
DİRİLİK SUYU - ZƏM-ZƏM
"Əl-Haram" məscidinin həyətində olan bu bulağın möcüzəvi təsiri Allahın böyüklüyü və rəhmliliyindən xəbər verir
Müəllif: Arif HÜSEYNOV BAKI
Məkkə şəhərində müsəlmanların əsas məscidi olan «Əl-Haram»ın iç həyətində bir bulaq var. O, Qara daşdan 18 metr aralıdadır. Həmin bulağın suyu Zəmzəm dünyanın möcüzələrindən biri kimi dəyərləndirilir. Kəbə də həmin yerdədir. Kəbə yaxınlığında ilk məscid 638-ci ildə tikilmişdir. İndiki məsjid isə 1570-ci ildən məlumdur. Həmin məscid mövcud olduğu dövrdən dəfələrlə təzədən qurulduğundan, ilk tikilidən çox az şey qalıb. «Əl-Haram» məscidinin əvvəllər altı minarəsi olub. İstanbuldakı Göy məscid üçün də altı minarə tikildikdən sonra, Sultan Əhməd müqəddəs «Əl-Haram» məscidinin dünyada bütün məscidlərdən seçilməsi üçün onun yeddiminarəli olması barədə göstəriş vermişdi. Hazırda Haram məscidi sahəsi 309 min kvadratmetr olan böyük bir tikilidir. 1980-ci ildə bu məscid yenidən qurulan zaman ona cənub-qərbdən bitişik ikiminarəli korpus da inşa olunmuşdur. Hazırda bu məscidin doqquz minarəsi vardır. Onlar 95 metr hündürlükdədir. Məscidin 4 giriş qapısından savayı daha 44 digər giriş qapısı da mövcuddur. Məscid binasında 7 eskalator qurulmuşdur. Onun havası kondisionerlər vasitəsilə təzələnir. Məsciddə bir dəfəyə 700 min nəfərədək adam namaz qıla bilir.
Əfsanə və rəvayətlər
Zəm-Zəm suyunun çıxma tarixi Böyük Tanrının iki peyğəmbərnin - İbrahimin və onun oğlu İsmayılın adı ilə əlaqələndirilir. Ərəb rəvayətlərinə görə, İbrahimin arvadı Saranın uşağı olmurmuş. Bu səbəbdən də o, əri İbrahimə təzə arvad almasını tövsiyə edirmiş. Arvadı Saranın sözündən çıxa bilməyən İbrahim Saraya Misir fironunun peşkəş etdiyi kənizi Həcərlə evlənibmiş (Həcər adının hərfi mənası «Daş» deməkdir).
Bir müddət sonra Həcər İsmayıl adlı bir oğlan uşağı doğandan sonra lovğalanaraq Saraya acıq verməyə başlayır. Sara buna dözməyib İbrahimə şikayətlənir, Həcəri oğlu İsmayıl ilə birlikdə səhraya qovmasını istəyir. İsmayılı olduqca çox sevən İbrahim Saranın təklifini qəbul etmək istəməsə də, Allahın Saranın sözünə baxmaq əmrindən sonra belə bir addım atmağa məjbur olur. O, Həcəri İsmayıl ilə birlikdə aparıb səhranın su tapılmayan bir yerinə qoyur. Yemək və su ehtiyatı tükəndikdən sonra, Həcər su axtarışına başlayır. O, yaxınlıqdakı Səfa dağına qalxıb ətrafa göz gəzdirir ki, bəlkə kimisə görə bildi. Amma gözünə heç kim dəymədiyindən, Səfa dağından aşağı enib dərəboyu qaçaraq Mərv dağına qalxır. O, iki dağ arasındakı yolu Allahdan kömək diləyə-diləyə yeddi dəfə qət edir. Nəhayət, qulağına Tanrı dərgahından belə bir səs gəlir: «Su var». Bunu eşidən Həcər dərhal oğlu İsmayılın yanına qayıdır və görür ki, uşağın yanında həyatverici təmiz su qaynayır. Su, mələk Jəbrayılın dabanı ilə yer qabığında açdığı dəlikdən qalxırdı. O, kiçik bir göl yaratmışdı. Beləliklə, Həcər və İsmayıl qadir Allahın mərhəməti sayəsində müqəddəs torpaqda ömür sürməyə başlayırlar.
Digər bir rəvayətə görə, oğlunun susuzluqdan həyatdan gedəcəyi təhlükəsindən sinirlənən Həjər, uşağı ovutmaq üçün qumu əlləri ilə özünə tərəf çəkərək, «zəm-zəm», yəni «gəl-gəl» deyəndən sonra, möjüzə baş vermiş və həmin yerdən su fışqırmağa başlamışdır. Digər rəvayətlərin olduğu da məlumdur.
Dünyada ən yaxşı
İrəlidə deyildiyi kimi, Zəm-Zəm bulağı müqəddəs yer sayılan Kəbənin yanında, Məkkənin müqəddəs «Əl-Haram» məsjidi həyətindədir. Bu çeşmənin suyundan Allahın peyğəmbərləri və onun sevimlisi olan Məhəmməd Peyğəmbər içmişlər. Belə bir inam var ki, kim Müqəddəs Kəbənin başına 7 dəfə dolansa, yəni təvaf etsə, daha sonra İbrahim məbədinin qarşısında iki rükət namaz qılıb Zəm-Zəm suyundan içsə, Böyük Allah onun bütün günahlarını bağışlar.
Allahın elçisi Daylami demişdir ki, Zəm-Zəm suyu bütün dərdlərin dərmanıdır.
Qəlbi təmiz adam Zəm-Zəm çeşməsindən götürdüyü suyu axırajan içdiyi halda, ikiüzlü adamlar bu Sudan doyunja içmirlər. Suyun qüdrətindən xəbərdar olanlar çeşmənin qarşısında ayaq üstə dayanıb dua oxuduqdan sonra onu ləzzətlə içirlər.
Zəm-Zəm suyu heç vaxt qurumur. Bütün fəsillərdə bol olur. Tərkibi və dadı, tərkibi və suyun dadı min illər bundan əvvəldə olduğu kimi dəyişməz qalmışdır. Suda mikroorqanizmlər, xəstəliktörədici bakteriyalar yoxdur. Xoşagələn tamı vardır, evdə saxlanan zaman da xarab olmur. Aclıq hissini yatırdır. Üləmaların fikrinjə, Zəm-Zəm suyu onu içənlərin arzu və diləklərinin həyata keçməsinə yardımçı olur.
Zəm-Zəm suyu dava-dərmanla sağaldıla bilməyən xəstəliklərə son qoyur. Alimlər çox çalışsalar da, bu suyun müalicəvi təsirinin səbəblərini müəyyənləşdirə bilmirlər.
Səudiyyə Ərəbistanının İnformasiya Nazirliyinin buraxdığı bukletdə bildirilir ki, aparılmış tədqiqatlar bu suyun keyfiyyətinin bütün beynəlxalq standartlara uyğun gəldiyini göstərir. Ərəb kimyaçılarının apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, suyun heç bir kimyəvi təsirə məruz qalmamasına baxmayaraq, tərkibində sağlamlıq üçün təhlükəli olan fosfatlar, sulfatlar, zərərli metallar - mis, qurğuşun, nikel, kobalt, alüminium yoxdur. Amma orqanizm üçün faydalı kalsium, maqnezium, soda, potaş və digər mikroelementlər vardır. Lakin suyun müalicəvi xüsusiyyətləri sadalanan kimyəvi elementlərlə şərtlənmir. Onun şəfaveriji effekti, çox güman ki, Zəm-Zəmin energetik-informasion təsiri, yəni İlahi qüvvənin hesabına mümkün olur. Zəm-Zəm suyundan götürülmüş nümunələrin Avropa laboratoriyalarında analizlərinin nəticələri digər regionlarda aparılmış analizlərin nəticələri ilə uyğunluq təşkil edir.
Zəm-Zəm suyundakı kalsium və maqnezium duzlarının miqdarı şəhərin su kəmərindəkindən yüksəkdir. Bəlkə də yorğun zəvvarların bu suyu içən kimi özlərini yüngül hiss etmələrinin səbəbi də budur.
Zəm-Zəm suyunda flüoridlərin olması onun effektiv bakterisid xassələr qazanmasının əsas səbəbidir.
Bu suyun xüsusiyyətlərini dərindən öyrəndikcə, inanırsan ki, insanı məftun qoyan bütün bunlar qadir Allahın uzaq-uzaq ölkələrdən gələn zəvvarlara bəxş etdiyi böyük sərvətdir. Zəvvarlar möjüzəli Zəm-Zəm suyunu Məkkə ziyarəti başa çatandan sonra xüsusi konteynerlərə doldurub özləri ilə vətənlərinə aparırlar. Bilirlər ki, həmin su illərlə qaldıqda belə nə tamını, nə rəngini dəyişir.
Rəngsiz, qoxusuz, təmiz Zəm-Zəm suyunun tərkibindəki hidrogen ona spesifik dad verir. Həzrət Məhəmməd Peyğəmbər bu suyu dünyada ən yaxşı su kimi dəyərləndirmişdir.
2000-ci ilədək çeşmənin üzərindəki pavilyon məscidin döşəməsində idi. Həcc mərasimində Kəbənin ətrafına dolanan (buna təvaf deyilir) zəvvarlar suyu birbaşa çeşmənin gözündən içə bilirdilər. «Əl-Haram»da təvaf ərazisinin genişlənməsi ilə əlaqədar olaraq yerüstü pavilyon sökülmüşdür. Hazırda çeşmənin ağzı yeraltı kameradadır. Zəvvarların birbaşa çeşmə başına yığışmalarının qarşısı alınmışdır.
Çeşmənin ağzı şüşə panellərdən ibarət xüsusi binada yerləşir. Panellərin arxasından suyu müşahidə etmək olur.
Yeganə və müqəddəs
Tokio şəhərində Elmi Tədqiqatlar İnstitutuna başçılıq edən yapon alimi Masaru Yemato ABŞ-da suyun mikrostrukturu konsepsiyası və maqnit rezonansı texnologiyası ilə tanış olduqdan sonra suyun sirlərini öyrənməyə başlamışdır. Doktor Yemato planetimizin hər yerində suların üzərində geniş tədqiqatlar aparmışdır. O müəyyənləşdirmişdir ki, Zəm-Zəm suyunda olan xassələr adi sularda müşahidə edilməmişdir. Doktor Yemato aydın etmişdir ki, bu suyun kristalları «Bismillahir-Rəhmanir-Rəhim» kəlamı səsləndirilən kimi öz xassələrini dəyişir. O, bu yaxın dövrlərdə Səudiyyə Ərəbistanında olarkən Ciddə şəhərində 500 tədqiqatçının iştirak etdiyi elmi məjlisdə suyun nanotexnologiyaların köməyi ilə tədqiqindən danışmışdır. O demişdir ki, Zəm-Zəm suyunu Yaponiyada yaşayan bir ərəbdən alandan sonra tədqiqatlar aparmış və bu suyun yeganə müqəddəs su olduğu qənaətinə gəlmişdir. Suyun kristalları planetimizin hansı yerindən götürülməsindən asılı olmayaraq, hər hansı bir suyun kristallarına bənzəmir. Alim onu da demişdir ki, laboratoriyalarda aparılan tədqiqatlar və eksperimentlər bu müqəddəs suyun xassələrini dəyişdirə bilməmişdir. Bunun səbəbi hələ indiyədək də aydınlaşdırılmamışdır. Bununla bərabər, hər bir təkrar eksperimentdən sonra bu suyun kristalları yeni-yeni ağlasığmaz görünüş yaratmışdır. Bu isə onun adi su olmadığının göstəricisidir.
Su atomlarının kristallaşması nəzəriyyəsinin banisi olan yapon tədqiqatçısı müəyyənləşdirmişdir ki, Böyük Tanrının 99 adından hər biri çəkilən zaman, suyun kristalları təəccübdoğuracaq gözəllikdə şəklə düşür, bu isə Haqq-Təalanın əzəmətinin sübutu kimi qiymətləndirilməlidir.
Doktor Yemato suyun yanına Quran surələri yazılmış audiokaset qoyub bir neçə eksperiment aparıb. Hər dəfə də kristallar paklığı göstərən rəmzlərə çevrilib. Alim bunun səbəbini Quran oxunan zaman ondan enerci şəklində vibrasiyalar yayılmasında görür. Müqəddəs suyun yaddaşı gizli enercinin növlərindən biri kimi məlumatı eşidə, hiss edə, saxlaya və ötürə bildiyindən, insanın immunitetinin möhkəmlənməsinə yardımçı olur və beləliklə də müxtəlif xəstəliklərin müalicəsinə öz müsbət təsirini göstərir. Doktor Masaro Yemato apardığı tədqiqatlar nəticəsində sübut etmişdir ki, hamıda canlı aləmin atomları anlamaq, hiss etmək xüsusiyyəti vardır. İnsanın vibrasion enerjisi, onun düşüncələri, dünyagörüşləri, duaları Zəm-Zəm suyunun atomlarında iz qoyur. Oxunan dualar hər bir cismi, o cümlədən suyu təravətləndirir.
Hər bir kəs Mələk Cəbrayılın bulağı adlanan Zəm-Zəm çeşməsinin suyunu içməzdən qabaq üzünü Kəbəyə tərəf tutub, Allahdan öz niyyətini diləsə, arzusu yerinə yetirilər.
Üləmaların birindən çox yüksək bilik əldə etməsinin səbəbini soruşublar. O deyib ki, bunun səbəbi Zəm-Zəm suyunu içməzdən qabaq Allahın dərgahına üz tutub elmlərə yiyələnmək arzusunda olduğunu bildirməsi idi. Allah da mənim duamı eşitdi və arzuma çatmağıma kömək etdi.
İslamı qəbul etmək üçün Məkkəyə gələn birisi Allahın rəsulunun harada olduğunu soruşanda bədxahlar onun üstünə tökülüşüb binəvanı huşunu itirənədək döymüşdülər. O, özünə gələndən sonra Kəbəyə pənah gətirib onun yanında gizlənmişdi. Gecələr Kəbə ətrafında dövrə vuran bir Allah elçisini görüb onunla salamlaşmışdı. Allah elçisi həmin adamın nə vaxt Məkkəyə gəldiyini soruşmuşdu. Biləndə ki, həmin nəfər Məkkəyə 30 gün qabaq gəlib, maraqlanmışdı, nə yeyib-dolanıb və eşidəndə ki, heç nə yeməyib, anjaq Zəm-Zəm suyu içib, belə demişdi: «Zəm-Zəm xoşbəxtlik gətirən sudur, həm də qidaların yaxşısının yaxşısıdır».
Zəm-Zəm suyunun çarəsi tapılmayan xəstəliklərin sağalmasına səbəb olmasına dair də misallar yetərinjədir.
Küveyt curnalisti Qneym əl Moteyrinin kiçik qardaşı Təlal leykomiya xəstəliyinə düçar olandan sonra, Ər-Riyaddakı amerikalı həkimlər ona onurğa beyini transplantasiya etmişdilər. Bir neçə ay ərzində aldığı dərmanların da heç bir xeyri olmamış, xəstənin halı getdikjə pisləşmişdi. Onun saçı tökülmüş, bədənini yara basmışdı. Hətta dilinə yara da çıxmışdı. 20 yaşlı xəstə yeyə bilmədiyi üçün bir dəri-bir sümük qalmışdı. Xəstənin qohumları, hətta ən yeni tibbi vasitələrin də heç bir xeyri olmadığını yəqin etdikdən sonra, 20 yaşlı xəstə gənci Məkkəyə kiçik Həcc ziyarətinə (buna ümrə ziyarəti deyilir) aparmışdılar. Təlal Zəm-Zəm suyu ilə prosedurlara başladıqdan dörd gün sonra bədənindəki yaralar qurumuş, daha dörd gündən sonra isə tamamilə çəkilib getmişdi. Xəstənin dilindəki yaralar da sağalmışdı. Bir neçə gündən sonra evlərinə qayıdan Təlalın vəziyyəti tədrijən yaxşılaşmışdı.
Heç də təsadüfi deyildir ki, Zəm-Zəm suyunu dirilik suyu adlandırırlar. Böyük Tanrının insanlara bəxş etdiyi bu su onu içən kəslərə ancaq xoşbəxtlik gətirir.
MƏSLƏHƏT GÖR: