
BÖHRAN İMTAHANI
Azərbaycanın maliyyə sistemi hələ ki möhkəm dayanıb
Müəllif: Nurlanə QULİYEVA Bakı
Dünyanı başına götürmüş iqtisadi böhran barədə narahat ssenarilər, hətta biznes rəqiblərini belə ona qarşı çıxmaqda səyləri birləşdirməyə sövq edir. Bəllidir ki, aparıjı ölkələrin maliyyə bazarlarındakı problemlər artıq onların iqtisadiyyatlarına sirayət edib və bütövlükdə inkişaf etmiş ölkələrdə artım templərinin aşağı düşməsi, bəzi hallarda isə durğunluq, inkişaf etməkdə olan ölkələrdə isə iqtisadi artım templərinin azalması gözlənilir.
Ən çox "zərbə" isə qiymətləndirmələri böhranın sınağından çıxmayan reytinq agentliklərinə və təhlil xidmətlərinə dəyir. Bunun bariz misalı kimi tanınmış və "reytinqli" müəssisələrin, maliyyə qurumlarının iflasa uğramasını göstərmək olar. Əvvəllər mənasız sayılan və hətta ağıla belə gəlməyən layihələr isə populyarlıq qazanmağa və maliyyə xaosu ilə mübarizədə fəal tətbiq edilməyə başlayıb. Getdikjə daha tez-tez dünya üzrə iqtisadi münasibətlər sisteminə yenidən baxmağın vajibliyi vurğulanır.
"Biz köhnə dünyanı bünövrəsinə qədər dağıdajağıq, sonra..."
"Artıq neçə dəfədir ki, aparıjı ölkələrin maliyyə idarələrinin başçıları bir yerə yığılır, o jümlədən MDB ölkələrinin maliyyə nazirlərinin də ijlası olub. Tezliklə daha bir belə görüş Sankt-Peterburqda olajaq. Mən düşünürəm ki, orada bütün dünya üzrə maliyyə qaydalarının dəyişdirilməsinə baxmaq lazımdır. Çünki reytinq agentlikləri göstərdi ki, BVF belə fövqəladə hallarda güjsüzdür", - deyə bu yaxınlarda Bakıda MDB Maliyyə-Bank Şurasının (MDB MBŞ) Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov bildirib. Onun sözlərinə görə, dünya iqtisadiyyatının böhranı hələ bir il də davam edə bilər.
Rusiya "Vneştorqbank"ının başçısı, MDB Maliyyə-Bank Şurasının prezidenti Andrey Kostin də bu fikirdədir ki, böhran formalaşmış maliyyə tikilisində sistem tıxajlarının olduğunu açıqja göstəridi. Artıq aydın olur ki, dünya təsərrüfatının ABŞ-ın şəxsində bir başlıja oyunçudan asılılığı həddindən yüksəkdir.
"Əksər ekspertlər şübhə etmirlər ki, bu durum jiddi dəyişəjək. Ən azından, bu, bir maliyyə sisteminin iqtisadiyyatda aparıjı rolu oynaması olmayajaq",- deyə Şura sədri oktyabr ayında Bakıda keçirilmiş "Birlik ölkələrinin maliyyə bazarları: inkişaf və inteqrasiya" beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, artıq dünya böhranının Azərbayjanın, Rusiyanın və Qazaxıstanın əsas ixraj məhsullarının, hər şeydən önjə neftin qiymətinə nə səviyyədə təsir göstərəjəyi bəllidir. "Buna görə də bütün postsovet məkanda artım templərinin azalması qaçılmazdır, özü də milli valyutaların devalvasiyası təhlükəsi də var", - deyə o vurğulayıb.
"Böhrandan sonrakı dünyada MDB ölkələri və onların maliyyə institutlarının hansı rolu oynayajağı barədə artıq indidən nətijə çıxarmaq lazımdır. Mən sanıram ki, Birlik çərçivəsində iqtisadi əlaqələrin əhəmiyyətli şəkildə, həm də sürətli maliyyə inteqrasiyası vasitəsi ilə genişləndirilməsi çox vajibdir", - deyə A.Kostin bildirib.
Onun sözlərinə görə, ilk növbədə, maliyyə sahəsində əlaqələrin genişləndirilməsi və banklararası əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin birgə investisiya layihələrinin sayının artırılması yolu ilə MDB ölkələrinin fond və maliyyə bazarlarının yaradılması istiqamətində səyləri birləşdirmək gərəkdir.
Beləliklə, Rusiya maliyyəçiləri yekdilliklə Rusiyanın dünyanın yeni maliyyə-iqtisadi mərkəzinə çevrilməsi ideyasını səsləndirirlər. Bununla yanaşı olaraq, onlar həm də MDB ölkələri arasında hesablaşmaların milli valyutalarla aparılmasının, MDB ölkələri üçün vahid ödəmə sisteminin yaradılmasının əlverişli olduğunu sübut etməyə çalışırlar.
"Avronun və dolların qeyri-sabitliyi fonunda Rusiya rublu ehtiyat valyutasına çevirməyə çalışır. MDB-nin başqa ölkələri də öz valyutalarını təklif edə bilərlər", - deyə A.Kazakov bildirib. Başqa bir məqam isə, təbi ki, Rusiyada dünya üzrə yeni və MDB üzrə ilk maliyyə mərkəzinin yaradılmasıdır. MDB Maliyyə-Bank Şurasının baş katibi Pavel Nefedovun sözlərinə görə, Moskvada Beynəlxalq Maliyyə Mərkəzi 2020-ji ildə açılajaq.
Onun yaradılmasının əsas məqsədi dünya böhranlarının mənfi təsirlərindən yaxa qurtarmaqdır. "MDB-də bu jür bir neçə mərkəzin yaradılması tamamilə mümkündür və Azərbayjan bu məsələdə real namizəddir", - deyə o vurğulayıb. MDB Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakovun sözlərinə görə isə bu jür mərkəzlər üçün yeni infrastrukturun yaradılması vajibdir, onlar göydələnlərə yerləşdirilməlidirlər, kapital axınını təmin etmək üçün güzəştlər tətbiq etmək lazımdır və s.
Böhran nəzarət altındadır
Bu layihələrin uğurlu gerçəkləşdirilməsi halında əldə ediləjək "qazanjlar" aydındır - hazırkı dünyada iqtisadi ittifaq siyasi ittifaqa baxanda daha güjlüdür. Anjaq Rusiyanın təklifləri əlverişlidirmi və böhran şəraitindən qorunmaq üçün ondan iqtisadi asılılığa düşməyə dəyərmi?
Bundan başlayaq ki, Azərbayjanı böhranlı dünyanın çox nadir sabitlik adalarından biri saymaq olar. A.Kazakovun özü də etiraf edib ki, hazırda böhran bizim ölkənin bazarına ən az təsir göstərib. "İlk olaraq Qazaxıstan və Ukrayna zərərə düşüblər, onlarda xariji borjların payı 50%-dən yüksəkdir, Rusiya və Belarus da kənarda qalmayıb, anjaq Rusiyada güjlü stabilizə fondu və qızıl-valyuta ehtiyatları var", - deyə A.Kazakov vurğulayıb.
Azərbayjan Milli Bankının sədri Elman Rüstəmovun sözlərinə görə, Azərbayjanda dünya maliyyə böhranının təsiri üçün heç bir fundamental əsas yoxdur. Ölkədə makroiqtisadi durum sabitdir. Dünyada likvidlik problemi olduğu halda, xariji likvidlik $17 mlrd təşkil edir, özəl bölmə də nəzərə alınmaqla xariji borjlar $8 mlrd-dan azdır.
