Müəllif: Zərifə BABAYEVA Bakı
İndiyə kimi belə sanırdılar ki, radiasiya şüalanması insan orqanzimi üçün təhlükəlidir. Ancaq Oksford Universitetinin Britaniyanın "Newsland" elm jurnalında çap olumuş araşdırması göstərir ki, biz radiasiyaya düşündüyümüzdən də dözümlü ola bilərik. Son yarım əsr ərzində kliniki tibbin, radiobiolgiyanın inkişafı və 1986-cı ildə baş vermiş Çernobıl AES qəzası kimi hadisələr nəticəsində alimlər rentgen şüaları barədə biliklərini yetərincə zənginləşdiriblər. Belə müəyyən edilib ki, yüksək radiasiya dozası ölümcüldür və Çernobılda qəzanın birinci günü yüksək radiasiya şüalanmasına məruz qalmış 237 yanğınsöndürənin taleyi bunu sübut edir. Bir neçə həftə ərzində 28 yanğınsöndürən dünyasını dəyişib, onlardan 27-si 4 zivertdən yüksək doza alıbmış (1 zivert təxminən 100 rentgendir).
İblis elə də qorxulu deyil
Bununla yanaşı, Oksford alimləri sübut edirlər ki, bir çox insanlar tamamilə başqa hallarda yetərincə yüksək dozaya yoluxurlar. Məsələn, xərçəng şişi şüa terapiyası zamanı yalnız 40 zivert şüalanma aldıqdan sonra ölür. Bu zaman şişin yanındakı sağlam toxumalar 20 zivertə qədər şüalanma alır ki, bu da illik tövsiyyə edilən limitdən 20000 dəfə yüksəkdir, həmçinin Çernobıl yanğınsöndürənlərinin aldığı dozadan da ən azı 5 dəfə yüksəkdir. Belə konsentrasiyalarda sağ qalmaq üçün şüalanmanı bir neçə mərhələdə, dörd-altı həftə ərzində aparmaq vacibdir. Belə halda sağlam hüceyrələr gün ərzində 1 zivertə yaxın şüalanma alırlar və bərpa olunamağa macal tapırlar, şiş hüceyrələri isə daha yüksək dozaya məruz qalaraq ölürlər.
Şüalanmanın uzunsürən sonucları barədə nə demək olar? Bəlli olub ki, çox nadir hallarda radiasiyaya məruz qalmış və sonra bərpa olunmuş hüceyrələr xərçəng xəstəliyinə səbəb olurlar. Yaponiyanın nüvə bombardmanına məruz qalmış Xirosima və Naqasaki şəhərlərində aparılmış çoxillik müşahidələr bundan xəbər verir. Təqdim edilən məlumatlara görə, 2000-ci ilə kimi bu şəhərlərin sağ qalmış sakinlərinin 7,9%-i xərçəngdən ölüb. Eyni zamanda, həmin dövrdə Yaponiyanın başqa şəhərlərinin analoji yaşda olan sakinlərinin 7,5%-i də xərçəngdən ölüb. Bu isə göstərir ki, şüalanma nəticəsində xərçəng xəstəliyinin yaranma riski anamaliya yaranmasının başqa səbəblərinə baxanda çox aşağıdır. 0,1 zivert səviyyəsində şüalanma alanlarda leykemiyaya yüksək meyl müşahidə olunmur, onlar eybəcərlik, ürək xəstəlikləri, hamiləlik müddətinin pozulması hallarının sayının çoxalmasından ehtiyat etməyə bilərlər.
0,1 zivertlik doza birdəfəlik şüalanma üçün təhlükəsizdir. Bizim orqanizmimiz təkamül nəticəsində özünü bərpa etməyə qadirdir və prinsipcə, ayda 0,1 zivert şüalanma fonunda maksimum şüalanma dozasını 5 zivert müəyyən etməyə imkan verir. Hazırda şüalanmanın tövsiyyə edilən yuxarı hədd səviyyəsi təbii fondan il ərzində 1 millizivert artıq olmalıdır ki, toplam bu, təxminən 2,5 millizivertə bərabərdir. Müqayisə üçün deyək ki, adi kompyuter tomoqrafiyası bir dəfəyə 5 millizivertlik doza yaradır, dişin və ya qırığın adi rentgen çəkilişi isə bunun yüzdə birinə bərabər şüalanma verir.
Gerçəklik var, amma
Azərbaycan alimi, Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Tədqiqatları İnstitutunun direktoru Adil Qəribovun "Region plus"a bildirdiyinə görə, Oksford universitetinin alimlərinin sözləri ilə razılaşmaq olar və istisna deyil ki, yeni məlumatlar ümumi qəbul edilmiş şüalanma normasını 1000 dəfə artıra bilər. Bundan başqa, bu araşdırmanın nəticələri bu gün istənilən şüalanma mənbəyindən eyhtiyat edən ictimaiyyəti rahatlaşdıra bilər. Həmçinin nüvə tullantılarının utilizasiyasına münasibəti də dəyişər, çünki araşdıranda görmək olur ki, onlar planetin biosferinə külli miqdarda karbon qazı tullantısından və neft məhsullarının sızmasından daha az zərər verirlər.
Amma unutamaq olmaz ki, radioekoloji durum qlobal ekoloji problemlərdən biri kimi xüsusi diqqət tələb edir - alimlərin son nəticələrinə və çox saylı araşdırmalarına baxmayaraq, radioaktivliyin ətraf mühitə təsiri elmin az öyrənilən bölümüdür. "İndiyə kimi hesab edilirdi ki, ətraf mühitə radioaktiv təsirin mənbəyi əsasən süni izotoplardır. Amma alimlər həm də müəyyən etdilər ki, radioaktiv çirklənmənin və şüalanmanın səbəbləri yalnız nüvə partlayışları ilə məhdudlaşmır, həmçinin AES-lərdəki qəzalar, həmçinin geoloji-tektonik proseslər və insanın adi texnogen fəaliyyəti buna səbəb ola bilər", - deyə A.Qəribov bildirir. O hesab edir ki, insanın yaşayış mühitində, xüsusilə də şəhərlərdə radioaktiv şüalanma sərt nəzarət altında olmalıdır. Təbii radioaktiv şüalanmaya gəldikdə isə bütün canlı orqanizmlər bu təbiət hadisəsinin təsiri altındadır. Və o, yolverilən normanı keçməməlidir, əks halda, şəksiz ki, çıxılmaz sonuclara gətirə bilər.
Dərin tektonik prosesslər, kosmos, Günəş - bütün bunlar fon radioaktivliyinin mənbələridir. Amma şüalanmanın ən önəmli payı dağ suxurlarından gəlir. A.Qəribov misal kimi nüfuzlu beynəlxalq qurumun - BMT-nin 1956-cı ildən fəailiyyət göstərən atom radiasiyasının təsirləri üzrə elmi komitəsinin 30 illik fəaliyyətinin materiallarını göstərir.
Bu qurumun ekspertlərinin nəticələrinə görə, tektonik proseslər əhali tərəfindən alınan radiasiya dozasının illik effektiv ekvivalentinin 83%-ə qədərini təmin edirlər. Bu şüalanmanın ölçüsü elə böyük olmasa da, müxtəlif süni ion şüalanması mənbələri onun təsirinin üzərinə təsir əlavə edirlər. Bu problem Azərbaycan üçün də, xüsusilə də ölkənin neft və sənaye mərkəzi olan Abşeron yarımadasında yetərincə aktualdır. Quruda və Xəzər dənizində neft, qaz və qaz-kondensat yataqlarının 80 illik istismarı, karbohidrogen xammalın aktiv hasilatı regionun müvafiq radioloji durumunun formalaşmasına səbəb olub. O cümlədən, AMEA-nın Geologiya İnstitutunun alimlərinin sistematik araşdırmalarının nəticəsi kimi Abşeron yarımadasının təbii radioaktivlik xəritəsi yaradılıb.
Qəribovun fikrincə, bu araşdırmalara görə belə nticəyə gəlmək olar ki, Abşeron yarımadasında saatda 6 mikrorentgen həddində təbii radioaktiv fonda əlverişli radioekoloji durum müşahidə edilməkdədir. Doğrudur, bir sıra neft-mədən sahələrində insan fəaliyyəti nəticəsində radioaktiv şüalanmanın yolverilən fonu 10 dəfə və daha artıq olur. Radioaktiv maddələrin parçalanması zamanı ayrılan radon qazı da xeyli radoaktivlik dozasına malikdir. O, qruntdan, bünövrədən sızaraq yaşayış binalarının zirzəmilərində toplana bilər və yetərincə yüksək konsentrasiya ala bilər. Buna görə də, Azərbaycan ərazisinə gətirilən bütün tikinti materiallarının tərkibində radonun olub-olmaması ilə bağlı yoxlama çox önəmlidir.
Ciddi yoxlama
Adil Qəribov bildirib ki, hazırda ölkədə radioaktiv tullantıların, materialların, radioizotop qurğuların qəbulu, daşınması, emalı, utilizasiyası və saxlanması işləri Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi "İzotop" kombinatı tərəfindən həyata keçirilir. Bu işlərlə yanaşı qurum ərazilərdə, istismarında radioizotop qurğular olan müəssisə və qurumlarda xüsusi geyimlərin və fərdi müdafiə vasitlərinin dezaktivizasiyası ilə məşğul olur. Həmçinin "İzotop" nümunələrin götürülməsi, qammaçəkilişlərin, qamma-spektrometrik analizlərin aparılması kimi radioloji monitorinqlər və radioekoloji araşdırmalar gerçəkləşdirir ki, bunun nəticəsində kombinatın işçiləri ehtimal edilən radioaktiv şüalanma mənbəyinin yerləşdiyi əraziyə daxil olurlar və problemi həll edirlər, onlar həmçinin bu sahədə başqa işləri də gerçəkləşdirirlər. O cümlədən Azərbaycanın istənilən vətəndaşı əgər mənzilində, həyətində və başqa ərazilərdə ionlaşdırıcı izotopun olmasından şübhələnirsə, kombinata müraciət edə bilər.
Alimin sözlərinə görə, Abşeron yarımadasında öz fəaliyyətində radiasiya şüalanması mənbələri istifadə edən yetərincə sayda qurum olduğuna görə, kombinatın işçiləri tez-tez yaşayış binalarının və bağ evlərinin yaxınlığında yerləşən çirkli ərazilərdə işləməli olurlar. Buna görə də kombinatın mütəxəssisləri radiasiya təhlükəsinin aşkarlanması və uyğun olaraq ləğvi məqsədi ilə Abşeronda yerləşən neft-mədən sahələrini ciddi araşdırırlar.
Qeyd edək ki, 1997-ci ilə qədər ölkədə radioekoloji durumun yaxşılaşdırılması sahəsində yaxşılaşma demək olar ki, aparılmırdı, çünki yalnız həmin il "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" qanun qəbul edildi. 2006-cı ildə ölkə başçısı İlham Əliyev 2006-2011-ci illər üzrə Azərbaycanda ekoloji durumun yazşılaşdırılması üzrə kompleks tədbirlər planını təsdiq edib. Plan çərçivəsində AMEA-nın Radasiya Tədqiqatları İnstitutu və Geologiya İnstitunun geoloji mühitin qamma-spektrometriya şöbəsi, həmçinin "İzotop" kombinatı tərəfindən ərazilərin radioekoloji durumunun yaxşılaşdırılması və torpaqların rekultivasiyası işlərinə başlanıb. O cümlədən ARDNŞ-in Ekologiya İdarəsinin ekoloji monitorinq departamenti ilə yanaşı Bibiheybətin neft-mədən sahələrində təmizləmə üzrə yetərincə işlər görülüb.
A.Qəribov qeyd edib ki, radioekoloji təhlükəsizlik məsələsində praktiklər teoretiklərlə sıx əməkdaşlıq edirlər. Ölkədə radioekoloji durmun monitorinq sxeminin işlənməsi üçün baza kimi Geologiya İnstitunun azərbaycanlı alimlərinin çoxillik araşdırmaları xidmət göstərib. Və indi istismara açılan dəniz yataqlarının işlənməsi zamanı hər şeydən öncə sularda və dib çöküntülərində radionuklidlərin olması ilə bağlı geoloji və hidroloji durum öyrənilir. Bu, öncədən Xəzər dənizinin radionuklidlərlə çirklənmə təhlükəsini proqnozlaşdırmağa imkan verir.
Həmçinin nəzarət sahələrində ionlaşdırıcı şüalanmanın səviyyəsinin qiymətləndirilməsi, təhlükə zonalarının aşkarlanması gerçəkləşdirilir. Sonra onların pasportlaşdırılması və çirklənmiş torpaqların rekultivasiyası üzrə təklifələrin hazırlanması həyata keçirilir. Alimin fikrincə, hər bir neft-mədən sahəsinin ionlaşdırma mənbəyi olması faktı ilə razılaşmaq lazımdır, bu haradasa yolverilən normalarda olur, haradasa isə yox. Buna görə də əhalinin şüalanmasının məhdudlaşdırılması üçün hər bir hala uyğun ayrıca tövsiyələr verilir.
MƏSLƏHƏT GÖR: