24 Noyabr 2024

Bazar, 02:23

UĞURSUS NİKAHIN QURBANLARI

Dövlət boşanmış ailələrdə uşaqların təminatı işinə qoşulmağa hazırdır

Müəllif:

10.02.2015

Mentalitetimizin özəllikləri bütün sevən ürəklərə öz labüd və məcburi qaydalarını diqtə etməkdədir. Ona görə də ölkədə bağlanan nikahların sayı günbəgün artır. Lakin təəssüflər olsun ki, boşanmaların da sayı artır. Rəsmi statistik məlumatlara görə, 2008-ci ildə boşanmalar bütün bağlanan nikahların 10%-ni təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 13%-dən çox olub! Əlbəttə, vəziyyət ciddidir, odur ki, məsələ zamanında nəzarət, təhlil və əsasən də maarifləndirmə işləri tələb edir. Amma vaxt gedir və boşanmaların sayı ilə bu xoşagəlməz sosial aktın qurbanlarının - xüsusilə uşaqların - sayı artır. Onların bütün hüquqlarının qorunması və cəmiyyətdə normal mövqelərə sahib olmalarının təmini həm həm də sosial strukturların əsas problemlərindəndir. 

Aliment problemi isə hazırda cəmiyyətdə ən ciddi problemlərdən biridir. Hələ boşanmış valideynin (çox vaxt, əlbəttə ki, ananın) və uşağın cəmiyyətdə nə cür təzyiqlərə məruz qaldığını demirik. Heç olmasa, minimum, yaşamaq üçün zəruri olan maliyyə yardımına əməl etmək çox vaxt çətin olur. Sirr deyil ki, köməksiz qalan tənha qadın çox vaxt özünə güvənməli olur. Çünki keçmiş həyat yoldaşından aliment "çıxarmağı" heç də hamı bacarmır. 

 

Boşanmanın "qurbanları" 

Bundan başqa, boşanma "qurban"larının təkcə maddi deyil, psixoloji tərəflərini də qətiyyən unutmaq olmaz. Azərbaycan cəmiyyətinin dünyəvi olmasına baxmayaraq, o, ənənələrin, bəzən hətta dini görüşlərin güclü təsirinə məruz qalır. Ona görə də boşanma qadının sosial statusuna mənfi təsir göstərir. Əsasən, ənənəvi, mühafizəkar ailədə böyüyənlər əziyyət çəkirlər - burada, əlbəttə ki, əksəriyyət regionların payına düşür, amma şəhərdə də bu cür stereotiplər yox deyil. 

Bu şərtlərdə həddi-büluğa çatmamış uşaqların tam təmin olunma məsələsi xüsusilə kəskin qoyulur.

Bununla yanaşı, dini prinsiplər əsasında - kəbin kəsməklə ailə quran və nikahın rəsmi qeydə alınması şəklində hüquqlarını təmin etməyə macal tapmayan əksər qadınlar, heç təxmin belə etmirlər ki, qayğısız ər tərəfindən maddi cəhətdən təmin olunmaq üçün tam hüquqa malikdirlər. Keçmiş ərinin uşaqlarını təmin etmək üçün şəxsi təşəbbüsü yoxdursa, bu, məhkəmə qaydasında tələb edilə bilər. Bununla bərabər, "güclü" tərəfin ödəniş etməkdən yayınmaq üçün səbəb axtarmasına həddi yoxdur: rəsmi işin olmaması, real əmək haqqının aşağılığı və s. Çox vaxt alimentin ödənilməməsi - keçmiş arvadına qarşı pislik niyyəti kimi qəbul edilir. Hərçənd ilk növbədə, bundan uşaqlar əziyyət çəkirlər. 

 

Qanun və əcnəbi təcrübə nə deyir

Aliment məsələsi ilə bağlı qanunvericilik bazası bu cürdür. Uşaqların hüquqları haqqında qanunun 19-cu maddəsinə görə, valideynlərin uşaqlar üzərində hüquq və öhdəlikləri bərabərdir. Uşağ bacarıqlarının inkişaf etdirilməsi, onları mənəvi və maddi hüquqlarına əməl olunması və qorunması - valideynlərin ən birinci öhdəlikləridir. Ailə Məcəlləsinə əsasən, valideynlər həddi-büluğa çatmamış uşaqların saxlanılması üçün aliment haqqında müqavilə bağlaya bilərlər. Bu razılaşma olmadıqda, uşağın saxlanılması üçün aylıq ödəniş məsələsi məhkəmə qaydasında həll olunur. Qanunvericilik alimentin məbləğini bu cür müəyyən edir: bir uşağa görə ödənişin məbləği valideynlərdən birinin maaşının və ya digər gəlirinin dörddəbirini, iki uşaq üçün üçdəbirini və üç uşaq və daha çox olduqda isə yarısını təşkil edir. Eyni zamanda, məbləğ ailənin maddi vəziyyəti və başqa vacib şərtləndirici amillərdən asılı olaraq, azalma və ya arta bilər.

Aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən müəyyən məbləğ müəyyənləşdirilə bilər. Bu ödənişin həcmi maksimal mümkün dərəcədə müəyyən edilir, amma bu da həmin amillərdən - maddi vəziyyət və maliyyə imkanlarından asılı olur. Bundan başqa, qanun əmək qabiliyyətini itirən qadınlara da alimentin ödənilməsini nəzərdə tutur. Məhkəmənin qərarı icra üçün icbaridir, aliment qərarın çıxmasından beş gün ərzində ödənilməlidir. Aliment ödəyənin iş yerinə isə müvafiq xəbərdarlıq göndərilir. Ailə Məcəlləsinə edilən sonuncu dəyişiklilərə görə, alimentlərini ödəməyən şəxslər ölkəni tərk edə bilməzlər. Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən isə alimenti ödəməyən mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır: qayğısız ataları üç il azadlıqdan məhrumetmə cəzası və ya əməkhaqqının minimum 500-1000 manat həcmində cərimə gözləyir.

Alimentlərini ödəməyənlərə qarşı alman təcrübəsi daha çox sərtlik nümayişi olardı. Birincisi, burada daimi işin olmamasına görə "bəhanə" keçmir; valideyn işləmirsə, o, mütləq qaydada məşğulluq fondunda uçotda dayanmalıdır. Sonuncu öz növbəsində onu mümkün qədər tez işə düzəltməyi öhdəsinə götürür. Məhkəmə icraçıları işsiz alimentçiləri icbari qaydada işə düzəldirlər. Bəzən əmək birjası vasitəsilə də. Əmək birjası təklif edilən bütün iş yerləri haqqında məhkəməyə rəsmi bildiriş təqdim edir. Əmlakın siyahıya alınması, habelə ölkədən çıxmağa məhdudiyyət - Avropa ölkələrində aliment ödəməyənlərlə mübarizədə adi təcrübədir. 

Rusiyada da aliment məsələsi kəskin qoyulur, çünki aliment ödəməyənlərlə mübarizəyə vəsaitlərin böyük ehtiyatı cəlb edilir. Bu siyahıda vicdanı və yatan atalıq hisslərini oyatmağa dəvət edilmiş sosial reklamlar da sonuncu rol oynamırlar, məsələn şəhərboyu uşaqların real portretləri, ictimai yerlərdə aliment ödəməyən ataların şəkillərini asmaq və s. 

 

Aliment fondu yaratmaq vaxtıdır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən boşanmış uşaqlı valideynlərin sosial dəstəyi üçün əcnəbi təcrübəyə əsaslanaraq xüsusi aliment fondunun yaradılması təklif edilib.

Bunun üçün vəsaitlər dövlət büdcəsindən ayrılacaq, ödənişlər isə məhkəmə icra orqanları tərəfindən həyata keçirilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ata aliment ödəmirsə, uşağın saxlanılması xüsusi fond tərəfindən həyata keçirilir. 

Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin nümayəndəsi Elgün Səfərovun "R+"a dediyi kimi, bu məsələ hələ ki layihə mərhələsindədir. "Bir çox Avropa ölkələrinin təcrübəsindən istifadə edərək, biz fondun yaradılması haqda bir sıra dövlət strukturları, Milli Məclis və qeyri-hökumət təşkilatlarına təkliflər göndərmişik. Lakin burada əsas problem - maddidir. Qanun qəbul edilməzdən öncə, buna bücdə ayrılmalıdır. Biz yeni qanun layihəsinin Milli Məclisdə təsdiq olunmasını gözləyirik. Əlbəttə, daha səmərəli iş üçün biz qərb ölkələrinin timsalında olduğu kimi ayrıca strukturun - əslində fondun olmasını istərdik. Amma bu hələlik yoxdur, maddi yükü digər strukturlarla birgə, məsələn, Əhalinin Sosial Müdafiəsi Fondunun dəstəyi ilə həll etmək olar", - deyə dövlət komitəsinin nümayəndəsi bildirib. 

Elgün Səfərovun sözlərinə görə, aliment məsələsi son dərəcə kəskin olduğundan və dəfələrlə cəmiyyətdə qaldırıldığından, aliment verilib-verilməməsindən asılı olmayaraq, istənilən halda ailələrə və yetkinlik yaşına çatmamış uşaqlara müavinət almaq imkanı yaratmaq da əlverişli olardı. Lakin bu, yenə də bücdə maliyyələşməsinə gəlib çıxır. Belə ki, aliment ödəməyənlərdən fonda pulların qayıdacağına zəmanət vermək olmaz . 

Düzdür, Aliment Fondu - lazımlı işdir. Tənha analara, heç olmasa, onların bir tikə çörəksiz qalmayacaqlarına hansısa zəmanət verir. Lakin uzunmüddətli perspektiv valideynləri sonra işədüzəltmə və büdcədən xərclənən vəsaitləri təzminat şəklində ödəmək imkanları ilə təmin edərək, məsələn, Qərb ölkələrində olduğu kimi, onların həm maddi, həm də mənəvi öhdəliklərini nəzərə almalıdır.

Maraqlıdır ki, Aliment Fondu yaratmaq ideyası hələ Sovet İttifaqı dövründə də mövcud idi. 1984-cü ildə aliment ödəməyən valideynlərin axtarılması dövrü ərzində yetkinlik yaşına çatmayan uşaqlara müvəqqəti müavinət ayrılırdı. Düzdür, bu çox çəkmədi. Avropa ölkələrinin təcrübəsi ödənişlərin şaxələndirilməsini nəzərdə tutur: məsələn onlar daimi olaraq dövlət tərəfindən reallaşdırılacaq, yoxsa aliment ödəyənlərdən alınacaq... Misal üçün, Skandinaviya ölkələri və Almaniyada kişi istənilən halda fonda borcunu ödəməlidir. Əks halda, azadlıqdan məhrum edilir, lakin bu halda da işləməli, sonra da borcunu ödəməlidir. Uşaqların saxlanılma yükünün tamamilə dövlətin üzərinə düşməməsi üçün - vəsaitlərin fonda qaytarılacağına zəmanət verilməlidir. Odur ki, bu variant Azərbaycanda Aliment fondunun yaradılmasında ən yaxşı nümanə ola bilər.


MƏSLƏHƏT GÖR:

768