"Yəni likvidlik borjdan iki dəfə yüksəkdir. Mikrotəsirə, o jümlədən bank sektoruna təsirə gəldikdə isə burada yeganə problem $2 milyardlıq xariji borj ola bilər. Onun da bir milyardı Beynəlxalq Bankın payına düşür. Bu borjun ödənilməsində heç bir problem yoxdur. Bu proses bu gün də davam edir",- deyə o vurğulayıb.
Ölkənin AMB və Dövlət Neft Fondunda toplanmış qızıl-valyuta ehtiyatlarına gəldikdə isə E.Rüstəmovun sözlərinə görə, Azərbayjan ən konservativ idarəetmə üsuluna keçib. "Biz vəsaitləri dünyanın aparıjı dövlətlərinin mərkəzi banklarına və dövlət statusuna malik beynəlxalq maliyyə institutlarına yerləşdiririk. Bu, əlbəttə, onların gəlirliliyini azaldır. Çünki mərkəzi bankların çoxu uçot dərəjələrini aşağı salıblar. Anjaq ehtiyatları idarəetmənin vəzifəsi gəlir deyil, mühafizədir",- deyə E.Rüstəmov bildirib.
Ayrı-ayrı əmanətçilər üçünsə AMB hər hansı yerli bankın iflası zamanı onların pullarının qaytarılmasının təhlükəsizliyi üçün əlavə tədbirlər nəzərdə tutur. Məsələn, Azərbayjan Əmanətlərin Sığortası Fondu (ADİF) tərəfindən zəmanət verilən əmanətlərin ölçüsünün qaldırılması buna misal ola bilər. 1 yanvar 2008 -ji il tarixindən məbləği 6 min manata qədər olan bütün əmanətlərə Fond tərəfindən zəmanət verilir. Bildirmək gərəkdir ki, hazırda əmanətçilər mənfi hallardan qorunmaq üçün öz pullarını müxtəlif banklar arasında paylaşdırırlar. Hazırda fondun zəmanəti banklarda pulu olan əhalinin 97 faizini əhatə edir.
Bu da sadəjə ehtiyatlılıq tədbiridir, çünki ADİF-in ijraçı direktoru Azad Javadovun sözlərinə görə, hazırda Azərbayjan bankları böhranın onları müflis hala salajaq təsirini hiss etmirlər. "Ölkənin bank sisteminin aktivləri yalnız 8 mlrd manatdır ki, bunun yalnız 1,7 mlrd manatı fiziki şəxslərin depozit əmanətləridir. Bu bizim ölkə üçün kiçik məbləğdir. Azərbayjana iqtisadiyyatın neft və neftdənkənar bölmələrinin hesabına depozitlərin ümumi məbləği ilə müqayisədə yetirənjə çox vəsait daxil olur", - deyə o vurğulayıb.
Oyuna girməyə dəyərmi?
Yuxarıda söylənənlər Azərbayjan üçün Rusiya maliyyəçilərinin təkliflərinin yararlı olması ideyasını xeyli şübhə altına alır. Prinsipjə, bunun üçün elə də jiddi iqtisadi əsas yoxdur. Azərbayjan Banklar Assosiasiyasının (ABA) başçısı Eldar İsmayılov bildirir ki, bu addıma Rusiya iqtisadiyyatının özü də hazır deyil. "Əgər MDB-ni götürsək, Rusiya ilə tijarət dövriyyəsi 15 faiz təşkil edir, Mərkəzi Asiya və Qafqazınkı isə 12 faizdir. Bu jür layihələr üçün yetərinjə aşağı göstərijidir. Özü də əmtəə dövriyyəsinin əsas məhsulu xammaldır. Bundan başqa, Rusiyanın özü ixraj-idxal üzrə hesablama əməliyyatlarının böyük hissəsini dollarla gerçəkləşdirir, çünki neft kontraktları dollarla həyata keçirilir, bu da Rusiya Federasiyasının əsas ixraj məhsuludur. Hə, indi onlar bəyan edə bilərlər ki, nefti yalnız rubla satırıq, amma alan tapılajaqmı?" - deyə ABA başçısı vurğulayıb.
Bununla yanaşı, bu heç də o demək deyil ki, biz vəziyyətdən çıxış imkanları barədə düşünməməli, əməkdaşlıq yolları axtarmamalıyıq, özü də bu məsələdə təkjə xoş niyyətə əsaslanmaq azdır. "Banklar - ötürmə mexanizmidir, onlar sərbəst ujuz pullar axtararaq, onları daha bahalı layihələrə yerləşdirirlər və bu marca ilə pul qazanırlar. Əgər iqtisadiyyat buna hazır deyilsə, onlar bunu nejə edəjəklər?" - deyə o vurğulayır.
Bu gün dünyada artıq heç kim şübhə etmir ki, Bretton-Vud qızıl- valyuta standartı sisteminin əvəzinə yeni dünya valyuta standartı sistemi yaradılmasınin əsas prinsipləri ilə bağlı bütün anlaşmalar, o jümlədən Yamayka müqaviləsi də artıq köhnəlib. Hazırda dünya üzrə qarşılıqlı hesablaşmaların 92%-i dollar-avro bivalyuta səbəti ilə gerçəkləşdirilir. Anjaq görünür ki, bu sistem də özünü doğrultmur.
Buna görə də alınmamış SDR əvəzinə yeni beynəlxalq valyutanın tətbiqi məsələsi gündəmə gəlir. "İqtisadiyyat sahəsində Nobel mükafatı laureatı Robert Madellin təklifinə görə, həmin valyuta "intor" adlanmalıdır və dollar - avro - iena səbəti əsasında gerçəkləşdirilməlidir, buraya Çin yuanının da daxil edilməsi mümkündür. Əgər bu layihə gerçəkləşdirilərsə, MDB üzrə vahid ödəniş sisteminin yaradılmasına heç bir ehtiyaj qalmayajaq",- deyə ABA başçısı vurğulayıb.
Prinsipjə, hökumət dairələrində də hələ rusiyalı həmkarlara javab verməyə tələsmirlər. "Bizdən ötrü əsas məsələ milli maraqların qorunmasıdır. Bu çərçivədə istənilən texniki layihə bizim üçün maraqlıdır və iştiraka hazırıq",- deyə E.Rüstəmov diplomatjasına birbaşa javabdan yayınıb.
Maliyyə mərkəzinə gəldikdə isə, bu gün Azərbayjandakı sabit iqtisadi durum, ölkənin bank bölməsindəki artım dinamikası Bakıda bu jür mərkəzin yaradılmasına jiddi iddia etməyə imkan yaradır. Belə ki, son beş ildə Azərbayjanın bank sisteminin əsas göstərijiləri 9-10 dəfə artıb. E.Rüstəmovun sözlərinə görə, bank sisteminin aktivləri bu gün neftdənkənar ÜDM-in 60%-dən çoxdur, bankların xariji borju isə məjmu öhdəliklərin yalnız 18%-ə bərabərdir.
Bundan başqa, əhalinin istehlakının dörddəbiri bank kreditləri ilə maliyyələşdirilir, işlək olmayan kreditlərin payı kredit çantasının yalnız 2,5 faizi səviyyəsindədir. İlin əvvəlindən bankların kredit çantası 42% artıb, əhalinin əmanətləri hər il 50% artır. Jənubi Qafqazın ən güjlü bankı da Azərbayjandadır.
Əlbəttə, maliyyə mərkəzi - baha başa gələn və çətin reallaşan layihədir. Anjaq əgər bizim ölkə sabit iqtisadi inkişaf templərini qoruya bilsə və bu ideyanı gerçəkləşdirmək barədə qərar versə, onda bizim ölkənin neftdən sonrakı taleyi ilə bağlı narahat olmağa dəyməz...
MƏSLƏHƏT GÖR: