
DAYANIQLILIQ EHTİYATI
BVF-nin qiymətləndirməsinə görə, Azərbaycan neftin dünya qiymətlərinin indiki azalmasından zərər çəkməyəcək
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Dünyanın maliyyə və fond bazarlarında baş verən gərginiyin fonunda OPEK-in neft "səbəti"nin qiyməti getdikjə düşməyə başlayır və oktyabrın ortalarına artıq bir barrel üzrə 56 dollar səviyyəsindən aşağı olub. Bu, 2006-jı ilin noyabr ayından bu yana ən aşağı göstərijidir. Onda "səbət"in orta aylıq məbləği barrel üzrə $55,42 təşkil etmişdi. OPEK-in neft çıxarılmasını məhdudlaşdırmaq barədə qərarı da vəziyyətə təsir göstərə bilməyib. Bu da bazar iştirakçılarının iqtisadi geriləmə ilə bağlı neftə tələbatın azaldılmasına inamını xeyli artırır.
Şübhəsiz, gəlirlərinin böyük hissəsinin hələ də neftdən qaynaqlandığı Azərbayjan üçün baş verənlər mənfi təsir göstərməyə bilməz. Anjaq hökumət dairələrində əmin edirlər ki, neftin qiymətinin düşməsinə görə həddindən narahat olmağa dəyməz. Anjaq bununla yanaşı, gələn ilin dövlət büdjəsinin parametrlərinə yenidən baxılajağı istisna deyil. Ölkənin Milli Məjlisinə təqdim edilmiş büdjə layihəsində neftin bir barrelinin qiyməti pessimist ssenari üzrə 80 dollar götürülüb. Orta ssenariyə görə, 2009-ju ildə neftin bir barrelinin qiymətinin 100 dollar, optimist ssenariyə görə isə 125 dollar təşkil etməsi nəzərdə tutulub.
Proqnoz azaldılmalıdır
Beynəlxalq ekspertlərin fikrinjə, OPEK-in 24 oktyabrda keçirilmiş növbədənkənar ijlasında günlük hasilatın 1,5 milyon azaldılması barədə qərar da gözlənilən nətijəni verməyəjək. Beynəlxalq Energetika Agentliyinin təmsilçisi Eduardo Lopesin sözlərinə görə, OPEK-in qərarı "faydasızdır" və neft istehsaçısı ölkələrin jiddi iqtisadi geriləmə ilə üz-üzə olduğu şəraitdə qəbul edilib.
Yada salaq ki, qurum neftin barrelini 100 dollar səviyyəsində saxlamaq üçün sentyabr konfransında neft hasilatının səviyyəsini sutkada 520 min barrel azaldaraq, 28,8 milyon barrelə endirmək barədə qərar qəbul etmişdi.
Kartelin sədri, Əljəzair energetika naziri Şakib Xəlilin sözlərinə görə, bu qərar neft bazarında vəziyyətin pisləşməsi ilə bağlı qəbul edilib. OPEK sədri bildirib ki, əsas səbəblər tələbatın azalması və alıjılara təsir göstərən maliyyə durumu ilə bağlıdır.
OPEK-in rəsmi saytında yerləşdirilmiş məruzəsində Azərbayjan üzrə proqnozlara müəyyən dəyişikliklər edilib. Gözlənilir ki, 2008-ji ilin dördünjü rübündə ölkədən kənara nəql ediləjək neftin həjmi sutkada 1,09 mln barrelə çatajaq. Qurumun qiymətləndirməsinə görə, 2008-ji ildə Azərbayjandan gündəlik neft nəqlinin orta səviyyəsi 120 min barrel artaraq 980 min barrelə çatıb. Bu, OPEK tərəfindən daha əvvəl proqnozlaşdırılan həjmdən 21 min barrel azdır.
Böyük ehtimalla, düzəlişlər "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunda hasilatın azalması nəzərə alınmaqla gerçəkləşdirilib. Qeyd edək ki, hökumətin neft hasilatı üzrə proqnozuna görə, bu il əldə edilən xammalın həjmi 52 milyon ton olmalıdır. Bunun 8,7 milyon tonu Azərbayjan Dövlət Neft Şikrətinin payına düşməlidir. Qalan 43,3 milyon ton isə AÇG-dən neft çıxaran Azərbayjan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) nefti olmalıdır (operatoru BP şirkətidir). Platformada hasilatın dayandırılmasından sonra yataqdan gündəlik çıxarılan neftin həjmi 950 min barreldən 450 min barrelə düşüb. "Qərbi Azəri"dəki platformanın işə salınmasından sonra hasilat artıb.
Yada salaq ki, AÇG-nin operatoru olan BP şirkəti sentyabrın 17-də "Mərkəzi Azəri" yatağında hasilatı dayandırıb və dənizdə qaz sızması aşkarlandığından orada çalışan işçi heyətikənara çıxarıb. Həmçinin ehtiyat tədbiri kimi yatağın "Qərbi Azəri" platformasında da hasilatı dayandırmışdı.
Yatağın qərb hissəsində hasilat oktyabrın 10-da bərpa olundu, mərkəzi hissədə isə indiyə kimi qaz sızmasının səbəbləri araşdırılır. Ölkə üzrə hasilat səviyyəsinin azalmasının daha bir səbəbi isə avqust ayında Bakı-Tbilisi-Jeyhan neft kəmərində yanğın baş verməsi üzündən "Azəri-Çıraq-Günəşli"də neft çıxarılmasının məhdudlaşdırılması olmuşdu.
Hasilatın azaldılması, şəksiz, ölkəyə daxil olan neft dollarlarının həjmini azaldajaq, bu da Dövlət Neft Fondunun və dövlət büdjəsinin gəlirlərində özünü göstərəjək. Nətijədə, dünya bazarlarında neftin qiymətinin düşməsi, uyğun olaraq, Azərbayjandan ixraj olunan neftin ujuzlaşması baxımından vəziyyət Azərbayjan iqtisadiyyatı üçün heç də xoş görünmür. Anjaq ölkə hökuməti nikbin görünür və beynəlxalq maliyyə institutlarının proqnozları da onları bu əhval-ruhiyyədə qalmağa yönəldir.
BVF təlaşa səbəb görmür
Beynəlxalq Valyuta Fondunun (BVF) "Regional Economic Outlook 2008" ijmalında bildirilir ki, Azərbayjanın dövlət büdjəsi neftin qiymətinin indi barrelə görə 60 dollardan ujuzlaşmasından zərər görməyəjək, çünki Azərbayjanın 2008-ji il büdjəsinin zərərsizlik nöqtəsi barrelə görə 40 dollar səviyyəsindədir.
"Region ölkələri üçün orta zərərsizlik nöqtəsi barrelə görə 57 dollar təşkil edir. Azərbayjana baxanda daha yaxşı dayanıqlılıq göstərijisi Birləşmiş Ərəb Əmirliklərində (barrelə görə 23 dollar) Qətar ($24) və Küveytdədir ($33). Vəziyyəti nisbətən pis olan Liviya ($47), Səudiyyə Ərəbistanı ($49) və Qazaxıstandır ($59)", - deyə məlumatda bildirilir. Ən pis göstərijilər isə İraqın ($111), İranın ($90), Bəhreynin ($75) və Əmanın ($77) payına düşür ("Trend").
Yada salaq ki, 2008-ji ilin dövlət büdjəsində 1 barrel neftin qiyməti 70 dollar səviyyəsində götürülüb. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu, "hökumətə büdjə öhdəliklərini yerinə yetirərkən inamlı olmağa imkan verir". Dünya bazarlarında neftin qiymətinin düşməsinin builki büdjənin yerinə yetirilməsinə təsirindən danışan Samir Şərifov bildirib ki, ölkə rəhbərliyi həmişə neftin qiyməti ilə bağlı ehtiyatlı siyasət yürüdür ki, bu da indiki vəziyyətdə müsbət nətijə verir.
Bütövlükdə, proqnozlara görə, bu il neft bölməsindən dövlət büdjəsinə daxilolmalar 6,7 milyard manat təşkil etməlidir ki, bu da ümumi büdjə gəlirlərinin 63,9 faizi deməkdir (burada Dövlət Neft Fondundan transfertlər 3,8 milyard manat nəzərdə tutulub). Anjaq bu hesablamalar Gürjüstanda baş vermiş hadisələr və BTJ-nin Türkiyə hissəsindəki partlayış nəzərə alınmadan aparılmışdı.
Prinsipjə, bu ilin birinji yarısında neftin qiymətinin yetərinjə yuxarı olması hökumətə dövlət büdjəsi sarıdan hələ ki narahat olmamağa imkan verir. Belə ki, ARDNŞ bu ilin yanvar-sentyabr aylarında dövlət büdjəsinə ixraj qiyməti ilə ölkəiçi qiymət arasındakı fərqə görə 171 877,6 min manat köçürüb. Yada salaq ki, büdjə proqnozlarına düzəlişlər çərçivəsində tətbiq edilmiş yeni mexanizmə görə, ARDNŞ bu fərqin 30%-ni xəzinəyə verir, indiyə kimi həmin köçürmələr 25 faiz səviyyəsində gerçəkləşdirilirdi. Bu xətt çərçivəsində yalnız sentyabr ayında 40 390,6 min manat, avqustda 11 907,1 min manat, iyulda 4007,1 min manat köçürülüb.
Anjaq ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkət dünya bazarında neft qiymətlərinin optimal səviyyədə formalaşmasına ümid edir. "Optimal neft qiyməti barrelə görə 80 -110 dollardır. Biz nə yüksək, nə də aşağı səviyyədə olmasını istəmirik", - deyə R.Abdullayev vurğulayıb.
Dünyanın neft bircalarında baş verənlərin fonunda 2009-ju il büdjəsinin proqnoz və parametrlərinə düzəliş edilməsi məntiqi olardı. Anjaq sənədin parlamentdə baxıldığı oktyabr ayının sonuna kimi bu barədə heç bir açıqlama verilməyib.
"Regoin Plus"a bəlli olub ki, bu məsələdə hökumətdə fikirlər haçalaşıb və düzəliş etmək əvəzinə, bazarda yeni oyunlar hesabına qiymətlərin yenidən artajağına ümid etməyə daha çox üstünlük verməyə başlayıblar. Məsələn, bir az önjə keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev də bildirmişdi ki, 2009-ju il dövlət büdjəsinin parametrlərinə yenidən baxmağa ehtiyaj yoxdur. "Təəssüf ki, hazırda bazarda çoxsaylı möhtəkir əməliyyatları gerçəkləşdirilir, bu da neftin qiymətinin azalmasına təsir göstərir, elə bu jür də qiymətlərin artımına səbəb ola bilər",- deyə nazir vurğulayıb.
Bununla yanaşı, BVF-nin hesabatına görə, 2009-ju ildə Azərbayjanın neftdənkənar büdjəsinin kəsiri neftdənkənar ümumi daxili məhsulun (ÜDM) 44,5%-i qədər azalmalıdır, 2008-ji ildə isə bu, rekord səviyyədə (47,1%) olub. "Bununla belə, 2008-ji il büdjəsində ÜDM-in 25,4 faizi səviyyəsində profisit gözlənilir, bu da islahatlara başlayandan bu yana rekord göstərijidir, 2009-ju ildə hətta profisitin 29,2 faiz olması gözlənilir",- deyə məlumatda bildirilir. 2007-ji ildə ölkə büdjəsinin profisiti ÜDM-in 2,6%-i qədər, neftdənkənar büdjənin kəsiri isə neftdənkənar ÜDM-in 31,7%-i qədər olmuşdu.
"2008-ji ildə hökumətin neftdənkənar gəlirləri neftdənkənar ÜDM-in 32,6 faizi qədər olajaq, 2007-ji ildə isə bu göstəriji 32,5 faiz olmuşdu. Amma 2009-ju ildə bu göstəriji ÜDM-in 32,3 faizinə qədər enəjək",- deyə məlumatda bildirilir. Bu proqnozları nəzərə alan BVF hökumətə neft gəlirlərinin dövlət büdjəsinin ehtyajları üçün xərjlənməsinə daha ehtiyatlı yanaşmağı tövsiyə edir.
MƏSLƏHƏT GÖR: