14 Mart 2025

Cümə, 20:58

NEFTİN "QIZIL QİYMƏTİ"

Dünya böhranı Azərbaycan hökumətinin 2009-cu il üzrə iqtisadi proqnozlarına təsir göstərməyib

Müəllif:

15.11.2008

Dünyanın aparıcı dövlətlərinin başçılarının, beynəlxalq maliyyə qurumlarının, ekspert və analitiklərin səylərinə baxmayaraq, artıq bəllidir ki, bu gün dünya maliyyə bazarlarında müşahidə edilən problemlər, çox təəssüf ki, 2009-cu ildə də davam edəcək. Eyni zamanda, qiyməti düşməkdə davam edən neftin vəziyyətinin nejə olacağı da bəlli deyil. Belə ki, dekabrın birinci on günlüyündə Azərbaycan neftinin orta qiymətini bir barrelə görə 58 dollar ətrafında dəyişib. Buna baxmayaraq, hökumət 2009-cu ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 70 dollar səviyyəsində götürüb və bunun da öz əsaslandırılması var. 

Bəlkə də bu vəziyyətdə neftin qiymətini, həmçinin, 2009-cu il dövlət büdjəsi layihəsinin bir neçə başqa proqnoz göstərijilərini dəyişmək yerinə düşərdi.  Ancaq hökumətin və Milli Məclisin iqtisadi bölümünün təmsilçiləri bildirirlər ki, gələn il dövlət xəzinəsinin doldurulması ilə bağlı narahat olmağa dəyməz, Azərbaycanın mövcud iqtisadi gerçəklikləri büdcənin gəlir və çıxarlarının sabit artımını təmin etməyə imkan verir.    

 

Əsas parametrlər

Beləliklə, Azərbaycanın 2009-cu il dövlət büdcəsi layihəsində neftin barrelinin qiyməti 70 dollar götürülüb. 

Parlamentin müzakirəsinə verilmiş sənədə görə, 2009-cu ilin dövlət büdjəsi kəsirli olajaq (kəsir 178 mln. manat və ya ümumi daxili məhsulun (ÜDM) 0,4%-ə bərabər olacaq). Büdcənin gəlirləri 12 mlrd 177 mln manat, xərcləri isə 12 mlrd 355 mln manat təşkil edəcək. 2008-ci ilə baxanda 2009-cu ilin dövlət büdcəsinin gəlirləri 16,1%, xərcləri isə 11,7% artacaq.

Vergi qurumları büdcə gəlirlərinin 48%-ni (6 mlrd manat) təmin edəcək, neftdənkənar bölmədən daxilolmalar isə neft bölməsindən daxilolmaları ötəcək.  Belə ki, Vergilər Nazirliyinin xətti ilə neft bölməsindən  2 mlrd 680 mln manat əldə edilməsi planlaşdırılır (bu zaman 2008-ci ilə baxanda 7,6% azalma müşahidə edilir). Neftdənkənar bölmədən isə 3 mlrd 70 mln manat gəlməsi gözlənilir (burada isə 23,8% artım var). Gələn il Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə daxilolmalar 1,3 mlrd manat səviyyəsində gözlənilir (bu da gəlirlərin 17% faizinə bərabərdir). Dövlət Neft Fondundan transfertlər isə 4 mlrd 915 mln manat təşkil edəcək, qalanları isə başqa gəlirlərdir. 

Gəlirlərin artması dövlətin xərj imkanlarını da genişləndirir. Əvvəlki illərdə olduğu kimi burada əsas istiqamət sosial problemlərin həll edilməsi olaraq qalır, gələn il 4 mlrd. 24 mln manat  və ya bütün büdjə xərclərinin 33%-i buna yönəldiləcək. Büdcənin məhz bu maddəsi sadə azərbaycanlıların, xüsusilə də sosial sarıdan müdafiəsiz olanların güzəranına birbaşa təsir göstərəcək. 2009-cu ildə pensiyaların baza hissəsi 80 manata qalxajaq, yəni 10 manat artacaq. Ünvanlı sosial yardımların verilməsi zamanı əsas kimi götürülən "ehtiyac meyarı" isə 60 manata qaldırılıb, burada da 5 manat artım var. 

İqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, hökumət bir adam üçün yaşayış minimumunun ölçüsünü  84 manata, o cümlədən əmək qabiliyyətli vətəndaşlar üçün  92 manata, pensiyaçılar üçün 65 manata və uşaqlar üçün  69 manata qaldırmağı təklif edir.

Strateji vacib xərclərə gəldikdə isə, gələn il Azərbaycanın müdafiə xərcləri 2 mlrd dollardan çox olajaq. Azərbaycanın maliyyə naziri Samir Şərifovun sözlərinə görə, müdafiə xərcləri bəndindən başqa, dövlət investisiya proqramı çərçivəsində də bu istiqamətdə  müəyyən vəsaitlər xərclənəcək. 

Büdcədən elmin maliyyələşdirilməsi də xeyli - 47,6% artacaq, dövlət bunun üçün 105,8 mln manat ayıracaq. Bu vəsaitlərdən  7 mln manat elmin maliyyələşdirilməsinin yeni mexanizminin işlənməsinə, 10 mln manat Elmlər Akademiyasının müxtəlif qurumlarının laboratoriyalarının çağdaş avadanlıqla təchiz edilməsinə gedəcək. 

Büdcədən təhsil sahəsində məqsədli proqramların maliyyələşməsinə 117 mln manat ayrılajaq (artım 52,1%-dir). Beləliklə, təhsil xərjləri ümumi büdcə xərclərinin 13,2%-ni təşkil edəcək. Büdcənin 5,2 faizi səhiyyə ehtiyaclarına gedəcək. 400 mln manatdan çox aqrar-sənaye kompleksinin ehtiyacları,  2,8 mln.manat QHT-lərin dəstəklənməsi, 1,3 mln manat KİV-in dəstəklənməsi, 14,5 mln sosial ipoteka və 334 mln manat avtomobil yollarının yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Gələn il dövlət kapital qoyuluşları bütövlükdə 4,7 mlrd manat təşkil edəcək.

Proqnozları büdcə zərfində əks etdirilən makroiqtisadi göstəricilərə gəldikdə isə gələn il Azərbaycanın ÜDM-i 43,6 mlrd manat səviyyəsində, real artım templəri isə 18,9% planlaşdırılıb. Özü də ölkənin neftdənkənar bölməsində ÜDM gələn il 10,5% artacaq. Bütün mənbələrdən Azərbaycan iqtisadiyyatına yatırılajaq sərmayələrin həcminin 8,4 mlrd manat səviyyəsində olması planlaşdırılır, bunun 6,5 mlrd manatı yerli sərmayələrin payına düşəcək. "2009-cu ildə biz xarici amillərin kəskin təsiri olmadığı halda, inflyasiyanın 12-14% səviyyəsində olacağını proqnozlaşdırırıq. Ortamüddətli perspektivdə biz inflyasiyanın birrəqəmli səviyyəyə düşəcəyini ehtimal edirik", - deyə  Ş.Mustafayev vurğulayıb.

 

Barrel üçün 70 dollar qiyməti real görünür

Yuxarıda sadalananlar Azərbaycan iqtisadiyyatının imkanları ilə bağlı optimizm və qürur hissi aşılayır. Ancaq dünya böhranı və düşən neft qiymətləri şəraitində bu proqnozlar nə dərəcədə realdır? Axı hələ ki heç kim dövlət büdjəsinin neft amilindən asılılığını ləğv etməyib. O zaman bəs niyə yaxın gələcəkdə dünya iqtisadiyyatının taleyi ilə bağlı mənfi öncəgörmələrin fonunda Azərbaycan hökuməti daxili iqtisadiyyatın yüksək artım templərində qərarlıdır və bunun əldə edilməsi üçün indiyə kimi əldə edilmiş ehtiyatları sərf etmək niyyətində deyil ki?

Bu cür suallardan çox vermək olar. Ancaq Azərbaycan hökumətinin iqtisadi qanadı inamla və art qumentlərlə tərtib etdiyi proqnozlara dünya proseslərinin hər hansısa bir mənfi təsirinin mümkünllüyünü inkar edir. "Apardığımız islahatlar, malik olduğumuz maliyyə-iqtisadiyyat potensialı dünya iqtisadi böhranı ilə bağlı bütün problemləri minimuma endirməyə imkan verir. Lazım olan zaman biz dövlət büdcəsinə düzəlişlərlə bağlı çıxış edə bilərik, ancaq hələ buna gərək olmadığını düşünürük",- deyə Samir Şərifov əlavə edib. 

Ən maraqlısı isə hökumətin mövqeyinin parlamentin iqtisadi siyasət üzrə komissiyasının sədri Ziyad Səmədzadənin rəhbərlik etdiyi millət vəkili qrupu tərəfindən dəstəklənməsidir. "2009-cu ilin dövlət büdcəsi layihəsi dünya maliyyə və iqtisadi böhranları, neftin qiymətinin düşməsi, dünyanın aparıjı ölkələrinin valyutalarının qeyri-sabit olması şəraitində işlənilib. Bütövlükdə, biz belə düşünürük ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycanın qarşısında duran bütün məsələləri həll etməyə imkan verəcək", - deyə o, parlament müzakirələrində bildirib. 

Onun özünəinamı aşağıdakı amillərə əsaslanır: 2002-ci ildə dünya üzrə neftin barrelinin orta qiyməti $27,  2007-ci ildə $71,  2008-ci ildə isə $100-dan çox olub. Bu həmin illərdə dövlət büdcəsində nəzərdə tutulmuş qiymətlərldən xeyli çox olub. Uyğun olaraq, Azərbaycan ötən illərdə yetərincə gəlir əldə edib ki, bununla da büdcəni fors-major hallarda qoruya bilər. 

Bu zaman komissiya başçısı bildirib ki, 2008-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) netin barrelini orta hesabla $111-dən ixrac edib ki, bu da yuxarıda vurğulanan göstəricidən yüksəkdir. "Dördüncü rübdə Azərbaycan neft ixracatından müəyyən cəlirlər əldə edəcək ki, bu da iqtisadiyyatı neftin qiymətinin düşməsindən qorumağa, yetərincə valyuta ehtiyatları əldə etməyə imkan verər",- deyə o vurğulayıb. 

Dövlət Neft Fondu (ARDNF) artıq dövlət büdcəsinin sabitləşdiricisi rolunu oynayır və "dünya bazarlarında neftin qiymətindən asılı olmayaraq, gələn il biz fonddan  4 mlrd 915 mln manat transfertlər əldə edəcəyik".  

Azərbaycan Hesablama Palatasının başçısı Heydər Əsədovun sözlərinə görə, hətta neftin dünya qiymətləri 50 dollardan aşağı düşsə belə, büdcədə problem olmayacaq. "Büdcənin gəlirlərinin 80 faizdən çoxu dəyişməzdir - bunlar ARDNF-dən transfertlər, mənfəət vergisi  (1 mlrd manat) və s.-dir. Bunlar göstərir ki, dövlət büdcəsi daxilolmalarında problem olmayacaq", - deyə Heydər Əsədov əminliklə vurğulayır. Bundan başqa, Maliyyə Nazirliyinin xüsusi depozit hesabında 1 mlrd manatdan çox yığılıb. 

Dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə gəldikdə isə, "neftin qiyməti düşdükcə, avtomatik olaraq müxtəlif avadanlıq və xammalın qiyməti və layihələrin də dəyəri düşəcək". Başqa sözlə, layihələrin neft qiymətlərindən düz mütənasiblikli asılı olması büdcəni artıq yüklənmədən xilas edəcək. 

 

Dövlət büdcəsindən likvidlik

Hökumətin, millət vəkillərinin və neytral ekspertlərin fikirləri inandırıcı görünür, amma onların zamanın və gerçəkliyin sınağından çıxmasına  ehtiyac var. İndiki reallıq isə belədir ki, və bu, dəfələrlə qeyd edilib: dünya maliyyə böhranının içindədir və neft qiymətləri aşağı düşür. Uyğun olaraq iqtisadiyyatın xarici təsirlərdən daha çox asılı olan və daha çox zərərçəkmiş sahələri üçün ehtiyat tədbirləri və dəstək istənilən halda vacibdir. Hazırda bu jür dəstəyə ehtiyajı olan sahə ilk növbədə bank bölməsidir. Bu bölmə təhlükəli böhran vəziyyətində olmasa da, likvidliklə bağlı hissedilən problemlərə malikdir.

Buna görə də hökumət bütün dünya ölkələrində olduğu kimi, banklara dəstək üçün ayrıca maddə nəzərdə tutmalıdır. Bu baxımdan, bankların likvidlik probleminin aradan qaldırılması üçün dövlət büdcəsindən 50 milyon manat ayrılıb. Daha 120 milyon manat isə dövlətin payı olan səhmdar cəmiyyətlərdə nizamnamə kapitalının yüksəldilməsinə yönəldiləcək. 

"Hazırda bank sisteminin xarici borclanmaları, ,təxminən, 2 milyard dollara yaxındır. Biz banklardakı durumu nəzarətdə saxlayırıq və əminliklə deyə bilərik ki, bankların borjlarını ödəməsində heç bir problemi yoxdur. Ancaq 2009-cu ildə onlar cəlb etdikləri 2 milyard dolların 70 faizini geri qaytarmalıdırlar ki, həmin məbləği Azərbaycanın dövriyyəsindən çıxarmaq lazım gələcək. Bu zaman qlobal iqtisadi və maliyyə böhranları şəraitində həmin həjmlərdə borj götürmək mümkün olmayacaq",- deyə Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2009-cu ilin dövlət büdcəsi layihəsinin parlamentdə müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, bu, heç bir halda iş fəallığını aşağı salmağa səbəb olmamalıdır və buna görə də kiçik və orta sahibkarlıq bölməsini, aqrar sənaye bölmələrini dəstəkləmək vajibdir. "Bununla bağlı olaraq mən 2009-cu ili çox maraqlı sayıram. Makroiqtisadi konturlarımızı düzgün müəyyən etməliyik, struktur və institusional islahatları davam etdirmək vacibdir",- deyə o vurğulayıb.

Ümumiyyətlə, gələn ilin dövlət büdcəsinin parametrlərinin yerinə yetirilməsi ilə bağlı bir qədər qeyri-müəyyənlik mövcud olsa da, gələn ilin əsas sənədinin bəyan edilmiş bəndlərinin ən önəmli məqamı hökumətin və dövlətin özəl bölməni və əhalini beynəlxalq durumun birbaşa təsirlərindən qorumaqda qərarlı olmasıdır. Bu isə ölkə iqtisadiyyatının dayanıqlı və davamlı inkişafı üçün çox vacib olan sabitliyin qorunması deməkdir.  


MƏSLƏHƏT GÖR:

468