14 Mart 2025

Cümə, 15:37

HƏR MÖVSÜMƏ UYĞUN GEYİM

Çoxlarını bir sual narahat edir: cinslər - bu dünyanı fəth etmiş beşcibli şalvarlar nə vaxt və necə yaranıb?

Müəllif:

01.02.2010

Cins firmalarından birinin şüarında "Bütün Amerika onunla böyüyüb" sözləri var. "Onları bütün dünya geyinir" fikrini isə biz əlavə edirik. Çünki həm prezidentlərin, həm də idmançıların, aristokratların və fəhlələrin, kinoulduzların və tələbələrin bu cür sevdiyi başqa geyim yoxdur//... 

 

Ən möhkəm və dəbli 

Əslində, bütün başqa dahiyanə kəşflər kimi cinslərin yaradılması da təsadüfən olub. Bu, aşağıdakı kimi baş verib. 1853-cü ilin mart ayında Amerikaya hansısa Leyba Ştrauss (yəhudimənşəli belçikalı mühacir) gəlib, bu dərzi oğlunu hələ gəmidə ikən "Levi Straus" deyə çağırmağa başlayıblar. Qardaşlarının səyi nəticəsində 24 yaşlı Levinin qoltuğunda atasından qalmış miras kimi vur-tut bir top parusin, yəni qalın kətan parça varmış. Ac və yoxsul olan gənc, vəhşi Qərbin bu çılğın dünyasında sağ qalmaqdan ötrü elə küçədəcə çadır tikmək üzrə sifarişlər almaqdan ötrü öz xidmətini təklif etməyə başlayır. 

Onun çağırışına qulaq asan bir sərxoş qızıl axtaran bildirir ki, "möhkəm şalvarlarla ağac altında da gecələmək mümkündür". Levi özü əvvəllər heç zaman şalvar tikməyibmiş. Amma atasının bunu necə etdiyini saatlarla seyr edərmiş. Buna görə də dərzi oğlu özünü itirmir və  nəticədə həmin qızılaxtaran işbaz dünyada  birinci dəfə  olaraq Levi Strausun şəxsən tikdiyi 1 bir saylı cinsin sahibi olur! Qiymət isə yetərincə yüksək təyin edilib - 1 dollar 20 sent. Levi şalvarı bundan ucuz sata bilməzdi, çünki əldə etdiyi pulun bir hissəsini qayçı və sap aldığı qardaşına verməli idi. İş də buna dəyərdi. Bu, gənc dərzinin həyatını və bütün dünya dəbini kökündən dəyişmiş ilk təcrübə idi. 

Heç bir il də keçmir ki, elə həmin 1853-cü ildə San-Fransiskoda Strauss şalvar tikişi üzrə öz emalatxanasını açır. Onunla bir zamanlar çox sərt davranmış qardaşları isə artıq əlinin altında işləyirdilər. Zaman keçdikcə, bu möcüzəli şalvarlarda kəmər üçün ilgəklər, dərin qabaq və əlverişli arxa ciblər, məşhur ikiqat tikiş, cinslərin bu gün iftixarı olan pərçimlər peyda oldu. Cinslərin klassik indiqo, yəni tünd-sürməyi rəngi də Levi Straussun hesabına yaranıb. O, atasından qalmış parusini işlətdikdən sonra, möhkəm pambıq parçadan - göy sarjadan, yəni astarlıq parçadan istifadə etməyə başlayıb. Həmin parçanı Fransanın Nima şəhərində istehsal edirdilər. Parçanın "denim" (de Nimes - Nimadan) adı da buradan yaranıb. Bu parçanı İtaliyanın Genuya limanından gəmilərə vurub gətirirdilər, buna görə də mal vurulmuş tayların üzərinə italyanca yolasalınma yeri "Genoese" yazılırdı, bunu da amerikalılar öz bildikləri kimi oxuyurdular: "Cins".

1886-cı ildə Levi Straussun möcüzəli şalvarlarının qiyməti artıq $22-a qalxdı. Elə onda da Levinin firma cinslərini çox uğursuz şəkildə cırmağa çalışan iki atın təsvir edildiyi məşhur dəri leybl yarandı. Belə bir fikir də var ki, bu leyblın yaranması bir maşinistin söylədiyi əhvalata əsaslanır. Maşinist danışıb ki, bir dəfə o, şalvarlarla vaqonları bir-birinə bağlamalı olub və bu şəkildə stansiyaya qədər gedib. O söyləyib ki, bu möcüzəli şalvarlar inanılmaz sınaqdan asanlıqla çıxıblar. 1890-cı ildən cinslərdə partiya nömrələri qoyulmağa başlanıldı, birinci 501 oldu, məhz həmin tarixdən bütün dünyada məşhur "Levi's 501" cinsləri peyda oldular. 

San-Fransiskonun bütün mədənlərinin tezliklə bağlanmasına və uyğun olaraq qızılaxtaranların işinin bitməsinə baxmayaraq, cinslərin populyarlığı azalmadı və əksinə, onlara maraq daha da artdı. 30-cu illərdə kinoteatrlarda həmişə cazibədar və kip cinslər geyinmiş kovboylar haqqında filmlər peyda oldu. Beləliklə, yalnız Hollivud deyil, bütün dünya bu əlverişli, rahat və gözəl geyimləri sevdi. 

Cins dəbində əsl çevriliş isə XX yüzilliyin 60-cı illərində baş verdi. Onda modelyerlər denimdən yalnız şalvarlar deyil, həm də plaş, köynək, yubka, kepka, gödəkcə və hətta ayaqqabı da tikməyə başladılar. 60-cı illərin sonlarında Lui Ferro podiumda geniş publikaya strazlarla, yəni qiymətli süni daşlarla bəzədilmiş cinsləri təqdm elədi. Modelyerlər öz yaradıcılıq imkanları üçün yeni geniş meydan əldə ediblər. Yalnız şalvarların fasonları və xarici görkəmləri ilə deyil, parçaları ilə də təcrübələr aparmağa başladılar. Onu turşuda islatdılar, kökünə qədər sürtdülər, kor bıçaqlarla kəsdilər, diz, yan və qabaq baldır tərəflərini ağartdılar, hətta tü-fənglə güllələdilər. 

Denim geyimlərdə bütün bu "təhqirlər"ə dünyanın  Jan-Pol Qotye, Aleksandr Makkuin, Karl Lagerfeld kimi aparıcı dizaynerlərinin ideyalarının gerçəkləşməsi xatirinə dözdü. Əsl cins bumu isə denimi mümkün bütün rənglərə boyayandan sonra başladı,  sırıq iplərini də mümkün bütün rənglərə boyamağa başladılar. Cinslərin əhvalatı dünya modasının necə təzadlı olmasına, heç nə ilə seçilməyən adamın ixtirası hesabına onun necə dəyişə biləcəyinə parlaq nümunədir. 

 

Levi's Bakıda

Azərbaycanın keyfiyyətli geyim həvəskarlarının əfsanəvi Amerika brendinin orijinal cinslərini, o cümlədən, əfsanəvi 501 modelini almaq imkanı 1995-ci ilin yanvar ayında Qoqol 18 ünvanında, firma dükanının açılmasından son-ra yarandı. Dizaynı, şirkətin özünün ülgüləri əsasında yerinə yetirilmiş rahat "Levi Strauss" mağazasında, demək olar ki, hər şey - cinslər, şalvarlar, tolstovkalar, köynəklər almaq mümkündür. Qeyd edək ki, ilk fəaliyyət çağlarında mağazanın dizaynı  XX yüzilliyin kovboy ruhunu əks etdirirdi, 2006-cı ildə isə mağazanın işlənməsi və dizaynı "Levi's"in memarları tərəfindən XXI yüzil-liyin yeni üslubuna dəyişdirildi. 

Bütün bunlar rahatca sarafan və yubkalarla yanaşı yerləşib və "levays" brend üslubunda bir-birlərini tamamlayırlar. Əfsanəvi brenddən tutmuş aksessuarlara - kəmərlərə, kisələrə və  çantaya qədər buradan hər şey almaq mümkündür. Çaşmaq qeyri-mümkündür. Ola bilər ki, öz ölçünüzə uyğun paltar tapa bilməyəsiniz. Belə olan halda satıcı məsləhətçilər mütləq sizə yardım edəcəklər və lazımi nümunəni tapıb gətirəcəklər. Geyinib-baxma kabinələri geniş və qiymətlər imkan daxilində demokratikdir. Bütün dünyada tanınmış loqotipi daşıyan geyimlər Türkiyə, Portuqaliya, Mərakeş, Polşa və Almaniyadakı firma fabriklərində tikilir.    

Ümumiyyətlə, bu fakt heç də geyimlərin keyfiyyətinə təsir göstərmir. Bakıdakı "Levi's" mağazasındakı geyim kolleksiyası bu məşhur brendin bütün dünyadakı butiklərindəki kimidir, ildə iki dəfə yenilənir, payız-qış geyimlərini  yaz-yay geyimləri əvəz edir və ya əksinə. Artıq indi butikdə yaz-yay kolleksiyalarını almaq mümkündür, avqustda diler 2010/2011 qışına hazırlaşacaq. 

"Levi`s" mağazalarının Azərbaycandakı iş təcrübəsi göstərir ki, bu əfsanəvi brendin məhsullarına ölkəmizdə də, Amerikada və Avropada olduğu qədər maraq var. Və artıq yaşı 130-a çatan əfsanəvi 501-ci model burada 10 yeni və 14 baza rəngi ilə təmsil olunub (rənglər hər yeni mövsümdə yenidən işlənir). Mağazanın artıq formalaşmış daimi müştəri dairəsi var. 

Hazırda burada 300 modeldə cins şalvarlar (80-160 manat),  o cümlədən qadın şalvarları (25-3436 ölçüdə)  və kişi şalvarları (30-42/36 ölçüdə) təqdim edilir. Bütövlükdə, mağazada 7 min ədəd geyim var. Bunların içində istehsaldan çıxarılmışlar da var ki, onların qiyməti ildən-ilə azalır və 50 faiz endirimə qədər çatdırılır. Şirkətin Avrasiya mənzil-qərargahının təmsilçiləri Belçika və Türkiyədə yerləşirlər (http://eu.levi.com - Avrasiya, http://levi.com - ABŞ), onlar mütəmadi olaraq işlərin cari gedişinə nəzarət etmək üçün Bakıdakı "Levi's" mağazasına gəlirlər. Mağazanın sahibi və rəhbəri Arif Kərimli hər ay "Levi's"in Belçikadakı Avrasiya ofisinə bu əfsanəvi brendin Bakı butikinin satış səviyyəsi və başqa marketinq siyasəti barədə hesabat göndərir. 

Kərimlinin sözlərinə görə, "Levi's" cins geyimi keyfiyyətli, zamanın sınağından çıxmış leybldir və o, bu gün əsas devizi funksionallıq və rahatlıq olan populyar demokratik stilin gerçəkləşməsinə ən yaxşı imkan yaradır. "Levi's"in özünün bütün şalvarların leybllərində əks olunmuş devizi "Quality Never Goes Out Of Style" - "keyfiyyət həmişə stildədir" və ya "keyfiyyət heç vaxt dəbdən düşmür" sözləridir. "Ən tanınmış və hələ 1890-cı ildə istisna olaraq yalnız kişilər üçün yaradılmış 501-ci "Levi's"i həvəslə qadınlar da geyinir. Bu sehrli rəqəmlərin arxasında nə durur? Axı firmanın dizaynerləri tərəfindən əsr yarım ərzində yaradılmış ümumi cins geyimləri selində 501, sadəcə, bir modelin nömrəsidir", - deyə o vurğulayır. 

Arif Kərimli cinsdən başı çıxan adamdır. Bakıda "Levi's" mağazasının mövcud olduğu 15 il ərzində dünyadakı cins biznesinin burulğanından çox təcrübə toplayıb. Buna görə də öz zəngin təcrübəsinə əsaslanaraq denim parçadan tikilmiş geyim həvəskarlarına bildirir ki, kontrafakt, yəni qaçaq yolla tikilmiş cins mallar almasınlar: "Xidmət vaxtı Çində "D&G", "Tommy Hilfiger", "Calvin Klein" markalı cins məhsullarının necə tikilməsi ilə bağlı bir maraqlı çarxa baxmışdım. Adam düşünəndə dəhşətə gəlir. Bu cinslər tozlu materialların və zibilliyə atılmış geyimlərin emalından əldə edilmiş parçalardan tikilir.  Ən dəhşətlisi də odur ki, həmin materialların içində xəstəxanalarda işlənmiş sarğı məhsulları da var. Çinli cins "istehsalçı"larının bu təkrar emal materiallarını dezinfeksiya etməyə pul xərcləyəcəyinə inanmaq çətindir. Bu cür parça istehsalının ən kulminasiya nöqtəsi əldə edilmiş tiftikə əyirmə zamanı ilişmə üçün polietilenin əlavə edilməsidir.  Özünüz fikirləşin, bu cür parçadan tikilmiş şalvar geyinən zaman insanın dərisinə, sağlamlığına necə təsir edər? Bu mənzərəyə özünüz tozu və yayı, həm də indi dəbdə olan bədənə yapışan kip cinsləri də əlavə edin. Allergiyalar və sonsuzluğun mənbəyi bax budur! Buna görə də mənim istehlakçılara məsləhətim budur ki, şübhəli satıcılardan əlverişli görünən qiymətlərlə cins almayın. İnanın, bu cür paltar geyinmək üzündən dərmana daha çox pul xərcləyəcəksiniz. Çinlilərin bir məqsədi var, o da bir milyarddan çox olan əhalini yedizdirməkdir. Bunun üçün bütün vasitələr keçərlidir. Onda biz azərbaycanlılar niyə bu məqsədlərə çatmaq üçün çinlilərə yardım edirik?..".

A.Kərimli vurğulayır ki, "Levi's" cinslərinin keyfiyyətdən danışmağa ehtiyacı yoxdur. Çünki o, bütün dünyada tanınır və öz aktuallığını heç zaman itirmir. Şirkətin dizaynerləri isə yüksək keyfiyyətli orqanik denimdən tikilən yeni-yeni modellər işləyirlər. "Bizim mağazada modellər var ki, "Organik" materialından tikilir. Bu, Yunanıstanda optimal iqlimdə becərilən 100 faiz pambıqdan toxunmuş parçadır. Bu, təbii şəraitdə heç bir kimyəvi gübrə işlədilmədən becərilən pambıqdır. Xüsusi olaraq "Levi's" cinsləri üçün becərilmiş bu xammaldan ORGANIK şalvarları tikilir. Bəlkə, özünə bir qədər hörmət qoyub, pul yığıb və ekoloji təmiz paltarda gəzmək daha yaxşıdır?" - deyə müsahibimiz sual verir. Çünki şəxsi gigiyena  və sağlamlığınız bahasına qənaət etməyə dəyməz. "Levi's" cinsləri alın və sağlam olacaqsınız. 


MƏSLƏHƏT GÖR:

494