədalət ideyalarının gerçəkləşdirilməsi üçün küçələrə çıxmış milyonlarla insanın həyat səviyyəsinin yaxşılaşmasından danışmaq mümkün deyil. Amma bir çox "əmma"lara baxmayaraq, ərəb ölkələrində inqilabi proseslər dönməz xarakter alıb. Yaz kataklizmlərini əvəzləyən qızmar yay da bunun göstəricisidir.

MƏSLƏHƏT GÖR:

487