19 Dekabr 2024

Cümə axşamı, 19:53

NƏTİCƏ BƏLLİDİR

Politoloq Dosım Saptayev "R+" jurnalına müsahibəsində Qazaxıstanda növbədənkənar prezident seçkisinin keçirilməsi səbəblərindən danışıb

Müəllif:

03.03.2015

Qa­za­xı­s­tan pre­zi­den­ti Nur­sul­tan Na­zar­bay­ev 2015-ci ilin ap­re­li­nə öl­kə­də növ­bə­dən­kə­nar pre­zi­dent seç­ki­si elan edib. Döv­lət baş­çı­sı­na növ­bə­dən­kə­nar seç­ki­nin elan olun­ma­sı is­təy­i­lə Qa­za­xı­s­tan Xalq As­sam­bley­a­sı müraci­ət edib. 2016-cı il­də ke­çi­ril­mə­li olan pre­zi­dent seç­­ki­si za­man eti­ba­ri­lə par­la­ment seç­ki­si­lə üst-üstə düşürdü. Bu sə­bə­b­dən də, çə­tin ge­o­siy­a­si və iq­ti­sa­di və­ziyyət­də bu cür vacib seç­ki­lə­rin ke­çi­ril­mə­si məq­sə­də­uyğun sayıl­ma­yıb. Nur­sul­tan Na­zar­bay­ev əv­vəlcə Qa­za­xı­s­tan SSR-in, da­ha so­nra Qa­za­xı­s­tan Re­s­pub­li­ka­sı­nın pre­zi­den­ti ki­mi, 1990-cı il­dən dəy­iş­məz ola­raq öl­kəyə rəh­bər­lik edir.

Qa­za­xı­s­tan­lı po­li­to­loq, Ri­s­k­lə­rin qiy­mət­lən­di­ril­mə­si qru­pu­nun di­rek­to­ru Do­sım SAPTAYEV Na­zar­ba­y­e­vi növ­bə­dən­kə­nar seç­ki elan et­mək məcbu­riyyə­tin­də qoy­muş amil­­lər­lə bağlı fi­kir­lə­ri­ni "R+"a müsa­hi­bə­sin­də açıq­layıb.

- Növ­bə­dən­kə­nar seç­ki­nin elan olun­ma­sı nə ilə bağlı­dır? Bu­ra­da söh­bət han­sı xüsu­si mo­tiv­lər­dən ge­də bi­lər?

- İn­di növ­bə­dən­kə­nar seç­ki­nin ke­çi­ril­mə­si üçün əsas amil ki­mi Qa­za­xı­s­tan­da və dünya­da ya­şa­nan ağır iq­ti­sa­di du­rum və ge­o­siy­a­si prob­lem­lər gö­s­tə­ri­lir. Bu, seç­ki pro­se­si­nin sürət­lən­di­ril­mə­si zə­ru­rə­ti­ni ya­ra­dıb. Qər­bin Ru­siy­aya tət­biq et­diyi san­k­siy­a­lar Qa­za­xı­s­ta­na çox mən­fi tə­sir gö­s­tə­rib. Bu ilin əv­və­lin­dən kom­mer­siya şir­kət­lə­ri hö­ku­mə­tə müraci­ət et­məyə baş­layıb­lar. On­lar Ru­siya məh­sul­la­rı­nın id­xa­lı­na mü­vəq­­qə­ti məh­du­diyyət qoy­ul­ma­sı­nı is­təy­ir­lər. Çünki on­lar Qa­za­xı­s­ta­nın məh­sul­la­rı ilə müqay­i­sə­də in­di da­ha ucuz­dur. Am­ma Qa­za­xı­s­ta­nın nə­hə­ng şir­kət­lə­ri üçün risk və təhlükə­lə­rin ya­ran­ma­sı heç də yal­nız Ru­siy­a­da­kı və­ziyyət­lə bağlı dey­il. Bu­ra­da nef­tin ucuz­laş­ma­sı, Çin­də iq­ti­sa­di ar­tım tem­plə­ri­nin azal­ma­sı və di­g­ər amil­lər də öz sözünü dey­ir. Çin Qa­za­xı­s­tan xam­ma­lı­nın əsas alıcı­la­rın­dan bi­ri idi. Ar­tıq ma­liyyə prob­lem­lə­ri, iş yer­lə­ri­nin ix­ti­sa­rı ri­s­ki mey­da­na çı­xıb. Bu il nef­tin qiy­mə­ti­nin düşmə­si və Ru­siy­a­da­kı və­ziyyət Qa­za­xı­s­tan iq­ti­sa­diyya­tı­nın di­g­ər seq­men­t­lə­ri­nə də öz tə­si­ri­ni gö­s­tər­məyə baş­lay­a­caq. Odur ki, ha­ki­miyyət pre­zi­dent seç­ki­si­nin vax­tı­nın uzan­ma­sın­dan na­ra­hat ol­mağa baş­layıb. Çünki qar­şı­da­kı döv­rdə öl­kə­də so­si­al-iq­ti­sa­di və­ziyyə­tin yal­nız pis­ləş­məyə doğru ge­dəcəyi ay­dın­dır. De­mək, öl­kə­də so­si­al gə­rg­in­lik ya­ra­na bi­lər.

Gü­man ki, hö­ku­mət seç­ki­ni mümkün qə­dər tez ke­çir­mək, so­nra isə qey­ri-po­pulyar iq­ti­sa­di is­la­hat­la­ra əl at­maq is­təy­ir. Söh­bət Qa­za­xı­s­­tan iq­ti­sa­diyya­tı­na han­sı­sa for­ma­da də­s­tək olacaq is­la­hat­lar­dan ge­dir.

- Ha­zır­kı döv­lət baş­çı­sı Nur­sul­tan Na­zar­bay­ev, hə­lə ki, seç­ki­də iş­ti­rak­la bağlı qə­rar qə­bul et­mə­diy­i­ni dey­ir.

- Pre­zi­dent bil­di­rib ki, ona mü­raci­ət edə­rək na­mi­zəd­liy­i­ni irə­li sürmə­si­ni, ye­ni ri­s­k­lər və təhlükə­lər fo­nun­da öl­kə­nin uzunmüddət­li in­ki­şa­fı­nın qa­ran­tı ol­ma­sı­nı is­təy­ir­lər. De­mək, Na­zar­bay­ev seç­kiyə qa­tı­lacaq. Ay­dın­dır ki, bu baş ve­rəcək­sə, seç­ki bütün in­t­ri­qa­sı­nı iti­rəcək. Nə­ticə fak­ti­ki ola­raq əv­vəlcə­dən bəl­li­dir. 2011-ci il­də o, 95% səs yığmış­dı. Əsas mə­sə­lə seç­­ki­dən so­nra nə­lə­rin baş ve­rəcəy­i­­dir. Bu seç­ki­dən so­nra ar­tıq is­tər-is­tə­məz va­ris­lik mə­sə­lə­si­nin gün­də­­mə gə­ti­ril­mə­si­nin şa­hi­di olaca­ğıq­­mı? Düşünürəm ki, bu, Na­zar­bay­ev üçün son seç­ki olacaq. Bu mə­­qam­da or­taya su­al çı­xır: bu müd­dət ər­zin­də ha­ki­miyyə­tin va­ri­sə ötü­rül­mə­si me­xa­niz­mi re­al­laş­dı­rı­lacaq­mı? Mər­kə­zi Asiya re­s­pub­li­ka­la­rı­nın di­g­ər li­der­lə­rin­dən - İs­lam Kə­ri­mov­dan, Emo­mə­li Rəh­mon­dan fər­q­li ola­raq, Na­zar­bay­e­vin qa­zax xal­qı­nın li­de­ri ki­mi hüqu­qi əsas olan sta­tu­su var. Yə­ni o, is­tə­ni­lən an­da pre­zi­dent kürsüsündən im­ti­na edə, la­kin vacib ida­rə­et­mə rı­çaq­la­rı­nı əlin­də sax­laya bi­lər. Çox­la­rı pre­zi­den­tin bu sta­tu­su­nun re­al­laş­dı­rıl­ma­sı­na baş­lay­acağı­nı çox­dan göz­ləy­ir­lər. Yə­qin ki, eli­ta və pre­zi­den­tin özü post­seç­ki dövründə va­ris­lik mə­sə­lə­si­ni bu və ya di­g­ər də­rəcə­də həll et­məyə ça­lı­şacaq. Ha­ki­miyyə­tin va­ri­sə ötürülmə­si me­xa­niz­mi­nin re­al­laş­dı­rıl­ma­sı Qa­za­xı­s­tan­da sa­bit­liy­in qo­ru­nub sax­la­nıl­ma­sı ba­xı­mın­dan vaci­b­dir. Çünki Qa­za­xı­s­tan­da sa­bit­liy­in po­zul­ma­sı hər kə­sin ziy­a­nı­na olacaq: eli­ta­nın, yer­li və xa­rici biz­ne­sin. Bu hal­da do­mi­no ef­fek­ti ya­ra­na bi­lər və nə­ticə­də, Çin də da­­xil ol­maq­la, qon­şu döv­lət­lər də zə­rər çə­kər. Əsas mə­sə­lə on­dan iba­rət­dir ki, seç­ki va­ris­lik pro­se­si­nin baş­la­nğıcı olacaq, ya yox. Ha­ki­miyyə­tin va­ris­lik yo­lu ilə ötü­rül­mə­si­nin al­ter­na­ti­vi xa­os və müna­qi­şə­lər­dir.

- Bəs, Na­zar­bay­ev ha­ki­miyyə­ti­nin ən re­al va­ri­si kim ola bi­lər?

- Na­mi­zəd­lər ara­sın­da pre­zi­dent ai­lə­si­nin üzvlə­ri olan Ti­mur Ku­li­bay­e­vin, Da­riq Na­zar­bay­e­vin, pre­zi­den­tin qar­da­şı oğlu Sa­mat Abi­şin ad­la­rı çə­ki­lir. Siy­a­hı­da köh­nə qvar­diy­a­nın üzvlə­ri də var - Al­ma­tı­nın me­ri Ax­metc­an Ye­si­mov­dan tut­muş, müda­fiə na­zi­ri İman­qa­li Ta­s­ma­qam­be­to­va­dək. Siy­a­hı çox­dan mö­vcud­dur və ora­da­kı ad­lar, de­mək olar ki, dəy­iş­mir. Bu mə­sə­lə­nin ən vacib tə­rə­fi kon­kret va­ri­sin şəx­siyyə­ti dey­il. Çünki on­la­rın hər bi­ri ha­ki­miyyə­tə yiy­ə­lən­mək üçün ey­ni id­di­aya və şan­sa ma­lik­dir­lər. Prob­lem on­la­rın öz elit qrup­laş­ma­la­rı­na ar­xa­lan­ma­la­rı­dır. Öl­kə­də isə kol­lek­tiv va­ris ro­lu oy­naya bi­ləcək güclü par­la­ment və ya siy­a­si par­tiya yox­dur.

Qa­za­xı­s­tan­da siy­a­si is­la­hat­la­ra eh­tiy­ac çox­dan ya­ra­nıb. Pre­zi­dent isə he­sab edir ki, siy­a­si sa­hə­də hər şey yax­şı­dır və əsa­sən, iq­ti­sa­diy­yat­la mə­şğ­ul ol­maq la­zım­dır.

Na­zar­bay­ev­dən so­nra də­qiq oy­un qay­da­la­rı ol­maya da bi­lər. Ha­zır­da eli­ta­nı hər han­sı ad­dım­lar at­ma­q­dan yal­nız Na­zar­bay­e­vin nüfu­zu çə­kin­di­rir. İcti­ma­iyyət də Na­zar­bay­e­vi də­s­­tək­ləy­ir. Am­ma siy­a­si si­s­tem yal­­nız bir nə­fə­rin nüfu­zu­na ar­xa­lan­maq­la uzunmüddət­li sa­bit­liyə ümid edə bil­məz.

- Bəs, qey­ri-po­pulyar iq­ti­sa­di is­la­hat­lar 2011-ci il­də Ja­na­o­zen şə­hə­rin­də­ki­nə bən­zər kütlə­vi eti­raz­lar ya­ra­da bi­lər­mi?

- Düşünmürəm ki, ha­zır­kı pre­zi­den­tin dövründə həy­a­ta ke­çi­ri­ləcək is­la­hat­lar kütlə­vi eti­raz­la­ra, ita­ət­siz­liyə, iğti­şaş­la­ra sə­bəb ol­sun. Ja­na­o­zen­də prob­lem "KazMunayQaz" döv­lət neft şir­kə­ti­nin qey­ri-ef­fek­tiv me­necmen­ti, son də­rəcə zə­if həm­kar­lar it­ti­fa­qı təş­ki­lat­la­rı ilə bağlı idi. On­lar uzun il­lər ər­zin­də məq­səd­li şə­kil­də zə­i­f­lə­dil­miş­di­lər. Məq­səd o idi ki, bu təş­ki­lat­lar neft müəs­si­sə­lə­ri­nin sa­hib­lə­ri­nə prob­lem ya­rat­ma­sın. Ye­ri gəl­miş­kən, Ja­na­o­zen­də­ki iğti­şaş­lar­dan so­nra hö­ku­mət re­al və po­ten­si­al əmək müna­qi­şə­lə­ri­nə da­ha diq­qət­lə ya­naş­­mağa baş­layıb. Mə­sə­lən, bu ilin əv­və­lin­də Na­zar­bay­ev hö­ku­mə­tə bütün iri müəs­si­sə­lər­lə me­mo­ran­dum im­za­la­mağı tap­şı­rıb. Məq­səd kom­mer­siya struk­tur­la­rı­nın iş yer­lə­ri­nin, əmək­haq­qı­nın sə­viyyə­si­nin qo­ru­nub sax­la­nacağı­na zə­ma­nət ver­­mə­si­dir. On­lar zə­rər­lə üzləş­dik­lə­ri hal­da be­lə, zə­ma­nət ver­dik­lə­ri mə­sə­lə­lə­ri ye­ri­nə ye­tir­mə­li­dir­lər.


MƏSLƏHƏT GÖR:

757