Müəllif: Natali ALEKSANDROVA Bakı
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və bunun nəticəsi kimi əhalinin həyat səviyyəsinin qlobal dəyişməsi ölkə rəhbərliyinin şəksiz uğurudur.
Hökumətin diqqət yetirdiyi önəmli istiqamətlərdən biri də Azərbaycan səhiyyəsinin inkişafıdır. Son illərdə paytaxtda və ölkənin rayonlarında çağdaş dünya standartlarına uyğun şəkildə təchiz edilmiş bir neçə xəstəxana kompleksi tikilib istifadəyə verilib.
Bundan başqa, özəl səhiyyənin sürətli inkişfı müşahidə edilir ki, bu da ölkə əhalisinə effektiv tibbi xidmətin mütləq şərtidir. Başqa sahələrdə olduğu kimi, özəl tibb mərkəzləri və klinikaları də rəqabətdən qaça bilməzlər - bu məsələdə ən obyektiv rəqabət növlərindən söhbət gedir. Başqa sözlə, insanların sağlamlıq və gözəllik məsələlərində bir qayda olaraq tələblərə və gözləntilərə cavab verməyən xidmətlərə üstünlük vermirlər, çünki burada ortaya həyatın özü qoyulur.
"Medeks" şirkəti yüksək ixtisaslı və təcrübəli kadrları olan güclü və etibarlı şirkət olmazdan öncə mürəkkəb inkişaf və təşkilati dəyişiklər yolu keçib. 2008-ci ildə şirkətin adı "YosKos" idi və o, 2002-ci ildə yaradılmış firmanın əsasında təsis edilmişdi. Fəaliyyətin başlancığı bir neçə kosmetoloji "Turn Key" layihəsinin gerçəkləşdirilməsi ilə bağlı olub. Sonra şirkət öz fəaliyyətini səhiyyə sahəsindəki layihələrdə də genişləndirib, o cümlədən şirkət tərəfindən bir neçə laboratoriya və tibbi mərkəz də təşkil edilib.
Şirkətin baş direktorunun müavini Cavid Əhmədi bizə bildirdi ki, şirkət yaranan zaman Azərbaycanda "aparat kosmetologiyası" anlayışı ümumiyyətlə yox idi. Kosmetologiya ilə əsasən çox vaxt hətta orta tibb təhsili belə olmayan həvəskarlar məşğul olurmuş. Kosmetoloji xidmətlər sahəsində bu boş yeri tutmaq, demək olar ki, zamanın hökmü idi və bu səbəbdən şirkət öz fəaliyyətini məhz kosmetologiyadan başlayıb.
Bu gün məhz "Medeks" şirkətinin hesabına son texnika ilə təchiz edilmiş kosmetoloji salonlara baş çəkmək bizim üçün vərdişə çevrilib, hətta ehtiyaca dönüb. Artıq "aparat kosmetologiyası"nın nə olduğunu demək olar ki, hər bir orta statistik bakılı bilir.
"Medeks" sifət və bədənə xidmət üçün geniş çeşiddə aparatlar təklif edir: bunlar kosmetoloji kombaynlar, diaqnostika avadanlıqları, kontaktsız mezoterapiya, foto gəncləşdirmə və fiquranın korreksiyası avadanlıqları, həmçinin istənilən səviyyədə SPA salonu təchizi üçün SPA avadanlıqlarıdır. Hazırda şirkət Deka laser (İtaliya), Syneron i UltraShape (İsrail), Massor, AAA.Telec (Fransa), NeoQi (Estoniya), Overline, Esagono, Decomedical, Lemi (İtaliya), Dectro (Kanada), Bentlon (Hollandiya), Sportarredo, Brera Medical Technologies i Vezzosi (İtaliya), və bir çox başqalarıdır.
Bir sözlə, kosmetologiya sahəsində işləməyə başlayan və kadrların olmaması ilə rastlaşan şirkət rəhbərliyi çox müdrik və həm də perspektivli qərarlar qəbul edib. O cümlədən tibb işçiləri üçün treninqlər və ixtisasartırma kursları təşkil edilib, həmçinin onların təchiz edilmiş avadanlıqla işə öyrədilməsi təmin edilib. Müsahibimiz ədalətli olaraq bildirib ki, hər bir layihə, avadanlıq və metodologiya əlavə bilik və vərdişlər tələb edir. Bu zaman şirkət bu və ya başqa obyekt üçün ixtisaslı işçi cəlb edilməsi işində yardım edir. Bununla yanaşı, bu bazarın öz xüsusiyyətləri də var - keyfiyyətli texniki servisə xüsusi önəm verilir. Bu da məntiqidir, çünki istənilən avadanlığın və eləcə də insanın doğru qayğıya ehtiyacı var. Bununla bağlı şirkət bütün müştərilərə yüksək səviyyəli servis xidməti göstərir, bu xidmət Fransa. İtaliya, Türkiyə və Rusiyada təhsil almış ixtisaslı mühəndis və texniklər tərəfindən gerçəkləşdirilir.
"Medeks" şirkətinin yalnız kosmetoloji avadanlığa deyil, həm də peşəkar tibbi avadanlığa olan ehtiyacını nəzərə alan analitiklər tibbi təchizat haqqında qərar qəbul ediblər. Minimum proqrama kosmetologiya və tibb sahəsində kompleks xidmətlərin təmin edilməsi daxil olduğundan şirkət ədalətli olaraq həm də memarların xidmət göstərməsinin vacibliyini qeyd edib. Axı istənilən tibbi müəssisə istər kiçik özəl klinika, istərsə də hətta diş həkimi kabineti olsun, müəyyən normalara, həmçinin tikinti norma və qaydalarına uyğun layihələndirilməlidir. Buraya müəyyən kondisiyalaşdırma sistemləri, havanın nəmliyinin dəstəklənməsi səviyyəsi, həkimlər və pasientlər üçün xidməti otaqların müəyyən sxemi və s. daxildir.
Müsahibimizin sözlərinə görə, memarlıq layihələndirməsi komandası vaxtında və səliqə ilə xəstəxanaların və gözəllik mərkəzlərinin layihələrini də işləyir. Özü də hər bir sifarişçiyə şirkət fərdi yanaşır, buna görə də memarlardan və dizaynerlərdən ibarət yaradıcı qrup tərəfindən işlənilən dizayner həlli yalnız praktik deyil, həm də estetikdir.
Hazırda "Medeks" şirkəti Azərbaycanda 15-dən çox kosmetologiya və səhiyyə layihəsi ilə, həmçinin Qazaxıstanda, Türkiyədə və Rusiyada bir neçə gələcək layihə ilə məşğul olur. Burada tibb, laboratoriya və kosmetoloji mərkəzlərin layihələrinin "açar təhvili" - obyektin layihələndirilməsindən onun avadanlıqla təchiz edilməsinə, işçi heyətin hazırlanmasına və servis xidmətinə kimi gerçəkləşdirilməsindən söhbət gedir. Tibb, laboratoriya və kosmetologiya sahəsində istehsal üzrə aparıcı dünya liderləri ilə uzunmüddətli münasibətlərin qurulması şirkət üçün həddindən önəmlidir. Bunun sübutu kimi bir sıra Türkiyə, İtaliya, Amerika, İsrail, Rusiya, Fransa, Almaniya və s. şirkətlərlə sıx əməkdaşlığı göstərmək olar. "Medeks" Azərbaycanda 20-dən çox dünya şirkətinin məhsullarını təqdim edir. Bunlar Aloka, Thermo Fisher Scientific, Synthes, Mediana, Dr Mach, Bionics, GymnaUniphy, Siare, Daiwha, Mortara, CU Medical, Syneron, Reck Motomed, Kinetec, Tuttnauer, Velopex, MIR Spirometers, Deka Laser, Allgaier, Arcom, Chammed, Kazama, Leisegang, DJO, Hanmed, Herrman, Aerocom, UFSK, Meditech, Memmert, MZ Liberec, Schrack Seconet, Neurowerk, N-tech, RJ-laser, Trackpore, Trismed, Yiber Electronic, Massor, Technology, Brera, Vezzosi, Sybaritic, AAA Telec, Sportarredo, Bentlon, NeoQi, Esagono, Dectro, Ultrashape, Saunalux, Hasslauer, TSEM, Janus və s-dir.
Söhbətimizin yekununda qeyd edək ki, istər tibb, istər kosmetoloji mərkəzi, istərsə də SPA salonunu savadlı planlaşdırmaq və optimal təchiz etmək üçün sizin "MEDEKS"ə müraciət etməyiniz məsləhətdir. Şirkətin mütəxəssisləri xidmətlər, avadanlıq, kosmetik vasitələr bazarlarının marketinq analizini özləri aparırlar, konsepsiya və biznes-plan işləyirlər. Sizin salonu layihələndirir və avadanlıqla təchiz edirlər, onun məlum imicini yaradırlar. Aparatların alınması üzrə sizin üçün əlverişli olan maliyyə sxemi seçirlər, işçi heyəti öyrədirlər, servis xidməti və lazımi reklam-informasiya dəstəyi təmin edirlər. Həmçinin tibb və kosmetologiya sahəsində yeni üsullar barədə vaxtında məlumat vermək üçün sizlə həmişə əlaqə saxlayacaqlar.
Bir sözlə, Cavid Əhmədi bildirir: "Sizin biznes bizim məsələdir!".
MƏSLƏHƏT GÖR: