14 Mart 2025

Cümə, 21:49

İNFORMASİYA SUPERMAGİSTRALI

Azərbaycanın təşəbbüskarı olduğu daha bir iri regional layihə reallığa yaxınlaşmağa başlayır

Müəllif:

15.11.2008

Telekommunikasiya sahəsində rəqəmsal inqilab biliyə əsaslanan jəmiyyətin formalaşması yolunda fundamental dəyişikliklərə gətirib. Onun sosial, iqtisadi və siyasi təsirlərinin potensial miqyası əvəzedilməzdir. Böyük ehtimalla onların təsirləri bundan önjə olmuş texnoloci dəyişikliklərə baxanda daha böyük olajaq və hər kəsi əhatə edəjək. Bu inqilabı stimullaşdıran texnoloci tərkib hissələri informasiya supermagistrallarıdır. Bunların sırasında ümumi kommunikasiyaların, informasiyaların və media texnologiyalarının milli infrastrukturlarını göstərmək olar. 

Bu informasiya supermagistralları məlumatın, yaradıjılıq potensialının və insanların qarşılıqlı əlaqəli bir araya gəlməsindən təşkil olunur. Məlumatın istənilən vaxtda və dünyanın istənilən yerində yaradılmasına, idarə edilməsinə, yayılmasına və istifadə edilməsinə imkan yaradır.

Azərbayjanın bəyan edilmiş informasiya kommunikasiya texnologiyaları sahəsi iqtisadiyyatın prioritet sahələrindən biridir. Və təbii ki, bu jür perspektivli layihələrdən kənarda qala bilməz. Şərq və Qərb arasında superməlumat magistralının yaradılması ideyasının təşəbbüskarı məhz bizim ölkədir. 

 

Milli yetkinlik əlaməti

Avropanın və Asiyanın 20 ölkəsini əhatə edəjək Trans - Asiya-Avropa fibrooptik magistral şəbəkəsinin əsasında yaradılajaq layihənin gerçəkləşdirilməsi imkanları barədə müzakirələrə Azərbayjan hələ 2007-ji ildən başlayıb. Layihə artıq BMT-nin informasiya - kommunikasiya texnologiyalarının inkişafı üzrə qlobal alyans, rabitə sahəsində regional assosiasiya, TAE assosiasiyası, həmçinin Rusiya, Sloveniya, Estoniya, Belarus, ABŞ və başqa ölkələr tərəfindən dəstəklənib. 

Bu layihənin yaradılmasının əsas səbəbi İKT sahəsində son illərdə müşahidə edilən əhəmiyyətli janlanma və bu sahənin ölkənin sosial-iqtisadi sahəsinə çox böyük təsiridir. Keyfiyyətli internetə ujuz çıxış imkanları yaradajaq, yüksək texnologiyaların daha da inkişaf etməsinə imkan verəjək supermagistralın yaradılması, iki region arasında elektron bazarının təşkil edilməsi ölkələr üçün qlobal əhəmiyyət kəsb edir. 

İnformasiya supermagistralının infrastrukturlarının böyük hissəsi, informasiya əsrinin əsasında duran geniş zolaqlı şəbəkələr artıq bu gün inkişaf etmiş ölkələrdə mövjuddur. Anjaq bu gün inkişaf etməkdə olan ölkələr üçün iqtisadi inkişafa bünövrə qoyulmasında və vətəndaşlara informasiya jəmiyyətinə qatılmağa və ondan yararlanmağa imkan verən müsbət sosial dəyişikliklərin təmin edilməsində superinformasiya magistralları böyük rol oynaya bilər. 

İnformasiya infrastrukturları və onlarla bağlı olan vasitələr evləri, iş yerlərini, xəstəxanaları, məktəbləri, kitabxanaları, dövlət infrastrukturlarını və göstərijilərin emal mərkəzlərini birləşdirəjəklər. Bu jür infrastrukturlar bizim jəmiyyətin təbiətini radikal şəkildə dəyişə biləjək innovasiya vasitələrini təmin edə bilərlər. Bu dəyişikliklər, məsələn, iş sahələrini, səhiyyə və təhsil xidmətlərini əhatə edə bilər. İnformasiyalara, uyğun olaraq əsas infrastrukturlara universal çıxış perspektivləri bugünkü informasiya jəmiyyətinin əsas tərkib hissəsidir. 

Dünyada iki böyük informasiya supermagistralı mövjuddur. Bunlardan biri Qərbdədir, Qərbi Avropanı və Şimali Amerikanı birləşdirir. İkinjisi isə Asiyanın Sakit okean sahilləri ilə keçir. Yaponiyadan başlayan bu magistral Koreyanı, Çini, Malayziyanı, Avstraliyanı əhatə edir, Yeni Zelandiyaya qədər uzanır. 

Qeyd etmək lazımdır ki, informasiya supermagistralları ideyası ilk dəfə Birləşmiş Ştatlarda 1992-ji il prezident seçkiləri kampaniyasında geniş ijtimaiyyətə açıqlanıb. Bu barədə məlumat materiallarında bildirilir ki, Bill Klintonun prezident seçilməsindən sonra həmin layihə informasiya infrastrukturunun inkişafı üzrə milli proqramın (NII) tərkib hissəsinə çevrilib. Bu layihənin ən real sərmayəçiləri regional telefon şirkətləri və kabel televiziyası operatorları sayılır.

Bu qurumların hər ikisi Nİİ proqramının gerçəkləşməsinə hazır olduqlarını vurğuladılar. Bunun əvəzində isə bir sıra dövlət məhdudiyyətlərinin aradan qaldırılmasını tələb etdilər. Regional telefon şirkətləri kabel televiziya xidmətləri və uzaq telefon rabitəsi ilə məşğul olmağa ijazə istədilər. Kabel televiziyası operatorları isə yerli telefon rabitəsi sahəsinə giriş istədilər. 

ABŞ-da qəbul edilən Nİİ proqramı Avropada da əks-səda verdi. Avropa komissiyası informasiya jəmiyyəti konsepsiyasını irəli sürdü. Bu konsepsiyanın ifadə edildiyi sənədə başlıja olaraq informasiya telekommunikasiyalarının inkişafı üzrə əvvəljədən məlum olan təkliflər və Avropanın bu sahədəki layihələrinin dəstəklənməsi daxildir. Orada həmçinin "sərhədsiz televiziya" təşəbbüsü barədə bənd də nəzərdə tutulur və universal informasiya sisteminə mülkiyyət hüququ ilə bağlı təkliflər verilir. 

Amerikanın milli proqramı olan Nİİ-nin peyda olması yalnız Avropanı hərəkətə gətirməyib. Dünyanın bütün hissələrində kiçik və böyük ölkələr informasiya supermagistralına malik olmaq niyyətinə düşdülər. Onların planlarının mövjudluq və inkişaf səviyyəsi milli yetkinlik əlaməti sayılmağa başladı. 

 

Avrasiyanın iyirmi ölkəsi üçün layihə

Azərbayjan tərəfindən irəli sürülmüş layihəyə qayıdaq. Bakıda keçirilmiş regional görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, transmilli Avrasiya informasiya supermagistralının yaradılması üçün iştirakçı ölkələrin qatılajağı konsorsium təsis etmək, perspektivdə isə onu TAE ilə birləşdirmək pis olmazdı. "İş uğurlu olsa, layihəni 1,5-2 ilə gerçəkləşdirmək mümkündür",-deyə Ə.Abbasov ehtimal edir. Qeyd edək ki, görüşdə 16 ölkənin - Azərbayjanın, Rusiyanın, Ukraynanın, Belarusun, Estoniyanın, Litvanın, Qazaxıstanın, Moldovanın, Sloveniyanın, Misirin, Əfqanıstanın, ABŞ-ın, Gürjüstanın, İranın, Hindistanın və İordaniyanın yüksəkçinli hökumət təmsilçiləri iştirak ediblər. 

Rusiya təmsilçisi konsorsiumun yaradılmasının əleyhinə çıxış edib. Rusiya tərəfinin fikrinjə, konsorsiumun iştiarkçı ölkələrin daxilindəki tənzimləmə işini gerçəkləşdirməsi çətin ola bilər. Rusiya tərəfi bunun əvəzinə layihəyə beynəlxalq rabitə birliyini daxil etməyi təklif edib. 

Layihənin təşəbbüskarı olan Azərbayjan biznes üçün əsas olan qərarların həllini öz üzərinə götürür. Bununla belə, layihənin eskizi Amerikanın "Booz Allen Hamilton" şirkəti tərəfindən hazırlanır. Buna görə də xərjlərin yekun smetası hələ bəlli deyil. Layihəçilərin fikrinjə, gələjəkdə informasiya axınının artırılmasına xidmət edəjək infrastrukturun inkişafına yetərinjə böyük vəsaitlər qoymaq lazımdır. 

Təbii ki, bu jür irimiqyaslı layihələr yalnız hökumətlərin birbaşa yardımı ilə gerçəkləşdirilə bilər. Məsələ bundadır ki, beynəlxalq sərmayəçilərin əksəriyyəti regiondakı müəyyən problemləri nəzərə alaraq layihəyə siyasi dəstək tələb edirlər. "Biz Şərq-Qərb superinformasiya magistralı üzrə anlaşmanın layihəsini hazırlamalı və öz ölkələrimizin hökumətlərinin baxışına təqdim etməliyik",-deyə Ə.Abbasov bildirib. 

Bundan başqa, layihənin iştirakçısı olan ölkələr tərəfindən Bakı bəyannaməsi qəbul edilib ki, bu da potensial sərmayəçilər üçün zəmanət kimi qəbul edilə bilər. Bəyannamədə bildirilib ki, transmilli Avrasiya informasiya supermagistralı üzrə Bakı regional görüşünün nazirlər səviyyəsində iştirakçıları transmilli informasiya magistralının formalaşması üzrə fəaliyyətlərini güjləndirəjəklər. Həmçinin, görüşün yekunlarına görə, Şərqi Avropa-Çin regionu ölkələrinin layihədə iştirakına maraq səviyyəsini öyrənmək üçün işçi qrup yaradılması qərara alınıb. 

Beləliklə, iki il bundan önjə yalnız uzaq müddətli perspektivdə gerçəkləşə biləjəyi ehtimal edilən layihə real konturlar qazanmağa başlayır. Azərbayjan getdikjə daha çox İKT-ni neft bölməsinə güjlü alternativə çevirmə məqsədinə yaxınlaşır. 


MƏSLƏHƏT GÖR:

488