Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Dövlətin güjü üç sütunla - sabit iqtisadiyyat, uğurlu səhiyyə və səmərəli təhsillə ölçülür. Ölkə sabitliyinin başqa elementləri də elə bunlardan qaynaqlanırlar. Etiraf etmək lazımdır ki, bütün sahələrdə Azərbayjan inkişaf dövrü yaşayır. Ölkə hələ ki postsovet məkanında ən yaxşı səhiyyə və təhsilə malik olması ilə öyünə bilmir. Əgər müstəqilliyin elan edilməsinin ilk illərindən sonra ölkə siyasi kataklizmlərin girdabında idisə və iqtisadiyyat, xüsusilə də təhsil və səhiyyə kiminsə yadına düşmürdüsə, indi iqtisadi durum başqa sahələrə də diqqət yetirməyə imkan verir. Dövlətin sosial siyasətinin onun inkişafının və sabitliyinin əsas elementi olmasını anlamaq çoxillər ərzində yığılmış problemlərin həllində mövjud imkanlardan yararlanmağa imkan verir. Bu xüsusilə də uşaq sağlamlığına aiddir.
Artıq neçə illərdir ki, Azərbayjan yüksək ana və uşaq ölümü göstərijiləri olan ölkələr sırasına daxildir. Bu yaxınlarda BMT-nin Uşaq Fondu UNICEF tərəfindən dünya üzrə uşaqların vəziyyəti barədə yayılmış illik məruzədə Azərbayjan bu baxımdan 46-jı yeri tutur: 5 yaşına qədər min uşağa 88 ölüm halı düşür. Bu statistika adamı dəhşətə gətirir. Hətta iqtisadi jəhətdən xeyli geri qalan Tajikistan 57-ji yerdədir: hər min uşağa 68 ölüm düşür. Daha sonra uyğun göstərijilərlə digər postsovet ölkələri gəlir: Türkmənistan - 67-jı yer, 51 ölüm, Özbəkistan - 69-ju yer, 43 ölüm, Gürjüstan - 86-jı yer və 32 ölüm, Ermənistan və Ukrayna - 101-ji yer və 24 ölüm, Rusiya - 125-ji yer və 18 ölüm, Estoniya - 157-ji yer və 7 ölüm və s.
Gördüymüz kimi, bu ölkələrin heç biri iqtisadiyyatda hər hansı iri bir uğur qazanmayıblar, anjaq onların uşaq ölümü göstərijisi böyük olsa da, Azərbayjandakı kimi qorxulu deyil. Düzdür, bu məlumatlar açıqlanandan bir gün sonra UNICEF-in Bakı ofisi ona müəyyən düzəlişlər edib. Göstərilib ki, əvvəlki illərə baxanda Azərbayjanda uşaq ölümü göstərijisi azalıb. 2007-ji ildə doğulan hər min körpənin 34-ü bir yaşına qədər ölürdü. Rəsmi məlumatlara görə, körpələrin 44%-i bir aylığına qədər dünyasını dəyişir. Bu göstərijinin də 91 faizi doğuşdan sonrakı həftəyə təsadüf edir.
UNICEF-də düşünürlər ki, Azərbayjanda yüksək uşaq ölümü göstərijisinin müşahidə edilməsi ölkənin bir sıra regionlarında həyati vajib tibb avadanlığının olmaması ilə bağlıdır. Bununla yanaşı, bir çox anaların sağlamlıq barədə məlumatlara çıxışı aşağıdır. "Minilliyin dördünjü inkişaf məqsədinin çərçivəsində 2015-ji ilə kimi Azərbayjanda uşaq ölümü göstərijisinin üçdəiki qədər azaldılması düşünülür. Azərbayjanın göstərijiləri yaxşıdır. Amma ölkənin bu yönümdə inkişafının təmin edilməsi üçün hələ çox şeylər etmək lazımdır",- deyə UNICEF-in Azərbayjan təmsilçiliyinin başçısı vəzifəsini ijra edən Jilian Uilkoks bildirib.
Bütövlükdə, UNICEF-in hesablamaları göstərir ki, bütün dünya üzrə uşaq ölümü göstərijisi rekord səviyyəyə qədər azalıb. 5 yaşına qədər uşaqların illik ölüm göstərijisi 1990-jı ildəki 13 milyon səviyyəsindən 10 milyona kimi azalıb. Ən yaxşı durum İsveçdə, Sinqapurda, San-Marinoda, Lixtenşteyndə, İslandiyada və Andorrada qeydə alınıb (onların hamısı 189-ju yerdədir) və min az yaşlı uşaq üzrə 3 ölüm hadisəsi qeydə alınıb.
Səbəblər və nətijələr
Uşaq sağlamlığı probleminə kompleks yanaşmaq lazımdır və beynəlxalq qurumların araşdırmalarına gözübağlı inanmaq doğru deyil. Bu barədə "Region plus"a Azərbayjanın əməkdar həkimi, tibb elmləri doktoru, Azərbayjan Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev bildirib.
Bizi ağrıdan odur ki, UNICEF kimi hörmətli bir təşkilat Azərbayjanda jiddi işlər görərkən araşdırmalarını çox vaxt yerli mütəxəssislərin iştirakı olmadan aparır. Məhz buna görədir ki, rəsmi rəqəmlərlə beynəlxalq qurumların rəqəmləri arasında fərq yaranır. Mənim yadıma gəlmir ki, nə vaxtsa UNICEF-in Bakı ofisi hansısa bir məsələ ilə bağlı müzakirələrinə Azərbayjan həkimlərini çağırsın. Birgə dinləmələr keçirilmir, yerlərə birgə səfərlər təşkil edilmir. Baxmayaraq ki bu qurum Azərbayjanda səhiyyənin inkişafına yetərinjə yardım göstərib. Mən arzu edərdim ki, UNICEF bizim mütəxəssislərin birgə işləmək niyyətini diqqətdə saxlasın. Bununla biz böyük uğurlar qazana bilərik", - deyə mütəxəssis bildirir.
Pediatriyanın bir neçə istiqaməti var. Surxay Musayevin fikrinjə, bir istiqamətdə olan problemlərdən danışanda onların haradan qaynaqlandığını da bildirmək gərəkdir. "Profilaktiki, kliniki, elmi, ekoloci pediatriya var. Bu sahələr bir-birləri ilə qarşılıqlı əlaqəlidirlər. Deyə bilərəm ki, profilaktik tibb - peyvənd və uşaqların vaksinasiyası sahəsində bizdə, demək olar ki, problem qalmayıb. Mərhum Heydər Əliyev bu məsələyə xüsusilə diqqət yetirirdi. Azərbayjana bu sahədə çox böyük yardımı böyük bakılı maestro Mstislav Rostropoviç edib, öz fondunun imkanlarından yararlanıb. Azərbayjan prezidenti İlham Əliyev də profilaktik tibbə böyük diqqət yetirirdi. Profilaktika aparılır, uşaqlar dəstə-dəstə poliklinikaya çağırılır, onlara yaşına uyğun şəkildə lazımi peyvəndlər edilir", - deyə müsahibimiz bildirir.
Anjaq profilaktiki pediatriyanın da problemləri var, özü də həmin problemlər hökumət və səhiyyə sistemi ilə deyil, uşaqların valideynləri ilə bağlıdır. Onların çoxu uşaqların peyvənd edilməsini istəmir və iddia edirlər ki, bu, uşaqların sağlamlığı üçün zərərlidir. Həkimlərin xəbərdarlığına və məsləhətlərinə baxmayaraq, valideynlər peyvənddən imtina edirlər. Bəziləri uşaqda allergik reaksiya olduğunu iddia edir, başqaları isə ayrı səbəb tapırlar. "Anjaq, ijazə verin, nətijəni biz həkimlər çıxaraq. Əgər uşağa peyvənd vurmaq olmasa, bunu biz hamıdan tez biləjəyik. 18 yaşa qədər peyvəndlər vajibdir. Əgər bizim ölkədə valideynlərlə bağlı belə problemlər varsa, deməli, biz onların arasında təşviqat işləri artırmalıyıq", - deyə mütəxəssis vurğulayır.
Sosial pediatriyaya aid problemlərə gəldikdə isə onlar əsasən məjburi köçkün ailələrinin uşaqları ilə bağlıdır. Onlar uzun müddət həyat üçün yararsız olan şəraitdə yaşamışlar. "Biz əhalinin bu kateqoriyası arasında araşdırma aparmışıq. Statistikaya görə, qaçqın və məjburi köçkünlərin 40-45% -i yaşı 15 qədər olan uşaqlardır. Onlarda stres durumu ilə bağlı patologiya müşahidə edilir. Onları bu haldan çıxarmaq üçün əsəb sistemini uzun müddət müalijə etmək gərəkdir. Onların arasında raxitlikdən tutmuş, mürəkkəb fəsadlı pnevmoniyaya qədər rastlandıq.
Qaçqın və məjburi köçkünlər arasında uşaqların çox azını mütləq sağlam saymaq olar. Müəyyən sağlamlıq qrupları var, anjaq qaçqın və məjburi köçkün ailələrindən heç bir uşağı tam sağlamlar qrupuna aid etmək mümkün deyil. Biz bu məsələni Səhiyyə Nazirliyi və ölkə hökuməti qarşısında qaldırmışıq. Uzun müddət çadır-şəhərjiklərdə - Sabirabadda, İmişlidə, Ağjabədidə, şəhərlərdə, yataqxanalarda, qaçqınlar məskunlaşmış yerlərdə işləmişik. Hazırda çadır-şəhərjiklərin tam ləğv edilməsinə baxmayaraq, Səhiyyə Nazirliyi bu insanlara yüksək diqqət yetirir. Qaçqınların çox məskunlaşdığı yerlərə həkim briqadaları gedir. Onlara tibbi yardım edilir, o jümlədən dərman verilir", - deyə S.Musayev vurğulayır.
Klinik pediatriya, yəni uşaqların müalijəsi baxımından problemlər əsasən iqlim şəraitinin dəyişməsi ilə bağlıdır. "Bilmirsən, mentalitetlə, ya nə ilə bağlıdır, adətən, uşaqları həkimə kritik anda gətirirlər. Anlaya bilmirik. Əgər uşaq xəstədirsə, onda vaxtında həkimə niyə mürajiət edilməyib?.. Bəzən biz həkimlərin də səhvlərini aşkarlayırıq. Görürsən ki, xəstə uşağı uzun müddət müalijə ediblər. Nətijədə ağır vəziyyətdə olan pasiyentlə üz-üzə qalırsan və onu bu vəziyyətdən çıxarmalısan",- deyə müsahibimiz bildirir.
Daha çox rastlanan xəstəliklər - bronx - ağ jiyər patologiyaları, bronxitlər, pnevmoniya, astmatik durumlar, qara jiyər xəstəlikləri, qara jiyər patologiyalarıdır. "Təəssüf ki, son zamanlar uşaqlar arasında mərkəzi əsəb sistemi ilə bağlı nevroloci pozuntulara çox rast gəlinir. Özü də uşaqların sağlamlığı ilə bağlı məsələlər bir-biri ilə əlaqəlidir. Məsələn, gənj anaların əksəriyyətinin sağlamlığı müəyyən qorxu doğurur, uşağın sağlam doğulması üçün ana da sağlam olmalıdır.
Məsələ bundadır ki, bir çox ailələrdə qızların sağlamlığına, demək olar ki, fikir vermirlər. Yəni deyirlər ki, qız böyüyür, qoy böyüsün. Çoxları unudur ki, qızlar sabahın analarıdır. O, hamilə qalajaq və doğajaq, orqanizmi bu yükə dözməlidir. Təəssüf ki, valideynlər çox vaxt belə şeylərə diqqət yetirmirlər. Buna görə də elə birinji doğuşlar patoloci körpələr deməkdir. Bəzən qara yumora da üz tuturuq. Həkimlər deyirlər ki, əsasən uşaq yox, pasiyent doğulur. Yada salmaq lazımdır ki, qadın orqanizminin formalaşması evlənəndən sonra yox, xeyli qabaq baş verir", - deyə S.Musayev vurğulayır.
Çox iş görülür
Həkim bununla razıdır ki, indi azyaşlı pasiyentlərin əsas qəbul yükü paytaxt xəstəxanalarının payına düşür. Regionlarda kadrlarla bağlı böhran yaşanır. Rayon həkimlərinin hazırlıq səviyyəsi təəssüf ki, aşağıdır. Pediatrın dediyinə görə, bu problemin həlli üçün hökumət tərəfindən çox işlər görülür.
"Regionlarda sağlamlıq - diaqnostika mərkəzləri açılır. Bu yaxınlarda Azərbayjan prezidenti İlham Əliyev Lənkəranda belə bir mərkəzin açılışında iştirak etdi. Bu jür müəssisələr artıq Naxçıvanda, Mingəçevirdə işləyir - bunlar zonal müalijə-diaqnostika mərkəzləridir. Bu sevindirijidir ki, kənd rayonlarında səhiyyə obyektlərinin inkişafına, təmirinə və tikintisinə həm hökumət xətti ilə, həm də dövlət başçısının və Səhiyyə Nazirliyinin sərənjamları ilə böyük diqqət yetirilir. Heydər Əliyev Fondu tərəfindən də böyük işlər görülür. Şəksiz ki, əgər rayonlarda yaxşı xəstəxanalar və poliklinikalar işləyərsə, biz onları yaxşı kadrlarla təmin edəriksə, Bakı xəstəxanalarına pasiyent axını müəyyən qədər azala bilər. Bu meyil artıq hiss edilir. Naxçıvanda artıq şuntlama əməliyyatları aparılır. Bir neçə il bundan qabaq insanlar bunu heç arzu da edə bilmirdilər. Bu jür əməliyyatlar yalnız Bakıda keçirilirdi. İndi onları Lənkəranda da, başqa rayonlarda da aparırlar. Bizim həkimlər ora gedərək, sadəjə, məsləhətlər verirlər", - deyə S.Musayev bildirir.
Vəziyyətdən çıxışın bir yolu var - kadr məsələsi həll edilməlidir. Mütəxəssis hesab edir ki, indi Tibb Universitetində tələbələrin hazırlanmasını 15-20 il qabaqkı ilə müqayisə etmək mümkün deyil. "Universitetin kafedraları gözəl təjhiz edilib, bunun hesabına bizim informasiyalara, son texnologiyalara çıxışımız var. Yaxşı kadrların hazırlanması üçün bütün şərait yaradılıb. Prezidentin fərmanı ilə Tibb Universitetinin yanında terapevtik və jərrahi klinikalar yaradılır. Bəllidir ki, dünyanın ən yaxşı klinikaları universitetlərin bazasında yerləşirlər, çünki həm elmi, həm də praktiki potensiala malik olurlar. Ən yaxşı həkimlər buradadır. Düşünürəm ki, bu klinikaların təşkilindən sonra kadr hazırlığında yeni proqressiv üsullardan istifadə ediləjək. Bu klinikalar yeni aparatura ilə təjhiz ediləjəklər. Burada sintez aparılajaq - ən yeni aparatura, kadr hazırlığı, elmi-tədqiqat işləri, əhaliyə poliklinika qaydasında xidmət bir araya yığılajaq. Hazırda Tibb Universitetində yalnız iki klinika - stomatoloci və onkoloci klinikalar işləyir. Düşünürəm ki, yeni klinikaların açılışı 2009-ju ildə baş tutajaq", - deyə müsahibimiz bildirir.
Kadr probleminin həlli üçün ölkənin ujqar regionlarında başqa yolla da getmək olur. "Gənj mütəxəssislərin ujqar rayonlarda işləməsini stimullaşdırmaq lazımdır. Mənim bildiyimə görə, Səhiyyə Nazirliyində artıq bu məsələyə baxılır, özü də Təhsil Nazirliyinin bu işdə uğurlu təjrübəsi var. İlk növbədə dağ rayonlarındakı kəndlər həkimlə təmin edilməlidir və bunun üçün uyğun şərait yaradılmalıdır. Elə etmək lazımdır ki, həkimlərin orada işləməyə həvəsi olsun. Qeyd edək ki, artıq üçünjü ildir ki, Səhiyyə Nazirliyinin sərənjamı ilə bizim məzunların 70%-i kənd rayonlarına təyinat alırlar. Bu, çox böyük rəqəmdir. Bakıda yalnız ailə vəziyyətinə görə rayonlara gedə bilməyən məzunlarımız qalır. Bu da hardasa 25-30%-dir".
S.Musayevin fikrinjə, dağ rayonlarında lazımi həkim personalı olmadığına görə uşaq ölümünün bəzən qeydə alınmadığı da istisna deyil. "Mümkündür ki, ujqarlarda nə feldşer, nə də tibb məntəqəsi var". Azərbayjanda uşaq ölümünün səbəblərinə gəldikdə isə S.Musayevin sözlərinə görə, bu problem bu gün bütün postsovet məkanında müşahidə edilir. "Bəli, ana və uşaq ölümü problemi bu gün səhiyyə sisteminin ən vajib problemlərindəndir. Özü də təkjə Azərbayjanda yox, başqa ölkələrdə də belədir. Bunun səbəbləri çoxdur. Çadır-şəhərjiyində uzun müddət yaşamış qadın nə jür uşaq doğa bilər? Ujqar rayonlarda çox vaxt ev şəraitində doğulan körpənin göbəyini ananın özü və ya türkəçarə mamaça kəsir. Xəstəxana olsa da, uşaqlar evlərdə doğulur. Nətijədə travmalı uşaqlar doğulur. Bu uşaqlar pis qayğı göstərildiyindən çox vaxt ölürlər", - deyə pediatr bildirir.
"Bəli, şəksiz, bizim ölkəni bu problemlə bağlı ABŞ və ya Avropa ilə müqayisə etmək olmaz. Yenə də deyirəm, ölkədə uşaq ölümü göstərijisinin azaldılması ilə bağlı çox işlər görülür. Paytaxtda və regionlarda poliklinikaların çoxu təmir edilib və yenidən qurulub. Bilirsiniz, mən niyə poliklinikalardan danışıram? Ona görə ki, bu birbaşa əhali ilə işləyən səhiyyə bölməsidir. Uşaqlar və həkimlər üçün də şərait yaranıb. Mürajiət edən də çoxdur. Və bu yalnız Səhiyyə Nazirliyinin xətti ilə olanlardır. Heydər Əliyev Fondu tərəfindən də, ölkə başçısının tapşırığı ilə Dövlət Neft Fondu tərəfindən də çox işlər görülür", - deyə S.Musayev vurğulayır.
Mütəxəssis BMT-nin Uşaq Fondu UNICEF tərəfindən Azərbayjanda uşaq ölümü göstərijisinin azaldılması üzrə Avropa tipli pilot doğum evlərinin yaradılması ilə bağlı gerçəkləşdirilən layihəyə də toxunub. Dünya Səhiyyə Təşkilatı (DST) da Azərbayjanda ana sağlamlığı sisteminin müfəssəl təhlilini aparıb. Onun əsas bəndləri DST-nin texniki yardımı ilə işlənmiş reproduktiv sağlamlıq üzrə milli strategiyada yer alıb. "Bu strategiya bu ilin yanvarında Səhiyyə Nazirliyi tərəfindən bəyənilib və 2008-ji ildən 2015-ji ilə qədər olan dövrü əhatə edir. Əsas problemli hallar doğuma qədər müayinəyə gəlməmiş və ya yalnız bir dəfə gəlmişlərin qrupunda müşahidə edilir. Beləliklə, DST Azərbayjana doğuma qədər daha yararlı müayinə təmin edən səhiyyə sisteminin inkişafında yardımçı olajaq. Erkən mamaça yardımının standartları da DST-nin bizə yardım edə biləjəyi daha bir sahədir. Bu təşkilat UNICEF-lə birgə neonatal müşahidə standartlarının işlənməsində bizə yardımçı ola bilər", - deyə mütəxəssis yekunlaşdırıb.
MƏSLƏHƏT GÖR: