Müəllif: Zərifə BABAYEVA Bakı
Yeni ili hərə bir cür qəbul edir. Bəziləri üçün adi gecə və gündüz əvəzlənməsidir. Bəziləri üçünsə həyatın yeni mərhələsinin başlanğıcıdır. Hər nə olur-olsun, bu, yalnız şəxsi həyat tarixində deyil, həm də bəşəriyyətin qlobal ölçüsündə növbəti dövrdür. Bu, bir növ, bizim həyatı ağ və qara zolaqlara bölməyə, nəticələr çıxarmağa, gələcəyə planlar qurmaq barədə düşünməyə imkan verən indikatordur. Yeni il şənlik, nağıl pəriləri, yolka, Şaxta baba, Qar qız və sevinc, hədiyyələr deməkdir.
Bu qədər müxtəlif olan Yer kürəsi Yeni ildə bir ideya ətrafında - yeni sevgi, münasibət, rifah, bir sözlə, ən yaxşı və xeyirxah işlərə ümid ətrafında birləşir. Axı bizim hamımız ümid edirik ki, həyatın yeni səhifəsində Yaradan bizdən ötrü yalnız yaxşı şeylər hazırlayıb.
Yanvarın 1-də biz keçən ili səs-küylü yolasalma mərasimindən sonra, özümüzə gəlməyə başlayırıq; dünən nə olduğunu xatırlamağa çalışırıq və qarşıdan gələn layiqli istirahət gününü necə keçirəcəyimiz barədə düşünürük. Əvvəlcə yaxşıca yatıb-dincəlməyi fikirləşirik, sonra da istəyirik ki, şəhərdə gəzmək, ailə gəzintisinə, görüşə çıxmaq, yelləncəklərdə əylənmək, attraksionlara qatılmaq da pis olmazdı. İndi Bakıda rahatlıqdır və əyləncə də yetərincədir. Fəal istirahətdən çox rahat istirahətə üstünlük verənlərə isə qarşıdan gələn yeni 2011-ci il - ağ gümüşü Dovşan (Pişik) ilinin bizə nə vəd etməsini bilmək heç də pis olmazdı. Ümumiyyətlə, bu məlumat yanvarın 1-də rahat kresloda, televizor qarşısında və ya ulduz falı oxuya-oxuya, çay içə-içə evdə oturmağa qərar vermişlər üçün də əlverişli olardı.
Niyə dovşan?
Çinin ay-günəş təqvimi üzrə 12 illik dövr ərzində 2010-cu ağ Pələng ilini 2011-ci ağ Dovşan (Pişik) ili əvəzləyir. Bu Şərq təqviminin yaranma əfsanəsinə görə, bir dəfə Budda qonağı olmaq istəyən bütün heyvanları dəvət edib. Heç də heyvanların hamısı gəlməyib: gələn heyvanların hər birinə Budda sıra ilə 1 ili idarə etmək tapşırıb. Birinci siçan gəlib, sonra buğa, sonra da pələng. Başı buğa ilə pələngin yarışmasına qarışmış tamaşaçılar dördüncü kimin - dovşanın, yoxsa pişiyin gəldiyinə fikir verməyiblər. Bu, çoxdan olduğundan, gerçəyi müəyyən etmək mümkün olmayıb və ona görə də Şərq xalqlarında dördüncü ilin sahibinin kim olması barədə fikir ayırılığı var. Beşinci əjdaha, altıncı ilan, yeddinci isə at gəlib. Elə həmin vaxt çayı duman bürüyüb və səkkizinci kimin - keçinin, qoyunun və ya qoçun gəlməsi də dəqiq bilinməyib. Doqquzuncu meymun olub. Onuncu xoruz və on birinci it gəlib. Son gələn isə qaban və ya donuz olub.Hər nə olur-olsun, astroloqlar iddia edirlər ki, 2011-ci Dovşan ili çox sayda uğur və xoşbəxtlik gətirəcək. Əgər dovşan əvəzinə pişiyi götürsək, unutmaq olmaz ki, o, həmişə dörd pəncəsi üzərinə düşür - həmişə bəxti gətirir! O, bəxtlidir! Yeni Dovşan ilinin hər bir günü şəxsi və psixoloji baxımdan dəyişikliklərin rəmzi olacaq. Hər yeri sevgi bürüyəcək, insanlar onu bütün duyğu üzvləri ilə hiss edəcək, uşaq kimi sevinəcəklər və həyatdan ləzzət alacaqlar. Hər şeyin izahı sadədir: Çin (Şərq) təqviminə əsasən, il fevralın 14-dən başlayır, bu isə Sevgililər günüdür! Ətrafınıza baxın və yaxın adamınızı sevin - məhz bu, leytmotiv olacaq.
