6 Dekabr 2025

Şənbə, 00:51

GƏLƏCƏK İSLAHATLAR ÜÇÜN QIĞILCIM

Azərbaycan Mərkəzi Bankı ölkənin bank bazarını möhkəmlətməyə başlayıb

Müəllif:

01.04.2010

Ötən ay Azərbaycanın maliyyə sahəsini ölkədə mövcud olan bankların yarısının bağlana bilcəyi barədə xəbərlər titrətdi. Burada, daha doğrusu, bank bazarının xırda iştirakçılarının birləşdirilməsi yolu ilə mövcud olan bankların sayının, təxminən, iki dəfə azaldılmasından söhbət gedirdi. 

Xəbər, əlbəttə ki, bütün bazarda şokdoğurucu effekt yaratdı. Dərhal depozit əmanatlərin taleyinin necə olacağı barədə suallar yaranmağa başladı. Adamları həmin əmanətlərin tam həcmdə qaytarılıb-qaytarılmaması, indən belə  ümumiyyətlə banklarda pul saxlamağın məsləhət olub-olmaması, hansı banka etibar etməyin mümkünlüyü barədə suallar narahat etməyə başladı. Bir sıra KİV-lərdə bağlanacaq bankların siyahılarının dərc olunması da vəziyyəti xeyli qarışdırdı. Bütün bunlar Mərkəzi Bankı (AMB) birinci bəyanatının əksinə olan açıqlama ilə çıxış etməyə və hazırda bankların bağlanması ilə bağlı məsələnin müzakirə edilmədiyi barədə bəyanat verməyə məcbur etdi.  

Amma bütün bunların içində maraqlı olan bir məsələ var. Yalnız ölkədə deyil, bütün dünyada gedən maliyyə proseslərini dəqiq proqnozlaşdıran və təhlil edən, məhz bunun hesabına da ölkəni dünya iqtisadi böhranının təsirlərindən kənarda tutmağı bacaran MB birinci bəyanatın hansı nəticələrə gətirəcəyini görməyə bilməzdi. Onda bu qarışıqlıq kimə lazım idi? 

 

Bəyanat bəyanatla tutmur

Beləliklə, MB İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev tərəfindən edilən birinci bəyanat yetərincə aydın idi və heç bir ikibaşlı mənaya malik deyildi.  "Hazırda ölkədə 46 bank işləyir və biz hesab edirik ki, bu, Azərbaycan kimi ölkə üçün həddindən böyük rəqəmdir. Buna görə də MB üçün 2010-cu ildə qarşıda duran əsas məsələlərdən biri bank ststeminin konsalidasiyası və optimallışdırılması strategiyasının hazırlanmasıdır", - deyə o, ölkənin bütün aparıcı telekanallarının xəbər proqramlarının ekranından bildirmişdi. 

Alim Quliyevin fikrincə, hazırda öz maliyyə göstəricilərinə görə  sistem yarada bilməyən çox sayda bank var. "Buna görə də biz hesab edirik ki, Azərbaycanda 15-20 bankın olması ən optimal say ola bilər. Bununla bağlı 2010-cu ildə AMB bank şəbəkəsinin optimallaşmasını həyata keçirəcək, bu proses bir ildən çox vaxt aparacaq", - deyə AMB sədrinin birinci müavini bildirib. Onun sözlərinə görə, AMB bankların konsolidasiyası strategiyasını bu ilin başlacığından gerçəkləşdirməyə başlayacaq. Hazırda bu, konkretləşdirilir və dəqiqləşdirilir, amma prosesin özü uzunmüddətlidir. "Bankların üç yolu var: aktivlərinin və hesablamalarının həcminə görə sistem yarada bilməyən banklar sağlam aktivlərin bir iri bankda toplanılması yolu ilə birləşməlidirlər, ya da bankolmayan kredit qurumuna çevrilməlidirlər, zəif banklar isə bağlanacaq", - deyə A.Quliyev öz səs-küylü bəyanatında yetərincə dəqiq izah etmişdi. 

Prinsipcə, effektiv fəaliyyət göstərməyən yerli bankların konsolidasiyası barədə planlar AMB tərəfindən dəfələrlə səsləndirilmişdi. Amma prosesin qlobal xarakterli olacağını və artıq yaxın zamanlarda başlayacağını heç kim gözləmirdi. Açıqlamadan sonra elə bankların özündə müəyyən çaxnaşma düşdü - orada işləyən mütəxəssislər işçi sayının böyük ixtisarı barədə ciddi söhbətlər etməyə başladılar. 

Bundan başqa, bu, banklar üçün yetərincə arzuolunmaz antireklam oldu, Azərbaycanda indi-indi pul əmanətlərini banklarda saxlamaq praktikası yaranmışdı. Müflislik, bankların bağlanması, islahatlar barədə söhbətlər bir çox müştərilər üçün bank sisteminə etiabarın azalması demək oldu. Təbii ki, onların çoxu öz depo-zitlərini davam etdirmək istəməyəcəklər, ölkədə mövcud olan 46 bankın 42-nin üzv olduğu əmanətlərin sığortası fondunun fəaliyyət göstərməsinə baxmayaraq, banklar arasında münasibətlərə ehtiyatla baxacaqlar.   

Əlbəttə, bu baxımdan hamını konkret olaraq hansı bankların bağlananlar siyahısına düşəcəyi maraqlandırırdı. Bir sıra yerli KİV-lər bu suallara cavab axtarmağa tələsdilər və bağlanacaq bankların mənbəyi məlum olmayan siyahılarını dərc etməyə başladılar. 

Amma bunun dalınca AMB-nin növbəti rəsmi açıqlaması verildi və bu, demək olar ki, birinci açıqlamanın tam tərsinə oldu - hazırda bankların bağlanması məsələsi müzakirə olunmur və bununla bağlı heç bir qərar yoxdur. "Azərbaycan bankları öz fəaliyyətlərini normal iş rejimində davam etdirirlər və onların maliyyə vəziyyətinə, gücünə mənfi təsir göstərməyə qadir hes bir risk yoxdur".

 

Dəstək və bəyənmə

Bütövlükdə, bank bazarının daxilində AMB-nin konsalidasiya planları barədə xüsusi giley səslənmədi. Sirr deyil ki, böhran şəraitində bir sıra bankların vəziyyəti ağır idi və AMB-nin dəstəyi olmasa, onlar indi mövcud deyildilər. Amma AMB-nin imkanları da hüdudsuz deyil və bu, həmin bankların menecmentləri tərəfindən də başa düşülür ki, "həmkarlar"la birləşərək fəaliyyəti davam etdirmə onlar üçün yeganə xilas yoludur. 

Halbuki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) başçısı Eldar İsmayılov hesab edir ki, bu proses təbii yolla getməlidir, yəni rəqabət mübarizəsində hansı bankların və bankolmayan kredit təşkilatlarının hansının qalmasını, hansılarının birləşməsini və ya bağlanmasını ölkənin iqtisadi inkişafının özü müəyyən etməlidir. "1994-cü ildə Azərbaycanda 230-dan çox kommersiya bankı var idi, indi onların sayı cəmi 46-dır, özü də onların bəziləri sonradan, o cümlədən son illərdə açılıblar. Hansı bankların açılması, hansı bankların bazardan çıxması məsələsi təbii yolla, təkamül yolu ilə gedib", - deyə o vurğulayıb. 

E.İsmayılovun fikrincə, AMB bankların qanunun  ruhunda və maddələrinə dəqiq əməl etməklə fəaliyyətinə  nəzarət etməyi davam etdirməlidir: "İqtisadiyyata yalnız sistem yarada bilən banklarla xidmət etmək mümkün deyil. Hər bir sistem yaradan bankın payına 10-12 adi, "sistem yarada bilməyən" bank düşür. Buna görə də AMB-nin siyasəti bütün banklara - həm iri, həm orta, həm də xırda banklara qarşı eyni xeyirxah münasibətlər əsasında qurulmalıdır".

Qeyd edək ki, bankların konsolidasiyası planları dərhal iki nüfuzlu beynəlxalq maliyyə institutu - Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən bəyənildi. BVF-nin Azərbaycandakı missiyasının başçısı Ninke Omes hesab edir ki, bankların sayının azaldılması onlar arasında rəqabəti gücləndirəcək, AMB tərəfindən gerçəkləşdirilən monitorinqi sadələşdirəcək, yetərincə yüksək səviyyədə saxlanan faiz dərəcələrini aşağı salmağa imkan verəcək. "İnflyasiya artımı templərinin bu yaxınlarda baş vermiş azalmasını nəzərə almaqla bu tədbirlər faiz dərəcələrinn azaldılmasına, həmçinin kreditlər və depozitlər arasında dəhlizin qısaldılmasına yardım etməlidir",- deyə o vurğulayıb. Missiya başçısı hesab edir ki, prudensial tələblərin gücləndirilməsi ölkədə sağlam bank sisteminin yaradılmasına kömək edəcək və bu təcrübə hazırda bütün dünya üzrə müşahidə edilir. 

AYİB prezidenti Tomas Mirov isə Bakıda olarkən bildirmişdi ki, Avropa bankı hətta Azərbaycanın bank bazarında konsalidasiya proseslərinə müvafiq yardımı göstərməyə hazırdır. "Əgər hər bir bank üçün fərdi yanaşma tətbiq edilərsə, biz ilkin qimətləndirmə əsasında hər bir banka konsilidasiyada necə yardım etməyi müəyyən edə bilərik", -  deyə T.Mirov bildirmişdi. O, qeyd etmişdi ki, hazırda Azərbaycan bankları üçün likvidlik böyük problem deyil.  "Aktivlərin keyfiyyətinin idarəedilməsi, kredit çantasının qiymətləndirilməsi kimi başqa problemlər var. Konsolidasiya bu problemləri aradan götürməyə yardım edər",- deyə o vurğulayıb. Xatırladaq ki, AYİB bir zaman "UniBank"da birləşmiş  "Sənaye Texnika Bankı" və "Mbank"ın konsalidasiyasına yardım etmişdi.

 

Gələcəyə ünvanlanmış 

Bütün bunları yekunlaşdıraraq, demək olar: AMB-nin konsalidasiya barədə bəyanatı öz məğzi ilə deyil, forması və zaman çərçivələri ilə cəlbedici idi. Qısası, əvvəlcə öz planları ictimaiyyəti yerindən oynatmaq, sonra isə çaxnaşma əhval-ruhiyyəsini yatırmaq xatirinə buna təkzib vermək AMB-nin nəyinə lazım idi? Yəni AMB-nin analitkiləri Alim Quliyevin bəyanatının nəticələrini görə bilməzdilər? 

Buradan iki nəticə çıxır - ya bank bazarında durum ictimaiyyətdən gizlədilsə də, gerçəkdən yetərincə ciddidir, ya da ki, bəyanat AMB üçün bir sıra məsələləri həll etmək, gələcək qərarlar üçün vəziyyəti yoxlamaq məqsədi daşıyırdı. 

   Əlbəttə yuxarıda bildirildiyi kimi, Azərbaycan bankları böhran çərçivəsində müəyyən çətinliklər yaşayıblar. Amma bu o demək deyil ki, bazar dayanıqlılığını itirib və ya banklar müflislik ərəfəsindədirlər. Konkret statistik göstəricilər var, hər bir bankdakı durumu tam təsvir edən renkinqlər dərc edilib. Onlar göstərir ki, 2009-cu ilin yekunlarına görə, banklar bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdiriblər. Bu müddət ərzində aktivlər 13,5%, kredit portfeli 17,4%, əhalinin depozitləri 22,5% artıb. Bankların məcmu kapitalı isə 17,6% artıb.

Ancaq bankların gəlirliliyi barədə mənfi göstəricilər var. Belə ki, yanvar ayında Azərbaycanın gəlirlə işləyən banklarının sayı 33 olub ki, bu da 2009-cu ilin yanvarı ilə müqayisədə 2, qabaqkı ayla müqayisədə isə 6 bank az deməkdir. Bank sisteminin ümumi gəliri 2009-cu ilin yanvar ayına baxanda üç dəfədən çox azalaraq, 15,66 mln manat təşkil edib. Zərərlə işləyən bankların sayı ilin əvvəlinə 6 bank, qabaqkı ilin yanvarına baxanda isə 2 bank artıb. Nəticədə 13 bankın itkisi 12,42 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar ayının göstəricisinə baxanda 55% çoxdur. 

Bu statistik göstəricilər AMB-nin narahatlığına səbəb olmaya bilməz. Burası da bəllidir ki, bankların gəlirlliliyinin azalmasında onlarda artıq likvidliyin olması böyük rol oynayıb. Başqa sözlə, banklar əmanətləri götürməkdə davam edirlər, amma problemli kreditlərin çətinlikləri üzündən yetərincə  ehtiyatlı kreditləşdirmə siyasəti yürüdürlər ki, bu da bankın iki çantası arasında disbalans yaradır. Yəni sanki bankların pulu var, amma onlar "ölüdürlər". 

"Böhranın dərsləri göstərdi ki, hər bir kredit çox ehtiyatla verilməlidir. Bu gün banklar krediti əsasən daha etibarlı, ödənişqabiliyyətli müştərilərə verirlər, amma digər tərəfdən əhalinin  öz əmanətlərinin banklara depozit kimi yerləşdirilməsində fəallığı hiss edilir", - deyə bununla bağlı A.Quliyev bildirib. 

Aşağı inflyasiya şəraitində əhali üçün öz sərbəst resurslarını hansısa biznesə qoymaqdansa, depozitə yatırmaq daha əlverişlidir. Bu baxımdan banklar hazırda depozitlərin cəlbi ilə məşğuldurlar, amma onlar üzrə faizlərin yüksəkliyi və bankların cəlb edilən vəsaitlərlə bağlı probleminin olması onların gəlirlilyinin aşağı düşməsi ilə nəticələnir. 

AMB-nin bəyanatı banklardan depozitlərin axınını stimullaşdıra və bankların likvidliyini "yüngülləşdirə" bilər. Bir sıra ekspertlər tərəfindən AMB-nin ikitəzadlı bəyanatının bu cür ilk baxışdan absurd görünən izahının da, əslində, mövcudluq haqqı var. Bu yaxınlarda AMB tərəfindən  həm depozitlər, həm də kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasının stimullaşdırılması məqsədləri barədə açıqlanma verilmişdi ki, bu da bank çantalarının balanslaşdırılmasına yönəldilib. 

 Başqa tərəfdən, bu bəyanatlar həm də əhaliyə dayanıqlı institut kimi tanınmamış banklara qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıqdır. Bu isə öz növbəsində, haqqında yuxarıda Eldar İsmayılov tərəfindən danışılan təbii təkamül yoludur. Görünür ki, AMB öz çıxışının mümkün sonuclarını yetərincə yaxşı görüb və ümid edirik ki, o, Azərbaycanın bütün bank sisteminin rifahı naminə gözlədiyi nəticəni əldə edəcək. 


MƏSLƏHƏT GÖR:

493