25 Noyabr 2024

Bazar ertəsi, 21:33

KORPORATİV EFFEKT

Səhmdar strukturlar tərəfindən şəffaf idarə formalarının tətbiqi investisiya cəlbediciliyini artıracaq

Müəllif:

15.02.2011

Son 50 ildə dünya iqtisadiyyatında əsas meyil-lərdən biri  biznesin kollektiv formalarının şəffaf və bərabərlik şəraitində idarə olunması  prinsiplərinin  inkişaf etdirilməsi olub. "Korporativ idarəetmə standartları" adlı bu mexanizmin istifadəsi hazırda bütün iri dövlət şirkətləri və banklar üçün səciyyəvidir. Bu ilin yanvarında bizim ölkəmizdə də korporativ idarəetmə standartları təsdiq edilib. 

Onların işlənməsinə Azər-baycan hökuməti tərəfindən təşəbbüs göstərilib və standartların işlənməsi son beş ildə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) mütəxəssisləri tərəfindən gerçəkləşdirilib.   

 

Fərdiyyətçilikdən kollektivləşməyə doğru 

1990-cı illərdə böyük özəlləşdirmənin ilkin mərhələsində, ilk bankların, sığorta şirkətlərinin, holdinq strukturlarının və Azərbaycanın bazar iqtisadiyyatını formalaşdırmaqda olan başqa subyektlərin  peyda olduğu dövrdə, bir sıra obyektiv səbəblər üzündən,  korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi çətin idi. 

Birincisi, istər sənaye müəssisəsi  ya  da maliyyə strukturu olsun, yeni yaradılmış səhmdar cəmiyyətlərinin idarəetmə forması əksər hallarda kollegial xarakterli deyildi. Onların əsas payçıları idar?etmə və mülkiyyət funksiyalarını birləşdirirdilər. Hətta üzdə səhmdar cəmiyyət kimi tanınan bu qurumlar fərdi firmalar kimi tək şəxsiyyətlər tərəfindən idarə edilirdi.  

Yeni yaradılmış səhmdar cəmiyyətlərinin kapitallaşma üsullarından danışanda qeyd etmək lazımdır ki, onlar da kollektiv iştirak formasından çox uzaq idi. Səbəbi tamamilə obyektiv dəyərləndirmək olar: yeni yaranan qiymətli kağızlar bazarının inkişaf etməməsi və likvid maliyyə alətlərinin olmaması üzündən ilk səhmdar cəmiyyətlər (SC) bazardan sərbəst pul vəsaitləri cəlb edə bilmirdilər. Buna görə də ilk vaxt-larda yerli səhmdar cəmiyyətlərinin əsas kapitalllaşma üsulu fərdi pul vasitələri və ya bank kreditləri idi. 

Pul vasitələrini bazardan başqa üsullarla cəlb etmək üçün yerli səhmdar cəmiyyətlər öz səhmlərini birja əqdlərinə çıxarmalı idilər. Bunun üçünsə onlar listinq prosedurundan keçməli idilər, yəni ekspert qiyməti alaraq şirkətin səhmlərini birjada kotirovka olunan qiymətli kağızların siyahısına daxil etməli  idi. Bu prosedur inkişaf etmiş ölkələrin fond bazarları üçün adi bir şeydir, amma bizim ölkədə buna nadir rast gəlinir. Səbəb çox sadədir: 1600 səhmdər cəmiyyəti də daxil olmaqla, yerli şirkətlərin əksəriyyəti maliyyə fəaliyyətinin şəffaflığı və korporativ idarəetmə mexanizmlərinin istifadəsi ilə bağlı ciddi problemlərə malik idilər. Çox sayda SC-lər kiçik payçılara dividendləri ödəmirdilər və gəlirin olmadığını əsas gətirirdilər; çox vaxt hətta səhmdarların toplantısını keçirməyi "unudurdular".  Aydındır ki, belə olan bir şəraitdə bir sıra SC-lər üçün  şirkətlər tərfindən emissiya edilmiş qiymətli kağızların  etibarlılığının qiymətləndirilməsi yetərincə çətin idi. 

Yeni əsrin başlanması ilə Azərbaycanda durum yavaş-yavaş dəyişməyə başladı. Kiçik şirkətlər SC-lərə çevrilməyə, iri multisahə holdinqlərində birləşməyə başladılar, son illərdə isə səhmləşdirmə prosesi su, qaz, elektrik təchizatı, yol tikintisi, dəmir yolu və aviasiya nəqliyyatı sahəsində  işləyən bir sıra dövlət müəssisələrini də əhatə etməyə başladı.  

Maraqlıdır ki, son illərdə bu proseslər Azərbaycanın qiymətli kağızlar bazarına böyük təsir göstərib. Bu gün, ümumilikdə, 2,6 dəfə, xarici valyutada denominasiya edilmiş istiqrazlar üzrə isə 3 dəfə artmış ilkin və təkrar korporotiv istiqrazlar bazarında yüksək inkişaf templəri əldə edilib. 

Yalnız keçən ilin nəticələrinə görə, korporativ qiymətli kağızlarla əməliyyatların orta artım göstəricisi ümumi qiymətli kağızlar bazarı həcminin 25%-i qədər olub. Bazarda hər il korporativ istiqrazların yeni emitentləri peyda olur və hazırda bu bazarda 100 minə yaxın səhmdardan ibarət müəyyən qrup yaranıb ki, onların 15%-i fəal investorlardır, özü də keçən il şirkətlər, əsasən, özlərinin artımına sərmayə yatırıblar. Korporativ qiymətli kağızlar sektorunun artımına, həmçinin, İpoteka Fondunun istiqrazlarının yerləşmə həcminin artımı da müsbət təsir göstərib. 

Təbii ki, artmaqda olan Azərbaycan şirkətlərinin ehtiyacları yeni menecment formalarının tətbiqini və daha effektiv idarəetmə formalarının yaradılmasını tələb edirdi.  Bu pozitiv proseslər son 5-6 ildə daha da güclənib. Yerli səhmdar cəmiyyətlərinin bir qismi daim təkmilləşərək, əsasən, iri səhmdarların maraqlarına xidmət edən və başqa investorların zərərinə idarəetməni nəzərdə tutan mənfi "insayder" idarəetmə modelindən uzaqlaşıblar. "İnsayder" modelindən uzaqlaşaraq, korporativ idarəetməyə yaxınlaşan ilk səhmdar cəmiyyətlərin sırasında Azərbaycan banklarını, bir sıra iri sənaye və servis şirkətlərini, holdinqləri göstərmək olar. 

Ölkədə korporativ idarəetmə standartlarının tətbiqinin önündə bank sektoru gəlir, son on ildə bu sektor filial şəbəkəsinin şaxələndirilməsi və struktur-təşkilati quruluşunu zənginləşdirməsi hesabına öz işinin miqyasını xeyli genişlənirib. Korporativ standartların tətbiq edilməsində xüsusi rolu bankların uzunmüddətli və aşağıfaizli kredit xətlərinə ehtiyacının olması, həmçinin, öz kapitalına iri investisiyaların cəlb edilməsi oynayıb. Məsələ bundadır ki, bu proses xarici bankların və beynəlxalq donor təşkilatlar?n?n korporativ məcəllənin məcburi tətbiqi barədə tələbləri ilə bağlıdır. Beləliklə, bank bölməsinin investisiyaları və güzəştli kreditlərə ehtiyacı bizim ölkəyə korporativ  standartların tətbiq edilməsi praktikasını gətirib. 

 

Korporativlik məcəlləsi 

Son beş-altı ildə bizim ölkədə korporativ məcəllənin tətbiqi hansısa bəyan edilmiş mücərrədlikdən tamamilə başa düşülən ehtiyaca çevrilib. Və burada bu bazar meylinin institusionallaşması və qanuni rəsmiləşdirilməsi ehtiyacı yaranıb.  Birbaşa milli korporativ idarəetmə standartlarının işlənməsinə 2005-ci ildən başlanılıb. Onda İqtisadi İnkişaf Nazirliyinin, Mərkəzi Bankın, Ədliyyə Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan İnvestisiya Şirkətinin təşəbbüsü ilə Azərbaycanda korporativ idar?etmə layihəsi (ACGP) yaradıldı. Korporativ Məcəllənin yaradılmasına İsveçrə iqtisadi əlaqələr üzrə dövlət katibliyinin (SECO) dəstəyi ilə Beynəlxalq Maliyyə Korporasiyası da qatıldı. Layihənin birinici fazasının gerçəkləşdirilməsi üç ilə hesablanmışdı və $2,6 mln büdcəsi vardı. 

2005-2007-i illərdə fəaliyyətin əsas istiqamətləri sırasında ölkənin özəl səhmdar cəmiyyətlərində  korporativ idarəetmə təcrübəsinin təkmilləşdirilməsi, onlara idarəedilmənin yaxşılaşdırılmasında yardım göstərilməsi, maliyyə imkanlarının artırılması və xarici investisiyalara çıxış imkanlarının artırması daxil olub. Bu iş, əsasən, beş istiqamətdə gerçəkləşdiriliib - bu istiqamətlərin sırasına öhdəliklər; təcrübə; nəzarət mühiti; şəffaflıq və açıqlıq (məlumatların açılması);  səhmdarların hüquqlarının qorunması daxildir. Birinci mərhələ çərçivəsində  altı Azərbaycan bankına və bir sıra şirkətlərə korporativ idarəetmə standartlarının tətbiqi üzrə konsultasiyalar keçirilib ki, bu da onlara $100 mln sərmayə cəlbi imkanları yaradıb.  

Layihənin 2008-ci ildə başlanmış ikinci fazasının maliyyələşdirilməsi tamamilə SECO tərəfindən reallaşdırılıb və o, bu məqsədlə $4 mln ayırıb. ACGP layihəsinin ikinci fazası çərçivəsində İqtisadi İnkişaf Nazirliyi yanında yaradılmış işçi qrup tərəfindən əsas diqqət ölkənin maliyyə institutlarına yönəldilib. Hər şeydən öncə, banklara korporativ idarəetmənin qiymətləndirilməsi və maliyyə risklərinin azaldılması məsələsində yardım edilib. Pilot layihələr çərçivəsinə oxşar konsultasiya xidmətləri mikromaliyyə təşkilatlarına, sığorta şirkətlərinə, pensiya fondlarına edilib, o cümlədən bir sıra ali məktəblərdə treninq və seminarlar keçirilib. 

Korporativ idarəetmə sisteminə hansı baza prinsipləri daxildir və onlar hansı məqsədlərin əldə edilməsi üçün nəzərdə tutulur? Əslində, korporativ məcəllə  səhmdarlarla şirkət rəhbərliyi arasında qarşılıqlı əlaqə mexanizmidir. Buna görə də müxtəlif formalı standartların tətbiq edilməsi hər şeydən öncə səhmdarların hüquq və maraqlarının təmin edilməsinə, onlar tərəfindən korporativ fəaliyyətə nəzarət edilməsinə yönəldilib. Bu cür standartların işlənməsi onunla bağlıdır ki, keçən əsrin ikinci yarısından başlayaraq, dünyanın əksər ölkələrində az-çox iri şirkətlər və ya banklar mülkiyyət subyekti kimi səhmlərə və ya iştirak payına malik sərmayəçilər qruplarına məxsus olmağa  başladı. 

Səhmdar cəmiyyətlərin birbaşa idarəedilməsi isə onlar tərəfindən dəvət edilmiş və bir qayda olaraq, bu biznesdə mülkiyyət sahibi olmayan menecment tərəfindən gerçəkləşdirilməyə başlandı.  Bu durum mülkiyyətçi səhmdarlar (müşahidə şurası) və tutulmuş menecment (direktorlar şurası) arasında bir qədər mübahisəli şərait yaradırdı. Biznesi birbaşa idarə edən direktorlar şurası üzvləri daha çox məlumata və mülkiyyətçilərin maraqlarını təmin etməyən müxtəlif fəaliyyətlərin gerçəkləşdirilməsi üçün daha çox texniki imkanlara malik olurlar.  

Başqa bir problem isə iri səhm paketi sahiblərinin (majoritarilərin) maraqlarının kiçik səhmdarların (minoritarilərin) maraqları ilə üst-üstə düşməməsidir. Korporativ Məcəllənin yerinə yetirilməməsi dividendlərin ödənilməsi zamanı ikincilərin maraqlarını pozur, çünki şəffaf nəzarət olmayan zaman şirkətlərin gəlirləri onun menecmenti və ya iri səhmdarlar tərəfindən müxtəlif üsullarla mənimsənilə bilər. Bir sözlə, korporativ idarəetmə standartları səhmdarlar qarşısında, menecmentin müşahidə şurası qarşısında, iri səhm paketi sahiblərinin xırda səhmdarları qarşısında, korporasiyanın bütünlükdə sıravi işçilər və müştəriləri önündə məsuliyyətini təmin etməyə imkan verir. Əgər söhbət dövlət şirkətindən gedirsə, onda dövlət və bütövlükdə ictimaiyyət qarşısında öhdəliklərin yerinə yetirilməsindən söhbət gedir. Korporativ idarəetmə bütün bu qrup və institutların öz öhdəliklərini yerinə yetirməsini, maraqların balansının ən yaxşı şəkildə qorumasını nəzərdə tutur. 

ACGP layihəsinin ikinci mərhələsi keçən ilin sonunda başa çatıb, 2011-ci ilin yanvar ayından isə İqtisadi İnkişaf Nazirliyi korporativ məcəllənin  Beynəlxalq Maliyyə Korporasiyası  (IFC)  mütəxəssislərinin dəstəyi ilə işçi qrup tərəfindən hazırlanmış yekun variantını təsdiq edib. Bu sənəd müşahidə şurasının, menecmentin funksiyalarına, maliyyə hesabatına, səhmdarlara və başqa məsələlərə həsr edilmiş altı fəsildən ibarətdir. 

 

Yararlı standartlar 

"Azərbaycanda milli korporativ idarəetmə standartlarının tətbiqi özəl sahibkarlığın inkişafına, təsərrüfat subyektlərinin optimal və şəffaf fəaliyyətinin təşkilinə yönəlib. Standartların tətbiqi korrupsiya ilə bağlı qanun pozuntularının qarşısının alınmasına imkan verir, idarəetmə orqanlarının və məsul şəxslərin şəffaf fəaliyyəti üçün şərait yaradacaq", - deyə bu yaxınlarda ACGP layihəsinin başa çatması ilə bağlı keçirilmiş konfransda İqtisadi İnkişaf Nazirliyinin (İİN) aparat başçısı Samir Vəliyev bildirib. Onun sözlərinə görə, İİN, həmçinin, standartların ölkənin regionlarında təqdimatının keçirilməsini nəzərdə tutur. Beynəlxalq qurumların yardımı nəticəsində isə, sonradan bu standartların praktiki tətbiqinin monitorinqi aparılacaq. 

İİN-in sektor müdiri, milli korporativ idarəetmə standartlar?nın yaradılması üzrə işçi qrupun rəhbəri Anar Hacızadə hesab edir ki, son illərdə Azərbaycanın özəl bölməsi korporativ idarəetmənin inkişafı sahəsində böyük uğurlar əldə edib. Onun sözlərinə görə, dövlət səhmdar cəmiyyətlərində yeni standartların tətbiqi onlara strateji və operativ nəzarət baxımından müsbət təsir göstərəcək, onların maliyyə və sosial göstəricilərini yaxşılaşdıracaq. 

Eyni zamanda, IFC ekspertləri qeyd edirlər ki, standartların qəbulu tamamilə könüllü xarakter daşıyacaq, məcəllənin özü isə yerli şəraitə və tələblərə maksimum uyğunlaşdırılıb, çox vaxt mövcud qanunvericiliklə tənzimlənməyən və yerli şirkətlərin tez-tez rastlaşdığı problemlərin həlli üzrə lazımi mexanizmləri əhatə edir. 

"Korporativ standartların tətbiqi ölkədə dinamik inkişaf edən maliyyə bölməsinə və qiymətli kağızlar bazarına çox yardım edəcək", - deyə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədr müaviini  İlqar Muradov bildirir. Bununla bağlı QKDK Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr layihəsinin işlənməsini başa çatdırıb. Bu düzəlişlər  yaxın günlərdə təsdiq edilmiş milli korporativ idarəetmə standartları ilə tam harmonikdir. 

Məcəllə həm də xırda səhmdarların hüquqlarının müdafiəsinə xidmət edəcək,  biznesin aparılmasında şəffaflığı təmin edəcək. Həmçinin, qabaqcıl təcrübənin tətbiqinə şərait yaradacaq. İsveçrənin Azərbaycandakı səfiri Sabina Ulmanın sözlərinə görə, ölkədə korporativ idar?etmə standartlarının geniş yayılması yerli biznesin dünya iqtisadiyyatına inteqrasiyasına imkan yaradacaq. 

Qeyd edək ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarında dəfələrlə səsləndirilib. Dövlət başçısı yaxın onilliklər ərzində ölkənin inkişafının strateji məqsədləri sırasında neftdənkənar məhsul ixracının artırılmasının və bizim iqtisadiyyatın dünya bazarına inteqrasiya olunduğunu bildirmişdi. Korporativ idarəetmə standartları bu məsələnin gerçəkləşdirilməsi üçün ən effektli alətlərdən biridir. 


MƏSLƏHƏT GÖR:

553