24 Noyabr 2024

Bazar, 17:40

QƏZET: HAKİMİYYƏT, YOXSA HƏYATIN GÜZGÜSÜ?

İyulun 22-də Azərbaycan jurnalistləri peşə bayramlarini qeyd edirlər

Müəllif:

15.07.2010

İyul ayının 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Düz, 135 il əvvəl - 22 iyul 1875-ci ildə böyük Azərbaycan maarifpərvəri Həsən bəy Zərdabi "Əkinci" qəzetinin nəşrinə başlayıb. Bugünün Milli Mətbuat Günü elan edilməsi isə müstəqilliyimizin ilk ilinə təsadüf edir. Bu il prezident İlham Əliyevin fərmanı ilə mətbuatın peşə bayramı münasibətilə geniş bayram tədbirlərinin keçirilməsi planlaşdırılıb. Bütün ölkəni əhatə edən tədbirlərə jurnalistikamızın banisi Həsən bəy Zərdabinin doğulduğu Zərdab         rayonundan start verilib. Bayram münasibətilə peşəkar jurnalistlərin dövlət və Mətbuat Şurası adından mükafatlandırılması da nəzərdə tutulub. Lakin Azərbaycan və dünya KİV öz peşə bayramlarını qeyd etməzdən əvvəl mətbuat uzun və keşməkeşli bir yol keçib.

İnsanlar hələ yazı meydana çıxmazdan çox-çox qabaqlar yeniliklərdən şifahi olaraq xəbər tuturdular. Onlar bazar başında, qaladıqları tonqalların ətrafına yığışaraq bir-birlərinə bildikləri yeniliklərdən söhbət açırdılar. O zamanlar qasidlər xalqı böyük və kiçik şəhərlərin baş meydanlarına toplayıb, adamlara hökmdarların fərmanlarını və əmirlərini, qonşu ölkələrdən gətirdikləri xəbərləri oxuyur, döyüş meydanlarındakı qalibiyyət və məğlubiyyətlər  barədə məlumat verirdilər. Qasidlər kəndbəkənd dolaşaraq, məşhurların doğum və ölüm günlərindən, izdivaj hadisələrindən, boşanmalardan bəhs edən xəbərlər yayırdılar.

 

Xəbər Forumları

Qədim Romada gündəlik yeniliklər eramızdan əvvəl 59-cu ildən başlayaraq eramızın 222-ci  ilinədək əl ilə yazılmış vərəqələr şəklində forumlarda, yəni baş meydanlarda əhaliyə bəyan edilirdi. Camaat siyasi hadisələdən, məhkəmə çəkişmələrindən, qalmaqallardan, hərbi kampaniyalardan və qətl hadisələrindən bu yolla xəbər tuturdu. Qədim Çində hakimiyyət dairələri yeniliklərə dair vərəqələr buraxırdılar. "Dzıbao" adlanan həmin vərəqələr  eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinədək  mövjud olmuş Xan sülaləsi epoxasında  dövlət məmurlarına paylanırdı. Tan sülaləsi epoxasında (618-906-jı illərdə) həmin vərəqələr çap olunmuş şəkildə buraxılmağa başlanmışdı. XV əsrin ortalarında alman İohann Quttenberq çap presi ixtira edəndən sonra, Avropada yeniliklər çap maşınlarının köməyi ilə  yayılmağa başlanmışdı. Xristofor Kolumbun coğrafi kəşfləri barədə  məlumat verdiyi məktubu çap dəzgahında dərc olunmuş və Kolumbun vətənə qayıtması ərəfəsində, yəni 1493-cü ilin aprel ayında Barselona şəhərində işıq üzü görmüşdü.

Tarixdə əllə yazılan ilk qəzetlərin adları  qalıb. Qədim Romada "Akta Diuriya" (latın dilindən tərjüməsi "Günün hadisələri" deməkdir), Qədim Çində "Tçin Pao", yəni "Paytaxt yenilikləri" belə qəzetlərdəndir. İlk qəzetlərin sələfləri  Venesiyada əllə yazılan  qəzetlər sayılır. Həmin qəzetlər XVI əsrin ikinji yarısında Avropanın çox iri iqtisadi və maliyyə mərkəzi olan bu şəhərdə "qazeta" adı ilə meydana çıxmışdı. İndi hamının maraq göstərdiyi   "qəzet" sözü qədim Venesiyanın xırda pulu "qazzetta"nın adından götürülüb. Oxucular bu informasiya vərəqini  almaq üçün  bir qazzetta ödəyirdilər. Həmin dövri nəşr iki və daha artıq səhifədən ibarət olurdu. İtaliyada və ondan uzaqlarda  baş verən  aktual operativ informasiya, illüstrasiyalar və reklamlar həmin səhifələrə yerləşdirilirdi. Venesiyada əllə yazılan qəzetlərə "avizi", "yəni məlumat, bildiriş" deyirdilər. Onlar 1566-cı ildən başlayaraq həftədə bir dəfə çıxırdı. Hər hansı bir şəhərdən daxil olmuş yeniliklər haqqında  qısa məlumat  həmin şəhərin qrifinin altında yerləşdirilir və yolasalınma tarixi göstərilirdi.  Bu üsul sonralar  çap yolu ilə ərsəyə gətirilən bütün qəzetlərdə tətbiq olunmağa başlanmışdı. Çap üsulu ilə hazırlanan qəzetlər Avropa şəhərlərində - Bazeldə (1610), Berlində (1617), Frankfurt və Vyanada (1615), Hamburqda (1616)  və Amsterdamda  sürətlə  yayılırdı. İngiltərədə ilk  çap qəzeti  uzun bir adla - "Kurantlar, yaxud  İtaliyadan, Almaniyadan, Macarıstandan, Polşadan, Bohemiyadan, Fransadan və Hollandiyadan həftəlik yeniliklər" adı ilə 24 sentyabr 1621-ci ildə çıxmışdı. Fransa özünün "Qazett de Frans" adlı  məxsusi qəzetini 1631-ci ildə buraxmağa başlamışdı. İtaliyada ilk həftəlik qəzet 1639-cu ildə, İspaniyada isə 1641-ci ildə nəşr olunmuşdu.  İlk qəzetlərdə xəbərlər naşirə çatan  şəkildə, heç bir redaktə işi olmadan dərc edilirdi. Qitədə gedən qanlı Otuzillik müharibə haqqında xəbərlər "Vyana", "Frankfurt", "Praqa" və digər şəhərlər rubrikalarında verilirdi. Bu xəbərlər şəxsi məktublar, yaxud kiçik qəzet yazısı şəklində İngiltərə mətbəəsinə daxil olurdu. Eyni bir qəzetdə eyni bir tarixlə hansı şəhərinsə mühasirəyə alınması barədə yazı verilir, onun yanında həmin şəhərin alınması xəbəri yer alırdı. Daxil olan xəbərləri  redaktə etməklə məqbul şəklə salmaq təşəbbüsləri Londonda həyata keçirilməyə başlandı. İlk qəzetlər bbütün Avropadan, bəzən də Amerika və Asiyadan xəbərlər sərgiləndirirdi. Onlar çap olunduqları ölkələrdən yeniliklər  yayımlamırdılar.  Mətbəələr güclü nəzarət altında idi. Bir çox ölkələrdə dövlət lisenziyası alınması tələb olunurdu. 

 

"Kralın boynu vuruldu"

Avropanın hakim dairələri qəzet nəşrinə bir o qədər diqqət yetirmirdilər. Ona görə ki,  bu qəzetlər öz səhifələrində yerli və ümumdövlət problemlərinin və hadisələrin müzakirəsinə yer ayırmırdılar. İngiltərədə vətəndaş müharibəsinə bir neçə il qalmış  situasiya ilk dəfə olaraq kəskin dəyişmişdi. Oliver Kromvelin başçılıq etdiyi parlament kral Birinji Karl ilə mübarizəyə başlayan kimi, milli yeniliklər gözlənilmədən xüsusi əhəmiyyət kəsb etmişdi. Kral hakimiyyətinin zəifləməsindən istifadə edərək azad söz demək imkanı qazanmış qəzetlər ölkənin cari işlərini müzakirə etməyə başlamışdılar. Onlar dövlət nəzarətindən azad olmuş, müstəqil mətbuat qaranquşlarına çevrilmişdilər. İngiltərədə  çıxan  1620-ci il qəzetləri siyasi yenilikləri işıqlandırmaqla yanaşı, dünyada ilk dəfə olaraq yazı başlıqlarından istifadə etməyə, elanlar verməyə, məqalələri qravürlərlə bəzəməyə başlamışdılar. Yenilikləri araya gətirmək üçün hər şeylə maraqlanan qadınlar, küçələrdə qəzet satmaq üçün oğlan və qızlar işə jəlb olunmuşdular. Beləliklə də bu qəzetlər ümummilli  əhəmiyyətli hadisələri  də  işıqlandırmağa başlamışdı. Qəzetlərdə "Bu gün Uathoyl  sarayı qarşısında kralın boynu vuruldu" kimi xəbərlər də verilirdi.  Birinji Karl kütlənin gözü qarşısında qətlə yetiriləndən sonra, Kromvel öz hakimiyyətini  möhkəmləndirmiş və mətbuatı sərt nəzarət altına almışdı. Ancaq yarımrəsmi qəzetlər buraxılmasına icazə verilirdi. İngiltərədə 1688-89-cu il dövlət çevrilişi nəticəsində Yakov İkinci Stüart taxtdan salındıqdan və Oranclı Üçüncü Vilhelm taxta çıxarıldıqdan sonra, İngiltərə qəzetləri yenidən azadlıq əldə etdi. Lisenziya haqqında qanun qüvvədən düşdü, İngiltərədə və az bir müddət sonra Amerika koloniyalarında tədrijən başa düşüldü ki, mətbuatın hökuməti tənqid etmək hüququ olmalıdır. Vətəndaşlar hökumətin fəaliyyətinə  dair və ölkənin siyasi həyatında baş verən hadisələr barədə məlumat almalıdırlar. ABŞ-ın Birinci Konqresi qəzetlərin bu funksiyanı maneəsiz dəf etməsini o qədər zəruri saydı ki, qanunvericilər  1791-ci ildə ratifikasiya edilmiş ABŞ Konstitusiyasının birinci düzəlişində mətbuat azadlığını  təsbit etdilər. Bu düzəliş azad söz hüququna təminat verən digər zəmanətlərlə yanaşı, Konqresin mətbuat azadlığını məhdudlaşdıran qanunlar qəbul etməsinə qadağa  qoydu. Öz dövrlərinin böyük oçerkistləri sayılan Cözef Addison, Riçard Stil, Daniel Defo və Jonatan Svift  qəzet buraxmaqla  Londonun cari  ictimai və siyasi həyatına dair şərhlər dərc etdirirdilər. Dövrümüzədək gəlib-çatmış qəzet komplektinin tarixi 1566-cı ildir. Əllə yazılan qəzetlər çap olunan qəzetlərlə birlikdə  XVII əsrdə də  çıxmaqda davam edirdi. 

Əllə yazılan qəzetlərdən savayı, XVI-XVII əsrlərin informasiya axınında çap pamfletləri, "yeniliklər kitabları", "yeniliklər vərəqələri", "qəzet-vərəqələr", şeirlə yazılmış "yeniliklər balladası" kimi kiçikformatlı və kiçikhəcmli broşürlərdə ölkə daxilində və dünyada baş verən hadisələr operativ işıqlandırılırdı. Bütün bunlar əllə yazılan ilk qəzetləri xatırladırdı. 1609-ju ilin yanvar ayında Strasburqda çap edilmiş ilk qəzetdə Köln, Antverpen, Roma, Venetsiya, Vyana və Praqa şəhərlərində  baş verən hadisələr yer almışdı. Çap üsulu ilə buraxılan ilk qəzetlərdə naşirlər hökumət dairələrinin qəzəbinə tuş gəlməməkdən ötrü naşirin  ünvanı, qəzetin nəşr yeri və naşir-redaktorun adı  verilmirdi. Yeniliklər, əslində, şərh olunmur və rubrikalara yer ayrılmırdı. 

 

Əsl Avropa kəşfi

XVI əsrin sonunda və XVII əsrin əvvəlində Avropanın iqtisadi və siyasi  vəziyyətinin mürəkkəbləşməsi, Avropa ölkələri arasında ticari və mədəni əlaqələrin genişlənməsi informasiya mübadiləsi üçün yeni sistemin yaradılmasını tələb edirdi. Qaydaya salınmış dəniz və quru kommunikasiyaları, çay sistemlərindən intensiv istifadə olunması, kanallar çəkilməsi yeniliklərin bir regiondan digərinə nisbətən tez çatdırılması üçün yaxşı şərait yaratmışdı. XVI-XVII əsrlərdə Avropanın bir çox ölkələrində informasiya mübadiləsini tezləşdirən dövlət poçt xidmətləri yaradılmışdı. Həm təsərrüfat, həm də siyasət aləmində baş verən hadisələr haqqında operativ informasiya alınması zərurəti səbəbindən, XVI əsrin sonunda iri ticarət və siyasət mərkəzlərində buraxılmağa başlanmış informasiya vərəqələrində və əllə yazılmış qəzetlərdə yarmarkaların keçirilməsi, qiymət konyukturası, malların porta gətirilməsi  barədə məlumat  verilməklə informasiya ajlığına son qoyulması məqsədi güdülürdü.  Əllə yazılan qəzetlər həftədə bir dəfə işıq üzü görürdü.

Müasir qəzet Avropa kəşfidir. Müasir qəzet nə heç bir nüsxəsi dövrümüzədək gəlib-çatmamış Roma aktlarına, nə də Çində işıq üzü görmüş ilk eksperimental yeniliklər toplusuna öz yaranışı üçün minnətdar olmamalıdır. İlk yeniliklər topluları, vərəqə - balladalar qəzet sayıla bilməz. Çünki onlar  müəyyən bir hadisəyə həsr olunmuş materiallar verən birdəfəlik nəşrlər idi.  Müasir qəzetin sələfi, irəlidə deyildiyi kimi, XVI  əsrdə Venesiyada geniş yayılmış əllə yazılan  "qazeta" adlı  yeniliklər vərəqələridir.

Vaxtilə çar Rusiyasının tərkibinə zorla daxil edilmiş Azərbaycanda ilk qəzetin meydana gəlməsi tarixi  çox da qədim deyil. Azərbaycan dövri mətbuatının tarixi 1876-cı ildən hesablanır. Azərbaycanın maarifpərvər, xalqsevər, demokrat, publisist və pedaqoq oğlu Həsən bəy Zərdabi "Əkinçi" qəzetini məhz həmin ildə  nəşr etməyə   başlamışdı. Bu, Rusiyada əvvəlinci müsəlman qəzeti idi. Azərbaycanın böyük ziyalısı və ictimai xadimi  Firidun bəy Köçərli  "Həsən bəy Məlikov" məqaləsində yazmışdı: "Həsən bəyin əsas xidmətlərindən biri bundan ibarətdir ki, o, öz həmməzhəblərinin oyanmasına ilk təkan vermişdir. "Əkinçi"nin məqsədi müsəlmanların mədəniyyətsiz kütlələri arasında faydalı kənd təsərrüfatı biliklərini yaymaq idi".

"Əkinçi" qəzetində "Müsəlmanların geridə qalmasının səbəbləri", "Din tərəqqiyə mane olurmu?" və digər bu kimi vajib məsələlərə toxunan çox ciddi məqalələr dərc olunurdu. Qəzetin əməkdaşlarının - Əhsənül Qəvaidin, Heydərinin, şeyxülislam Hüseynzadənin, Əskərağa Goraninin, Nəcəf bəy Vəzirovun faydalı məqalələri indimizdə də öz əhəmiyyətini itirməyib. Lakin təəssüflər olsun, bu qabaqcıl adamların bilik və elm ziyasını müsəlmanların jahil kütlələri arasında yaymaq cidd-cəhdləri və onları daha yaxşı və şüurlu bir həyata çağırışları təsəlliveriji bir nətijəyə gətirib-çıxarmadı və müsəlmanlar əvvəlki kimi, yenə də elm və maarif məsələlərinə laqeyd qaldılır. Onların bir qismi Həsən bəydən xahiş etmişdi ki, onları rahat buraxsın və elm haqqında bu "səmərəsiz" hədyanlarla onları əziyyətə salmasın. Həsən bəy isə deyirdi ki, peyğəmbərin dünyəvi elmlərin həyat üçün əhəmiyyəti və zəruriyyəti haqqındakı sözlərini müsəlmanlar unudublar və o, həmin sözlərin əhəmiyyət və mənasını bərpa etməyi özü üçün müqəddəs vəzifə sayır. "Əkinçi" öz qüvvəsi daxilində cəhalət zülmətindən Allahın işıqlı dünyasına çıxmaqda öz həmməzhəblərinə kömək etməyə borjludur ("Zaqafqazye" qəzeti, №256, 6 dekabr 1907-ci il).

Beləliklə, mətbuat yaşadıqca, onun jəmiyyətdəki rolu ilə bağlı diskussiya və mübahisələr də yaşayır. Bir çoxları curnalistikanı "dördüncü hakimiyyət adlandırır". Və doğrudan da, hərdən adi qəzet məqaləsi hakimiyyətin müxtəlif qollarında qəbul edilən qərarlardan daha təsirli olur. Təbii ki, hüquqi baxımdan jurnalistika hakimiyyət deyil. Lakin əgər bizim yazılar nəticə verirsə, deməli, çalışmağa dəyər. 


MƏSLƏHƏT GÖR:

555