24 Noyabr 2024

Bazar, 16:44

ZEPTER - GERÇƏK NAĞIL

Azərbaycanlılar bütün dünyada tanınan istehsalçının məhsulunu yüksək qiymətləndirir

Müəllif:

01.09.2010

"Zepter International" ev, düzgün qidalanma, sağlamlıq və gözəllik üçün geniş çeşiddə yüksək keyfiyyətli məhsulların istehsalında ixtisaslaşmış beynəlxalq şirkətdir. Bu gün şirkət dünyanın beş qitəsinin 50-dən çox ölkəsində uğurla işləyir. "Zepter"in bütün istehsal proqramlarının əsasında hər bir insana yaxşı tanış olan gözəllik və sağlamlıq fəlsəfəsi durur.  Məhz bu fakt "Zepter" loqotipli markanın populyarlığının gündən-günə artmasına səbəb olan istinad nöqtəsinə çevrilib. 

2004-cü ildən "Zepter International" Azərbaycanda işləyir. 2009-cu ilin noyabr ayından isə "Zepter International"ın Azərbaycanda baş direktoru cənab Milan Lukiçdir və onunla söhbət bu yazının əsasını təşkil edir.

 

Sevgi dünyanı xilas edəcək 

İlk dəfə bu məşhur "Cherchez la femme" ("Şerşe lə fam") - "Qadını axtarın!" kəlmələrini işlətmiş Aleksandr Düma haqlı imiş. Gerçəkdən də əsl kişinin istənilən hərəkətinin başlıca ilhamvericisi  sevdiyi qadındır. Bir sözlə, onun əməllərinin necə olması bu gözəl xanımdan asılıdır. 

"Zepter International" şirkətinin prezidenti Filip Septer təkcə şirkətin yaradıcısı deyil, həm də "Zepter" fəlsəfəsinin -  hə-yatın keyfiyyətinin yaxşılaşmasına və ekoloji problemlərin həllinə yönəlmiş sağlam həyat tərzi və təkmilləşmə fəlsəfəsinin banisidir. 

Cənab Septer öz məşhur imperiyasını xanımı Madlenə olan sevgisinin hesabına yaradıb. O, sevgilisinin həyatını maksimum dərəcədə komfortlu etmək istəyib və onu məişətlə bağlı qayğıların çoxundan azad etməyi qərara alıb. Xanımının qadın kimi qalmasını, aşpaza və ya ev qulluqçusuna çevrilməməsini istəyən Filip Septer bütöv bir yeni  həyat tərzi fəlsəfəsinin əsasını qoyub. Korporasiyanın məhsulu ilə tanış olanlar artıq təsdiq edirlər ki, "Zepter"in hər bir məhsulunda qadına sevgi hiss edilir, onlarda xüsusi energetika var və bu energetika bircə dəfə belə həmin məhsullara toxunan hər bir kəsə ötürülür. 

 

"Zepter"in nağılı  

Təsəvvür edin ki, siz yuxudan çox gözəl bir yataq ağında oyanırsınız, "ev günəşi"ni  - "Bioptron"u işə salırsınız, gözəl əhvalla rahat,  yumşaq xalatı geyinirsiniz və təmiz, xlorsuz, həm də masajlı duş qəbul etməyə yollanırsınız. Sonra sizin dərinizin durumunu yaxşılaşdıran təbii kosmetikadan istifadə edirsiniz. Bunu kişilər də edə bilir, özü də söhbət təkcə üz qırxmaqdan getmir. 

Ən yaxşı qeyzerli qəhvə dəmləyirsiniz, onu saxsı və ya metal kasalara tökürsünüz, vakuum  sistemindən təzə buterbrod və ya pirojna çıxarırsınız. Və ya bunu daha təkmil, funksional imkanlarına görə tayı-bərabəri olmayan xüsusi qabda hazırlayırsınız. Biz hələ süfrənin düzəldilməsi, servizlər, meyvə və gül vazalarından danışmırıq. 

Və xoş əhval-ruhiyyə ilə işə yollanırsınız, həm də əmin olursunuz ki, evə dönərkən də xoşbəxlik, sağlamlıq və gözəl həyat içində olacaqsınız. Axı "Zepter" bundan ötrü hər şeyi - havanı, suyu, mənzili, mebeli, geyimi təmizləmə sistemini  yaradıb və bütün bunlar sizin tərəfinizdən minimum səy göstərilməsi nəticəsində maksimum effektlə gerçəkləşir. 

 - Cənab Lukiç, sizin məhsullar yetərincə bahalıdır. Siz alıcını saxlamağa və həm də öz biznesinizi genişləndirməyə necə nail olursunuz?

- "Zepter International"ın məhsulları qiymət və keyfiyyətin ideal uyğunluğudur. Əbəs yerə demirlər: biz elə varlı deyilik ki, ucuz məhsullar alaq. "Zepter" şirkətinin məhsullarının çoxuna ömürlük zəmanət verilir. Nəticədə, alıcı yalnız qazanır, özü də hər sahədə - həm qiymətdə, həm də həyatın keyfiyyətinin yetərincə yaxşılaşmasında. Axı şirkətin əsas prinsipi alıcının sağlamlığı və gözəlliyidir. 

- Bir çox oxucular bu sözləri adi reklam trükü saya bilər. "Zepter International"ın öz məhsullarını birbaşa satışlar yolu ilə yaydığı nəzərə alınarsa, ömürlük zəmanət necə gerçəkləşdirilir?

- Məhz birbaşa satış sistemi bizim  nümayəndələrimizə hər bir alıcı ilə birbaşa əlaqə saxlamağa imkan verir. Qeyd etmək lazımdır ki, birbaşa satışları şəbəkə marketinqi ilə qarışdırmaq olmaz. Əməkdaşlar yalnız istehsalçı ilə alıcı arısında vasitəçi rolunu oynayırlar. Onların vəzifələrinin sırasına yalnız məhsulu savadlı təqdim etmək deyil, həm də hər bir müştəriyə servis xidməti daxildir. Bundan başqa, məhsulun qiyməti məsələsinə qayıdaraq, bunu demək istəyirəm ki, bizdə pulun hissə-hissə ödənilməsi yolu ilə satış sistemi də nəzərdə tutulub. 

 Kredit sistemindən fərqli olaraq, alıcı məhsulun dəyərinə görə müəyyən artıq faiz ödəmir. Hissə-hissə ödəmə sisteminə görə, ilk baxışdan bahalı görünən məhsul çox tezliklə öz xərcini  çıxarır və gələcəkdə pula və vaxta qənaət etməyə imkan yaradır. 

Bizim "Zepter"in bütün məhsul çeşidini təsvir etmək istəyimizin yerinə yetirilməsi mümkün olmadığına görə, cənab Milan Lukiç yalnız şirkətin hazırkı təklifləri sırasında ən inqilabi olan dörd məhsulun üzərində dayandı. 

 

"Bioptron"

Bu cihaz haqqında sonsuza qədər danışmaq olar, çünki bu, hər bir qadının arzuladığı məhsuldur! Niyə?

Birincisi, "Bioptron"  birbaşa sizin evinizdə gözəllik salonudur! Siz, sadəcə, sağaldıcı işığı gözəlləşdirmək istədiyiniz tərəfinizə yönəldir və gündə cəmi 4 dəqiqə sərf etməklə xoş fototerapiya seansı əldə edirsiniz. Heç bir plastik əməliyyata gərək qalmır! Siz gəncsiniz və çox gözəl görünürsünüz!

İkincisi, "Bioptron" immuniteti yüksəldən ev profilaktoriyasıdır, deməli, sizi və ailənizi soyuqlamadan, qripdən, stresdən, ürək-damar xəstəliklərindən qoruyur. Deməli, siz və yaxınlarınız təhlükəsizlikdəsiniz!

Üçüncüsü, "Bioptron" ev doktorudur, ekstremal hallarda (zədələrin, ağrıların, yaraların müalicəsində), həmçinin, psoriaz, atopik  dermatit və ya ekzema kimi dəri xəstəlikləri zamanı yardım edə bilər. 

"Bioptron" yuxunu və əhvalı yaxşılaşdırır. Və bütün bunlar dərmansız, ev şəraitində gerçəkləşdirilən bir neçə dəqiqəlik ağrısız komfort seansları nəticəsində baş verir. 

Bundan başqa, bu cazibədar, mobil, çağdaş və funksional cihaz istənilən mənzilin interyerinə yaraşır. 

Bir sözlə, evdə "Bioptron" həm sağlamlıq, gözəllik, uğur və prestijdir, həm də bütün ailənin etibarlı müdafiəçisidir!

Sizi, yəqin ki, onun necə işləməsi maraqlandırır? Cavab təbiətin özü kimi sadədir. "Bioptron" orqanizmin regenerasiya və özünübərpa qabiliyyətini stimullaşdırır. Dəriyə düşən işıq enerjisi biostimullaşdırıcı təsir göstərir, başqa sözlə, orqanizmdə bioloji prosesləri müsbət stimullaşdırmaqla onun işini yaxşılaşdırır. 

"Bioptron" dünyanın 52 ölkəsində tibbi cihaz kimi sertifikatlaşdırılıb. Bu, yeni beynəlxalq patentləşdirilmiş "Bioptron Light Therapy" texnologiyasıdır ki, əsasında 1903-cü ilin Nobel mükafatı dayanır. Qurğunun həyatın ilk günlərindən qocalığın sonuna kimi istifadəsi nəzərdə tutulur, istifadəsi sadədəir, özü İsveçrədə istehsal edilir. İstismar zəmanəti 2 ildir. 

 

"TuttoLuxo 6S"

Qarşınızda heyranedici  "TuttoLuxo 6S" durur - təkrarsız keyfiyyətə malikdir! Bu, demək olar ki, evin kompleks təmizlənməsinə imkan yaradan ilk tozsorandır. Çünki təkcə "TuttoLuxo 6S" altı unikal funksiya ilə təchiz edilib:

1. Su filtrli tozsoranla təmizləmə.

2. Buxarla təmizləmə və dezinfeksiya.

3. Eyni vaxtda buxarla və tozsoranla təmizləmə.

4. Peşəkar  buxar ütüləməsi.

5. Havanın təmizlənməsi və aromaterapiya.

6. Havanın nəmləndirilməsi.

Qurğunun istifadəsi sadədir, maksimum yüngüldür və evinizdə rahat gəzdirə bilərsiniz.

"TuttoLuxo 6S" istənilən kiri təmizləyir və müxtəlif ləkələri yox edir, sizin evdə nəm təmizlik işləri aparır, onun havasını təmizləyir, hətta istəsəniz ətirləndirir də. Bundan başqa, "peşəkar buxar ütüsü" funksiyasının yardımı ilə siz müxtəlif növ parçaların üf?qi və şaquli ütülənməsini gerçəkləşdirə bilərsiniz. Bu zaman o, paltarı ideal şəkildə ütüləməklə yanaşı, həm də dezinfeksiya edir! Başqa sözlə, kimyəvi təmizliyə daha ehtiyac qalmır! Bundan başqa, bu heyranedici ütü şaquli şəkildə pərdələri də ütüləmək imkanına malikdir, halbuki pərdələrin təmizlənməsi və ütülənməsi barədə qayğılar, əvvəllər istənilən qadının kefini pozurdu. 

Havanın nəmləndirilməsi funksiyası isə mənzildə nəmliyi bərpa edir ki, bununla da ailənizin sağlamlığını və gözəlliyini gücləndirir. 

 

"Terapy Air" 

Təmiz hava çağdaş insanın arzusudur. Təmiz havada viruslar və bakteriyalar, allergenlər və toz, xoşagəlməz qoxular, çirkləndirici kimyəvi maddələr və s. yoxdur. Biz yaxınlarımızın təmiz hava ilə nəfəs aldıqlarına əminikmi? Axı hər gün atmosferə milyonlarla ton çirkləndirici maddə - avtomobillərin tullantı qazları, neft və təbii qazın emalının məhsulları atılır. Hazırda havanın çirkləndirilməsi ən ciddi ekoloji problemlərdən sayılır. 

Bu zaman evdə havanın təmizliyi küçəyə baxanda xeyli aşağıdır. Axı insan məişət kimyası məhsulları (laklar, boyalar, müxtəlif təmizləyici preparatlar) istifadə edir. Bundan başqa, interyer predmetləri - mebel, xalçalar, pərdələr əsl "toz yığnağı" olur və onlarda çox şeylə yanaşı, saprofit gənələr və kif də mövcuddur.  Bütün bunlar yuxu problemlərinə, xroniki yorğunluq  sindromuna, respirator xəstəliklərinə, əsəbiliyə, iş qabiliyyətinin azalmasına və başqa problemlərə səbəb olur.

"Zepter-International" şirkəti "Terapy Air" hava təmizləyicisi təklif edir ki, bu da tərcümədə "müalicəvi hava" mənasını verir. 

"Terapy Air Ion" modelini xüsusi qeyd etmək istərdik, havanın çirklənməsinə qarşı güzəştsiz mübarizə vasitəsi olan bu model havanın beşmərhələli filtrasiyasını  gerçəkləşdirir və təmizlənmiş havanı mənfi yüklənmiş ionlarla zənginləşdirir. 

Beləliklə:

1. Elektrostatik süzgəc iri toz, kif, saç və heyvan tükü hissəciklərini yığır.

2. Antibakterial  süzgəc effektiv şəkildə xırda toz hissələrinə, tozcuqlara və bir sıra bakteriya növlərinə qarşı mübarizə aparır.

3. HEPA-süzgəc süzgəcin antibakterial madələrlə hopdurulmasıdır ki, sizi virus və bakteriyalardan qoruyur.

4. Antiallergen süzgəc "qinkqo biloba" bitkisinin yarpaqlarının ekstraktının hopdurulması hesabına havanı allergenlərdən və qrip viruslarından təmizləyir.

5. Kömür süzgəci toksik qazları və xoşagəlməz iyləri effektiv şəkildə məhv edir. 

Bu cür beşpilləli təmizlənmədən sonra, hava mənfi yüklənmiş ionlarla - sağlamlığımız üçün hava vitaminləri generatoru ilə zənginləşdirilir. 

Evinizdə "Terapy Air Ion" cihazı quraşdırmaqla aşağıdakılara nail olursunuz:

- güc və enerji axını;

- immunitetin möhkəmlənməsi;

- allergiya və astma tutmalarının azalması;

- revmatik ağrıların yüngülləşməsi;

- halsızlığın azalması.

"Terapy Air Ion" iki qurğunun - havatəmizləyicisinin və ionizatorun bir qurğuda unikal birləşməsidir. Onun hesabına sizin həmişə təmiz, təzə, sağlam və mənfi ionlarla zənginləşdirilmiş havanız olacaq.

 

"Aqueena"

Su - həyatdır. Bizim hamımız bu ifadəni eşitmişik, amma heç də hamımız bilmirik ki, ağ ciyərlər, qan və insanın qalan orqanlarının 80-85%-i sudan təşkil edilib. Buna görə də biz su içdiyimizə  görə mövcuduq. Tədqiqatlar göstərir ki, yüksək texnologiyalar, urbanizasiya və ətraf mühitin dəyişməsi suya böyük təsir göstərib. Artıq suyun tərkibində olan  800-dən çox qatışıq müəyyən edilib, onların sayı getdikcə artır. 

Hətta yaxın keçmişdə bakterisid xüsusiyyətli dezinfektant sayılan xlor da bu gün yeni nəsil təhlükəli çirkləndirici maddələrin səbəbinə çevrilir. Dezinfeksiyanın məhsulu olan triqalometanlar ürək və onkoloji xəstəliklərin inkişafına, həmçinin, bütövlükdə orqanizmin qocalmasına səbəb olur.

Amma çıxış yolu var! "Zepter" suyun  3 pilləli təmizlənmə sistemini təklif edir. "Zepter"in "Aqueena"sı suyu "damla-damla" təmizləməyə imkan verir.

1-ci pillə. 3 ilkin süzgəc diametri 20 mkr/mm-dən yüksək olan çöküntünü, pası, hissəcikləri tutur; daha kiçik hissəcikləri ikinci süzgəc saxlayır, yüksək keyfiyyətli aktivləşdirilmiş kömür əsasında qurulmuş absorbasiyaedici üçüncü süzgəc isə xloru, yüngül mikrohissəcikləri və suyun dadına təsir göstərən maddələri tutur.

2-ci pillə. Yarımötürücü membran (əks osmos) - bu yeni proqressiv ixtiradır, suyu molekulyar səviyyədə təmizləməyə imkan verir, çünki membranın məsamələri 0,0001 mikrondan böyük deyil. Kimyəvi maddələr, üzvi aşqarlar, toksinlər, ağır metallar, triqalometanlar, bioloji qatışıqlar və suda həll olmuş yüzlərlə başqa çirkləndirici tutulur, çıxarılır və yuyulur. 

3-cü pillə. Aktivləşdirilmiş kömürdən düzəldilmiş və qazvari qatışıqları, qoxuları təmizləməyə qadir əlavə süzgəc. 

"Aqueena" Avropa keyfiyyəti və çağdaş dizayn deməkdir. O, membranın unikal avtomatik yuyulma qurğusu ilə təchiz edilib. "Aqueena" təmizləmə sistemi sizin nəzarətinizə ehtiyac duymur, qənaətlə və müstəqil işləyir. Yalnız bu proqressiv, etibarlı və çağdaş sistemin hesabına siz gerçəkdən dadlı, təmiz və sağlamlıq üçün yararlı su içə bilərsiniz. Təbiətin özünün yaratdığı kimi su. 

 

Xülasə 

Siz öz həyatınızı nağıla çevirmək barədə hələ qərar verməmisiniz?



MƏSLƏHƏT GÖR:

550