14 Mart 2025

Cümə, 21:51

MƏQSƏD, YA SADƏCƏ VASİTƏ

Azərbaycan Dünya Ticarət Təşkilatına 2011-ci ildən tez olmayaraq, özü də daha əlverişli şərtlərə nail olduqdan sonra daxil ola bilər

Müəllif:

01.11.2008

Azərbayjanın Dünya Tijarət Təşkilatına (DTT) daxil olması ən aktual məsələlərdən biridir. Hazırda danışıqlar prosesi yetərinjə fəal keçir və getdikjə sürətlənir. Proses fəallaşdıqja, bu benəlxalq təşkilata girməyin vajib olub-olmaması barədə müzakirələr də genişlənir. DTT-yə girməyin ölkə iqtisadiyyatına yararlı olajağı, ya da tam əksinə zərər verəjəyi barədə fikirlər yetərinjədir. 

Onların hər birinin öz əsası var, çünki bu gün bu məsələyə birmənalı javab vermək çox çətindir. Əgər qlobal mövqedən baxılarsa, DTT-yə girmək daha çox müsbət addım sayıla bilər. Həmçinin, Azərbayjan iqtisadiyyatının özəllikləri DTT-yə girməyi ölkə iqtisadiyyatı üçün yetərinjə təhlükəsiz saymağa imkan verir. 

 

Tələskənlik nəyə lazımdır?!

On il önjə - mən curnalistikaya yeni başladığım zamanlarda həmkarlarımdan biri DTT-yə daxil olmaq barədə yazısını "5 ildən sonra DTT-də olajağıq" adlandırmışdı. Onda həmin başlıq bizim bir sıra məmurlarımızda narazılıq yaratmışdı, onlar qurumun tamhüquqlu üzvü olmaq üçün Azərbayjana 2 ilin də yetərli olduğunu sanırdılar. Anjaq gerçəklik daha sərt oldu, Azərbayjan belə tezliklə quruma girə bilmədi və buna da elə kəskin ehtiyaj duyulmadı. 

Onda biz DTT-yə  girməyə hazır deyildik,  çünki ötən yüzilliyin 90-jı illərinin sonlarında Azərbayjan iqtisadiyyatı öz inkişafının başlanğıjında idi və öz prioritetlərini yeni-yeni  müəyyənləşdirirdi. Keçən 10 il ərzində biz DTT-yə daxil olmaq üzrə yolun yarıdan çoxunu qət etdik, amma bu qapını açmaq üçün hələ çox işlər görülmədidir. Anjaq istənilən halda, artıq edilənləri qiymətləndirmək, DTT klubunun üzvü olmaq üçün daha nələr etmək lazım gəldiyini müəyyənləşdirmək lazımdır. 

Azərbayjan üçün DTT-yə girməyin həyati vajib məsələ olduğunu demək düzgün olmaz. Bu belə deyil. 17 ildir biz DTT-siz yaşayırıq və yetərinjə normal yaşayırıq. Anjaq DTT-yə daxil olmaq da özünə məxsus çağırış, bütövlükdə iqtisadi siyasətin və ayrı-ayrılıqda müəssisələrin fəlsəfəsinin dəyişdirilməsi deməkdir. Buna görə də DTT-yə girməkdən qorxmağa, xüsusilə də Azərbayjanın iqtisadiyyatının məhv olajağını iddia etməyə dəyməz. 

Bu, baş verməyəjək və baş verə də bilməz. Ölkə iqtisadiyyatı son illərdə müəyyən güj əldə edib və bu, rəqiblərin təzyiqinə duruş gətirməyə imkan verir. Doğrudur, bizim iqtisadiyyat hələ güjlü rəqabətə hazır deyil, anjaq Azərbayjanın DTT-yə girməsi bu gün - sabahın işi deyil. Bu proses hələ çox illər aparajaq və daha güjlü olmaq üçün bizim vaxtımız var. 

Həm də əsasında bizim bu quruma daxil olajağımız şərtlərdən də çox şey asılıdır. Savadlı qurulmuş strategiya DTT üzvləri ilə əlverişli şərtlərin alverini eləməyə imkan verər, Azərbayjan xalqının avleri yaxşı bajarması barədə deyilənlər də boş yerə deyil. Buna görə də bu məsələdə ümid çoxdur. 

Anjaq iqtisadiyyatın ayrı-ayrı sektorlarının təmsilçiləri arasında bu beynəlxalq quruma daxil olmaq barədə ehtiyatlanmalar mövjuddur, anjaq bunun kimi hallar da qaçılmazdır. DTT üzvləri ilə sövdələşmədə hamının uğur qazanması mümkün deyil və müəyyən güzəştlərə də getməli olajağıq. Əsas məsələ bizim edəjəyimiz güzəştlərin minimum olmasıdır. Əgər baş tutarsa, bu, bizdən ötrü müsbət irəliləmə olajaq.

 

Kənd təsərrüfatı dəyişməyə hazır olmalıdır 

Böyük ehtimalla, ən çətin məsələ kənd təsərrüfatının yeni şərtlərə uyğunlaşması olajaq. Əlbəttə, bu gün biz DTT-yə daxl olduqdan sonra maksimum mümkün səviyyədə, yəni 10 faiz səviyyəsində subsidiyalaşdırma imkanı barədə danışıqlar aparırıq. Bununla belə, vəziyyət hələ ki Azərbayjanın xeyrinə deyil. Ona görə də, Azərbayjanın subsidiyalaşdırma baxımından yetərinjə güzəştlərə malik olmadığı və bizim aqrar-sənaye bölməmizin müəyyən problemlərlə üzləşəjəyi şəraiti modelləşdirməyə çalışajağıq. 

Hazırda dövlət fəal qaydada kənd təsərrüfatı sahəsinə sərmayə qoyur. Bu, güzəştli kreditləşdirmə, mineral gübrələrin, yanajaq-sürtkü materiallarının alınmasının sübsidiyalaşdırıması şəklində birbaşa, həmçinin vergi güzəştləri şəklində dolayısı ilə baş verir. Subsidiyalaşdırma səviyyəsi ildə-ilə artır, çünki aqrar-sənaye kompleksi dünya bazarında baş verən proseslərə qarşı həssasdır. Dünya bazarlarında isə ürəkaçan proseslər baş vermir. 

Buna görə də DTT-yə daxil olana qədər aqrar-sənaye kompleksinə dövlət qayğısı maksimum olmalıdır. Çünki sonra bu bölməyə bu jür qayğı göstərmək mümkün olmayajaq. DTT-yə bu yaxınlarda daxil olmuş qonşularımızın təjrübəsi göstərir ki, məhz kənd təsərrüfatını böyük sınaq gözləyir. 

Məsələn, bu quruma bu yaxnılarda daxil olmuş Ukraynada süd məhsullarının çatışmazlığı ilə bağlı müəyyən problemlər gözlənilir. Özü də bu ölkədə aqrar sektor bizim ölkədəkindən xeyli inkişaflıdır. Süd məhsullarının kəsirdə olma ehtimalı DTT-nin ev təsərrüfatlarından süd almağı qadağan etməsi və yalnız iri fermalardan süd almağı şərt qoyması  ilə bağlıdır, bu jür fermalar isə Ukraynada barmaqla sayılır. 

Bundan başqa, Ukraynada şəkər istehsalı da müəyyən problemlərlə üz-üzədir. DTT-nin Ukraynanın şəkər istehsalını təhlükə qarşısında qoyması bu ölkənin bazarında şəkər qamışından istehsal edilmiş xammalın daxil olması ilə bağlıdır. Şəkər qamışından istehsal edilmiş şəkərin tonu 150 ABŞ dollarına, şəkər çuğundurundan istehsal edilmiş şəkərin tonu isə 450 ABŞ dollarına başa gəlir. Təbii ki, belə olan halda şəkər çuğunduru rəqabət apara bilməyəjək. 

Hər iki sahə bü gün Azərbayjanda da inkişaf edir. Ərzaq təhlükəsizliyinin təmin edilməsinin bu gün dünya üzrə problem olması bizim ölkəni də yerli süd məhsullarının istehsalına böyük diqqət yetirməyə məjbur edir. Və bu sahədə peyda olan müəssisələrin sayı getdikjə artır. Həm də fermerləri bu jür məhsul istehsalına həvəsləndirmək lazımdır.

