24 Noyabr 2024

Bazar, 18:08

FƏRQLİ, LAKİN AYRILMAZ

Aralarındakı bənzərsizliklərə baxmayaraq, kişi ilə qadın bir-birindən ayrı yaşaya bilməz

Müəllif:

15.09.2010

Hər bir insan unikal və təkrarolunmaz varlıqdır. Dünyada eyni oxşarlıqda adam  tapmaq mümkünsüzdür. Buna baxmayaraq, insanlar arasında dərhal  nəzərə çarpan fərqlər də mövcuddur. Bu, kişi ilə qadın arasındakı bənzərsizlikdir. Onlar arasında xaric bənzərsizlikdən savayı, daxili bənzərsizlik də mövcuddur. Daxili bənzərsizlik dedikdə, qadın və kişilərin eyniadlı daxili orqanlarının bir qədər fərqli fəaliyyət göstərməsi başa düşülür. Elə buna görə də  onların maddələr mübadiləsinin intensivliyi, tənəffüs və  ürək yığılmalarının tezliyi, qan tərkibi və habelə qavrama, məntiq və intuisiya, temperament, sinir sistemi, müşahidə qabiliyyəti  və bir çox digər xüsusiyyətləri fərqlidir. Bununla bərabər, tipik olmayan qadın və kişilərə də təsadüf edilir: bunlar özlərinin hərəkətlərində kişiləri xatırladan  qadınlar və  özlərini qadın kimi aparan kişilərdir. Biz bu yazımızda öz cinsinin əsl tipik nümayəndələri olan qadınlardan və kişilərdən bəhs edəcəyik.

Kişi ilə qadın arasında bənzərsizlik fizioloji əlamətlərdən daha çox psixoloji  əlamətlərə görə bənzərsizlikdir. Qadın psixologiyasını dərk etmək üçün onların möminlik psixologiyası öyrənilməlidir. Lakin hələ ki  qadını başa düşmək üçün o qədər də səy göstərilməmişdir. İndiyədək psixologiya elmi daha çox  kişilərin öyrənilməsi ilə məşğul olmuşdur. 

 

Nə üçün bu qədər fərqli?

Məhz buna görə də  alimlər siçovulları öyrənir və siçovulların da köməyi ilə kişilər barədə nəticəyə gəlirlər.

Qadın və kişi psixologiyaları arasında fərq nədən ibarətdir?

Müasir elm son yüz ildə  çox mühüm kəşf etmişdir. Məlum olmuşdur ki, insanın bir yox, iki şüuru vardır. İnsanın şüuru beynin iki yarımkürəsinə - sağ və sol yarımkürələrə  ayrılmışdır. Sağ yarımkürə  insanın diaqonal üzrə sol əli ilə, sol yarımkürə isə sağ əli ilə  əlaqədardır. 

Qadınlar beynin  sağ yarımkürəsi, kişilər isə sol yarımkürəsi ilə idarə olunur. Kişilər əsrlərboyu qadınları idarə etmişlər. İndimizdə bəzi qadınlar  bunun əleyhinə çıxır. Həmin qadınlar  mahiyyət etibarilə  kişiləri xatırladırlar. Onlar kişilər kimi hər bir məsələdə məntiqə əsaslanırlar, mübahisə etməyi xoşlayırlar, öz xeyirlərini biləndirlər. Çox ehtimal ki, qadınlar hakimiyyətdə kişilərin yerini dar edəcəklər. Qadınların hakimiyyət uğrunda mübarizəsi  qələbə ilə başa çatandan sonra  artıq onlar kişiləşəcək və sol yarımkürənin imkanlarından istifadə edəcəklər. Mübarizə aparmaq üçün isə  haqq-hesab çürütməyi  bacarmaq, kişilərlə yarışa girmək üçün  isə  onlar kimi  aqressiv olmaq lazımdır. Dünyanın qadın azadlıq hərəkatında məhz həmin aqressivlik müşahidə olunur. 

Feminizm hərəkatına qoşulmuş qadınlar aqressiv varlığa çevrilir və nəticədə incəliklərini, habelə anadangəlmə digər  xüsusiyyətlərini itirirlər. Onlar bilirlər ki, kişilərlə  mübarizə aparmaq üçün  kişilərin tryuklarını  öyrənməli, özlərini kişilər kimi aparmağı bacarmalıdırlar. Məlum həqiqətlərdən biri də odur ki, insan mübarizə apardığı adamın bütün təhlükəli cəhətlərinə yiyələnməyi bacarmalıdır. Bu, bəşəriyyətin  böyük problemlərindən biridir. Bir adam digər adam ilə mübarizəyə girişəndə  analoji mübarizə üsullarını, analoji taktikanı  mənimsəməlidir. Düşmənə (burada kişi nəzərdə tutulmur) yalnız bu yol ilə qalib gəlmək mümkündür.  Qalib gələn kəs  bir qədər sonra özü-öz düşməninə çevrilir. Yalnız səthi tərəflər dəyişir,  insanın daxilindəki  qarşıdurmalar  qalır.  

Qarşıdurma insanın daxilindədir. Əgər o,  insanın daxilində yoluna qoyulmursa, həmişəlik  qalır. Konfliktin, yəni qarşıdurmanın həlli  insanın öz daxilində, iki yarımkürənin  arasında qalmaqda davam edir.

Beynin sağ yarımkürəsi intuisiyaya, irrasionallığa, məntiqsizliyə, poetikliyə, platonikliyə, romantikliyə, möminliyə, anlaşılmazlığa, sol yarımkürə isə  məntiqliliyə, rasionallığa, riyazi, elmi təxəyyülə, intellektuallığa  cavabdehdir. Hər iki yarımkürə arasında həmişə qarşıdurma vardır. İnsanın böyük siyasəti də  insanın öz daxilindədir. İnsan  bunu anlaya bilmir, anlayanda isə  hər iki yarımkürə arasında güzəştli vəziyyət  yaratmağa çalışır.

İrəlidə deyildiyi kimi, sol əl sağ yarımkürə ilə: intuisiya, təxəyyül, mistika, poeziya, din ilə əlaqədardır. Cəmiyyət  sağəllilər üçün yaradılmışdır, sağ əl isə  sol yarımkürə ilə əlaqədardır. Körpələrin on faizi solaxay doğulur. Güman edilir ki,  ilk zamanlar  uşaqların əlli faizi solaxay və əlli faizi isə sağ ilə işləyən imiş.

Kişi təbiətinə  sanqvinstik və melanxoliklik temperamentləri xasdır. Qadınlar isə  mütəhərrikdirlər, hisslərini  coşqunluqla büruzə verirlər. Ovqatlarının sürətlə dəyişməsi qadınlara xas cəhətlərdir. Bədbəxt qadın aqressiv olur.

Kişi qətiyyətliliyi və risk meyilliliyi qadın ehtiyatlılığı ilə, kişi sərtliyi  qadın mülayimliyi ilə, kişinin bir çox  məişət məsələlərinə  etinasız münasibəti qadının yüksək estetik tələbləri ilə yaxşı tamamlanır. 

 

Özəlliklər

Qadınlar kişilərə nisbətən çox emosionaldırlar. Kişilər isə öz emosiyalarını cilovlaya bilirlər. Onlar  cəzalandırılmalarını xoşlamırlar, işdə və evdə olan qarşıdurmalara və  neqativ hallara  nifrət bəsləyirlər. Qadın istəyəndə  gülməyi, istəyəndə də ağlamağı bacarır. Qadınlarda  təsəvvüretmə qabiliyyəti, fantaziya  çox güclüdür. Onlar adamı mimikasına, jestinə, baxışına  görə  asanlıqla anlayırlar. Bunun sirri qadınların incə intuisiyasındadır. Ona görə də qadını aldatmaq çox çətindir.  Qadın isə kişini asanlıqla aldada bilir. O, çox vaxt susur ki, kişi ilə münasibətlərini gərginləşdirməsin.

Qadınlar qavrama tezliyinə  görə kişilərdən çox üstündürlər. Qadınlar mətni kişilərə nisbətən daha tez oxuyur və  oxuduqlarını  bütün təfsilatı ilə   kişilərdən yaxşu mənimsəyir və yadda yaxşı saxlayırlar.

Qadın geyinərkən  əvvəljə köynəyini, sonra isə şalvarını geyir. Kişilərdə bu ardıjıllıq əksinədir. 

Qadınlar siqareti dişləri arasında əzmir, həmişə əllərində saxlayırlar.  Qadın əsnəyərkən ağzını  yumruğu  ilə deyil, ovucu ilə qapayır. Qadın nəsə bir şeyi  tulazlamaq istəyəndə  əlini yana yox, dala aparır. Zərif cinsin nümayəndəsi  əl-ələ  salamlaşanda  əlini boş qoyur. Çağırışa cavab əlaməti olaraq qadın,  adətən, başını çevirir. Kişi isə boyunu az döndərə bildiyi üçün, bütün bədənini döndərməli olur. 

Qadınlar dağdan düşərkən  və dağa qalxarkən çəpinə hərəkətə üstünlük verirlər. Belə hallarda kişilər ayaqlarını  geniş açırlar. Qadınlar qulaqlarını  barmaqları ilə, kişilər isə ovucları ilə tıxayırlar. 

Qadınlar əlcəklərini küçəyə çıxmazdan qabaq taxırlar. Qadınları kişilərdən fərqləndirən bir çox digər xüsusiyyətlər də vardır. Qadın kişinin zəiflik göstərdiyi, məsələn, qadına vurulduğu hallarda. Eşqə düşmüş kişi başını tez itirir və nə etdiyini də bilmir. Qadın isə belə hallarda  daha dərrakəli olur. O, nə edəcəyini  və necə edəcəyi bardə xeyli düşünüb-daşınır, ağlını axıradək itirmir. Görünür, bu özünümühafizə mexanizmini ona, yəqin ki, Yaradanın Özü verib. 

Kişi onu çulğamış hisslərdən azad olan kimi, heç dala baxmadan da  çıxıb-getməyə üstünlük verir. Bu isə kişinin beyin yarımkürəsinin cismani hisslərdən ağlabatan hərəkətə keçməsi deməkdir. Kişi hansısa bir mühüm məsələnin həlli barədə düşünəndə qadın onun diqqətini yayındırmamalı, hətta özünə qarşı incə hisslər bəslənməsini tələb etməməlidir. Çünki iki işi birdən görmək mümkünsüzdür. Qadınlar isə eyni zamanda, həm hisslərini izhar etməyi və həm də hər hansısa bir iş görməyi bacarırlar. Bu, onların təbiətən verilmiş keyfiyyətləridir. Bu keyfiyyət onların uşaq tərbiyəsi zamanı  çox kara gələndir. Qadınlar, eyni zamanda, həm ciddi, həm də mehriban ola bilirlər. Onlar, hətta uşağı cəzalandıranda da ana mehribanlığını saxlayırlar. Çağa ağlamağa başlayanda qadın dərhal onun  kiriməsi üçün nə etmək lazım olduğunu bilir. Kişi isə uşaq ağlayanda onu qucağına  alıb həyəcanla yırğalayır, ya da baş-beynin hissiyyat sferasının təsiri ilə  etinasızlıq göstərir  və fikirləşir ki, uşaq ağlayıb-ağlayıb, nəhayət ki, sakitləşəcək. 

Beləliklə, qadın və kişi digərinin  zəiflik göstərdiyi anlarda bir-birinin qarşılıqlı yardımçısına çevrilir və xoşbəxt həyat üçün zəmin yaradır. 

Həyat elə qurulub ki, kişisiz, yaxud qadınsız ailə normal  ailə hesab edilmir.


MƏSLƏHƏT GÖR:

456