Müəllif: Aliyə SƏMƏDOVA Bakı
Avqustun 12-də dünya Beynəlxalq Gənclər gününü qeyd etdi ki, bir daha bütün ictimaiyyətin diqqətini onların problemlərinə yönəltsin. Bu gün BMT Baş Assambleyası tərəfindən 1999-cu il dekabrın 17-də gənclər işi üzrə nazirlərin 1998-ci il 8-12 avqustda Lissabonda keçirilmiş ümumdünya konfransının təklifi ilə müəyyən edilib. İlk dəfə gənclər günü 12 avqust 2000-ci ildə bayram edilib. Konfrans gənclərə aid ümumdünya fəailiyyət proqramı barədə, xüsusilə də gənclərin məlumatlılığının artırılması üçün məlumat-təbliğat tədbirləri təşkil etməyi tövsiyyə edib. Fəaliyyət proqramı isə Baş Assambleya tərəfindən 1995-ci ildə qəbul edilmiş 2000-ci ilə kimi və ondan sonrakı dövrü üzrə qəbul edilib. Fəaliyyət proqramında bildirilir ki, gənclər dünya üzrə işçi qüvvəsinin dörddə birini təşkil etdiyi halda işsizliyin yarısı gəncliyin payına düşür. Əmək bazarları yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla, gənclər üçün yaxşı perspektivli sabit məşğuliyyət təmin etməkdə çətinlik çəkir.
Hazırda dünya üzrə yaşı 25-ə qədər olan 3 milyarda yaxın sakin yaşayır. Onların yarımmilyardından çoxu yoxsulluq içindədir. 100 milyondan artıq uşaq məktəbə getmir. Hər gün 30 minə yaxın uşaqsa yoxsulluqdan dünyasını dəyişir. Hər gün 7 min gənc insan QİÇS-ə yoluxur. Buna əsaslanan BMT Baş katibi dünya birliyini nəsillər arasında qarşılıqlı bağlılığı qəbul etməyə və müxtəlif yaşlı insanların problemlərini birlikdə həll etməyə çağırıb.
Qocalıq sevinc gətirmir, gənclikdə isə...
Hə, etiraf etmək lazımdır ki, gənc insanların problemləri gerçəkdən də böyükdür və onların çoxu tez-tez belə sual verirlər: gənc olmaq asandırmı? Asan deyil, çünki böyük olmağa öyrənmək üçün çox sayda çətin vəziyyətlərdən çıxmaq lazımdır, həm də elə dərs götürmək gərəkdir ki, bir də belə vəziyyətə düşməyəsən. Məktəbi qurtarıb orta təhsil almaq azdır, bundan sonra instituta girmək, sonra işə düzəlmək, müəyyən müddətdən sonra ailə qurmaq gərəkdir, özü də həmin vaxta qədər mənzilin, avtomobil və yaxşı maaşın olsa idi, çox yaxşı olardı. Bu da ki, hamıya qismət olmur. Bütün bunlar ölkə əhalisinin 60%-dən çoxunu təşkil edən Azərbaycan gəncliyini ən çox düşündürən məsələlərdir.
Çoxları soruşur ki, niyə arzı və prioritetlər siyahısı belə yoxsuldur? Cavab çətin deyil - gənc insanlar tez-tez maddi xarakterli problemləri həll etməli olurlar ki, bu da onların ictimai, siyasi və humanitar məsələlərdə fəallıqlarının aşağı olmasına gətirir. Təklif tələblə müəyyən edilir və Milli Məclisin sosial siyasət komissiyasının üzvü Əkrəm Abdullayevin etiraf etdiyi kimi indiki gənclik üçün təklif çox azdır.
Düzdür, indi gəncliyə ayrılan diqqət və vəsait artırılıb. "90-cı illərdə gənclik siyasətinə təxminən 100-150 min manat ayrılırdı, bu günsə bu rəqəm 4 mln. manata çatıb. Gənclər və İdman Nazirliyi öz işinin öhdəsindən şərəflə gəlir, dövlət, prezident gənclər siyasətinə yetərincə diqqət yetirir. Problem sadəcə gəncliyin özündə, gənclər təşkilatlarındadır", - deyə deputat bildirib.
Abdullayevin sözlərinə görə, hazırda ölkədə 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, onların 30-40%-i fəal işləyir. Qalanları isə heç bir ciddi iş görmürlər. "Gənclər və İdman Nazirliyi gənclər siyasəti sahəsində proqram və layihələrin gerçəkləşdirilməsinə böyük məbəlğlər ayırır. QHT-lərə Dövlət Yardımı Şurası da müəyyən qədər maddi kömək göstərir. Ancaq gənclər təşkilatlarının fəaliyyəti gözə çarpmır. Halbuki, hələ 10 il qabaq gənclər təşkilatları tərəfindən Yaponiya hökumətinin və ABŞ səfirliyinin qrantları hesabına bir neçə məktəb tikilmişdi", - deyə Abdullayev vurğulayır.
Gəncliyi nə narahat edir?
Amma Azərbaycan gəncliyinin təmsilçiləri ilə çox saylı internet-forumlarda söhbət edərkən görmək olur ki, onları adi maddi problemlərdən çox, daha dərin problemlər narahat edir. Amma maddi problemlərin də ictimai işlərdə iştirak edib-etməmək istəyinə təsiri böyükdür. Gənclik təhsil hazırlığının keyfiyyətinin qaldırılmasını vacib sayır, çünki məhz buna görə gəncliyin ixtisas səviyyəsi işəgötürənlərin tələbinə uyğun gəlmir. Onların fikrincə, gəncliyi həm də iri maraqlı layihələrə cəlb etmək, onların istirahət problemini həll etmək lazımdır.
İşə düzəlmədə də problemlər var və mütəxssis bazarında vəziyyat daha çox texniki fənləri bitirənlərin xeyrinədir, humanitar fənləri bitirənlər adətən kənarda qalırlar, gənclərin özünə mənzil alması demək olar ki, mümkün deyil, kəndlərdən gəncliyin böyük şəhərlərə axını var. Bir sıra gənc insanlar iddia edirlər ki, Azərbaycan gəncliyinin problemlərinin böyük hissəsi validenlərin öz övladlarının taleyinə həddindən artıq qarışması ilə bağlıdır. Şəxsiyyətin ictimailəşməsi ilə bağlı problemlərə gəldikdə isə, gənc insanlar belə düşünürlər ki, bu, ölkədə uşaq bağçalarının sayının az olması ilə bağlıdır.
Bu durum gənc ailələrə özlərini işə həsr etməyə imkan yaratmır - analar evdə oturmağa məcbur olurlar, mövcud azsaylı məktəbə qədər müəssisələrdə isə uşaqların tərbiyəsinə yetərincə diqqət yetirmirlər. Uyğun olaraq, ölkədə çox az sayda güclü uşaq qurumu var, yaxşı uşaq bağçaları pulludarlar və çoxlarının buna imkanı çatmır. Bununla yanaşı, Azərbaycan gəncliyinin təmsilçiləri hesab edirlər ki, əlilləri daha səmərəli dəstəkləmək lazımdır, gənc dustaqların reabilitasiyası sisteminə daha çox diqqət yetirmək vacibdir.
Gənclər arasında işsizlik var, onun olması Gənclər və İdman Nazirilyi tərəfindən də etiraf edilir. Başqa problem ondadır ki, Azərbaycan gəncliyi əmək bazarına çox gec - 21-22 yaşında gəlirlər. Həmin vaxta kimi gənc insanlar öz valideynlərindən asılı olurlar. Halbuki, Avropa Birliyində gəncliyin əmək bazarına 16-17 yaşında gəlməsi ilə bağlı xüsusi siyasət gerçəkləşirilir.
Gənclər və İdman Nazirilyində qeyd edirlər ki, yuxarıda sadalanan problemlərin həlli üçün son illərdə dövlətin gənclərə qayğısı və dövlət gənclər siyasəti xeyli güclənib. Bu siyasətin əsası 1997-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Gənc kadrların tərbiyyəsinə, onların bacarıq və istedadlarının ortaya çıxarılmasına xüsusi diqqət yetirilir. Təhsil sistemində uyğun islahatlar isə yeniyetmələrin və gənclərin elmə axınını gücləndirməyə imkan verib.
Bununla yanaşı, Azərbaycan gəncliyinin çox sayda təmsilçisi xaricdə təhsil alıb. Gəncliyin ölkədəki ictimai-siyasi proseslərə cəlb edilməsinə gəldikdə isə, xaricdə oxumuş azrbaycanlı gənclərin fəallaşması və birgə layihələrin gerçəkləşdirilməsi bunun inkişafına müsbət təsir edir və dünyada Azərbaycan haqqında müsbət rəy yaradır. Bundan başqa, Gənclər və İdman Nazirilyi MDB və Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan gənclik təşkilatlarına dəstək göstərir.
Gənclər və İdman Nazirilyində Azərbaycan gəncliyini yetərincə fəal sayırlar, çünki o, dövlətin gənclər siyasətinin gerçəkləşdirilməsində əsas tərəfdaşdır və vətəndaş cəmiyyətinin qurulmasında iştirak edir. Qurumda sanırlar ki, QHT-lərdən fərqli olaraq gənclər təşkilatları əyləncəli və davamlı layihələr işləyir və gerçəkləşdirirlər.
Gəncliyə qayğı
Gənc ailələrə sosial dəstək və müdafiəyə gəldikdə isə, müvafiq qurumlarda bununla bağlı fəal müzakirələr aparılır. Belə ki, Milli Məclisin payız sessiyasında "Gənc ailələlirn sosial müdafiəsinin gücləndirilməsi haqqında" qanun layihsinin qəbul edilməsi planlaşdırılır. Komissiya başçısı Hadı Rəcəblinin sözlərinə görə, sənəddə nəzərdə tutulan tədbirlər kompleksinin gerçəkləşdirilməsi gənclərə qayğının dövlət səviyyəsində artırılmasına imkan verəcək.
O cümlədən, Milli Məclisin deputatı, Azərbaycanın Milli Gənclər Təşkilatları Şurasının (MGTŞ) sədr Fuad Muradov hesab edir ki, qanun layihəsində əsas diqqət gənclərin mənzil probleminin həllinə yönəlməlidir, buna görə də belə sənədin qəbul edilməsi ölkə üçün önəmli və vaxtında verilmiş olardı. Bəllidir ki, heç də gənc insanların hamısı ipoteka vasitəsi ilə ev almaq imkanında deyil, çünki proqramın bir sıra qayda və tələbləri var. Mənzili başqa yolla almağa isə gəncliyin böyük hissəsinin imkanı çatmır.
"Biz niyə bir sıra qərb ölkələrinin təcrübəsindən yararlanmayaq?" - deyə Fuad Muradov soruşur. Məsələn, İsveçdə artıq çoxdan gənc ailələri sosial mənzillərlə təmin etmək üzrə proqram fəaliyyətdədir. Başqa sözlə, əgər ailənin bütün üzvləri işsizdirlərsə, onda onlar normal iş tapana qədr "sosial mənzillərdə" yaşaya bilərlər. İş tapandan sonra da elə həmin mənzili güzəştli şərtlərlə ala bilərlər. Mənzil məsələsinin həllindən sonra gənc ailə cütlüklərinin ümumi və peşə təhslinin artırılmasına yardım etmək gəlir.
Gənc ailələrin aktiv sosial müdafiəsi sistemini - güzəştləri, müavinətləri, xüsusi dəstək proqramlarını də təbiq etmək lazımdır. Gənc ailənin üzvlərinin sağlamlığının qorunması da kökündən modernləşdirilməlidir: pullu və pulsuz tibbi xidmətlərin istifadəsi əsasında hamı üçün əlçatar olan tibbi yardım təmin edilməlidir. Nikaha girmək istəyənlərin də tibbi müayinədən keçirilməsi də pis olmazdı. Bu, ilk növbədə nəsil artımına mane olan xəstəliklərin erkən müəyyən edilməsinə və sağaldılmasına imkan verərdi.
Bütövlükdə, Fuad Muradov hesab edir ki, Azərbaycan gəncliyi əhalinin yetərincə fəal hissəsidir. Onun sözlərinə görə, Azərbaycan hələ Avropa Şurasının üzvü olmayanda belə Azərbaycan gəncliyi Avropa təşkilatları ilə işləyib. Şəksiz ki, dövlət dəstəyinə böyük ehtiyac var idi. Bu gün isə onun rəhbərlik etdiyi qurumun məqsədi Azərbaycan gəncliyinin müxtəlif təşkilatlarda birləşməsi üçün bütün şəraitin yaradılmasıdır. Yeri gəlmişkən, MGTŞ tərəfindən müəyyən ideyalar nəzərdə tutulub.
Bu təşkilatın yardımı ilə gənc insanlar bir sıra birgə dövlət layihələrinə, o cümlədən tanınmış "Çto? Qde? Koqda?" oyununun Azərbaycnda çempionatının keçirilməsinə cəlb edilib. Sosial layihələrə gəldikdə isə, onlar BMT ilə birgə gerçəkləşdiriliblər və ilkin tapşırıqları sırasına gənc insanların sərbəst vaxtını lazım olan səviyyədə keçirməyə, siyasi, humanitar və sosial sahələrdə öz fikrini deməyə şərait yaradılması ilə bağlı olub.
Eyni zamanda F.Muradov vurğulayır ki, Azərbaycan gəncliyinin problemləri də az deyil. Bu problemlər əsasən onunla bağlıdır ki, Azərbaycan hələ də çox təəssüf ki, işğal nəticəsində tutulmuş torpaqlar üzərində öz hakimiyyətini bərpa edə bilmir, həm də bizim ölkə "gənc demokratiya ölkəsidir". F.Muradov düşünür ki, Azərbaycanda təhsilin keyfiyyət səviyyəsi yüksəlməlidir, bununla yanaşı etiraf etmək gərəkdir ki, əvvəlkinə baxanda indiki gəncliyin xaricdə oxumaq imkanları daha çoxdur.
Hamının prestijli universitetlərə daxil olmaq, kurslar keçmək və distansüion təhsil almaq imkanı var. Onun sözlərinə görə, ölkənin təhsil sisteminin uğurla inkişaf etdirilməsinə baxmayaraq, gənc insanların alternativ təhsil imkanlarına çıxış üçün dövlət hər şeyi etməlidir. "Azərbaycanda ölkə prezidenti tərəfindən təsdiq edilmiş proqrama görə dövlət dünyanın 100 ən prestijli universitetində oxumaq istəyən gənc insanları dəstəkləyəcək. Və istəyənlər artıq var. Bu isə o deməkdir ki, əgər dövlət tələbənin təhsil haqqını ödəyirsə, onda gənc insanlarda da hansısa məsuliyyət yaranır. Beləliklə, Azərbaycan daha kadr çatışmazlığı ilə bağlı problem yaşamayacaq, hazırda isə bir çox sahələrdə çağdaş avadanlıq və ixtisaslı kadr çatışmazlığı yaşanır".
Deputat hesab edir ki, ölkədə həmçinin Azərbaycanın bütün gəncliyinin, o cümlədən kənd yerlərində yaşayan gənclərin də ictimai proseslərə fəal cəlbi üçün proqramların qəbulu vacibdir. Ölkədə yaxşı infrastrukturun yaradıldığı yetərincə inkişaf etmiş rayonların olmasına baxmayaraq, paytaxtda və regionlarda yaşayan gənclər, çox təəssüf ki, bir-birlərindən hələ də fərqlənirlər. Bütövlükdə, millət vəkili hesab edir ki, bu günkü Azərbaycan gəncliyi xarici dilləri, İKT və alternativ düşüncəni öyrənməyə can atır.
MƏSLƏHƏT GÖR: