Müəllif: Zərifə BABAYEVA Bakı
2010-cu il dekabrın 16-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri öz peşə bayramlarını və 5 illik yubileylərini qeyd ediblər. Bu önəmli qurum 2005-ci ildə məhz həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb. 2006-cı ilin 9 dekabr tarixində isə dövlət başçısı hər il dekabrın 16-sını FHN işçilərinin peşə bayramı kimi qeyd etmək barədə Sərəncam verib.
Qeyd etmək lazımdır ki, Azərbaycan FHN-ni qarşısında asan olmayan tapşırıqlar durur. Azərbaycanın yerləşdiyi regionun mürəkkəb geoloji durumu, tez-tez yertitrəmələrinə səbəb olan yüksək seysmik aktivlik, palçıq vulkanlarının püskürməsi, müxtəlif cür sürüşmə və yarılmalar daim insanların həyat, mənzil və əmlakı üçün təhlükə yaradır.
Mövsümi olaraq Xəzərin səviyyəsinin qalxması və çayların daşması üzündən kənd təsərrüfatı əkinlərinə və iqtisadiyyatın başqa obyektlərinə zərər dəyir. Böyük Qafqaz dağlarına qar uçqunları, meşə yanğınları və başqa təbii fəlakətlər Azərbaycan FHN üçün geniş fəaliyyət cəbhəsi yaradır.
Yalnız təbii fəlakətlər təhlükə doğurmur - Azərbaycandan qaz və neft kəmərləri şəbəkəsi keçir, həm Bakı və Abşeronda, həm də ölkənin başqa regionlarında neft-qaz hasilatı, kimya istehsalı sahələri işləyir ki, bütün bunlar və texnogen qəzalər barədə əvvəlcədən xəbərdar olmağı vacib edir.
Öhdəlik necə yerinə yetirilir?
Dekabrın 16-da yalnız FHN-in beşillik fəaliyyətinə həsr edilmiş təntənəli mərasim keçirilməsi ilə kifayətlənilmədi. Həmin gün Bakının Şıx qəsəbəsinin sahil ərazilərində FHN-in bölmələri helikopter, kater və başqa xilasetmə texnikasından istifadə etməklə müxtəlif cür şərti fəlakətlərin aradan qaldırılması üzrə təlim keçdilər. Təlimi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, müdafiə naziri Səfər Əbiyev, səhiyyə naziri Oqtay Şirəliyev, həmçinin, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Türkiyə baş nazirinin müavini, dövlət nazri Cəmil Çiçək, Rusiya və Türkiyənin Azərbaycandakı səfirləri Vladimir Doroxin və Hülusi Kılıc izləyiblər. Təlim şərti zəlzələ ssenarisi üzrə keçirilib, partlayışların quruda neft emalı zavodunda, dənizdə neft platformasında yanğına səbəb olması əsasında məşq edilib.
Təlimə FHN-in aviasiya dəstəsinin helikopter və təyyarələri, yanğınsöndürmə gəmi və katerləri, yanğın maşınları və başqa texnikalar cəlb edilib. Görülən tədbirlərin gedişini şərh edən nazir Kəmaləddin Heydərov bildirib ki, bütün işlər planlaşdırılmış ssenari üzrə uğurla keçib və Azərbaycan FHN istənilən fövqəladə hala hazır olduğunu nümayiş etdirib.
«Şəxsi heyətin peşəkarlığı və Azərbaycan FHN-in texniki imkanları qarşıya qoyulmuş bütün tapşırıqların öhdəsindən gəlməyə imkan verir. Azərbaycan FHN-nin Türkiyə, Rusiya, Belarus və Qazaxıstan üzrə planları var və biz gələcəkdə bu ölkələrlə birgə təlimlər keçirməyi planlaşdırırıq», - deyə nazir jurnalistlərə bildirib. Onun sözlərinə görə, yalnız vizual deyil, həm də bu ölkələrin sərhədlərində hər hansı mümkün hadisə ilə bağlı qərargah təlimləri də keçiriləcək.
Təntənəli mərasimdə fövqəladə hallar naziri, general-polkovnik K.Heydərov bildirib ki, beş il ərzində Azərbaycan FHN öz fəaliyyətini genişləndirməklə yanaşı, həm də maddi-texniki bazasını da gücləndirib.
Nazirliyin tərkibinə daxil olan mülki-müdafiə, yanğındanmühafizə, sənayedə və dağ-mədən sahəsində işlərin təhlükəsizliyinin təmin edilməsi, maddi ehtiyatlara nəzarət, sularda xilasetmə, Xəzər dənizi hövzəsində qəza-xilasetmə xidmətləri, «İzotop» xüsusi kombinatı və qurumun digər strukturları tam gücləri ilə çalışırlar. O cümlədən, keçən beş il ərzində nazirliyin inzibati binası, həmçinin, FHN-in tabeliyində olan strukturların binaları tikilərək istifadəyə verilib.
Hazırda Naxçıvan Muxtar Respubilkasının FHN-inn inzibati binasında, Maddi Resurslar üzrə Dövlət Agentliyinin Gəncə elevatorunda, aviasiya dəstəsinin Səngəçal bazasında, Qəbələ, Lənkəran, Türkan və Səngəçal alaylarında, nazirliyin mülki-müdafiə qoşunlarının Gəncə briqadasında, həmçinin, bir sıra qurumların binalarında kompleks-tikinti işləri aparılır. FHN-in fəaliyyətinin istiqamətlərinə uyğun olaraq alt qurumlarda sınaq və analiz üzrə xüsusi laboratoriyalar yaradılıb.
FHN-nin beşillik fəaliyyəti dövründə aşağıdakılar alınıb və ya istifadəyə verilib: Fransa və Almaniya istehsalı olan 279 yanğınsöndürmə avtomobili, Finlandiyada hazırlanmış iki yüksək nərdivan, 6 min komplekt xüsusi geyim və yanğınsöndürənlər üçün müdafiə avadanlıqları, həmçinin, xüsusitəyinatlı iki avtomobil, 46 qəza-xilasetmə avtomobili, xilasetmə zamanı istifadə edilən müxtəlif adlı 200 hesabdan çox xüsusi texnika, alman istehsalı olan 50 motosiklet, 24 bombazərərsizləşdirən sistem, 4 yüksək sürətli və çoxfunksiyalı kater, suda xilasetmə işlərinin gerçəkləşdirilməsi üçün lazım olan müxtəlif cür 50 kater, altı helikopter, 1 ədəd «VE-200» amfibiya tipli təyyarə, şəxsi heyət üçün xüsusi geyim, xüsusi naviqasiya avadanlığı, tikintilərdə işlək normalara və texniki təhlükəsizlik qaydalarına əməl edilməsinin yoxlanılması üçün səyyar laboratoriyalar və başqa lazımi texnika və avadanlıqlar alınıb.
Keçən il dekabrın 14-də FHN-in xüsusiriskli xilasetmə xidmətinin yeni bazası istismara verilib. Baza qərargah binasından, alpinistika, yanğın, tibb, suyadalma hazırlığı siniflərindən, yataqxanadan, yeməkxanadan, tibb məntəqəsindən və texniki parkdan ibarətdir. Təlim-məşq prosesi çərçivəsində şərti batan avtomobilin sudan çıxarılması və yaralanmış sürücünün xilası üzrə əməliyyat nümayiş etdirilib. Bazada xilasedicilərin xidməti üçün hər cür şərait yaradılıb, o, lazımi avadanlıq və texnika ilə təchiz edilib. Keçən müddət ərzində FHN-in xüsusiriskli xilasetmə xidmətinin qrupları 1663 müxtəlif axtarış və xilasetmə əməliyyatlarında iştirak ediblər. 1885 zərərçəkmiş xilas olub, 319 həlak olmuşun bədəni əzilmiş nəqliyyat vasitələrindən, uçqunlar altından, bağlı otaqlardan çıxarılıb və s.
Son beş il ərzində təbii və texnogen xarakterli 25 435 yanğın söndürülüb, 150 min hektar taxıl sahəsi, 12 min hektar meşə sahəsi yanğından qorunub. Nazirin sözlərinə görə, yanğından bütövlükdə 28 mln 563 min manat zərər dəyib. Nəticədə, 373 adam yaralanıb, 224-ü həlak olub. 2010-cu ilin 11 ayında sulardan 685 adam xilas edilib. Bütövlükdə, beş il ərzində sulardan 2291 adam xilas edilib.
Yüksəkixtisaslı kadrların hazırlanması üçün FHN Akademiyası və regional tədris-məşq mərkəzləri yaradılıb. Bununla yanaşı, «Azərbaycan Respublikasında sel və daşqınların qarşısının alınması üzrə qısamüddətli tədbirlər» sənədi işlənib və Nazirlər Kabinetində təsdiq etdirilib. Hollandiyanın «Deltares i Royal Haskoing» şirkəti tərəfindən işlənmiş «Sel və daşqınların qarşısının alınması üzrə Azərbaycan-Hollandiya birgə layihəsi» də təqdim edilib və təsdiqlənib.
«Hazırda bu istiqamətdə digər işlər davam etdirilir. Bu proqram üzrə Kür və Araz çaylarında suların daşmasının qarşısının vaxtında alınması üzrə işlərin görülməsi, bu məqsədlə suburaxma sistemlərinin yaradılması və müxtəlif cür bəndlərin qurulması nəzərdə tutulur. Hazırda evləri 2010-cu ilin yayındakı fəlakətli hadisələrdən zərər görmüş 7 min adama 6 mln 410 min 639 manat yardım edilib», - deyə K.Heydərov vurğulayıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, 1 oktyabra qədər təbii fəlakətdən zərərçəkmişlər üçün 15 656 min yaşayış evi tikilərək istifadəyə verilib.
Bu gün yüksəkmərtəbəli yaşayış binalarının tikintisinə ciddi nəzarət edilir. «Qeyd etmək lazımdır ki, əvvəllər tikintidə təhlükəsizliyə dövlət nəzarəti çox zəif olub. Tikinti üçün torpaq sahələri ayrılanda, layihələrin razılaşdırırlmasında şəhərsalma normaları nəzərə alınmayıb. Tikintilərdə inşaat qaydalarının pozulması, binaların bir-birinə çox yaxın və ya yüksək-gərginlikli xətlərin yanında, yaxud da mühəndis kommunikasiyası və qurğuları zonasında tikilməsi adi hala çevrilib. Tikintilərdə yanğındanmühafizə qaydalarına əməl edilməməsi yanğınlar zamanı texnikadan istifadə etməyə imkan verməyib. Tikinti meydançalarında normaların kobud pozulması ağır nəticələrə gətirib çıxarıb. Bu isə birbaşa vətəndaşların təhlükəsizliyi ilə bağlıdır. Bununla bağlı olaraq, dövlət başçısının fərmanına görə, tikinti işlərinə nəzarət funksiyası FHN-yə tapşırılıb. Beləliklə, nazirliyin bu sahəsində yerli seysmik şərtlərə uyğun olan tikinti normaları və qaydaları hazırlanıb», - deyə FHN başçısı izah edib.
Tikinti zamanı nazirlik tərəfindən binaların və onların ərazisindəki qurğuların təbii fəlakətdən müdafiəsi, həmçinin, onların möhkəmləndiriləmsi və dayanıqlılığının artırılması təmin edilir. Tikintidə təhlükəsizliyin təmin edilməsi sahəsində normativ sənədlər və onların yerinə yetirilməsi üzərində nəzarət sisteminin əsasları hazırlanıb. Qaydaların pozulduğu binalarda tikinti işləri dayandırılıb. Pozuntuların aradan qaldırılması üçün şirkətlərə vaxt verilir.
Bütün təhlükəsizlik növləri
FHN-in səlahiyyətləri sırasına, həmçinin, radiasiya təhlükəsizliyinin təmini və ətraf mühitin radioekoloji monitorinqinin aparılması da daxildir. Təhlükə doğuran sənaye obyektlərinin baş sxemi işlənib hazırlanıb. Həmin obyektlərin, həmçinin, hidrotexniki qurğuların dövlət reyestrinin aparılması üzrə daimi iş görülür. FHN Xüsusi Dövlət Mühafizə Xidməti və başqa strukturlarla birlikdə Magistral Neft və Qaz Kəmərlərinin Təhlükəsizlik İdarəsinin işində fəal iştirak edirlər. Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə və xüsusi fəaliyyət planına uyğun olaraq nazirlik boru kəmərlərinin keçdiyi bütün ərazilərdə iş aparır.
Azərbaycan FHN ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə işləri də gerçəkləşdirir. 14 dekabr 2010-cu il tarixdə FHN-in Maddi Resurslar üzrə Dövlət Agentliyinin Dövlət Taxıl Fondunun Səngəçal taxıl elevatoru işə salınıb. Elevator hər birinin tutumu 10 min ton olan 10 çəndən ibarətdir. Taxılın mühafizəsi və qorunması üzrə burada hər bir şərait yaradılıb. Taxıl elevatorunun normal iş rejiminin təmin edilməsi üçün əraziyə dəmir yolu və asfalt yol çəkilib. Nazirin sözlərinə görə, yeni elevator ölkənin taxılla təminində böyük rol oynayacaq.
K.Heydərov bildirib ki, Naxçıvan Muxtar Respublikasında da tutumu 30 min ton olan elevator işə salınıb. Yanvar ayında Gəncədə tutumu 60 min ton olan elevatorun tikintisi başa çatdırılır. Bundan başqa, 100 min tonluq elevatorun da tikintsi nəzərdə tutulur. «Azərbaycan əhalisinin ərzaq təhlükəsizligin təmini üçün FHN-in Dövlət Taxıl Fondu tərəfindən 865 min ton yüksək keyfiyyətli ərzaq buğdasının yığılmasına dair saziş bağlanıb. Artıq ölkəyə sazişlə nəzərdə tutulmuş 645 min ton buğdanın gətirilməsi təmin edilib. İş tərəflərin təsdiq etdiyi qrafiklə davam etdirilir. Dövlət Taxıl Fondunda, həmçinin, yerli məhsul olan taxıl da yığılır», - deyə nazir vurrulayıb.
FHN üz fəaliyyətində əməkdaşlığa böyük önəm verir. Həmçinin, fövqəladə halların ram edilməsində böyük təcrübəyə malik nüfuzlu beynəlxalq və regional təşkilatlarla, o cümlədən, xarici dövlətlərin müvafiq dövlət qurumları ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirilir. Artıq Azərbaycan FHN-in imkanları və təcrübəsi həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda istənilən mürəkkəb xilasetmə əməliyyatlarında iştirak etməyə tam imkan verir. Buna bariz misal kimi, keçən il Azərbaycanda daşqınların vurduğu ziyanın qarşısının alınmasını, həmçinin, Rusiya və İsraildə iri meşə yanğınlarının söndürülməsində iştirakı göstərmək olar.
MƏSLƏHƏT GÖR: