19 Dekabr 2024

Cümə axşamı, 20:32

İMPERİYA MÜNAQİŞƏLƏRİ DÖVRÜ

"R+"un suallarını rusiyalı politoloq,"Ekspert" jurnalının baş redaktorunun müavini Pavel Bıkov cavablandırır

Müəllif:

17.02.2015

- Ru­siya - Qərb mü­na­si­bət­lə­rin­də "so­y­uq müha­ri­bə" əla­mət­lə­ri get­­­dikcə ar­tır: iq­­­ti­sa­di san­k­siy­a­lar, in­for­ma­siya sa­va­şı, psi­xo­lo­ji qar­şı­dur­ma, Ru­siy­a­­nın Ka­m­çat­ka­da "Tri­umf" C-400 ZRK pol­ku yer­ləş­dir­məyi plan­­laş­dır­ma­sı, NATO-nun isə Bal­tikya­nı öl­kə­də hər­bi po­ten­si­a­lı­nı ar­tır­mağı düşün­mə­si və ən nə­hay­ət, Uk­ray­na­da qar­­­­şı­dur­ma­nın da­ha­ da şid­dət­lən­mə­si və s... Ye­ni "soy­uq müha­ri­bə" SSRİ ilə Qərb ara­sın­da ya­şan­mış "soy­uq müha­ri­bə"dən nə ilə fər­q­lə­nəcək?

- Doğru­dur, "soy­uq müha­ri­bə"nin baş­lan­dığı­nı gö­s­tə­rən bir çox əla­mət­lər var. La­kin, fi­k­rimcə, hə­lə­lik və­ziyyət kon­kret ola­raq o həd­də çat­mayıb. Hə­lə­lik iki vacib ami­lə rast gə­lin­mir: bi­rinci­si, re­al ideo­lo­ji ay­rı­lıq yox­dur, ikinci­si tə­rə­f­lər müna­qi­şə­nin da­vam et­di­ril­mə­si­nə da­ir da­xi­li qə­rar qə­bul et­məy­ib­lər. Dünya­da­kı ha­zır­kı və­ziyyət SSRİ dö­nə­min­də­ki şə­ra­it­dən fər­q­lə­nir. SSRİ-dən fər­q­­li ola­raq, Ru­siy­a­nın dünya­nın ye­ni­dən qu­rul­ma­sı ilə bağlı pla­nı yox­dur. Nə­ticə­də, o, Qərb üçün təhlükə ya­rat­mır. Ge­o­siy­a­si ba­xım­dan da dünya çox dəy­i­şib. "Soy­uq müha­ri­bə" SSRİ və ABŞ-dan iba­rət ikiqütblü dünya­da ge­dir­di­sə, in­di qüdrət­li Çin, di­g­ər re­g­i­o­nal güc mər­kəz­lə­ri - Hin­di­s­tan, Bra­zi­liya, Türkiyə, İran və di­g­ər­lə­ri var. Üstə­lik, ABŞ-Aİ müna­si­bət­lə­rin­də də hər şey SSRİ dö­nə­min­də­ki qə­dər qay­da­sın­da dey­il. Ay­dın ideo­lo­ji məz­mun ol­ma­dığın­dan, ye­ni "soy­uq müha­ri­bə" da­ha sərt ola bi­lər. Yə­ni biz XX əs­rin əv­vəl­lə­rin­də­ki im­pe­ri­a­list müna­qi­şə­lər dövrünə qayı­dı­rıq. On­lar So­vet­lər dövründə­ki qar­şı­dur­ma­lar­la müqay­i­sə­də da­ha ədəb­siz və da­ha sərt idi. İdeo­lo­g­iya da­ha sərt şə­kil­də for­ma­la­şan ma­raq­lar­dan az əhə­miyyət da­şıyır. Ən va­cib mə­qam­lar­dan bi­ri Av­ro­pa­nın uzun il­lər­dir böyük müha­ri­bə ya­şa­ma­ma­sı­dır. Ora­da in­san­lar az qa­la müha­ri­bə­nin nə ol­duğu­nu unu­dub­lar. Ye­ni miqyas­lı si­lah­lı qar­şı­dur­ma­nın baş­laya bi­ləcəy­i­nə heç kəs inan­mır. Ha­zır­kı özündən müştə­beh­lik əh­va­lın sə­bə­bi də bu­dur. Bi­rinci Dünya müha­ri­bə­si dövründə də be­lə idi. İn­san­lar ha­di­sə­lə­rin nə ilə nə­ticə­lə­nə bi­ləcəy­i­ni an­la­mır­dı­lar. Bu, sa­bit­li­y­in po­zul­ma­sı üçün cid­di amil­dir. Bu­raya Qər­bin iq­ti­sa­di böh­ran üzün­dən zə­i­f­lə­diy­i­ni də əla­və et­mək la­zım­dır. İn­di Qərb so­si­al-iq­ti­sa­di böh­ra­nın ye­ni da­lğ­a­sı­nı ya­şayır. Nə­zə­rə al­maq la­zım­dır ki, müa­sir dünya da­ha sıx qar­şı­lıq­lı əla­qəyə ma­lik­dir. Te­le­kom­mu­ni­ka­siy­a­lar pla­ne­tin di­g­ər ucun­da nə­lə­rin baş ver­diy­i­ni bir an­da müxtə­lif mən­bə­lər­dən öy­rən­mək im­ka­nı ya­ra­dır. İn­di ta­ma­mi­lə fər­q­li ra­bi­tə va­si­tə­lə­ri, in­ter­net, so­si­al şə­bə­kə­lər, KİV tam baş­qa şə­ra­i­tin or­taya çıx­ma­sı­na sə­bəb olub. İn­te­q­ra­siya kom­mu­ni­ka­siy­a­la­rı si­s­te­mi icti­mai rəy­lə ma­ni­pulya­siya olun­ma­sı üçün də böyük im­kan­lar ya­ra­dır. Bu­raya iq­ti­sa­di və tex­no­lo­ji ba­xım­dan qar­şı­lıq­lı ası­lı­lığı da əla­və et­sək, de­mək, ye­ni "soy­uq müha­ri­bə" böyük po­ten­si­al təhlükə ya­ra­dacaq.

- Qar­şı­dur­ma­nın han­sı­sa mər­hə­lə­sin­də Ru­siya ən sərt təd­bir­lə­rə əl ata bi­lər­mi? Mə­sə­lən, Av­ro­paya qaz ix­racı­nın day­an­dı­rıl­ma­sı ki­mi...

- Hər şey ha­di­sə­lə­rin ge­di­şin­dən ası­lı­dır. Əl­bət­tə, han­sı­sa mər­hə­lə­də Ru­siya ən sərt təd­bir­lə­rə əl ata bi­lər. Hər şey ola bi­lər. Bir il əv­vəl Uk­ray­na­da əsl müha­ri­bə­nin ya­şa­nacağı­na heç kəs inan­maz­dı. Neft və qaz ix­racı­nın day­an­dı­rıl­ma­sı da ta­ma­mi­lə mümkündür. Ru­siy­a­nın baş na­zi­ri Dmi­t­ri Med­ve­dev əbəs ye­rə de­mə­di ki, əg­ər Ru­siya SWIFT be­nəl­xalq bank si­s­te­min­dən kə­nar­laş­dı­rı­lar­sa, Mos­k­va da "ade­k­vat və məh­du­diy­yət­siz" ca­vab ad­dım­la­rı atacaq. "Məh­­­du­diyyət­siz" de­dik­də, bütün mümkün sse­na­ri­lər nə­zər­də tu­tu­lur. SWIFT si­s­te­min­dən kə­nar­laş­dı­rıl­ma siy­a­si sə­bəb­lə­ri olan qə­rar­dır. Bu, iq­ti­sa­di blo­ka­da ilə "qo­hum­dur". VTB ban­kın rəh­bə­ri An­d­rey Ko­s­tin bil­di­rib ki, SWIFT si­s­te­min­dən kə­nar­laş­dır­ma müha­ri­bə­nin elan olun­ma­sı an­la­mı­na gə­lir. İs­tə­ni­lən blo­ka­da müha­ri­bə üçün bə­ha­nə ola bi­lər. Yə­ni bəy­a­nat­la­ra nə­zər sal­dı­q­da, biz ar­tıq ən təhlükə­li sse­na­ri­lə­rin bir ad­dım­lığın­da ol­duğu­mu­zu görürük. Bu­raya qa­zın kə­sil­mə­si də aid­dir, di­g­ər re­g­i­on­lar­da, mə­sə­lən, Bal­tikya­nı bö­l­g­ə­də hər­bi əmə­liyyat­la­rın baş­lan­ma­sı da və s.

- Bəs, is­tər Qər­blə, is­tər­sə də Ru­siya ilə dost müna­si­bət­lə­rə ma­lik Azər­baycan ki­mi döv­lət­lər necə olacaq? Bu öl­kə­lər qar­şı­sın­da "ya mə­nim­lə, ya da mə­nə qar­şı" se­çi­mi qoy­ul­may­acaq ki?

- Bu mə­sə­lə­də əv­vəl­ki "soy­uq müha­ri­bə" dövründə­ki şə­ra­it tə­k­rar­la­nacaq. Tə­rə­f­lər blok­lar­dan han­sı­na­­sa sim­pa­tiya ilə ya­na­şan müttə­fiq­lə­ri­ni və nis­bə­tən ney­tral döv­lət­lə­ri də­qiq işa­rə­ləy­ir­lər. Hər şey bu öl­kə­lə­rin kon­kret möv­qey­in­dən, re­g­i­on­da siy­a­si qar­şı­dur­ma­nın miqya­sın­dan ası­lı­dır. Gə­rg­in­liy­in da­ha çox olacağı bö­lg­ə­lər­də sərt müna­si­bət­lər si­s­te­mi hökm sürəcək. Mə­sə­lən, "soy­uq mü­ha­ri­bə" dövründə Av­ro­pa be­lə re­g­i­on idi. Çünki ora­da NATO və Var­şa­va Müqa­vi­lə­si Təş­ki­la­tı­nın üzvlə­ri yer­lə­şir­di­lər.Güclü qar­şı­dur­ma­nın ol­may­acağı re­g­i­on­lar­da isə "soy­uq mü­ha­ri­bə"nin iş­ti­rak­çı­la­rı yum­şaq möv­­qe or­taya qoy­acaq­lar. Hə­lə­lik Cə­nu­bi Qaf­qaz­da, xüsu­si­lə Azər­baycan­da qar­şı­dur­ma­nın özünü necə gö­s­tə­rə­cə­y­i­ni söy­lə­mək çə­tin­dir. Ba­kı ki­fay­ət qə­dər çe­vik möv­qeyə ma­lik­dir və ma­nevr üçün onun im­kan­la­rı var. Ümu­mi­lik­də, Qaf­qaz­da fə­al mər­hə­ləyə qə­dəm qoya bi­ləcək prob­lem­lər mö­vcud­dur: Qa­ra­bağ müna­qi­şə­si, is­la­m­çı ter­ror qrup­laş­ma­la­rı­nın oraya yayıl­ma­sı və sa­ir.

- Ru­siy­a­nın Krı­mı tərk et­mə­si, Do­netsk və Lu­qanskda qiy­a­m­çı­la­ra yar­dı­mı day­an­dır­ma­sı üçün nə­lər tə­ləb olu­nur?

- Krı­mın tərk edil­mə­si­lə bağlı heç bir va­ri­ant yox­dur. Krım Ru­siy­a­ya bir­ləş­di­ri­lib. Do­netsk və Lu­qan­ska gə­lincə, hər şey Uk­ray­na və ABŞ hö­ku­mət­lə­ri­nin se­çəcəyi yol­dan ası­lı­dır. Fe­de­ral­laş­ma yo­lu se­çi­lər­sə, böh­ra­nın ara­dan qal­xma eh­ti­ma­lı var. Am­ma fe­de­ral­laş­ma va­ri­an­tı be­lə, böh­ran­dan tam çı­xıl­ma­sı üçün zə­ma­nət dey­il. Lu­qansk və Do­netskdə müqa­vi­mə­tin qı­rıl­ma­sı üçün güc tət­bi­qi­nə əl atıl­ma­sı­nın isə heç bir per­spek­ti­vi yox­dur. Çünki Ru­siya bu re­g­i­on­la­rı müda­fiə edəcək. Mos­k­va­da he­sab edir­lər ki, Kiy­e­vin ha­zır­kı və­tən­daş müha­ri­bə­sin­də tam qə­lə­bə qa­zan­ma­sı NATO-nun bir­ba­şa Ru­siya sər­həd­lə­ri­nə çı­xı­şı de­mək­dir.

- Qər­blə ha­zır­kı qar­şı­dur­ma­da han­sı öl­kə­lə­ri Ru­siy­a­nın müttə­fi­qi sayır­sız?

- SSRİ-lə müqay­i­sə­də Ru­siy­a­nın müttə­fiq­lə­ri xey­li az­dır. KTMT var və onun çər­çi­və­sin­də han­sı­sa təd­bir­lər gör­mək mümkündür. Da­ha sərt struk­tur olan Ru­siya-Be­la­rus İt­ti­faq Döv­lə­ti də var. Bu müttə­fiq­lə­rə az və ya çox ar­xa­lan­maq olar. Doğru­dur, müttə­fiq­lər az­dır, am­ma bu­nun öz müsbət tə­rə­f­lə­ri var. Bi­rinci­si, it­ti­faq­lar si­s­te­mi­nə də­s­tək gö­s­tə­ril­mə­si zə­ru­rə­ti yox­dur. Bu, is­tər siy­a­si, is­tər­sə də iq­ti­sa­di ba­xım­dan çox ba­ha­lı iş­dir. Ru­siya qar­şı­sı­na dünya­nı par­ça­la­maq məq­sə­di qoy­mayıb. Mos­k­­va­nı qa­ne et­məy­ən sa­dəcə Qər­bin hər­bi-siy­a­si təzyiq­lə­ri ar­tır­ma­sı­dır. Ru­siya ki­mi­sə ra­zı sal­mağa, öz tə­rə­fi­nə çək­məyə ça­lış­may­acaq. Biz da­ha it­ti­faq­lar si­s­te­mi ya­rat­may­a­ca­ğıq, la­kin tə­d­ricən müha­ri­bəyə ha­­z­ır­la­şacağıq. Si­lah­lan­ma ya­rı­şı ola­caq. Am­ma bu­nun SSRİ dö­nə­min­də­ki qə­dər miqyas­lı olacağı­nı söy­lə­mək mümkün dey­il. Əsas diq­qət yük­­sək tex­no­lo­g­iy­a­la­ra əsas­la­nan si­lah­la­ra yö­nəl­di­ləcək və bu da la­zı­mi çər­­çi­və­də edi­ləcək. Yə­ni diq­qət nü­və gü­cünün in­ki­şa­fı­na, be­şinci nə­sil qı­rıcı­la­rın əl­də olun­ma­sı­na, su­al­tı qa­yıq­la­ra, stra­te­ji avia­siy­aya, öz­lə­ri­ni Krım­da və Uk­ray­na­da gö­s­tər­miş xüsu­si əmə­liyyat­la­rı həy­a­ta ke­çi­rən qüvvə­lə­rə yö­nəl­di­ləcək. Böyük hər­bi kon­ti­ng­en­tin qı­sa müddət­də öl­kə­nin bir tər­əfin­dən di­g­ər tə­rə­fi­nə atıl­ma­sı ilə bağlı bir ne­çə tə­lim ke­çi­ri­lib. ABŞ da da­xil ol­maq­la, dünya­nın heç bir öl­kə­si bu qə­dər qı­sa müddət­də qüv­və­lə­rin bu cür yer­dəy­iş­mə­si­ni həy­a­ta ke­çir­mək iq­ti­da­rın­da dey­il. Odur ki, Si­lah­lı Qüvvə­lər­də cid­di in­ki­şa­fa eh­tiy­ac yox­dur. Av­ro­pa­nın dö­yüş qa­bi­liyyət­li milyon­luq or­du ya­rat­maq işi­nə gi­ri­şəcəy­i­ni tə­səvvür et­mək mümkün dey­il. Odur ki, Ru­siya ki­fay­ət qə­dər kom­pakt Si­lah­lı Qüvvə­lə­rə və yüksək tex­no­lo­g­iy­a­la­ra əsas­la­nan si­lah­la­ra ma­lik­dir.


MƏSLƏHƏT GÖR:

769