Böyük ehtimalla fermerlər onlar üçün qazanjlı olan məhsulları istehsal etməyə çalışajaqlar və heç kim özünə ziyan edən istehsalla məşğul olmayajaq. Məsələn, bizdə pambıqçılıqla bağlı belə hal müşahidə edilib. İmişli şəkər zavodu işə düşəndən sonra yaxın rayonların fermerləri pambıq istehsalından şəkər çuğunduru istehsalına keçiblər, çünki çuğundura görə daha çox pul verirlər. 

Eyni mənzərəni meyvəçiliklə bağlı da müşahidə etmək mümkündür. Meyvə emalı və şirkə istehsalı zavodlarının sayı artdıqja bu sahə ilə məşğul olmaq daha da gəlirli bir işə çevrilir. Buna görə də işi elə qurmaq lazımdır ki, bir sahə inkişaf edəndə o biri sahəyə ziyan vurmasın. Bu jür dəyişməni proqres saymaq çətindir.

Bununla yanaşı, Ukrayna alimlərinin hesablamalarına görə, ölkənin DTT-yə girməsindən sonra kənd təsərrüfatında ən böyük zərərin bağçılıq sektoruna dəyəjəyi gözlənilir. Hazırda Ukraynada 250 min hektar meyvə bağı, 93 min hektar üzüm plantasiyası və 19 min hektar giləmeyvə sahəsi var. Özü də sahələrin dörddə üçü fərdi əllərdədir. DTT-yə daxil olan zaman Ukrayna bağçılığı  prioritet sahə kimi göstərməyib. 

Buna görə də onlara yalnız dolayı yollarla, "sarı yeşik" adlandırılan proqramlar vasitəsilə dövlət yardımı göstərmək mümkündür. Yəni Azərbayjan aqrar-sənaye kompleksi strukturja bizim ölkəninkinə bənzəyən başqa dövlətlərin təjrübəsini nəzərə almalı və öz maraqlarının qorunması zamanı başqa ölkələrin başına gələnlərdən yararlanmağa çalışmalıdır. Gerçəklik budur. 

Heyvandarlığa gəldikdə, burada da müəyyən çətinlikilər yarana bilər. Elə həmin Ukraynada ət kombinatları xammal çatışmazlığı üzündən bağlanır. Özü də heyvandarlıqdakı indiki problemlər getdikjə dərinləşir, Ukraynada mal-qara saxlanması və heyvandarlıq məhsullarının emalı üzrə çağdaş texnologiyaların tətbiq edilməsinin vajibliyi ortaya çıxır. Ukraynanın heyvandarlıq müəssisələrində avadanlıq və işlərin idarə edilməsinə yanaşma dəyişməlidir. 

Xüsusilə də, Ukraynanın DTT-yə girməsi ilə bağlı olaraq, bu gün çağdaş avadanlıq olmadan heç jür uğur qazanmaq mümkün deyil. Qabaqjıl aqrar təsərrüfatlar anlayırlar ki, bitkiçilikdən sonra heyvandarlığı inkişaf etdirmək əlverişlidir. İdeal halda bunlar heyvandarlığın və bitkiçiliyin bir-biri ilə əlaqəli olduğu qapalı bir  kompleksdir, yəni heyvandarlıq bitkiçilik üçün gübrə verir və əvəzində yem alır. 

Öz-özlüyündə bu sxem pis deyil, səmərəlidir və fayda verə bilər. Özü də hazırda dövlət jins mal-qaranın, gübrənin alınmasına xeyli vəsait ayırır. 

Maliyyə bölməsi daha inkişaflı olan Rusiyada da ehtiyatlanırlar ki, bazar xariji şirkətlərlə rəqabətə dözə bilməz. Məsələn, belə düşünülür ki, DTT-yə girdikdən sonra Rusiyada güjlü və müstəqil bank və sığorta bölməsinin saxlanmasının şansı yetərinjə aşağı olajaq, öz müstəqilliyini yalnız kvazi-dövlət qurumları, yəni dövlət tərəfindən nəzarətdə saxlanan qurumlar saxlaya biləjək. 

 

Aqrar-sənaye kompleksi də ziyan çəkə bilər. Bu sektor ujuz Qərb məhsullarının işğalına duruş gətirməkdə çətinlik çəkəjək.  Oxşar durum istehlak bazarının başqa seqmentlərində də müşahidə edilə bilər. Əlbəttə, bu məsələdə istehlakçıların qazanjı ola bilər, amma ölkə iqtisadiyyatı və onun qlobal rəqabət qabiliyyəti çətin ki bir şey əldə edə bilsin. 

Bununla yanaşı, DTT-yə girəndən sonra Rusiyada metallurgiyanın və gübrə istehsalçılarının uğur qazanajağı düşünülür, hazırda geniş xariji bazarlarla bağlı onlar müxtəlif məhdudiyyətlərlə qarşılaşırlar. DTT-yə girmək hesabına bu sahələr bazarlarda yerlərini daha da möhkəmləndirməklə satışlarını artıra bilərlər. Bundan başqa, neft-qaz şirkətlərinin də müəyyən uğurları ola bilər, amma həmin şirkətlərin indi də elə bir problemi yoxdur. 

 

Maliyyə bazarının liberallaşdırılması mərhələli olmalıdır

Rusiyadan fərqli olaraq bizdə metallurgiya məhsullarının və mineral gübrələrin istehsalı o qədər də inkişaf etməyib. Buna görə də burada bizim maliyyə bazarına təsirlərdən danışmaq yerinə düşərdi. Həmçinin, bizim maliyyə bazarında xidmətlərin səviyyəsi oxşar xariji şirkətlərlə rəqabət aparmağa imkan vermir. Və bu, təbiidir. 

Qərbdə banklar və sığorta şirkətləri yüzillərdir ki, rəqabət şəraitində işləyirlər. Bu jür sərt rəqabət mühiti onları möhkəmləndirib. Onlar hər bir müştəri uğrunda mübarizə aparır, onu əldə saxlamaq üçün dəridən-qabıqdan çıxırlar, çünki bu, nüfuz məsələsidir. Bizdə isə durum fərqlidir və buna görə keçid dövründə bazarın tam liberallaşdırılması bizim üçün çox vajibdir. 

DTT-yə üzvlük yerli kapital və bank xidmətləri bazarında konyukturanı yaxşılaşdırmağa imkan verər, həmçinin bizim bankların dünya maliyyə xidmətləri bazarına çıxışını asanlaşdırar. Əlbəttə ki, Azərbayjanın DTT-yə daxil olunmasından sonra ən inandırıjı ssenari kimi bizim bazarda xarijilərin yerləşməsinin genişlənməsini nəzərdə tutmaq lazımdır. Anjaq məsələ onların bazarda yerləşməsində yox, bizim bankların onlarla yanaşı işləməyə nə dərəjədə hazır olmasındadır. 

1995-ji ildə DTT-nin yaranmasından sonra bu quruma daxil olmuş heç bir ölkə öz ərazisində xariji bankların filiallarının yerləşdirilməsinə ijazə verməkdən boyun qaçıra bilməyib. Biz də istisna olmayajağıq. Buna görə də Azərbayjanın  DTT-yə qəbulu barədə aparılan danışıqların əsas mövzusu tərədaşlarla bizim maliyyə xidmətləri bazarının mərhələli liberallaşdırılması barədə anlaşma əldə edilməsi olmalıdır. 

 Bu zaman DDT-yə qəbul yolunda bankları və sığorta şirkətlərinin rəqabət qabiliyyətinin artırılması üzrə addımlardan biri onların birləşməsi prosesinin stimullaşdırlmasıdır. Nə banklar, nə də sığorta şirkətləri heç zaman bu yönümdə xüsusi fəallıq göstərməsələr də, bu, zamanın tələbidir. 

Bu siyasət bankların və sığorta şirkətlərinin kapitallaşdırılmasını, onların likvidliyinin artırılmasını sürətləndirə bilərdi. Bundan sonra onlar xariji banklarla və sığorta şirkətləri ilə rəqabət apara bilərdilər. DTT-yə daxil olduqdan sonra bizə bu məqsədlərə çatmaq üçün ən azı 5 il vaxt gərəkdir. 

Bundan başqa, DTT-yə qəbulun bizim üçün xoş olmayan başqa bir jəhəti də var. 2005-ji ildə ABŞ Səudiyyə Ərəbistanına təzyiq göstərərək, ixraja yönümlü işləyən neft-kimya şirkətləri üçün xammalın qiymətinin artırılmasını tələb edib. Səudiyyə Ərəbistanı bununla razılaşmayanda, bir sıra tələblər irəli sürərək, danışıqları dondurdu.  Bu tələblərin sırasında ərəblər tərəfindən İsrailin tijarət blokadasına alınması siyasətindən imtina, terrorizmlə səmərəli mübarizənin təmini, uşaq təhsilinə zəmanət də daxil olmaqla bir sıra sosial-siyasi tələblər yer alırdı. 

Səudiyyə Ərəbistanından sonra oxşar tələblər Rusiya ilə danışıqların gedişində də təqdim edildi, anjaq üç illik müzakirələrdən sonra onlardan imtina edildi. 

Bizdə ötən il enercidaşıyıjılarının qiymətləri artırılıb, anjaq qiymətlərin 3-5 ildən sonra dünya bazarı qiymətlərinə uyğun olajağına heç bir zəmanət yoxdur. Buna görə də bizim də DTT üzvləri tərəfindən bu jür təzyiqlərə məruz qalajağımız istisna deyil. 

 

Qanunverijiliyi yaxşılaşdırmadan DTT-yə getməyə gərək yoxdur

DTT-yə qəbul önjəsi Azərbayjanın qarşısında duran problemlər hüquqi və iqtisadi xüsusiyyətli amillərlə bağlıdır. Məsələlərin birinji qrupu milli qanunverijiliyin və onun tətbiq praktikasının DTT norma və qaydalarına uyğun şəkildə yaxşılaşdırılması ilə şərtlənir.  Azərbayjan hökuməti 2009-ju ildə qanunverijiliyin DTT tələbləri səviyyəsinə qədər təkmilləşdirilməsinə ümid edir. 

Bütövlükdə, 37 sənədin qəbulu planlaşdırılır, onların 16-sı yeni qanun olmalıdır. Bu sənədlərin müəyyən hissəsi artıq təsdiq edilib, qalanları isə başa çatdırılma mərhələsindədir. Anjaq iş yalnız bu qanunlarla və qanunverijiliyə düzəlişlərlə bitmir. Hazırda qanunverijiliyin DTT standartlarına qədər təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsindən söhbət gedir. Həmçinin, tijarət sahəsinə aid olan 20-yə yaxın qanunun qəbulu və  ya onlara əlavələr edilməsi məsələsi də gündəmdədir. 

Anjaq bu da hələ işin hamısı deyil. Azərbayjan və DTT xidmət sahəsində öhdəliklərini müəyyən etdikdən sonra qanunverijiliyin təkmilləşdirilməsi davam etdiriləjək. Azərbayjan bu çərçivədə standartlaşdırma, gömrük, vergi və s. sahələrdə problemli məsələləri həll etməlidir. 

Xidmət sahəsinə gəldikdə isə Azərbayjan və DTT üzvləri arasında müəyyən analaşılmazlıqlar var. Bunlar audiovizual, energetika xidmətləri üzrə tariflər, xariji vətəndaşların torpağa mülkiyyət hüququ ilə bağlı, həmçinin xidmət sahəsinin subsidiyalaşdırılmasının həjmlərinə aid məsələlərdir. Bundan başqa, ölkə daxilində istehsal edilmiş və ya kənardan idxal edilmiş aksiz məhsullarının dərəjələrinin unifkasiyasının nejə gerçəkləşdiriləjəyi də bəlli deyil. 

Bu gün Azərbayjan, birmənalı şəkildə, bu sahədə fəal proteksionizm siyasəti yürüdür, yəni idxal mallarından yüksək aksiz vergiləri tutur. Hər şeydən önjə bu, alkoqollu içkilər ilə bağlıdır. DTT-yə girdikdən sonra bu jür siyasət yürütmək mümkün olmayajaq. Buna görə də hamını razı salajaq addımların tapılması məsələsi həll edilməlidir. 

Həm aksizləri alan dövlət büdjəsi üçün, həm də aksiz tətbiqi nətijəsində idxal mallarının qiymətinin yüksək olması baxımından rəqabət və inkişaf imkanları əldə edən yerli istehsalçılar üçün yüksək aksizlər çox əlverişlidir. Bu, çox injə məsələdir, buna görə də danışıqlarda DTT üzvlərindən Azərbayjan üçün aksiz dərəjələrinin unifikasiyası məsələsində keçid dövrü müəyyən edilməsinə çalışılmalıdır. 

 Tütün məhsullarına tətbiq edilən aksizlər üçün də unifikasiya gerçəkləşdirilməlidir. Anjaq bu məsələdə vəziyyət o qədər də gərgin deyil. Bu məsələdə bir qədər əlaqələndirilmiş yanaşma istifadə ediləjək, yəni idxal mallarına tətbiq edilən aksiz dərəjələri bir qədər azaldılajaq və yerli aksizlər artırılajaq. Əgər Azərbayjan 3-4 illik keçid dövrü hüququ əldə edəjəksə, bu  yalnız yerli aksizlərin qaldırılması üçün nəzərdə tutulajaq. 

Ən əlverişli variant isə iri spirtli içkilər və tütün məhsulları istehsalçılarının Azərbayjanda istehsal sahələrinin qurulmasınının stimullaşdırılmasıdır.  Məsələn, Rusiyanın "Baltika" pivə şirkəti bu addımı atıb. Daxili bazarda öz məhsuluna olan tələbatı və həmçinin artan aksiz dərəjələrini nəzərə alan şirkət Azərbayjanda pivəbişirmə zavodu alaraq, pivə satan digər xariji şirkətlər qarşısında müəyyən üstünlük qazanıb. 

Bu jür yanaşma Azərbayjan rəhbərliyi tərəfindən gerçəkləşdirilən yeni müəssisələrin açılması, yerli istehsalın həjminin artırılması, regionların inkişafı və yeni iş yerlərinin açılması siyasətinə də uyğun gəlir. 

 

DTT-yə 2011-ji ildən tez  üzvlük inandırıjı deyil 

Azərbayjanın DTT-yə daxil olması müddətinə gəldikdə isə, bu, böyük ehtimalla əlverişli ortamüddətli perspektivdə baş verəjək.  Ən yaxşı halda, Azərbayjan 2011-ji ildə DTT üzvü ola bilər. Məsələ bundadır ki, 2009-2010-ju illərdə biz ikitərəfli danışıqları davam etdirməli və bu danışıqların aparıldığı üzv ölkələrin siyahısını genişləndirməliyik. 

Buna paralel şəkildə aqrar-sənaye kompleksinin subsidiyalaşdırılması ilə bağlı çoxtərəfli danışıqlar aparmalıyıq. Həmin danışıqların sürətli və asan olajağına inanmaq çətindir.  Bununla yanaşı, ən jiddi məsələ qanunverijiliyin təkmilləşdirilməsidir. DTT üzvləri bu məsələdə yekun nətijələri görməyənə kimi quruma heç bir üzvlükdən söhbət belə gedə bilməz. 

Bu proseslərin başa çatmasından sonra yekun hesabat hazırlanmalıdır, bu da ən azı 6 ay çəkəjək. Daha sonra DTT-yə qəbul məsələsinə parlamentdə baxılmalı və təsdiq edilməlidir. Və yalnız 6 aydan sonra qurumun tamhüquqlu üzvü olmaq imkanı yaranır. Yəni bu məsələdə ən yaxın tarix məhz 2011-ji ildir. 

DTT sistemi dünya ölkələrinin əsas hissəsini əhatə edir və öz qaydaları ilə dünya tijarətinin 90 faizini nəzarətdə saxlayır. Qurum üzvləri dünya tijarətində yaranmış mübahisələri asanlıqla həll edə bilirlər. DTT-yə daxl olmaq ixraj məhdudiyyətlərini xeyli azaldır, bu da xammal şirkətləri üçün çox önəmlidir. 

Buna görə də, ölkəmizin bu təşkilata girməsinin məqsədəuyğun olub-olmamasını müzakirə etməyə ehtiyaj yoxdur. Əgər biz bu gün Azərbayjan haqqında qlobal oyunçu kimi danışırıqsa, onda biz bütün qlobal proseslərdə yer almalıyıq.

Azərbayjan üçün DTT-ni bütün oyunçuları eyni qaydalarla oynayan, eyni qaydada gəlir və çıxarlarını hesablamağa imkan verən normal iqtisadi model kimi istifadə etmək önəmlidir. Yəni Azərbayjan üçün DTT-yə girmək məqsəd deyil, sadəjə hamıya açıq olan, eyni zamanda dayanıqlı və jəlbediji qalmağı bajaran iqtisadi sistemin formaladırılmasında vasitə olmalıdır. 


MƏSLƏHƏT GÖR:

490