Hər şey ailə üçündür
Dovşan həddindən kövrəkdir, amma kövrəkliyinə baxmayaraq qonaqpərvərdir, ailə rahatlığını və gözəlliyi qiymətləndirir. Ulduz falı Dovşan ilində ən əziz dostları qonaq çağırmağı və onlara qonaq getməyi tövsiyə edir. Dovşan diplomatikdir, buna görə də yeni - 2011-ci ildə özünüzü sonradan görmüş kimi aparmağa can atmağa dəyməz. Ulduz falı məsləhət görür ki, ən yaxşısı Dovşanın hörmətini qazanmaq, ona xoş gəlməkdir. Dovşanın müsbət keyfiyyətləri sırasında romantikliyini və sadiqliyini göstərmək olar.
Bundan başqa, Şərq ulduz fallarında bildirilir ki, Dovşan çox ağıllıdır, bir çox fəaliyyət sahələrində inkişaf edib. Yeni 2011-ci ildə o, elmə dəxli olan bütün dovşanlara, ümumiyyətlə, öz işinə can yandıran bütün mütəxəssislərə himayədarlıq edəcək. Ancaq unutmaq olmaz ki, ulduz falı Dovşanın yalnız müsbət xasiyyətə malik olduğunu söyləmir. Məsələn, o, qorxaqdır. Buna görə də çoxları, xüsusilə də, Dovşan ilində anadan olanlara məsuliyyətli qərarlar vermək çətin ola bilər. Bundan əlavə, Dovşan həddindən pedantdır, əşyaların, işlərin və fikirlərin səliqəsizliyinə dözmür. Yeni Dovşan ili xüsusilə də diplomatik fəaliyyətlə məşğul olan insanlar üçün yaxşı və uğurlu olmalıdır. Bu həm də din adamlarına, professorlara, yaradıcı peşələrin təmsilçilərinə də aiddir - Dovşan onlara daha çox himayədarlıq edir.
Dovşan ailə heyvanıdır, məhsuldarılığın, nəsilveriminin və dincliyin rəmzidir. 2010-cu şıltaq Pələng ilindən sonra daha rahat həyat gələcək. Yeni Dovşan ili istedadlı incəsənət adamlarının, ziyalı insanların ilidir. Ümumiyyətlə, rəmzi dovşan olan insanlar ətrafdakıların etibarını qazanırlar, onların yanına tez-tez məsləhətə gəlirlər. Dovşan açıq işarədir. Ulduz falına görə, yeni ildə dostlarla çox sayda qonaqlıqlar gözlənilir. Rəmzi Dovşan olan yeni il münasibətlər, daimi əlaqələr, danışıqlar, anlaşmalar və görüşlər vəd edir. Bununla belə, münaqişələr minimuma endiriləcək, çünki dovşan böyük diplomatdır və asanlıqla hamı ilə dil tapır. Həmçinin, bu yeni ildə edilən istənilən yardımın yüz qat əvəzi ödəniləcək və mütləq bəhrə verəcək. Ulduz falı məsləhət görür ki, öz plan və niyyətlərinizi gizli saxlayın ki, heç kim onları pozmağa cəhd etməsin.
Yeni 2011-ci ildə doğulmuş uşaqlar istedadlı və xeyirxah, amma yüngülxasiyyətli olacaqlar; hələ bu azmış kimi, erkən yaşlarında onlarda «öz bildiyini eləmək» istəyi yaranacaq və onlar hər vəchlə müstəqillik əldə etməyə çalışacaqlar. Yeni Dovşan ili fəaliyyətdən çox düşünmə və gələcəyə hazırlaşma ilidir.
Gələcəyimiz nə vəd edir
Əgər siz Keçi, At (xüsusilə də «Odlu At»), İt, Buğa və ya Əjdaha illərində anadan olmusunuzsa, onda bu il sizdən ötrü xüsusilə uğurlu olacaq. Məqamdan yararlanın! Yeni işlər başlayın və uğurla onu yerinə yetirin! Pələng, Xoruz və Meymun illərində anadan olmuşlar üçün çətin olacaq. Qarşıya qoyulan məqsədlərə çatmaq və olanları itirməmək üçün bu il onlardan gərgin səylər tələb edir. Qalanlar üçünsə «heyvani Şərq təqvimi»nin 2011-ci Dovşan ili neytral olacağına söz verir.
Yeni ildə maraqlı nə ola bilər? Tanınmış astroloqlar deyirlər ki, bu il ədalətin təntənəsi ili olacaq, əgər hər kim başqasının əmlakına yiyələnibsə, onu asanlıqla itirə bilər. Böyük ehtimalla, gələn il böhran yenə də bizi öz ağuşunda saxlaycaq. Amma gələn ilin sonu ciddi yüngüllük gətirəcək!
Ən böyük uğurlar ailə işlərində gözlənilir. Astroloqlar deyir ki, yeni ildə insanlar elmin bir çox sahələrində və ictimai təfəkkürdə ciddi dəyişikliklər görə bilərlər. Bütün dəyişikliklər maksimum dərəcədə müsbət və bizdən ötrü xoş olacaq.
MƏSLƏHƏT GÖR: