
MAKSİMUM DƏSTƏK
Azərbaycanda özəl biznesin dövlət tərəfindən kreditləşdirmə şəraitinin yaxşılaşdırılması planlaşdırılır
Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ölkədə, demək olar ki, son on ildə iqtisadiyyatın inkişafı üzrə bütöv dövlət proqramlarının və ya onun sürətləndirmə planının ayrı-ayrı seqmentlərini kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsinə yönələn ayrıca bəndlərsiz təsəvvür etmək mümkün deyil. Bizdə kiçik biznes subyektlərinin konsaltinq, texniki və təbii ki, maliyyə dəstəyi ilə çoxsaylı fond və agentliklər məşğul olur. Bu qurumlar ya tamamilə dövlətə məxsus olurlar, ya da beynəlxalq maliyyə təşkilatlarının donor dəstəyi hesabına yaşayırlar. Ancaq bu qurumlar içində artıq səkkiz ilə yaxındır ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) aparıcı rol oynayır.
Biznes pulları
SKMF ötən yüzilliyin 90-cı illərin başlanğıcında yaradılıb, 2002-ci ildən ciddi struktur islahatlarına məruz qalıb və həmin vaxtdan İqtisadi İnkişaf Nazirliyinin (İİN) nəzdində fəaliyyət göstərir. Bu illər ərzində SKMF və onun müvəkkil bankları tərəfindən 500 mln. manatdan çox güzəştli kreditlər verilib. Fondun xətti ilə ayrılan güzəştli və uzun müddətli kreditlər 2004-2008-ci illər ərzində regionların inkişafı üzrə dövlət sosial iqtisadi proqramların gerçəkləşdirilməsində önəmli rol oynayıblar, ilk növbədə, güzəştli kreditlərə ehtiyac duyan aqrar və emal bölmələrinin inkişafına imkan yaradıblar. Ötən ilin sonlarından İİN tərəfindən SKMF-in işində yeni müsbət dəyişikliklər barədə təşəbbüs qaldırılıb, fondun işinin islahatları üzrə tədbirlər kompleksi gerçəkləşdirilir. Özü də kreditlərin verilməsi qaydaları, həmçinin KOS subyektlərinin kreditləşdirilməsi həcmlərinin və istiqamətlərinin qiymətləndirilməsi zamanı prioritetlərin seçilməsi köklü dəyişikliklərə uğrayıb.
Hazırda SKMF 30 müvəkkil bankın, 4 kredit ittifaqının və bir bankolmayan kredit qurumu "Aqrarkredit"in vasitəsi ilə heç bir istisna qoymadan ölkənin bütün regionlarında kreditlər verilməsini gerçəkləşdirir. Yalnız ötən il sahibkarlar fondun xətti ilə 87,8 mln. manat güzəştli ssuda alıb və bunun hesabına 800 layihə gerçəkləşdirilib. Bu il SKMF-nin büdcəsi 130 mln. manat olub, bunun 74 mln.-u büdcə köçürmələri, qalanları ilə geri qaytarılan kreditlər və onların faizləri təşkil edib. Bütövlükdə bu ilin əvvəlindən fond müvəkkil kredit təşkilatlarının vasitəsi ilə 1250 sahibkara 66 mln. manatdan çox kredit verib. Güzəştli kreditlərin vasitəsi ilə layihələrin maliyyələşdirilməsi 5000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək. Gələn ildən isə fond öz kredit çantasını 150 mln. manata qaldırmağı planlaşdırır. Bu, cari ilin büdcəsində nəzərdə tutulmuş həcmdən iki dəfəyə qədər yüksəkdir.
Maraqlıdır ki, İİN yenidən regional kredit yarmarkalarının keçirilməsi vasitəsi ilə borcların verilməsinə qayıdış barədə qərar verib. Son illərdə SKMF istehsalat sahələrindəki iri layihələrə həcmi milyon manatdan böyük olan iri kreditlərin verilməsi ilə məşğul idi. Ancaq kredit yarmarkalarının nəticəsinə nəzər salan fond rəhbərliyi borc verilənlərin sayını artırmaq qərarına gəlib, bunun üçün verilən ssudaların maksimum həddi aşağı salınıb. Son yarmarkalarda ayrılan borcların orta məbləği hardasa 20 min manat ətrafında dəyişir. Özü də bu, fondun işində tək dəyişiklik deyil. Belə ki, İİN fondun vəsaitlərindən kredit verilməsi üzrə yeni qaydalar hazırlayıb və bu, 10 qiymətləndirmə meyarından ibarətdir. Fonddan güzəştli ssuda almaq istyənə sahibkar ən azı 60 keçid balı toplamalıdır, bunun üçün iddiaçıların biznes planları təqdim edilən planların prioritetlik dərəcəsi üzrə qiymətləndirilir. Ən yüksək ballar dövlətin iqtisadi siyasətinin prioritetlərinə cavab verən layihələrə verilir, daha sonra xidmət və məhsul istehsalında yeni texnologiyaların tətbiq edilməsi, yeni iş yerlərinin yaradılması və s. təklifləri gəlir.
SKMF-in xətti ilə kreditlər maksimum 7 il müddətə verilə bilər və qaydaların yeni redaksiyasında bu müddətin artırılması nəzərdə tutulmur. Ancaq İİN həmçinin faiz dərəcələrinin 7%-dən 6%-ə qədər azalması imkanlarına baxır, həmçinin kreditin maksimum məbləğinin 3 milyon manatdan 5 milyon manata qədər qaldırılması da təklif edilib. Layihələrin kreditləşdirilməyə təqdim edilməsi qaydaları da müəyyən dəyişikliklərə uğrayacaq. O cümlədən, İİN sahibkarların müvəkkil banklara, bankların isə fondlara müraciət sistemini tətbiq etməyi təklif edir. Özü də banklar üçün layihənin kreditləşdirilməsinin məqsədyönümlüyünü öyrənmək üçün 15 gün ayrılacaq, bütövlükdə ərizənin alınmasından onun fond tərəfindən bəyənilməsinə qədər keçən müddət maksimum 28 gün çəkə bilər, özü də üstünlük istehsal layihələrinə veriləcək. Hökumətdə ehtimal edirlər ki, SKMF-nin fəaliyyətində edilən bütün dəyişikliklər bu qurumu KOS bölməsinin maliyyə vəsaitləri ilə təmin etməkdə əsas mənbəyə çevirəcək.
Kredit üçün kredit
Fondun öz vəsaitlərinin yaradılması sistemi də ciddi dəyişikliyə uğrayacaq. İndiyə kimi onun fəaliyyəti dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilib, ancaq bu ildən İİN beynəlxalq maliyyə qurumlarının (BMQ) kredit xətlərinin cəlb edilməsi barədə danışıqlara başlayıb. "Bu çərçivədə Dünya Bankı (DB) ilə SKMF xətti ilə KOS-un maliyyələşdirilməsi üçün $100 mln. kredit cəlb edilməsi barədə danışıqlar aparılır", - deyə SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirir. Onun sözlrinə görə, həm DB, həm Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), həmçinin OFID fondu SKMF-ni fəal maliyyələşdirməyə hazırdır.
Ancaq onların kredit resurslarını, o cümlədən ölkənin regionlarına cəlb etmək üçün fondun fəaliyyətinin auditi önəmlidir. " Hazırda beynəlxalq auditor "Baker Tilly Audit Azerbaijan" tərəfindən fondun 2008-ci il üzrə maliyyə hesabatının qiymətləndirilməsi aparılır və auditor hesabatı əldə etdikdən sonra SKMF-nin xarici borcların cəlb edilməsi üzrə imkanları yetərincə genişlənəcək. SKMF vəsaitlərinin istifadəsi üzrə yeni qaydalarda fonda xarici maliyyə qaynaqlarından kredit resursları cəlb etmək səlayihəti verilib. Biz cəlbedilən xarici borcların yerləşməsi şərtləri barədə də təklif etmişik", - deyə Ş.Abdullayev vurğulayıb.
Beynəlxalq maliyyə qurumlarının vəsaitlərini cəlb etmək bizim ölkəyə nə verəcək? Hər şeydən öncə Azərbaycan sahibkarları üçün kreditləri ucuzlaşdıracaq və eyni zamanda fondun büdcədən asılılığını azaltmaqla imkanlarının genişlənməsinə səbəb olacaq. Məsələ bundadır ki, DB-nin və ya başqa maliyyə institunun kreditləri cəmi illik 2-3% lə verilir. "Hətta sahibkarların maliyyələşdərəlməsi zamanı kredit dərəcələrinə bank marjasının və SKMF-nin bir faizinin əlavə edilməsi də nəzərə alınarsa, bu borclar sahibkarlığın inkişafı üçün yetərincə ucuz maliyyə resursları olacaqlar", - deyə Ş.Abdullayev vurğulayıb. Dərəcələrin yüksək və verilən borcların qısamüddətli olması üzündən hazırda kommersiya bankları sahibkarlığa yetərincə maliyyə dəstəyi verə bilmirlər. Bu baxımdan SKMF xətti ilə maliyyələşdirmə şərtləri kiçik biznes üçün yetərincə əlverişli olacaq.
Ş.Abdullayev hesab edir ki, müvəkkil bankların sahibkarları kreditləşdirməsi zamanı yetərincə gəlir əldə etməsi nəzərə alınarsa, onlar burada mümkün gecikmələri istisna edərək, kreditlərin vaxtında ödənməsini təmin etməlidirlər. Əvvəl verilmiş kreditlər üzrə qaytarılan vəsaitlər SKMF-nin revolver hesablarında toplanır və sahibkarlığın maliyyələşdirilməsi üçün yenidən istifadə edilir. Buna görə də borcların vaxtında ödənməməsi yeni kreditlərin verilməsi prosesinin ləngiməsinə səbəb olur.
İri layihələr
Bu il SKMF ötən ilin avqustunda qəbul edilmiş Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramının gerçəkləşdirilməsi üzrə işlərə qoşulub. Bu çərçivədə ölkədə meyvə-tərəvəz və süd-ət məhsullarının saxlanması üçün xüsusi soyuducu şəbəkəsinin, həmçinin taxıl elevatorlarının tikintisindən söhbət gedir. Bütövlükdə SKMF-yə ölkənin Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarının sahibkarlarından 33 layihə daxil olub. Müsabiqənin qalibi olan şirkətlərin seçilməsi iyulun 31-də aparılıb və avqustda SKMF bu investisiya layihələrinin podratçısı olan özəl şirkətlərin maliyyələşdirilməsinə başlayıb.
Fond tərəfindən 12 layihə seçilib və Quba-Xaçmaz iqtisadi rayonunda altı anbar kompleksinin yaradılması üzrə hazırlıq işləri görülməyə başlayıb. Daha dörd soyuducu isə Mərkəzi iqtisadi rayonda tikiləcək. Lənkəran və Gəncə-Qazax iqtisadi rayonlarının hərəsinin payına isə bir anbar düşəcək. Bu yaxınlarda SKMF ilk altı anbar kompleksinin tikintisi üçün vəsait ayırıb.
Bu dörd iqtisadi rayonda soyuducu anbar komplekslərinin yaradılmasının ümumi dəyəri 40 mln. manat təşkil edir, özü də bu məbləğin 60%-i SKMF tərəfindən maliyyələşdiriləcək. Sahibkarlar isə layihələrin ən azı 30%-ni maliyyələşdirməlidirlər, qalan vəsatilər isə kreditlər şəklində cəlb edilə bilərlər, özü də yalnız SKMF deyil, həm də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) də işə cəlb edilə bilər. Podratçı şirkətlərin seçimi zamanı üstünlük komplekslərin tikintisinin qabaqcıl texnologiyalar əsasında gerçəkləşdirilməsini nəzərdə tutan təkliflərə verilib. Tender şərtlərinə əsasən hər bir soyuducu anbar ən azı iki min ton məhsula hesablanmalıdır. Hələ ki, SKMF 40 inzibati rayounun daxil olduğu dörd iqğtisadi rayondan təkliflərin qəbulu barədə elan verib. Gələcəkdə hökumət istisnasız olaraq bütün iqtisadi rayonlarda soyuducu anbarların tikintisinə fəal maliyyə yardımı göstərməyə hazırdır.
İİN tərəfindən aparılmış marketinq araşdırmaları göstərib ki, Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üçün geniş potensial var. Ancaq bir sıra hallarda, məsələn, xarici bazarlarda qiymətin düşməsi və ya təklifin tələbi üstələməsi, meyvə-tərəvəz məhsullarının mövsümi qiymətləri fermerlər üçün əlverişli olmur və onların fəaliyyətini gəlirsiz edir.
Soyuducu anbarlar olduqda isə kəndlinin tez xarab olan məhsulu saxlamaq, sonra daha əlverişli qiymətə satmaq imkanı yaranır. Soyuducu anbarlar çoxfunksional olacaq, bu komplekslərdə sortlaşdırma, qablaşdırma, təmizləmə və s. üzrə xidmətlər göstəriləcək. Bu, məhsula daha əlvrişli əmtə görkəmi verəcək ki, bu da ixracat zamanı çox önəmlidir. Ölkədə şəbəkələnmiş anbar infrastrukturunun olması idxaldan asılılığı da azaltmağa imkan verər, həm payız-qış dövründə, həm də yaz dövründə bizim ölkə özünü yerli meyvə və tərəvəzlə təmin edə bilər.
SKMF-nin fəaliyyətinin başqa istiqaməti strateji taxıl ehtiyatlarının saxlanması, həmçinin ölkənin taxıl bazarının tənzimlənməsi üçün iri taxıl anbar-elevatorlarının tikintisidir. Bu iş ölkədə yeni yaradılan Dövlət Taxıl Fondu ilə birgə həyata keçirilir. Taxıl anbarlarının tikintisi yetərincə kapital tutarlı işdir və ayrı-ayrı fermer təsərrüfatlarının, kiçik aqrar şirkətlərin buna gücü çatmır.
Bununla bağlı hökumət bu obyektlərin tikintisinin qarışıq maliyyələşdirmə vasitəsi ilə gerçəkləşdirilməsi barədə qərar qəbul edib. Bu yaxınlarda SKMF ölkənin altı iqtisadi rayonunda taxıl saxlanması və təmizlənməsi üzrə anbar komplekslərinin tikintisi üzrə investisiya təkliflərini öyrənib, özü də hər bir elevatorun tutumu 10 min ton olmalıdır. Elevatorların Azərbaycanın Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Gənca-Qazax, Lənkəran və Yuxarı Qarabağ iqtisadi rayonlarında tikilməsi nəzərdə tutulur. Ötən il ölkədə istehsal edilən taxılın 89,5%- bu zonaların payına düşüb.
MƏSLƏHƏT GÖR: