
MOTİVASİYA GƏRƏKDİR
"Aqrointer" istehlak bazarında tələbat yaradan şirkətdir
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Bu gün, sadəcə, mövcud olmaq azdır. Artıq bazarda ancaq olmaq barədə bəyanat vermək dəbdə və gündəmdə deyil. Elə bir vaxt yetişib ki, artıq hansı marketinq addımlarının sənin biznesinin üzdə qalmasına yardım etməsi barədə sadəcə uzun-uzadı danışmaq yetərli deyil və indi biznesin isthelakçı baxımından nə səviyyədə motivasiya olunması daha çox maraq doğurur. "Dialetika qanunlarına görə, kəmiyyətin keyfiyytə keçməsi qaçılmazdır. Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatı bunu tələb edir və qəribəsi də odur ki, bu, qlobal maliyyə böhranı şəraitində iqtisadiyyatın tələbidir", - deyə "Aqrointer" Şirkətinin baş direktoru Əmir Qəhrəmanov bildirir.
Adətən, yubileyərəfəsi əldə olunmuş nəticələrə yekun vururlar. Amma bizim söhbətimiz bu barədə deyil.
"Aqrointer" artıq 15 ildir bazarı fəal şəkildə öyrənən, onun perspektiv imkanlarını yaxşı bilən uğurlu yerli şirkətlərdən biridir. Şirkət yalnız aqrar və tikinti texnikası satışı ilə məşğul olmur, həmçinin, həmvətənlərimizə dünya texnikasının yeniliklərini, texnoloji baxımdan çağdaş və iqtisadi baxımdan əlverişli nümunələrini təqdim edir. "Aqrointer" şirkətinin yardımı ilə Azərbaycan istehlakçısı tikinti texnikasının tanınmış brendlərini və ən yaxşı markalarını tanıyır və istifadə edir.
- Bu da ki böyük əmək, ilk növbədə, intellektual əmək hesabına başa gəlir...
- Bu baxımdan, yapon tərəfdaşrlarla iş çox maraqlı qurulub. Bunlar özləri də maraqlı xalqdırlar. Müdriklərdən biri deyib ki, əgər bir sıra ölkələr öz təbii ehtiyatları, faydalı qazıntıları ilə zəngindirlərsə, Yaponiya yaponlarla fəxr edə bilər. Bu, gerçəkdən də belədir, bizim onlardan öyrənəcəyimiz çox şey var. Biz tanınmış yapon firması ilə dünyada məşhur "Hitaçi" brendinin Azərbaycana gətirilməsi ilə bağlı müqavilə bağlamışıq. Bu, böyük əməyin və ikiillik danışıqların nəticəsidir. Bu iki il ərzində yapon tərəfdaşlar dəfələrlə bizim ölkəyə gəlib, yerli şəraiti, iqlim şərtlərini öyrəniblər, torpaqdan analiz götürüblər və eyni zamanda, yüzlərlə sual veriblər. Yalnız öz texnikalarının dəniz səviyyəsindən 2000 metr yüksəklikdə dağlıq şəraitdə, bizim temperatur rejimlərində işləyə biləcəyinə əmin olduqdan sonra şirkətimizlə müqavilə bağlayıblar. Onlar üçün əsas məsələ mal satmaq deyil, kobud dillə desək, onlar imiclərini itirmək istəmirlər. Bu da təsadüfi deyil, vulkanlar üzərində yaşayan bu ölkə tikinti texnikası bazarı ilə yanaşı çox sahələrdə aparıcıdır.
Öz təcrübəmizdə biz onların təklif etdiyi texnikanın əlverişliliyinə əmin olmuşuq. Artıq üçüncü ildir ki, biz Azərbaycan bazarında "FURUKAWA UNIC CORPORATION" şirkətinin kran-manipulyator qurğularının (KMQ) təchizatını və quraşdırılmasını gerçəkləşdirik. Onlar bütün beynəlxalq tələb və standartlara cavab verir, şəksiz, yüksək keyfiyyət və etibarlılıqla seçilirlər.
Qısa müddət ərzində bu manipulyatorlar alıcıların etibarını qazanıb və həm Amerikada, həm də Avropada onlara geniş tələbat yaranıb. Onların populyarlığı gündən-günə artır. Bu firmanın manipulyatorları bütün dünya üzrə 100 ölkədə istifadə edilir.
-Manipulyator kranların təkcə bizim ölkədə deyil, bütün dünyada önəminin artması nə ilə bağlıdır? - Tarixə ekskursiya edək. Əgər 80-ci illərdə hər yüz yük avtomobilinə görə 10 kran quraşdırırdılarsa, 90-cı illərdə bu, 30 krana qalxdı. Artıq 2000-ci illərdən isə 70-ə yaxın yükboşaltma kranı istifadə edilir. Niyə rəqəm belə böyüyüb? Çünki maddi ehtiyatlara böyük qənaət edilir. İkincisi, bu, iş templərinin sürətlənməsinə, həmçinin, vaxta qənaət edilməsinə imkan verir. Üçüncüsü isə kranların istifadəsi yükü zədələmədən boşaltmağa şərait yaradır.
40-50 il qabaq avtokranlar yükqaldırma gücü 7 tondan 20 tona qədər dəyişən "QAZ", "ZİL", "KAMAZ" markalı maşınlara quraşdırırlırdı. 90-cı illərdə bəzi zavodlar rəqabətə dözməyib öz fəaliyyətlərini dayandırdılar, başqaları isə bazar iqtisadiyyatı prinsiplərini anlayaraq, öz işlərini yenidən qurdular. Bazar konyukturasını savadla qiymətləndirərək, onlar təklif edilən texnikanın çeşidini genişləndirdilər. Belə dinamik inkişaf edən zavodlardan biri Qaliç zavodudur, onun istehsal etdiyi avtokranların yükqaldırma gücü 16 tondan 80 tona qədər dəyişir. Əgər siz diqqət yetirirsinizsə, heç bir zavodda yüngün konstruksiyalı yükqaldırma kranları buraxılmır. Səbəb aydındır: bu, iqtisadi baxımdan əlverişli deyil. Onda belə bir sual yaranır: ağırlığı cəmi 3-5-7 ton olan yüklərin qaldırılması üçün yük qaldırma gücü 16 ton olan avtokranı cəlb etmək nə dərəcədə məqsədəuyğun və əlverişlidir? Belə olan halda nə etməli?
Bu zaman məhz kran manipulyatorlar yardıma gəlir? Bazardakı hazırkı tələbatı və iqtisadi yararı nəzərə alaraq biz bu il kran-manipulyatorlar buraxılışında ixtisaslaşmış daha bir şirkətin rəsmi distribütoru olmuşuq. Bu, Avstriyanın "Palfinger" şirkətidir. Statistikaya görə, Qərbi Avropanın demək olar ki, bütün manipulyator kranlarının üçdə biri bu şirkət tərəfindən düzəldilib. 2001-ci ildə şirkət öz 70 illiyini qeyd edib və bu həm də başqa bir önəmli hadisə - 100 mininci manipulyator kranın buraxılışı ilə yadda qalan olub. Yalnız keçən il "Palfinger" şirkəti 16 000 ədəd məhsul buraxıb, bu, dünya üzrə KMQ istehsalının 25%-ə qədəridir.
Bütün bu faktlar və rəqəmlər manipulyatorların xeyrinədir. Axı onlar bahalı avtokranların superqənaətcil alternatividir. Dünya biznesinin, xüsusilə də dünya böhranı şəraitində bir qızıl qaydası var - bu, iqtisadi fayda prinsipinə əməl edilməsidir. Hansı fəaliyyətlə məşğul olursunuzsa, olun, hər şeydə motivasiya gərəkdir. Əgər motivasiya varsa, əmin olun ki, işlər gedəcək.
MƏSLƏHƏT GÖR: